Politoloq
Ukrayna savaşı uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq
Mühüm geostrateji məntəqədə yerləşən, əlverişli strateji resurslara malik olan Ukrayna müəyyən müddətdir ki, konfrantasiya və xaosla qarşı-qarşıyadır. Dünya siyasətinin başlıca tendensiya və qaydalarını müəyyənləşdirən güc mərkəzlərinin qarşıdurma episentri kimi çıxış edən bu ölkənin perspektivi, sözün əsl mənasında, sual altındadır. Hər halda görünən odur ki, “Ukrayna döyüşü”ndə qarşıdurma tərəfləri kimi çıxış edən Rusiya və Qərb (xüsusilə ABŞ) öz mövqelərindən asanlıqla vaz keçməyəcəklər. Tərəflərin son bəyanatları da bunu göstərməkdədir. Yeri gəlmişkən, ABŞ dövlət katibi Con Kerri Kiyevə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Rusiya rəhbərliyini Ukraynanın yeni hakimiyyəti ilə dialoqa çağırıb. “Biz hesab edirik ki, Rusiya və bizim hamımız üçün böhrandan çıxmağa və diplomatik dialoqu bərpa etməyə kömək edə biləcək çoxlu variantlar var. Biz Rusiyanı danışıqlar masasına əyləşərək Ukrayna hökuməti ilə birbaşa danışıqlara başlamağa çağırırıq. Mən əminəm ki, bu danışıqlar bütün ziddiyyətləri aradan qaldırmağa kömək edəcək”, deyə Kerri bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Madriddə Avropa Birliyinin xarici məsələlər üzrə ali komissarı Ketrin Eştonla görüşündə maraqlı fikirlər səsləndirib. S.Lavrov K.Eştonun diqqətini Rusiya prezidentinin martın 4-də keçirdiyi brifinqdə səsləndirdiyi bəyanatlara yönəldib. O qeyd edib ki, Ukraynadakı vəziyyətin normallaşması 21 Fevral razılaşmasına əsaslanmalıdır: “Buraya ölkənin bütün bölgələrinin maraqlarını nəzərə alan konstitusiya islahatlarının həyata keçirilməsi, milli birlik hökumətinin formalaşdırılması, qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi və onların küçələrdən uzaqlaşdırılması kimi məsələlər daxildir”.
S.Lavrov bildirib ki, Avropa Birliyi və ABŞ fevralın 21-də Viktor Yanukoviçlə müxalifət arasında imzalanmış sazişin üstündən xətt çəkməyə çalışır.
Beləliklə, baş verən son olaylar deməyə əsas verir ki, Ukraynada yeni siyasi dönəm başlayır. Bir müddət öncə Qərb və Rusiya dilemması qarşısında ictimai-siyasi böhrana sürüklənən bu ölkə hazırda geosiyasi transformasiya ərəfəsindədir. Hadisələrin başlanğıcında qeyd etmişdik ki, Ukraynada baş verən proseslər, sözün əsl mənasında, Qərblə Rusiyanın “heartland” mübarizəsini təşkil edir. Bu gün isə proseslərdən qalib çıxan tərəf Avrasiya hegemonluğu yolunda əhəmiyyətli bir addım qət edəcək, desək, yanılmarıq. Şübhəsiz, mühüm geostrateji məntəqə olan Ukrayna ətrafında aparılan mübarizə bununla bitməyəcək. Başqa sözlə, geosiyasi baxımdan “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) önəmi kəsb edən Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizələrini davam etdirəcəklər. Təsadüfi deyil ki, geostrateji planlarda ifadə edilən “Ukraynaya hakim olan Şərqi Avropaya hakim olacaq, Şərqi Avropaya hakim olan Avrasiyaya hakim olacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” strateji prinsip nəhəng aktorların fəaliyyət mexanizminin baza prinsipini təşkil edir.
Dolayısıyla, dünya yeni geosiyasi şərait və zərurət qarşısındadır. Çünki Ukraynada baş verən məlum proseslərdən sonra ölkənin siyasi tarixində yeni bir səhifə açılmaqdadır. Bütün dünyanın böyük həssaslıqla izlədiyi hadisələr gərgin mübarizə və mübahisələrə səbəb olmaqla yanaşı, dünyanın yenidən nizamlanması prosesində bu ölkənin yeni siyasi yönümünü də müəyyən edəcək.
Bəs Ukraynanın perspektiv durumu, mövqeyi və geosiyasi statusu necə olacaq? Hazırkı hadisələrin fonunda belə bir proqnoz vermək olar ki, Ukrayna savaşı uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq. Bir sözlə, Ukraynanı uzunmüddətli geostrateji mübarizə dalğası gözləyir.
Onu da qeyd edək ki, idarəçilik sükanının arxasına keçən yeni komandanın praqmatiklik səviyyəsindən asılı olaraq Ukraynanın perspektiv strategiyasının uğurluluq səviyyəsi müəyyən ediləcək. Amma hər halda, Ukraynanın gələcəkdə növbəti siyasi böhranlar burulğanına düşməsi mümkündür. Əminliklə söyləmək olar ki, müəyyən zaman kəsiyində siyasi mübarizənin bəzən kəskin, bəzənsə yumşaq siması özünü göstərəcək.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM