KOD ADI: “DÖRD T”

09:58 / 13.10.2014

 

Artıq bir neçə müddətdir ki, ermənilərin mənfur plan və siyasətlərinin tərkib hissəsi olan ərazi iddiaları yenidən mütəmadi şəkildə gündəmə gətirilir.  Xüsusilə də, beynəlxalq arenada böyük güclərin ideoloji silahı qismində çıxış edən bir sıra media orqanları ermənilərin mənfur niyyət və mövqelərinin təbliğatçısı rolunu oynamaqdadırlar. Məsələn, “New Armenia Daily” (Kanada), “Armenian Observer” (Kanada), “Armenian Reporter” (ABŞ), “News of Armenia” (Fransa) və bu kimi digər imperialist güclərin, o cümlədən erməni lobbisinin xidmətçisi missiyasını daşıyan nəşrlər mütəmadi qaydada ermənilərin təcavüzkar və işğalçı niyyətlərini müdafiə etməkdədirlər.  Bu nəşrlər periodik olaraq ermənilərin müxtəlif xalqlara və millətlərə qarşı olan təcavüzkar iddalarını gündəmə gətirirlər.

Şübhəsiz, Ermənistanın ərazi iddialarını şirnikləndirən məqamaların başında qlobal güclərin imperialist ambisiya və siyasətləri dayanır. O baxımdan ki, bəhs edilən güc mərkəzləri özlərinin ekspansionalist strategiyalarını reallaşdırmaq naminə ermənilərdən “piyada” kimi istifadə edirlər. Məhz buna görə də müxtəlif zaman kəsiklərində işğalçı Ermənistanın təcavüzkar iddiaları beynəlxalq miqyasda gündəmə gətirilir, “soyqırımı” iddiaları müxtəlif dövlətlərin parlamentlərində müzakirə mövzusuna çevrilir. Ermənistan isə bunlardan heç bir müsbət qazanc əldə etmir. Əksinə, işğalçı mövqeyin fonunda ölkə getdikcə məhvə doğru sürüklənir. Böyük güclər isə Ermənistana yalnız “şirin” vədlər verirlər. Bu vədlərin reallaşdırılması isə praktik baxımdan mümkün deyil. Ümumiyyətlə, məhz bu cür vədlərin fonunda Ermənistanın təcavüzkar iddiaların əsasında və arxasında “Dörd T” kod adı ilə tanınan planlar dayanır. Bəs “Dörd T” adı verilən plan nədir və özündə hansı niyyətləri, hədəfləri ehtiva edir?

“Dörd T” planı erməni lobbi birlikləri və təşkilatları ilə yanaşı, Ermənistanın da fəaliyyətində əsas tutduğu “qızıl qayda”ları təşkil edir. Belə ki, Ermənistan dövlətinin ən önəmli üç rəsmi sənədinə - “Müstəqillik aktı”, “Müstəqillik bəyannaməsi” və konstitusiyasına  nəzər yetirdikdə “Dörd T” planının aydın təzahürünü müşahidə etmək olur Ümumiyyətlə, bu plan böyük güclərin vədlərindən başqa bir şey deyil və özündə aşağıdakı prinsipləri birləşdirir:

1T planı - Terror və ya təkrar canlanma: ermənilər tarix boyunca öz ekspansionalist - təcavüzkar niyyətlərinə çatmaq üçün ilk növbədə terrora baş vurublar. Mərhələ-mərhələ həyata keçirilən terror olayları Hınçak, Ramqavar, ASALA, ARA, JCAG, Qaraxaç cəmiyyəti kimi terrorçu qruplar tərəfindən törədilib. 1905-1906-cı il hadisələri, 1918-ci il mart soyqırımı, 1988-ci il olayları, 1992-ci il Xocalı faciəsi və ümumilikdə, törədilən terror aktları nəticəsində milyonlarla insanların həyatına son qoyulub;

2T planı - Tanınma: bu plan özlərini “məzlum” millət kimi göstərməyə çalışan təcavüzkar ermənilərin uydurma “soyqırımı” iddiasını tanıtmaq cəhdləri ilə bağlıdır. Bununla onlar özlərinin müxtəlif dönəmlərdə dəhşətli soyqırımları  törətmələrinə baxmayaraq, bu iyrənc vasitəni əllərində bayraq etməyə çalışırlar. Belə ki, ermənilər Amerika Erməni Assambleyası (AAA), Erməni Milli Komitəsi (ANC), Erməni İnqilab Federasiyası (ARF) kimi geniş təsir gücünə malik olan lobbi birlikləri vasitəsilə hər il müxtəlif ölkələrin parlamentlərində türklər tərəfindən məruz qaldıqlarını iddia etdikləri “soyqırımı”nı tanıtdırmağa çalışsalar da, öz imperialist maraqlarına görə ermənilərdən “məharətlə” istifadə edən dövlətlərdən başqa, əksər ölkələrin parlamentlərində bu çirkin niyyətin gerçəkləşdirilməsinə nail ola bilmirlər;

3T planı - Təzminat: Əgər “2T planı”, yəni “soyqırımı”nın tanınması tam olaraq baş tutarsa, bu zaman ermənilər türklərdən külli miqdarda təzminat( bu, müxtəlif formalarda baş verə bilər-N.Q.) tələb edəcəklər. Türkiyə 1915-ci il köçürmə hadisələrinə “soyqırımı” qiyməti verərsə, yəni ermənilərin çirkin iddialarını qəbul edərsə, “3T planı”n baş tutmuş olacaq və “4T planı”na keçid alınacaq.

4T planı - Torpaq iddiaları: mənfur qonşularımızın “Hai-Tahd” ideologiyasına görə, Ermənistan özünün tarixi ərazisi olan (bunun belə olmadığı hamıya yaxşı məlumdur-N.Q) “itirilmiş torpaqlar”ı nəyin bahasına olursa-olsun geri qaytarmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, hətta bunun üçün terrora baş vurulması belə “haqq yolu” hesab edilir. “İtirilmiş torpaqlar” dedikdə isə onlar Şərqi Anadolu, Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və Kür çayınadək olan əraziləri, Gürcüstanın Cavaxetiya, Borçalı və bunlara paralel bölgələrini nəzərdə tuturlar.

Göründüyü kimi, bu planların hamısı ekspansionalist - təcavüzkar niyyətlərə xidmət etməklə sistematik şəkildə bir-birinə bağlılıq təşkil edir. Yəni bunlardan birinin tam olaraq həyata keçirilməsi “zəncirvari reaksiya” kimi digərlərinin də ard-arda gəlməsinə səbəb ola bilər. Qlobal güc mərkəzləri isə nəyin bahasına olursa-olsun, bu cür dağıdıcı planların reallaşdırılmasına mane olmalıdırlar. Əks təqdirdə, bəşəriyyətin mövcudluğunu təhdid edən yeni təhlükələrin ortaya çıxması qaçılmaz olacaq.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM