Azərbaycanda özəlləşdirmə siyasəti: islahat xarakterli tədbirlər nə vəd edir?

15:21 / 27.01.2016

Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Təsadüfi deyil ki, ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb. Özəlləşdirmənin bütün iqtisadi-sosial sferaları əhatə etməsi qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasına imkan yaradıb, valyuta bazarı formalaşdırılıb, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit təmin edilib.

Özəlləşdirmə və institusional islahatların paralel aparılması olduqca səmərəlidir

O da qeyd edilməlidir ki, özəlləşdirmə ilə bağlı proqramların icrası sayəsində dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib və institusional islahatlar həyata keçirilməklə qiymətlərin liberallaşdırılması və əsasən bazar tərəfindən tənzimlənməsi, vergilərin sayının və dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması özəl bölmənin fəaliyyəti üçün əlverişli imkanlar yaradıb. Nəticədə azad rəqabət təmin olunub və artıq Azərbaycan iqtisadiyyatı konkret proqramlar əsasında inkişaf edən iqtisadiyyata çevrilib. Ölkəmizdə bütün bazar institutları formalaşdırılıb,

valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarları yaradılıb. Xarici iqtisadi fəaliyyət liberallaşdırılıb, maliyyə və kapitalın azad hərəkəti təmin edilib, idxal rüsumlarının sayı və dərəcələri azaldılıb, ixrac rüsumları ləğv edilib, işçi qüvvəsinin sərbəst miqrasiyası təmin olunub, xarici iqtisadi fəaliyyət prosedurları sadələşdirilib. Eyni zamanda, özəlləşdirmə siyasətinin həyata keçirilməsi nəticəsində dövlət müəssisələri sağlamlaşdırılıb, özəl sektor inkişaf edib, əhali xüsusi mülkiyyət sahibinə çevrilib. Paralel olaraq xarici iş adamlarının respublikamıza cəlb olunması nəticəsində Azərbaycanda böyük əcnəbi sərmayədarlar ordusu formalaşıb.

2000-ci ildən etibarən isə özəlləşdirmə siyasətinin miqyasının daha da genişləndirilməsi, kiçik və orta müəssisələrlə bərabər, iri müəssisələrin dövlətsizləşdirməyə cəlb edilməsi, xarici investorların prosesdə iştirakının artırılması, özəlləşdirmənin sürətləndirilməsi məqsədilə ikinci özəlləşdirməyə dair Dövlət Proqramı hazırlanıb. Yeni proqramın həyata keçirilməsi nəticəsində daha strateji müəssisələrin özəlləşdirilməsi üçün geniş imkanlar açılıb. Azərbaycan ikinci özəlləşdirmə siyasətini həyata keçirərkən beynəlxalq təcrübəni nəzərə alıb. Bundan başqa, özəlləşdirmənin sürətləndirilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, xarici investorların iri müəssisələrə cəlb olunmasının stimullaşdırılması, restrukturizasiya tədbirlərinin gücləndirilməsi məqsədilə yeni proqram hazırlanaraq həyata keçirilməyə başlanılıb.

Azərbaycanda yerli və xarici sərmayədarların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olunub

Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramların və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olunub. Bu strateji plana əsasən, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin yaradılması və azad sahibkarlığın inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin rasional strukturunun yaradılması, iqtisadiyyat strukturunun yenidən qurulması, inhisarsızlaşdırma və rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliliyin yüksəldilməsi, müəssisələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması ilə bağlı əhatəli tədbirlər həyata keçirilib.

Əlbəttə, bu günədək icra olunan müvafiq proqramların əsas məqsədləri özəlləşdirmə vasitəsilə iqtisadiyyatın strukturunu təkmilləşdirmək, rəqabət mühitini formalaşdırmaq, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirmək, iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaq, özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən ibarət idi. Bununla yanaşı, bu proqramlar çərçivəsində özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması, vergi və digər güzəştlərin edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, enerji və qazla təmin olunması, dövlətə olan borcların silinməsi və digər məsələlər öz həllini tapıb. Eyni zamanda, əmək kollektivlərinin özəlləşdirmə prosesində daha geniş iştirakı və güzəşt hüquqları təmin olunub.

İnvestisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir

Nəticə etibarilə, həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində də müsbət nəticələr əldə olunub. Yeni iqtisadi inkişaf kursunun müəyyənləşdirildiyi bir müasir dövrün tələblərinə uyğun olaraq dövlət əmlakı üzərində idarəetmənin təkmilləşdirilməsi, ondan səmərəli istifadə edilməsi, özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi, özəlləşdirilmə zamanı şəffaflığın təmin edilməsi və aşkarlıq tədbirlərinin genişləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisəyə investisiya qoyuluşu üzərində nəzarət mexanizminin yaradılması diqqət mərkəzindədir. Bu istiqamətdə özəlləşdirmə ilə bağlı görülən işlərin təkmilləşdirilməsi, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Özəlləşdirmə siyasəti yeni mərhələyə qədəm qoymaqdadır

Bu kontekstdə toxunulması zəruri olan başqa bir məsələ isə özəlləşdirmə siyasətinin yeni mərhələyə qədəm qoymasıdır. Ümumiyyətlə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan

konfransda səsləndirdiyi fikirlər deməyə əsas verir ki, Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib və bu sırada özəlləşdirmə sahəsində davamlı tədbirlərin görülməsi xüsusi yer tutur. Bəhs olunan konfransda dövlət başçısı qeyd edib ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəkdir: “Buna böyük ehtiyac var. İlk növbədə, bu, ölkəmizə əlavə sərmayə, valyuta gətirəcək. Digər tərəfdən, biz işləməyən müəssisələri canlandıracağıq. Elə müəssisələr var ki, artıq 20 ildir dayanıb, qapısı qıfıllanıb, yarıdağılmış, yaxud dağılmış vəziyyətdədir və onlar nədənsə özəlləşdirməyə çıxarılmır”.

Ekspertlər bu qənaətdədirlər ki, özəlləşdirilmə prosesi daha çevik qərarların verilməsi üçün önəm kəsb edir. Bu, bəhs olunan sektorda qərarların operativliyinin təmin edilməsinə şərait yaradacaq, yeni proqram büdcəyə daxilolmaların həcmini artıra bilər. Əlbəttə, Azərbaycanda özəlləşdirilmənin əsas məqsədlərindən birini büdcəyə daxilolmaların artırılması təşkil edir. Bu baxımdan, dövlət büdcəsi üçün yük olan qurumların özəlləşdirilməsi vacib amildir.

Bu istiqamətdə sərmayələrin daha aktiv cəlb edilməsi məsələsi də diqqət mərkəzindədir. Əlbəttə, bu, öz növbəsində, davamlı iqtisadi inkişafa mühüm töhfədir. Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, ilk növbədə, ciddi təhlil aparılmalıdır: “Hansı müəssisələr ilk növbədə özəlləşməyə açılmalıdır və özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatı hansı dividendlər götürəcək. Əlbəttə, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes plan təqdim edilməlidir. Belə çıxmasın ki, kimsə gəldi özəlləşdirdi, yenə də o müəssisə belə bağlı vəziyyətdə qalacaq. Biznes plan, öhdəlik, məsuliyyət - bütün bunlar nəzərə

alınmalıdır. Genişmiqyaslı özəlləşdirməni aparmaq üçün bizə mütləq yüksək nüfuza malik olan beynəlxalq məsləhətçi şirkətlər lazımdır. Onlara da müraciət etmək lazımdır. Mən Davos Forumu çərçivəsində artıq bu barədə də danışıqlar aparmışam. Müəyyən təkliflər var. Mütləq onlar gəlib bizə həm məsləhət versinlər, kömək göstərsinlər, həm də yaxşı mənada nəzarət etsinlər. Aparılacaq özəlləşdirmə şəffaf olmalıdır, Azərbaycan dövlətinin maraqları maksimum təmin edilməlidir”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM