Politoloq
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 19 il ötür. Həmin tarixi şəraitə nəzər yetirdikdə bəlli olur ki, yeni Konstitusiyanın qəbul olunmasını şərtləndirən bir sıra zəruri strateji faktorlar mövcud idi. Bu amillər sırasında suverenlik, müstəqillik və ərazi bütövlüyünün qorunmasının hüquqi əsaslarının formalaşdırılması, Konstitusiya çərçivəsində demokratik siyasi sistemin formalaşdırılması və demokratik transformasiyanın zəruriliyi, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəzifəsi və milli inkişafın konstitusion əsaslarının yaradılmasının vacibliyi yer alırdı.
MİLLİ İNKİŞAFIN KONSTİTUSİON ƏSASLARININ YARADILMASI STRATEJİ FAKTOR KİMİ
1995-ci il noyabr ayının 12-də referendumla müstəqil dövlətçiliyimizin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində qəbul edilmiş yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Ana Qanunda bütün demokratik prosedurlar və prinsiplər öz əksini tapmış, eləcə də insan və vətəndaş hüquq və azadlıqları geniş surətdə təsbit edilmişdi. Konstitusiyada hakimiyyət bölgüsü prinsipinə dəqiq surətdə əməl edilməklə yanaşı, səlahiyyət bölgüsü də demokratik prinsiplər və meyarlar əsasında təsbit edilmişdi.
Konstitusiyanın qəbul olunması dövlət idarəçilik mexanizmində səmərəliliyin artırılmasına da fundamnetal strateji töhfələr verdi. Bununla mərkəzi və yerli hakimiyyət orqanlarının təşkilinin hüquqi əsaslarının, onların səlahiyyətləri və qarşılıqlı münasibətlərinin, dövlətlə vətəndaş arasında simmetrik münasibətlərin əsaslarının müəyyənləşdirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji vəzifələrə nail olunması yönündə siyasi-hüquqi nöqteyi-nəzərdən əhəmiyyətli zəmin formalaşdırıldı.
HÜQUQİ DÖVLƏT VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞUNA FUNDAMENTAL TÖHFƏ
ütün bu sadalananlar hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasına özünəməxsus töhfələr vermiş oldu. Sonrakı dönəmdə də siyasi-hüquqi islahatların ardıcıllıqla davam etdirilməsi həm hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, həm də siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli işlər görüldü.
Nəticə etibarilə, 12 noyabr 1995-ci il tarixdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi təkmil siyasi sistemin təşəkkülünü təmin etməklə vətəndaş cəmiyyəti və hüquq dövlətin mütləq komponentlərinin bərqərar olunmasını şərtləndirdi, eyni zamanda, milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırmış oldu.
KONSTİTUSİON İNKİŞAFDA NÖVBƏTİ MƏRHƏLƏ: KONSTİTUSİYA İSLAHATLARI
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə konstitusiya islahatları da konstitusion inkişaf baxımından mühüm əhəmiyyət kəsb etdi. Belə ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il keçirilən ümumxalq səsverməsi-referendumlar da bu prosesə mühüm töhfə verdi. Bəhs olunan reformalar qanunvericilik bazasının zənginləşməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental töhfələr bəxş etdi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM