Politoloq
XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq, müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da "demokratiya" və "insan hüquqları", "siyasi plüralizm" kimi institusional məfhumlar xüsusilə fərqlənir. Amma məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunələri ortaya çıxır. Hədəf kimi seçilmiş ölkələrə təzyiq mexanizmi formalaşdırılan zaman iqtisadi və siyasi vasitələrlə yanaşı, bu cür ideoloji alətlərdən də geniş istifadə olunur.
QƏRBIN SUBYEKTIV "DEMOKRATIYA" ANLAYIŞI…
Bu hallar daha çox özünü dünyaya "demokratiya keşikçisi" kimi təqdim edən Qərb ölkələrinin mövqe və siyasətində göstərir. Sirr deyil ki, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Qərb dövlətlərinin özündə çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar mövcuddur. Xüsusilə də, vətəndaşlara qarşı ayrı-seçkilik, hüquq pozuntuları "demokratiya", "insan hüquqlarının qorunması" adı ilə pərdələnməkdədir. Ümumiyyətlə, bu ölkələrdə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması, mediaya yönəlik repressiv siyasətin həyata keçirilməsi, sərbəst toplaşmaq və vicdan azadlıqlarının pozulması kimi faktlar Qərb ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir.
QEYRİ-QANUNİ VƏ TƏXRİBAT XARAKTERLİ FƏALİYYƏT DEMOKRATİK DƏYƏRLƏRLƏ ASSOSİASİYA OLUNA BİLMƏZ
Qərb dövlətlərinin timsalında bu tip nümunələr kifayət qədər çoxdur. Həmçinin o da reallıqdır ki, belə media institutlarının fəaliyyətində müşahidə edilən başlıca reallıqlardan biri də müxtəlif dövlətlərə qarşı istifadə edilən təxribat və manipulyasiyalardır. Bu sırada daha çox "qara piar" komponentlərinə istinad edilir. Ziddiyyət yaratmaq, siyasi manipulyasiya etmək naminə gündəmə gətirilən məsələlər və dövriyyəyə buraxılan informasiyalar (əslində, dezinformasiyalar-N.Q.) bunu sübut edən başlıca arqumentlərdəndir. Həmçinin sözügedən transmilli media strukturlarının fəaliyyət göstərdikləri ölkələrdə müvafiq qanunvericiliyə zidd hallara yol verdikləri də müşahidə edilir. Hətta bir sıra ölkələrdə bu qurumlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi haqqında qərarlar qəbul edilib. Öz fəaliyyəti ilə dünyaya "nümunə" olduğunu iddia edən bu media qurumları, əslində, bir sıra hallarda təzyiq qruplarının ruporu qismində çıxış edirlər. Müxtəlif ölkələri subyektiv yanaşmalar əsasında hədəf seçən həmin media strukturları nədənsə Qərb ölkələrində, eləcə də Avropa məkanında çoxsaylı qanun pozuntularına dair hər hansı bir məlumat dərc etmir, bu məsələlərdən yan keçməyi üstün tuturlar.
"SÖZ AZADLIĞI" ARXASINDA GİZLƏNƏNLƏR, YAXUD AVROPA MEDİASININ UTANCVERİCİ REALLIQLARI…
Digər tərəfdən, "hüquqi və demokratik ölkə" kimi səciyyələndirilən həmin dövlətlərdə qanunlarda olan boşluqlar, hüququn aliliyi prinsipinin tam təsbit olunmaması müəyyən "mərkəzdənqaçma" meyillərinin də ortaya çıxmasını şərtləndirir. Həmin tendensiyalar müxtəlif dövlətlərin rəsmi şəxsləri və ya müəyyən institutlarına qarşı da müşahidə edilir və bunlar "demokratiya carçıları"nın gerçək mahiyyətinə işıq salır. Bu kontekstdə sonuncu nümunə odur ki, fransalı iki jurnalist - Erik Loran və Katrin Qrasye Mərakeş Kralından şantaj yolu ilə pul almağa çalışıblar. Onlar Kral haqqında nüfuzdan salan informasiyanı dərc etməmək müqabilində 3 milyon avro tələb edirdilər. "Editions du Seuil" nəşriyyatı onların kitab üzərində işlədiklərini təsdiq edib. Kral haqqında artıq bir kitabın müəllifi olan həmin jurnalistlər Mərakeş nümayəndəsindən tələb edilən pulu alarkən cinayət başında həbs olunublar.
Bütövlükdə isə, cari ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv və namizəd ölkələrdə 47 böhtan və şantaj xarakterli materialın nəşr edildiyi təsbit olunub. Lakin media nümayəndələri tərəfindən yazılan 120 materialın müxtəlif səbəblərə görə nəşrinə də icazə verilməyib. Həmçinin qeyd olunan dövr ərzində bu regionda qeyri-qanuni fəaliyyətlərinə görə 16 media nümayəndəsinə qarşı cinayət işi açılıb, 20 media nümayəndəsinə qarşı mülki iddia qaldırılıb, 47 media nümayəndəsi həbs olunub və yaxud saxlanılıb, 103 media nümayəndəsinə qarşı hüquqi ölçü götürülüb, 32 media nümayəndəsi işdən qovulub.
Bununla yanaşı, bir müddət öncə Azərbaycan haqqında böhtan xarakterli material hazırlayan "Cash Investigation" həftəlik araşdırma proqramına rəhbərlik edən Eliz Lüsenin tərcümeyi-halından da göründüyü kimi, onun heç bir diplomu yoxdur və o, səthi xarakterli subyektiv yanaşması ilə nəinki qərəzli şəkildə reallıqları təhrif edir, eyni zamanda, qeyri-qanuni mövqe nümayiş etdirir.
AVROPANIN MÜVAFİQ QURUMLARI "QOCA QİTƏ"DƏKİ QANUN POZUNTULARINA NƏ ÜÇÜN REAKSİYA VERMİRLƏR?
Digər bir nüans odur ki, müxtəlif ölkələrlə bağlı ardıcıl bəyanatlar verən, özlərini "demokratiya keşikçisi" kimi təqdim edən Avropanın müvafiq qurumları "qoca qitə"də baş verən kütləvi hüquq pozuntularına, xüsusilə də, insan haqlarının pozulması hallarına, müxtəlif media subyektlərinin illeqal fəaliyyətinə münasibət bildirmirlər. Bəs haqqında bəhs edilənlər dünyaya sırımağa çalışdıqları "demokratiya dərsləri"ndən özləri niyə yararlanmırlar? Əlbəttə, bütün bunlar Qərbin ikili standartlar siyasəti yürütdüyünün növbəti nümunəsidir. Bu, həm də ona dəlalət edir ki, milli dövlətlər Qərbin ikili standartlar siyasəti ilə qarşı-qarşıyadır. Və yeni dünya nizamında ikili standartlar Avropa və bütövlükdə Qərb üçün metodoloji prinsip kimi çıxış edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM