Qloballaşma şəraitində medianın məsuliyyəti məsələsi: Azərbaycan təcrübəsi nəyi ifadə edir?

15:56 / 29.09.2014

Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti və mətbuat nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, əlverişli şəraitin mövcud olmasıdır.

Ümumiyyətlə, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda tətbiq edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.

Amma bütün bunlara baxmayaraq, ölkəmizdə bir sıra media qurumlarının fəaliyyətində milli maraqlara və təhlükəsizliyə zidd hallar müşahidə edilir. Əlbəttə, bu, yolverilməzdir. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və ölkəmizin müharibə şəraitində olması media institutlarını bu vəziyyətlə əlaqədar daha həssas - məsuliyyətli və diqqətli olmağa vadar edir.

Qloballaşma kontekstində informasiya təhlükəsizliyi milli təhlükəsizliyə təsir edən mühüm faktor kimi...

İnformasiya ciddi hərbi-psixoloji təsir vasitəsi kimi çıxış edir. Ümumiyyətlə, bilik cəmiyyətinin yeni sosium növü kimi mövcud olduğu XXI əsrdə əsas təhdidlər məhz informasiya cəbhəsindən gəlir. Belə ki, “xam maddə” səciyyəsi daşıyan informasiyadan media institutları - kütləvi informasiya vasitələri ən müxtəlif məqsədlər naminə fərqli formalarda istifadə edirlər və bu amil ictimai rəyin formalaşması və istiqamətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Nəzərə almaq lazımdır ki, XXI əsrdə - qloballaşma şəraitində informasiya təhlükəsizliyi milli təhlükəsizliyə təsir edən ən mühüm faktorlardan biridir. Ona görə maarifləndirmə, məlumatlandırma, kommunikasiya və səfərbəretmə kimi funksiyaları yerinə yetirən, informasiya istehsalçısı qismində çıxış edən media qurumları milli maraqları nəzərə almaqla fəaliyyət göstərməli, ictimai rəyə pozitiv təsir etməlidir. Məqsədli şəkildə qara piara, o cümlədən yanlış ictimai rəyin formalaşdırılmasına – manipulyasiyaya xidmət edən məlumatların yayılmasına yol verilməsi cəmiyyət və dövlət təhlükəsizliyinə təhdid formalaşdırmaq deməkdir.

Xüsusilə qeyd etmək lazımdır ki, cəbhə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, hərblə bağlı informasiyalar hərbi əməliyyatlar qədər müstəsna əhəmiyyət kəsb edir. Çünki müharibə şəraitində olan Azərbaycan düşmənə qarşı həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində strateji üstünlük əldə etmək məqsədindən çıxış edir. Bu cür şəraitdə yerli medianın məsələyə yanaşması sırf milli maraqlar kontekstində reallıqlara söykənməlidir. Yəni sözügedən məsələdə hər hansı bir manipulyasiyaya, dezinformasiya və spekulyasiyaya yol vermək qəbuledilməzdir. Çünki nəzərə almaq lazımdır ki, hərbi vəziyyət və ya şəraitlə bağlı dezinformasiya yaymaq birbaşa həm ictimai şüura neqativ təsir etməkdir, həm də strateji baxımdan milli maraqlara qarşı yönəlmiş seçimdir.

Azərbaycan dövləti təxribat cəhdlərinin və milli maraqlara qarşı yönəlmiş halların qarşısını almaqdadır

Təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra media qurumları anti-Azərbaycan dairələrlə sinxron hərəkət edərək həm informasiya təhlükəsizliyinə, həm də milli maraqlara zidd hallara yol verirlər. Əlbəttə, burada əsas məqsəd ictimai rəyə və Azərbaycanın müstəqil siyasətinə təsir etməkdir. Amma Azərbaycan dövləti bütün bu təxribat cəhdlərinin, milli maraqlara qarşı yönəlmiş halların qarşısını almaqdadır.

Yeri gəlmişkən, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsindən bəhs edilən məsələlərə xüsusi diqqət yetirilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd edib ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır: “Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəkdir”.

Media qurumları öz vəzifə və məsuliyyətlərini dərk etməlidirlər

Məsələ çərçivəsində ən mühüm məqamlardan biri də budur ki, media qurumları öz məsuliyyət və vəzifələrini dərk edərək hərəkət etməlidirlər. Ölkə qanunvericiliyinə, Konstitusiya tələblərinə zidd fəaliyyət göstərmək, heç şübhəsiz, müvafiq hüquqi məsuliyyət yaradır.

Ümumiyyətlə, bu cür fəaliyyət mexanizminə malik olan media strukturları nəzərə almalıdırlar ki, bu kontekstdə milli və ictimai maraqlara zidd halların, qeyri-qanuni hərəkətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək. Azərbaycan dövləti qanunların və hüququn aliliyi prinsipi əsasında fəaliyyət göstərir və sosial statusundan, peşə mənsubiyyətindən asılı olmayaraq hər kəs, o cümlədən media strukturları qanun qarşısında müəyyən vəzifə və öhdəliklərə malikdirlər. Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır. Məhz qanunun işlədiyi cəmiyyətlərdə ictimai və dövlət mənafelərinə zidd fəaliyyət göstərənlər layiq olduqları cəzanı alırlar.

Nəticə etibarilə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır”.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM