AZƏRBAYCAN İQTİDARI KONSTRUKTİV SİYASİ TƏSİSATLARLA DİALOQUN DAVAM ETDİRİLMƏSİ TƏRƏFDARIDIR

10:19 / 20.02.2015

Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, ictimai-siyasi institutların fəaliyyətinə müsbət töhfə verən institusional islahatların həyata keçirilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın və vətəndaş cəmiyyətinin müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, o cümlədən ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın intensiv inkişafının, əsaslı ictimai-siyasi sabitliyin və siyasi sistemin dinamikliliyinin davamlı olacağına əminlik yaradır.

 

Eyni zamanda, Azərbaycan siyasi, hüquqi islahatları davam etdirmək əzmindədir və bu kontekstdə həyata keçirilən bütün tədbirlər siyasi sistemin təkmilləşməsinə xidmət edir.

Bütün bunların fonunda Azərbaycan iqtidarı konstruktiv siyasi fəaliyyətə malik olan institutlarla dialoq təşkil etməklə də siyasi sistemin inkişafına xüsusi diqqət yetirir. Çünki siyasi dialoq, bir tərəfdən, partiyalar və digər təsisatlar arasındakı münasibətlərin əməkdaşlıq, sağlam rəqabət müstəvisində cərəyan etməsini şərtləndirir, digər tərəfdən isə, siyasi sistemin struktur elementlərinin təkmilləşməsinə müəyyən töhfələr verir. Ümumiyyətlə, siyasi dialoq fəaliyyətdə olan aktorların müəyyən dəyərlər və maraqlar əsasında digər subyektlərlə yaratdığı siyasi ünsiyyət formasıdır. Başqa sözlə, siyasi dialoq özündə müəyyən dəyərlər, maraqlar, məsələlər və tərəfləri ehtiva edən əlaqələr sistemidir. Müxtəlif cəmiyyətlərdə siyasi sistemin xarakteristikasından asılı olmayaraq birbaşa və ya dolayı şəkildə baş tutan dialoq tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər ətrafında həyata keçirilir və bir çox hallarda dialoqun nəticəsi kimi qəbul edilmiş qərarlar cəmiyyət daxilində bu və ya digər ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan, ölkəmizdə də konstruktiv siyasi subyektlərlə Azərbaycan iqtidarının dialoq mexanizminin formalaşdırılması sadalananlar baxımından müstəsna önəm kəsb edir.

Bu kontekstdə xüsusi əhəmiyyət kəsb edən nüans budur ki, siyasi islahatları mütəmadi şəkildə davam etdirən Azərbaycan iqtidarı hər zaman siyasi təsisatlarla dialoqun davam etdirilməsi tərəfdarı kimi çıxış edib. Vaxtaşırı müxalifət partiyaları ilə görüşün keçirilməsi bunu göstərən növbəti faktdır. Fevralın 12-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə növbəti görüşündə bu məsələlər diqqət mərkəzində olub. Əli Həsənov görüşdə bu məqamı xüsusilə diqqətə çatdırıb ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər: “Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, daxili və xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvələr arasında ölkənin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələ müzakirə mövzusu ola bilər. Əminəm ki, bu görüşdə də siyasi partiya rəhbərləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz gələcəkdə müzakirələr aparıb müəyyən fikrə gələcəyik”.

Siyasi dialoq siyasi sistemlə yanaşı, siyasi mədəniyyətin də təkmilləşməsinənə mühüm töhfələr verir. Ümumiyyətlə,  müxtəlif ölkələrin inkişaf səviyyəsini qiymətləndirərkən əsas götürülən fundamental meyarlardan biri kimi siyasi mədəniyyət amili ön plana çəkilir. Son zamanlar müxtəlif strateji araşdırma mərkəzləri milli dövlətlərin daxili potensialı və gücünü, perspektiv inkişaf istiqamətlərini dəyərləndirmək üçün siyasi sistemin mühüm struktur elementlərindən olan siyasi mədəniyyəti xüsusi tədqiqat obyekti kimi nəzərdən keçirirlər. Yuxarıda bəhs edilən görüş siyasi mədəniyyətlə yanaşı, vətəndaş cəmiyyətinin inkişafı nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Təbii ki, burada Azərbaycan iqtidarının ali siyasi iradəsi müstəsna önəm daşıyır. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi: “Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsinlər, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Hazırda siyasətin formalaşdırılmasında, dövlətin idarə edilməsində ictimai şuraların yaradılmasına böyük əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılır. Hesab edirik ki, dövlət siyasətinin formalaşmasında da elə ictimai şura rolunu bu görüşlər oynayacaq”.

 

 

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM