Politoloq
XXI əsr yekdilliklə dünya iqtisadiyyatının qloballaşması, transmilli iqtisadi strukturların və maliyyə institutlarının fəaliyyət sahəsinin dünya miqyasında genişlənməsi, kapitalın, malların, işçi qüvvəsinin getdikcə artan yerdəyişməsi və dövriyyəsi əsasında qarşılıqlı iqtisadi asılılığın güclənməsi kimi xüsusiyyətlərlə səciyyələndirilir. XX əsrin 90-cı illərinin əvvəllərində dünya xəritəsi növbəti dəfə geosiyasi cəhətdən önəmli dəyişikliklərə məruz qaldı. SSRİ-nin süqutu nəticəsində bütün dünyada, xüsusilə də Avrasiya məkanında geosiyasi vəziyyət və statuslar əsaslı şəkildə dəyişikliyə uğradı. Şərqin lideri SSRİ-nin bir geosiyasi rəqib kimi aradan qalxması Qərb yarımkürəsinin bir nömrəli aktoru olan ABŞ-ın yeganə qlobal dövlətə çevrilməsi prosesinin zirvəsi oldu (1, 97). Bu həm də ABŞ-ın qlobal dövlət statusu ilə əlaqədar olaraq yeni problemin meydana çıxmasına səbəb oldu. Belə ki, qlobal lider dünyanı idarə etmək üçün ilk növbədə Avrasiyada qüvvələr balansının saxlanılmasını təmin etməli idi. Məhz bu cür şəraitdə qloballaşma adlanan prosesə start verildi. Qloballaşma öz növbəsində dövlətlərarası münasibətlərə və beynəlxalq münasibətlər sisteminə yeni çalarlar və təmayüllər əlavə etdi. Bununla da qlobal siyasi proseslər və münasibətlər əsaslı şəkildə intensivləşdi və hər bir dövlət özünün xarici siyasi strategiyasını müəyyənləşdirərkən qloballaşma tendensiyasının fonunda cərəyan edən prosesləri nəzərə almaq məcburiyyətində qaldı (2, 156).
Qloballaşma prosesi müasir dünya siyasəti və beynəlxalq münasibətlər sisteminin başlıca tendensiyalarından biri hesab edilir. Məhz buna görə də bu problem müxtəlif strateji araşdırmaların fundamental tədqiqat obyekti kimi çıxış etməkdədir. Qloballaşma yeni proses olmayıb, tarixin müxtəlif dövrlərində bu və ya digər səviyyə və formada təzahür etmişdir. Qloballaşma anlayışına və prosesinə akademik status verilməsi və müxtəlif sahələri özündə ehtiva edən proses kimi yanaşılması araşdırmaçı-sosioloq Roland Robertsonun adı ilə bağlıdır. R.Robertson ilk dəfə olaraq qloballaşma prosesinə tarixi aspektdən yanaşmış və onun müxtəlif mərhələlərdən keçərək bugünkü formaya gəldiyini bildirmişdir. Qloballaşmanın müxtəlif mərhələlərdən keçdiyini bildirən Robertson vurğulamışdır ki, bu prosesdə təzahür edən hər bir mərhələ özündən əvvəlkindən daha mürəkkəb və rəngarəng olmuşdur (3, 231). Ümumilikdə isə, tədqiqatçının gəldiyi yekun qənaət ondan ibarətdir ki, qloballaşma adlanan prosesin mahiyyəti budur ki, bu proses dünyanın inteqrasiya olunmuş - “birləşmiş” halıdır.
Qloballaşma problemini fundamental araşdırmaların tədqiqat obyektinə çevirən digər bir araşdırmaçı İmmanuel Vallerstayndır. İ.Vallerstayn qloballaşmaya iqtisadi cəhətdən yanaşmışdır. Tədqiqatçı qloballaşmanı kapitalist dünya iqtisadiyyatının qloballaşması kimi səciyyələndirib. Onun yanaşmasına görə, qloballaşma kapitalist sərmayənin axımı və beynəlxalq inteqrasiya və asılılığın güclənməsidir (6, 117). O qeyd edir ki, qloballaşma bərabərsizliyi yaradan və gücləndirən prosesdir. Vallerstaynın yanaşmasına görə, qloballaşma prosesinin əsas meyilləri məhz bunlardır: iqtisadi münasibətlərin inteqrasiyası və intensivləşməsi, qlobal və regional bazarlar uğrunda savaşların və rəqabətin güclənməsi, iqtisadi böhranların mütəmadi qaydada baş verməsi, iqtisadi qruplaşmaların yaranması, sərmayə axımı və artımının daha da güclənməsi, transmilli korporasiyaların fəaliyyət dairəsinin genişlənməsi və s (8, 23).
Qloballaşma yekcins istiqamətli proses deyil. Onun müxtəlif sfera və istiqamətləri mövcuddur ki, bunların hər birinin ayrılıqda təhlil və izah edilməsi strateji önəm ksb edir. Bu proses struktur baxımından çoxölçülü tendensiya kimi qiymətləndirilir. Məhz buna görə də qloballaşma prosesi 3 başlıca sahə və sferanın fonunda təzahür edir (4, 79). Yəni bu tendensiya daha çox 3 istiqamətdə cərəyan edir və ya bu prosesin üç başlıca sahəsi fərqləndirilir: iqtisadi, siyasi və mədəni qloballaşma. Əslində, iqtisadi, siyasi və mədəni qloballaşma bir-birindən ayrı mövcud olmayıb, tamın-sistemin ayrı-ayrı zəruri elementlərini təşkil etməkdədirlər. Çünki qloballaşma iqtisadi, siyasi və mədəni istiqamətləri əhatə etməklə vahid strateji məqsədə xidmət edir: konkret aktorlar tərəfindən vahid mərkəzdən vahid qanunlar əsasında dünyanın idarə edilməsi və ya “qlobal dövlət”in formalaşdırılması.
İ.Vallerstayn qeyd edir ki, mədəni qloballaşma dünyanı idarə edən qlobal aktorlar tərəfindən məharətlə istifadə edilən ideoloji silahdır. Mədəni qloballaşma tendensiyasının arxasında və əsasında dayanan güclər millətlərin mədəni dəyərlərini-milli xarakter və mədəniyyətlərini, adət-ənənələrini “sıradan çıxararaq” homogen mədəniyyət yaratmağa çalışırlar. Bundan sonra isə mədəni dəyərləri “əridilmiş” millət dünyanı idarə edən güclərin formalaşdırdığı “qlobal imperatorluğun” sadə bir elementinə çevrilirlər (8, 23). Mədəni qloballaşma adı altında həyata keçirilən inteqrasiya prosesi çox hallarda kiçik millətlərin və etnik qrupların assimliyasiyası ilə nəticələnir. Əlbəttə, qloballaşma prosesinin fonunda millətlərin qarşılıqlı - tarazlı inteqrasiyası, dəyərlərin uzlaşdırılması və paylaşılması, eləcə də yeni dəyərlərin yaradılması prosesləri də ortaya çıxır. Bunun üçünsə hər bir millətin öz dəyərlərini, adət-ənənələrini qoruyub saxlaması, həmçinin digər millətlərin eyni dəyərlərinə hörmət etməsi prinsipi xüsusi şəkildə nəzərə alınmalı və tətbiqi müstəviyə transfer edilməlidir. Deyilənlərlə yanaşı, mədəni qloballaşma tendensiyasının fonunda müxtəlif millətlərin ayrı-ayrı nümayəndələrində “lokal” mədəni dəyərlərin formalaşdırılması halına da rast gəlinir ki, bu da bütövlükdə kosmopolitləşmə prosesini sürətləndirir. Kosmopolitləşmiş vətəndaşları daha çox olan millətin isə milli-mənəvi dəyərləri asanlıqla tarixin arxivinə yollanır. Bu da nəticə etibarilə daha şiddətli və faciəvi hal olan “manqurtlaşma” tendensiyasına yol açır. Əlbəttə, bu deyilənlərin hər biri kor-koranə şəkildə qloballaşma prosesinə qoşulmaqdan irəli gəlir. Milli-mənəvi dəyərləri və maraqları əsas tutmaqla qloballaşma prosesinə qoşulmaq isə assimliyasiya problemini aradan qaldırmaqla yanaşı, millətlər arasında qarşılıqlı-faydalı-uzlaşdırılmış əməkdaşlıq və inteqrasiya prosesinə də təkan vermiş olur. Bundan başqa, mədəni qloballaşma prosesi iqtisadi və siyasi qloballaşmaya təkan verən tendensiya və proses qismində çıxış edir. Ona görə də qloballaşma prosesinin ssenarisini hazırlayan və icra edən qlobal aktorlar ideoloji silah və vasitə qismində mədəni qloballaşma prosesindən kütləvi şəkildə istifadə edirlər. Vallerstayn qeyd edir ki, mədəni qloballaşma prosesi iqtisadi qloballaşmanın fundamental təminatçı prosesi qismində çıxış edir, iqtisadi qloballaşma isə öz növbəsində siyasi qloballaşmanı “çağırır”. Məhz buna görə də qloballaşma prosesinin “ideoloji lokomotiv”i qismində məhz mədəni qloballaşma çıxış edir (5, 88). Bundan başqa, mədəni qloballaşma prosesi uzunmüddətli tendensiya olmaqla yanaşı, nəticəsi ən gec “dağıdılan” prosesdir. Bununla yanaşı, bir sıra araşdırmaçıların fikrincə, mədəni qloballaşma prosesi “millətlərin identikliyi” prosesini intensivləşməkdədir. Məsələn, Antoni Hiddens qeyd edir ki, qloballaşma prosesinin fonunda millətlərin inteqrasiyası prosesi heç bir dövrdə olmadığı qədər sürətlənib. O bildirir ki, dünyada heç bir ölkədəki yaşayış tərzi, mədəni dəyərlər digər ölkələrdə olduğundan kəskin şəkildə fərqlənmir. Onun fikrincə, qloballaşma dünya ictimaiyyətinin qarşılıqlı asılılığının artmasıdır (7, 19).
Göründüyü kimi, qloballaşma prosesi olduqca mürəkkəb tendesiya olmaqla yanaşı, özündə olduqca geniş sahə və istiqamətləri ehtiva edir. Bu proses vahid məqsədə xidmət edir: qlobal inteqrasiyanın ən yüksək səviyyədə reallaşdırılması və hegemon güc mərkəzlərinin əsasında dayandığı “qlobal imperatorluğun” formalaşdırılması.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. E.Bilbilik, Amerikan kuşatması, Büyük oyunun perde arkası, İstanbul: 2008, s.97
2. Əli Həsənov, Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı: 2005, s. 156
3. Hikmət Baba oğlu Məmmədov, Dünya siyasəti və beynəlxalq münasibətlər, Bakı: 2010, s. 231
4. Koray Cevecioğlu, Küreselleşme – yeni dünya modeli . Ankara: 2003, 79
5. Suat Bilge. Milletlerarası Politika. Ankara: 2006, s. 88
6. Suat İlhan. Türklerin jeopolitiği və Avrasyacılık. Ankara: 2005, s. 117
7. Современные международные отнощения. Под редакцией А.В.Торкунова. Москва: 2001, s. 19
8. Wallerstein I. Geopolitics and Geoculture, Cambridge University Press: 2002, s. 23
Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM