Politoloq
Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan qüvvələr, başqa sözlə, bir qrup autsayderlər özlərinin korporativ səciyyəli maraqlarını, şəxsi ambisiyalarını təmin etmək üçün siyasi dəyərlərə zidd fəaliyyət göstərməkdədirlər. Başqa sözlə, siyasi palitrada marginal qrup və autsayder kimi tanınan, xalqın etimadını tamamilə itirmiş bu cür qüvvələr hər zaman müxtəlif oyunlar və primitiv məsələlərlə gündəmə gəlməyə çalışmaqdadırlar.
Bu cür marginal qruplar sırasında özlərinin siyasi səriştəsizliyi sayəsində autsayderə çevrilmiş şəxsləri birləşdirən Müsavat Partiyası da yer alır. Bir müddət öncə parlament seçkilərində “mübarizə” aparacaqlarını, seçkilərdə mütləq iştirak edəcəklərini deyən bu partiyanın nümayəndələri indi fərqli bəyanatlar səsləndirirlər. Siyasi partiya adlandırılan bu marginal qrupun seçkilərin keçirilməsinə 3 gün qalmış seçkidə iştirakdan imtina etdiyini açıqlaması onun marginal qrup oldunu bir daha təsdiqləyir. Çünki birincisi, sosial bazası və rəqabət aparmaq üçün yetərli siyasi resursları olan hər hansı bir partiya boykot əvəzinə mübarizəni seçir. Yəni “Müsavat”ın bu qərarı həm də siyasi subyektlər üçün siyasi etikaya zidd addım kimi xarakterizə edilir. İkincisi, bu məsələlərlə bağlı qəbul edilən hər bir qərar yerli qanunvericiliyə - ölkə Konstitusiyasına uyğun olmalıdır. Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.
Yeri gəlmişkən, bu partiyanın “parlament seçkiləri 4 aydan sonra keçirilsin” bəyanatı isə ölkə Konstitusiyasına və seçki qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də bir sıra məqamları ifadə edir. Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir və onun iddia edilən müddətə və əsaslarla təxirə salınması qaydası seçki qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır.
Bu mövqe, ilk növbədə, ondan xəbər verir ki, məqsəd ölkəmizdəki demokratik mühitə kölgə salmaq, Azərbaycanın pozitiv imicinə xələl gətirməkdir. Görünən odur ki, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran autsayderlər son zamanlar, özəlliklə də parlament seçkiləri ərəfəsində ictimai rəydə spekulyasiya yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyi məsələsini manipulyasiya predmetinə çevirmək üçün ən müxtəlif metodlara istinad edirlər. Bu isə, öz növbəsində, həm də siyasi təxribat kimi səciyyələndirilə bilər. Bir sıra ölkələrin təcrübəsindən də bəllidir ki, seçkilərdə iştirak etmək üçün heç bir resursa,
xüsusilə də sosial bazaya malik olmayan marginal qruplar bu cür siyasi təxribatlara istinad edirlər...
Beləliklə, sadalananlar heç bir ictimai dəstəyə, sosial bazaya malik olmayan “Müsavat”ın siyasi palitrada autsayder kimi çıxış etdiyini bir daha nümayiş etdirir. Bu kontekstdə digər bir nüans ondan ibarətdir ki, bəhs olunan partiyanın seçkilərdən imtina ilə bağlı qərarı həm də var olduğunu iddia etdiyi seçicilərinə qarşı həqarətdir. Normal-funksional siyasi partiya seçkilərə qatılaraq elektoratının iradəsini ifadə edir və seçicilərlə münasibətdə ictimai-siyasi palitrada müəyyən olunmuş vəzifələrini yerinə yetirir. Amma müxalifətçiliyi peşə və ya ştat vahidinə çevirməyə çalışan “Müsavat”ın sərgilədiyi mövqe bəhs olunan yanaşma və meyardan uzaq olmaqla yanaşı, onun marginal qrup kimi siyasi proseslərdə nə qədər aciz və təsirsiz olduğunu göstərir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM