Dağlıq Qarabağ münaqişəsinin həlli geostrateji zərurət kimi - TƏHLİL

13:57 / 10.03.2015

 

Müasir dünya siyasətində etibarlı tərəfdaş, regional güc mərkəzi və nüfuzlu dövlət kimi tanınan Azərbaycan Respublikasının xarici siyasət kursu milli maraqlara əsaslanır. Müəyyən olunmuş hədəflər və strateji prioritetlər əsasında reallaşdırılan xarici siyasət kursunun ən mühüm istiqamətlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi təşkil edir. Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet məsələdir. Bu səbəbdən Azərbaycan diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.

Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir. Xüsusilə də, ikili standartlar Ermənistanı neqativ kontekstdə ruhlandırır. Bunun nəticəsidir ki, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratını təyin edərək Ermənistan dövləti yaradıblar. Şübhəsiz, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.

Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdid kimi çıxış edir. Bu səbəbdən, dünya ictimaiyyəti, xüsusilə də, müvafiq beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər ciddi fəsadlara səbəb ola bilər. Bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olan ciddi problem olduğuna görə onun həll edilməsi regional miqyaslı, qlobal xarakterli qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan və stimul verəcək. Yox, əgər münaqişə həll olunmamış qalarsa, məhz bu zaman Cənubi Qafqaz bölgəsi qapalı-səmərəsiz geosiyasi məkana çevrilməkdən qurtula bilməz. Bu isə region dövlətlərindən daha çox qlobal aktorlara mənfi təsir göstərər. Çünki hər kəsə məlumdur ki, Cənubi Qafqaz ən böyük sərmayə məkanlarından biri olmaqla yanaşı, ən önəmli bölgələrə çıxış qapısı rolunu da oynamaqdadır. İkincisi, Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli bölgədə təhlükəsizlik balansının pozulmasının - qeyri-sabitliyə səbəb olacaq halların meydana gəlməsinin qarşısını almaq üçün dağıdıcı faktorların aradan qaldırılması zəruridir. Əlbəttə ki, bu cür dağıdıcı faktorlardan biri də Azərbaycan torpaqlarının 20 faizinin hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasıdır. İşğala son qoyulmadıqca nə Ermənistan regional layihələrdə iştirak edə biləcək, nə də sərmayədar dövlətlər istədikləri səviyyədə bölgəyə investisiya yönəldə biləcəklər. Bundan başqa, münaqişənin həll olunmamış qalması Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının yaradılmasına və növbəti strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə mane olacaq.

Beləliklə, regional təhlükəsizliyə və sabitlyə ciddi təhdid yaradan Dağlıq Qarabağ münaqişəsinin həlli geostrateji zərurətdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM