Politoloq
Tarixi təcrübədən bəllidir ki, qloballaşma şəraitində və geosiyasi proseslər kontekstində hər bir xalqın və millətin öz mövcudluğunu qoruyub saxlaması, inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında ilk növbədə milli identiklik və özünüdərk gəlir. Xüsusilə də qloballaşma dövründə milli özünüdərk, identiklik və inteqrasiya bir millətin bütövlüyünü təmin edən və onu qoruyub saxlayan ümumi mexanizm qismində çıxış edir. Başqa sözlə, milli identiklik və milli kimlik xalqın və millətin bütövlüyünü və mövcudluğunu təmin edən həyati ünsürdür (1, 61). Bəzi araşdırmaçılar isə belə bir yanaşma ilə çıxış edirlər ki, xalq, geniş mənada isə millət insanların tale birliyidirsə, milli özünüdərk və identiklik, eyni zamanda, eyni milli-etnik köklərə malik olan xalqların paritet inteqrasiyası bu birliyin təminatçı faktorudur. Dolayısıyla, nəzəriyyəçilər qloballaşma şəraitində xalqların öz mövcudluğunu qoruyub saxlaması, paritet inteqrasiyası nöqteyi-nəzərindən milli identikliyə, həmrəylik və bütövlük amilinə xüsusi diqqət yetirirlər.
Ümumiyyətlə, sadalananları daha yaxşı anlamaq üçün ilk növbədə müasir geosiyasi proseslər kontektində qloballaşma tendensiyasının mahiyyəti və əsaslarına diqqət yetirmək lazımdır. Bəlli olduğu kimi, qloballaşma prosesi müasir dünya siyasəti və beynəlxalq münasibətlər sisteminin başlıca tendensiyalarından biri hesab edilir. Məhz buna görə də bu problem müxtəlif strateji araşdırmaların fundamental tədqiqat obyekti kimi çıxış etməkdədir. Qloballaşma yeni proses olmayıb, tarixin müxtəlif dövrlərində bu və ya digər səviyyə və formada təzahür etmişdir.
Qloballaşma yekcins istiqamətli proses deyil. Onun müxtəlif sfera və istiqamətləri mövcuddur ki, bunların hər birinin ayrılıqda təhlil və izah edilməsi strateji önəm ksb edir. Bu proses struktur baxımından çoxölçülü tendensiya kimi qiymətləndirilir. Məhz buna görə də qloballaşma prosesi 3 başlıca sahə və sferanın fonunda təzahür edir. Yəni bu tendensiya daha çox 3 istiqamətdə cərəyan edir və ya bu prosesin üç başlıca sahəsi fərqləndirilir: iqtisadi, siyasi və mədəni qloballaşma. Əslində, iqtisadi, siyasi və mədəni qloballaşma bir-birindən ayrı mövcud olmayıb, tamın-sistemin ayrı-ayrı zəruri elementlərini təşkil etməkdədirlər. Çünki qloballaşma iqtisadi, siyasi və mədəni istiqamətləri əhatə etməklə vahid strateji məqsədə xidmət edir: Konkret aktorlar tərəfindən vahid mərkəzdən vahid qanunlar əsasında dünyanın idarə edilməsi və ya “qlobal dövlət”in formalaşdırılması. Qloballaşmaya iqtisadi proses kimi yanaşanlar və ya iqtisadi qloballaşmanı ön plana çəkən tədqiqatçılar bildirirlər ki,qloballaşma, əslində, iqtisadi tələbatların ödənilməsi və ticari maraqların təmin olunması üçün dünyanı idarə edən güclər tərəfindən ortaya çıxarılmış ssenaridir. Bu ssenari kapital dövriyyəsinin və sərmayə imkanlarının vahid əldə cəmləşdirilməsi üçün nəhəng iqtisadi aktorlara geniş imkanlar verir. Qloballaşma, əslində, dövlətlər və iqtisadi institutlar arasında əmək bölgüsünün dərinləşməsi və formalaşmasının fonunda ortaya çıxan real prosesdir (2, 27).
Deyilənlərdən aydın olur ki, siyasi qloballaşma milli dövlətlər arasındakı sərhədlərin “əridilməsi”ni həyata keçirən transmilli tendensiyadır. Siyasi qloballaşma şəraitində milli maraq məfhumu və prinsipi ikinci plana atılır, bununla da transmilli strateji hədəflər və maraqlar ön plana çəkilir. Buna müvafiq olaraq hər hansı bir milli dövlətin milli maraqlarının təmin olunması özlüyündə avtomatik olaraq “qloballaşma oyunu”nun ssenaristlərinin transmilli maraqlarının təmin olunması ilə ayrılmaz bağlılıq kəsb edir. Məsələni bu rakursdan qiymətləndirən F.Kratoçvil qeyd edir ki, qloballaşma tendensiyasının fonunda “milli maraq” “ictimai maraq”dan, “transmilli maraq” isə “milli maraq”dan daha üstün önəm kəsb etməyə başlayır. Onun yanaşmasına görə, “milli maraq” fenomeni beynəlxalq münasibətlər sisteminin aparıcı prinsipidirsə, qlobalaşma tendensiyasının intensivləşdiyi zaman və məkan şəraitində artıq “transmilli maraq” daha qabarıq və təsirli mahiyyətə sahibdir: “ İctimai maraq anlayışından daxili etirazlara qarşı nemətin, sərvətin artırılması məqsədilə istifadə edilib. “Milli maraq” anlayışından xarici siyasi strateji məqsədlərin təmin olunması üçün istifadə olunub. “Transmilli maraq” məfhumu isə milli dövlətlərin fövqündə dayanan qlobal aktorların dünya miqyasındakı strateji tələbatlarının ödənilməsinin önəmini ifadə etmək dövriyyəyə buraxılıb” (2,34).
Qloballaşma prosesinin digər bir istiqaməti isə mədəni qloballaşmadır. Mədəni qloballaşma məsələsini müxtəlif araşdırmaçılar müxtəlif cür qiymətləndirirlər. Bəzi tədqiqatçılar mədəni qloballaşmanı ideoloji aksiya kimi dəyərləndirirlər. Məsələn, İ.Vallerstayn qeyd edir ki, mədəni qloballaşma dünyanı idarə edən qlobal aktorlar tərəfindən məharətlə istifadə edilən ideoloji silahdır. Mədəni qloballaşma tendensiyasının arxasında və əsasında dayanan güclər millətlərin mədəni dəyərlərini-milli xarakter və mədəniyyətlərini, adət-ənənələrini “sıradan çıxararaq” homogen mədəniyyət yaratmağa çalışırlar. Bundan sonra isə mədəni dəyərləri “əridilmiş” millət dünyanı idarə edən güclərin formalaşdırdığı “qlobal imperatorluğun” sadə bir elementinə çevrilirlər. Mədəni qloballaşma adı altında həyata keçirilən inteqrasiya prosesi çox hallarda kiçik millətlərin və etnik qrupların assimliyasiyası ilə nəticələnir. Əlbəttə, qloballaşma prosesinin fonunda millətlərin qarşılıqlı-tarazlı inteqrasiyası, dəyərlərin uzlaşdırılması və payılaşılması, eləcə də yeni dəyərlərin yaradılması prosesləri də ortaya çıxır (2, 39). Bunun üçünsə hər bir millətin öz dəyərlərini, adət-ənənələrini qoruyub saxlaması, həmçinin digər millətlərin eyni dəyərlərinə hörmət etməsi prinsipi xüsusi şəkildə nəzərə alınmalı və tətbiqi müstəviyə transfer edilməlidir.
Əlbəttə, millətlər və milli dövlətlər üçün əsas zərərli tendensiyalar irrasional şəkildə qloballaşma prosesinə qoşulmaqdan irəli gəlir. Milli-mənəvi dəyərləri və maraqları əsas tutmaqla qloballaşma prosesinə qoşulmaq isə assimliyasiya problemini aradan qaldırmaqla yanaşı, millətlər arasında qarşılıqlı-faydalı-uzlaşdırılmış əməkdaşlıq və inteqrasiya prosesinə də təkan vermiş olur. Bundan başqa, mədəni qloballaşma prosesi iqtisadi və siyasi qloballaşmaya təkan verən tendensiya və proses qismində çıxış edir. Ona görə də qloballaşma prosesinin ssenarisini hazırlayan və icra edən qlobal aktorlar ideoloji silah və vasitə qismində mədəni qloballaşma prosesindən kütləvi şəkildə istifadə edirlər. Vallerstayn qeyd edir ki, mədəni qloballaşma prosesi iqtisadi qloballaşmanın fundamental təminatçı prosesi qismində çıxış edir, iqtisadi qloballaşma isə öz növbəsində siyasi qloballaşmanı “çağırır”. Məhz buna görə də qloballaşma prosesinin “ideoloji lokomotiv”i qismində məhz mədəni qloballaşma çıxış edir. Bundan başqa, mədəni qloballaşma prosesi uzunmüddətli tendensiya olmaqla yanaşı, nəticəsi ən gec “dağıdılan” prosesdir. Bununla yanaşı, bir sıra araşdırmaçıların fikrincə, mədəni qloballaşma prosesi “millətlərin identikliyi” prosesini intensivləşməkdədir. Məsələn, Antoni Hiddens qeyd edir ki, qloballaşma prosesinin fonunda millətlərin inteqrasiyası prosesi heç bir dövrdə olmadığı qədər sürətlənib. O bildirir ki, dünyada heç bir ölkədəki yaşayış tərzi, mədəni dəyərlər digər ölkələrdə olduğundan kəskin şəkildə fərqlənmir. Onun fikrincə, qloballaşma dünya ictimaiyyətinin qarşılıqlı asılılığının artmasıdır (3, 119).
Göründüyü kimi, qloballaşma prosesi olduqca mürəkkəb tendesiya olmaqla yanaşı, özündə olduqca geniş sahə və istiqamətləri ehtiva edir.
Geosiyasi proseslər kontekstində milli identiklik və özünüdərk məsələsinə ayrı-ayrı xalqların nümunəsində nəzər salmaq məqsədəmüvafiqdir. Məsələn, bu istiqamətdə türkdilli xalqların nümunəsinə diqqət yetirmək məqbul olar. Şübhəsiz, tarix boyu beynəlxalq münasibətlərdə aparıcı etnik faktor kimi çıxış etmiş, bəşəriyyət tarixinə mühüm, fundamental töhfələr vermiş, öz ədəbiyyatı, mədəniyyəti və digər bəşəri dəyərləri ilə tarix səhnəsində özünəməxsus yer tutmuş türkdilli xalqlar məhz bu gün qloballaşma şəraitində də bir çox xalqların əksinə olaraq öz mövcudluğunu qoruyub saxlamaqda və bəşəriyyətin inkişafına, xalqlararası inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər.
Məlum olduğu kimi, tarixin bütün dövrlərində ən müxtəlif sosio-mədəni, etno-mədəni və etno-siyasi proseslər və hadisələrin ana məkanı qismində çıxış edən Avrasiya materikində türkdilli xalqlar millətlərarası münasibətlərin formalaşmasında, fundamental regional və qlobal dəyişikliklərə səbəb olan inteqrasiya, assimilyasiya, miqrasiya və immiqrasiya proseslərin baş verməsində özünəməxsus rol oynayan superetnos olublar.
Müasir dövrdə qloballaşma şəraitində türkdilli xalqların yeri və rolunu müəyyən edən əsas amillər siyasi, iqtisadi və mədəni əməkdaşlıq münasibətləri, eyni zamanda, paritet inteqrasiyadır. Sirr deyil ki, bəşəriyyətə əsaslı siyasi, iqtisadi və mədəni dəyişikliklər gətirmiş qloballaşma prosesi xalqların milli həmrəyliyi və suverenliyinə müəyyən mənada neqativ əsir edən hal kimi çıxış edir (4, 19). Məhz bu yanaşmanın doğruluğunu isbat etmək üçün siyasi, iqtisadi və mədəni qloballaşma proseslərinə ayrıca diqqət yetirmək lazımdır. İlk öncə qeyd etmək lazımdır ki, qloballaşmaya iqtisadi proses kimi yanaşanlar və ya iqtisadi qloballaşmanı ön plana çəkən tədqiqatçılar bildirirlər ki, qloballaşma, əslində, iqtisadi tələbatların ödənilməsi və ticari maraqların təmin olunması üçün dünyanı idarə edən güclər tərəfindən ortaya çıxarılmış ssenaridir. Bu ssenari kapital dövriyyəsinin və sərmayə imkanlarının vahid əldə cəmləşdirilməsi üçün nəhəng iqtisadi aktorlara geniş imkanlar verir. Məhz belə olan şəraitdə qloballaşma prosesinin fonunda türkdilli xalqlar və dövlətlərin sıx iqtisadi-ticari əlaqələrinin formalaşdırılması və mövcud potensialdan səmərəli istifadə olunması strateji zərurət kimi çıxış edir. Qeyd etmək lazımdır ki, Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, kimi qurumlar vasitəsilə bu sahədə də dərin əməkdaşlıq münasibətləri və inteqrasiya prosesi formalaşdırılmışdır.
Bununla yanaşı, siyasi qloballaşma prosesi də türkdilli xalqların və dövlətlərin fəaliyyətinə bu və ya digər səviyyədə təsir göstərir. Qeyd etdiyimiz kimi, siyasi qloballaşma milli dövlətlər arasındakı sərhədlərin "əridilməsi"ni həyata keçirən, eyni zamanda, xalqların assimilyasiya olunmasını şərtləndirən transmilli tendensiyadır. Siyasi qloballaşma şəraitində milli maraq məfhumu və prinsipi ikinci plana atılır, bununla da transmilli strateji hədəflər və maraqlar ön plana çəkilir (4, 22) Amma bütün bunlara baxmayaraq, möhkəm əsaslara söykənən siyasi əməkdaşlıq münasibətləri qloballaşmanın bəhs olunan neqativ təzahürlərindən qorunmağa, təhdidləri dəf etməyə imkan verir ki, türkdilli xalqlar və dövlətlər arasındakı mövcud siyasi münasibətlər də buna qadirdir. Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar işbirliyi və inteqrasiyanı təmin etməklə yanaşı. əməkdaşlığın yeni perspektivini müəyyənləşdirməyə, həmçinin mövcud təhdidlərdən qorunmağa imkan verir (5)
Türkdilli xalqların bəşəriyyət tarixinə verdiyi töhfələrə, müasir qloballaşma şəraitində və beynəlxalq münasibətlər sistemindəki roluna diqqət yetirmək üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən daha bir məsələyə toxunmaq gərəkdir. Bu, Avrasiya geostrateji məkanında mövcud münasibətlərə əsaslı şəkildə təsir edən, hətta həyati əhəmiyyət kəsb edən prosesləri şərtləndirən miqrasiya prosesində türkdilli xalqların yeri və roludur. Məlum olduğu kimi, qloballaşma prosesinin intensiv xarakter aldığı XX əsrin sonu - XXI əsrin əvvəllərində başlayan miqrasiya prosesi bölgədə dinamizm meyillərini artırmaqla yanaşı, mərkəzdənqaçma tendensiyalarını da müəyyən mənada neytrallaşdırdı. Bəzi geosiyasi nəzəriyyələrdə və planlarda "heartland" kimi təsvir edilən və Avrasiyanın mərkəzində yerləşən Türküstan coğrafiyasından Avropaya doğru baş tutan miqrasiya aktları bu prosesdə xüsusi rol oynadı. Qitələrarası miqrasiya səciyyəsi daşıyan bu akt öz növbəsində çox ciddi etno-mədəni, sosio-mədəni və etno-siyasi nəticələr doğurdu. Belə ki, Avropa ilə Asiya arasında üzvi inteqrasiya və simmetrik dialoqun formalaşmasına fundamental zəmin yaradan bu hal Avrasiyanı aktiv dialoq müstəvisinə çevirdi. Başqa sözlə, Türküstan coğrafiyasında yığılan enerji potensialı miqrasiya vasitəsilə "qoca qitə"də - Avropada aktiv enerjiyə çevrildi, bu isə nəticə etibarilə, Avropaya yeni dinamizm meyillləri gətirdi (5). Beləliklə, Avropada müxtəlif mədəniyyətlərin inteqrasiyası və uzlaşması fonunda yeni sivilizasiyalarası dialoq formalaşdı. Avrasiya dialoq müstəvisində meydana gələn yeni sosio-mədəni münasibətlər mədəniyyətlərarası və millətlərarası ziddiyyətləri neytrallaşdırmaqla qarşılıqlı anlaşma mühitinin və əməkdaşlıq platformasının əsasını qoydu. Bütün bunların fonunda beynəlxalq əlaqələr - millətlərarası münasibətlər sistemində yeni era başlandı. Artıq etnosentrizmin mərkəzində dayandığı konfrantasiya halları və "soyuq" münasibətlər tədricən sıradan çıxmağa başladı. Başqa sözlə, XXI əsrdə sivilizasiyaların dialoquna və mədəniyyətlərarası inteqrasiyaya fundamental şərait yaradan tarixi proses baş tutmuş oldu.
Beləliklə, sadalananlar ona dəlalət edir ki, bəşəriyyət tarixinə mühüm, fundamental töhfələr verməyə davam edən türkdilli xalqların intensiv inteqrasiyası və əməkdaşlıq münasibətləri onların müasir beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirməklə yanaşı, qloballaşma prosesində də öz milli maraqlarına müvafiq surətdə iştirak etməsini şərtləndirir. Bu hal, eyni zamanda, türkdilli dövlətlər arasındakı münasibətlərin hazırki durumuna və perspektiv inkişafına real strateji töhfələr verir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. Hoffman Stanley. Theory and International Relations, James N.Rosenau, ed. International Politics and Foreign Policy, a reader in research and theory. New York: The Free Press, 1996
2. James N.Rosemai et al.ed. The Analysis of İnternational Politics (New York: The Free Press, 1997)
3. Lopez George A. and Michael S. Stohl, International Relations, Contemporary Theory and Practice. Washington: D.C. Congressional Quarterly İnc., 1999
4. Gönlübol Mehmet. Uluslararası Politika. 3 b. Ankara: SBF Yay, 2000
5. http://strategiya.az/old/index.php?m=xeber&id=22415
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM