Rusiya-Türkiyə münasibətləri: konfrantasiya, yoxsa əməkdaşlıq?

15:41 / 07.01.2016

 

Müasir dünya siyasətinin gələcəyinə təsir edən strateji amillərdən biri regional güc mərkəzləri arasındakı münasibətlərdir. Bu, özünü rəqabət, ziddiyyət, əməkdaşlıq formasında göstərsə də, bəzi hallarda konfrantasiya meyillərinə də rast gəlinir. Məhz son zamanlar Türkiyə-Rusiya cəbhəsində baş verənlər bu qəbildəndir. Müəyyən geosiyasi səbəblərlə əlaqədar olan bu qarşıdurma ekspertlər tərəfindən həm regional, həm də qlobal əməkdaşlığa zidd hal kimi xarakterizə edilir. Çünki siyasi konfrantasiya hər iki ölkə arasındakı iqtisadi münasibətlərə ciddi neqativ təsir etməklə yanaşı, Avrasiyada əməkdaşlığın genişləndirilməsi kontekstində arzuolunmaz haldır. 

Siyasi ekspertlər hər iki milli dövlətin konfrantasiya əvəzinə əməkdaşlıq yolunu seçməsini ən məqbul strateji seçim kimi dəyərləndirirlər.  Həqiqətən də, XXI əsr qloballaşma şəraitində Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir. Doğrudur, bu iki regional güc mərkəzi inteqrasiya və əməkdaşlıqdan daha çox strateji rəqabət platformasında qarşı-qarşıya gəlirlər. Amma hər halda, iki ölkə arasındakı strateji təmaslar Avrasiya geosiyasi məkanının perspektivi üçün müəyyən nəticələr ortaya qoymaq potensialına malikdir. Bəhs edilən aktorların strateji rəqabətinin nəticələri aydın və proqnozlaşdırılılandır. Lakin əsas məsələ Türkiyə ilə Rusiyanın əməkdaşlığının vəd etdiyi mümkün nəticələrdir. Bu nəticələri müəyyənləşdirmək üçünsə hər iki ölkənin geostrateji maraqları, statusu və fəaliyyət mexanizminə ayrıca diqqət yetirmək lazımdır.

Beləliklə, SSRİ-nin varisi statusunda çıxış edən Rusiya Avrasiyanın məkanının böyük bir hissəsinə malik olan regional güc mərkəzi kimi ciddi təsir imkanlarına malik olduğu yeni dünya nizamı formalaşdırmaq istəyir. MDB və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə geosiyasi çətir formalaşdırmağa çalışan Rusiya əlavə institusional mexanizmlərdən istifadə etmək zərurəti qarşısındadır. Bunun üçün isə yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılması lazımdır. Bu kontekstdə Türkiyə ilə yeni formatda geosiyasi yaxınlaşmanın zəruriliyi ortaya çıxır. Lakin hələ ki, konfrantasiya meyillərinə rast gəlinir...

Türkiyə isə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini yetirincə artırır. Özəlliklə də, XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə Qərb – Avropa üçün müstəsna geostrateji əhəmiyyətə malikdir. Xüsusilə, Moskva bu əməkdaşlıq kontekstində gerçəkləşdirilən layihələr vasitəsilə Avropa ölkələrinə qaz nəql etməklə Rusiyanın Avropanın enerji bazarında öz mövqeyini daha da möhkəmləndirməyə çalışır. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması faktoru da Rusiya və digər Qərblə strateji rəqabət və mübarizə içində olan ölkələr üçün əhəmiyyət kəsb edir. Xüsusilə də, Rusiya bu kontekstdə NATO-nun Şərqə doğru genişlənmə strategiyasının qarşısını almaq üçün Avropada “sanitar karton” yaratmaq istədiyi üçün prosesləri nəzarətdə saxlamağa, yeni manevr imkanları əldə etməyə çalışır.

Digər bir nüans odur ki, əgər tərəflər konfrantasiyadan əl çəkərəkə əməkdaşlığa üstünlük verərsə, o zaman bu əməkdaşlıq çərçivəsində regionda mövcud olan münaqişələrin həlli məsələsinin aktuallaşması da gözləniləndir. Hər halda, Rusiya-Türkiyə yaxınlaşmasının həm hər iki ölkənin, həm də  Avrasiyanın perspektivi naminə konkret nəticələr verməsi üçün ilk növbədə hər iki dövlətin strateji maraqları təmin olunmalıdır.

Azərbaycan ictimaiyyəti də tərəflər arasındakı qarşıdurma və ziddiyyətlərin öz yerini əməkdaşlığa verməsinin tərəfdarıdır. Çünki bu amil, qeyd etdiyimiz kimi, regional və beynəlxalq əməkdaşlığıa, təhlükəsizliyə əlavə töhfə olar. Təsadüfi deyil ki, bir müddət öncə Azərbaycan Respublikasının Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov KİV-ə açıqlamasında Türkiyə ilə Rusiya arasında gərgin münasibətləri şərh edərkən Azərbaycan cəmiyyətinin Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini və narahat olduğunu bildirmişdi. Türkiyənin bizim üçün qardaş və strateji müttəfiq ölkə olduğunu vurğulayan Əli Əhmədov demişdi ki, Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur: “Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu, bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər. Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM