Politoloq
Xarici siyasətdə təcavüz, daxili siyasətdə isə xalqın istismar edilməsi ilə müşayiət edilən asimmetrik hegemoniya (hakimiyyətdə olanların xalqı əzməsi və istismar etməsi ilə səciyyələnən destruktiv disbalans) prinsipləri əsasında fəaliyyət göstərən Ermənistan çox mürəkkəb siyasi kataklizmlərin məngənəsindədir. Mövcud problemlərin və irrasional idarəetmə sisteminin fonunda bəhs edilən ölkənin daxili və xarici siyasətində çox ciddi problemlər, böhran meyilləri hökm sürür. Hakimiyyətin həyata keçirdiyi irrasional daxili siyasət kursu onsuz da qeyri-təkmil struktur elementlərinə malik olan və dissonanslarla (qeyri-ahəngdar, ixtilaflarla xarakterizə edilən natamam struktur) səciyyələnən siyasi sistemin tamamilə iflic olmasına səbəb olub. Məhz belə bir durumun fonunda işğalçı ölkədə sürüşkən müstəvidə təzahür edən subyektlərarası siyasi münasibətlər daha da kəskinləşməkdə və ictimai-siyasi proseslər xaotik səciyyə daşımaqdadır
Regional blokada səmərəsiz xarici siyasət kursunun nəticəsi kimi...
Ermənistanın beynəlxalq münasibətlər sistemində “forpost” kimi tanınması, müstəqil daxili və xarici siyasət kursu həyata keçirməməsi məlumdur. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, sirr deyil ki, bu ölkənin xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir.
Məhz regional miqyasda baş verən son hadisələr bir müddət öncə Avropa ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta sadəcə quberniya və ya hərbi baza səciyyəsi daşıdığını bir daha təsdiqlədi.
Regionda şəriksiz hegemon güc mərkəzi olmaq iddiasında olan nəhəng aktorların hərbi baza kimi yaratdığı Ermənistan artıq bu funksiyanı da icra edə bilmir. Daha da dəqiqləşdirsək, işğalçı ölkə hərbi baza statusunu da itirib. Bu isə işğalçı ölkənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən tədricən silinəcəyinə dəlalət edir. Dünya siyasətində, eləcə də hegemon dövlətlərin geostrateji maraqlarında baş verən yeni dəyişikliklər bu reallığı şərtləndirir. Məhz erməni mətbuatı və ekspertləri də diqqəti bu məsələyə çəkirlər. Bir müddət öncə “Armenia Today” saytında dərc edilən məqalədə bildirilmişdi ki, Ermənistanın xarici siyasətinin mənasız ambisiyalar üzərində qurulması rəsmi Yerevanı beynəlxalq dəstəkdən məhrum edib: “Serj Sarkisyanın yürütdüyü yanlış siyasət nəticəsində beynəlxalq aləmdə Ermənistana olan inam itmişdir. Ölkədə iqtisadi vəziyyətin acınacaqlı olması və göndərilən yardımların korrupsiya nəticəsində məmurlar tərəfindən mənimsənilməsi Avropa dövlətlərində Serj Sarkisyanın dövlətə deyil, müəyyən qruplaşmaya rəhbərlik etməsi təəssüratını yaratmışdır ki, bu da obyektiv xarakter daşıyır. Həqiqətən də, bir qrup məmur Ermənistanda istədiyi qanunsuz hərəkəti edir və onlara heç bir cəza verilmir. Bu cür adamın rəhbərlik etdiyi dövlətlə, əlbəttə ki, heç kəs yaxın əlaqə qurmaq istəməz”.
Nəticə etibarilə, Ermənistan hazırda regional blokadadır və bu, səmərəsiz, işğalçı siyasətin nəticəsi kimi çıxış edir.
Beynəlxalq hüquq normalarına zidd fəaliyyət...
Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər bir sıra milli dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkir. Beynəlxalq hüququn subyekti olan bir dövlətin başçısının digər müstəqil milli dövlətlərə yönəlik bu cür şantaj, təhdid xarakterli bəyanatlar səsləndirməsi diplomatik qayda və prosedurlara müvafiq surətdə qəbuledilən deyil. Doğrudur, qeyd etdiyimiz kimi, Ermənistan beynəlxalq münasibətlər sistemində “forpost”, “kukla dövlət” kimi tanınır və müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Amma hər halda, işğalçı ölkə beynəlxalq hüququn subyekti kimi tanınır və öz üzərinə beynəlxalq hüquqla müəyyən və təsbit olunmuş müəyyən öhdəliklər götürüb. Məhz buna görə də beynəlxalq hüququn subyekti olan milli dövlətin başçısının digər milli dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, hətta konstitusiya quruluşuna təhdid yaradan bəyanatla çıxış etməsi yolverilməz haldır. Bu, diplomatik etiket qaydaları və normalarının pozulması ilə yanaşı, həm də beynəlxalq münasibətlər sistemi çərçivəsində müəyyən və təsbit olunmuş hüquqi prosedurların nəzərə alınmaması və ya kobud surətdə pozulmasıdır.
Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğaçlı ölkənin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara və dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir.
Ermənistanın total böhranı və sosial inqilab çağırışları
Ən əsası, hazırkı şərait işğalçı ölkənin sosial-iqtisadi tənəzzülünün daha sürətlənməsini şərtləndirir. Ekspertlərin qənaətincə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsinə və ölkənin iflasın astanasına yaxınlaşmasına səbəb olur. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün siyasi şərhçilər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər.
Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan demoqrafik problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır
Beləliklə, sadalananlar Ermənistanın həm də yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə iqtisadi böhranın dərinləşəcəyinə dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM