Politoloq
Ukraynaya hakim olan Şərqi Avropaya hakim olacaq, Şərqi Avropada üstünlük əldə edən hakim olan Avrasiyada üstünlük qazanacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək
Dünya siyasətində Avrasiya geosiyasi məkanında hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də ciddi fikir ayrılıqları mövcud olub. Xüsusilə də Qərb və Rusiya Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Bu cür mübarizə halları son olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa məkanlarında müşahidə olunub.
Qərb Yaxın Şərq savaşında Avrasiyanın yeni “heartland”ını formalaşdıra bilmədi
Yaxın Şərq hadisələri zamanı Rusiya və Qərbin qarşı-qarşıya gəldiyi son strateji cəbhə Suriya oldu. Rusiyanın bölgədəki sonuncu strateji qalası olan Suriyadakı mübarizə tərəflərin dünya siyasətindəki mövqeyinə əhəmiyyətli təsir edəcəkdi. Məhz buna görə də Qərb Suriyanı neytrallaşdırmaqla Rusiyanı “oyundankənar vəziyyət”ə salmağa çalışdı. Qərbin əsas məqsədi Avrasiyanın yeni “heartland”ını formalaşdırmaq idi. Qərb strateqlərinin mövqeyi o idi ki, Suriyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Avrasiya hegemoniyasına əhəmiyyətli bir yol açacaq. Lakin hadisələrin gedişatı Qərbin bu məqsədə nail olmasına imkan vermədi. Beləliklə, Qərb Yaxın Şərq savaşında Avrasiyanın yeni “heartland”ını formalaşdıra bilmədi...
Avrasiya hegemonluğu uğrunda yeni mübarizə Şərqi Avropadan başladı
Beləliklə, Avrasiya hegemonluğu uğrunda yeni mübarizə Şərqi Avropadan başladı. Geostrateji mübarizənin yeni cəbhəsi məhz Ukrayna oldu. Proseslər ölkənin Avropa strukturlarına inteqrasiya etməsini, dolayısıyla, Kremldən uzaqlaşmasını tələb edənlərin hökümətə qarşı etiraz aksiyası ilə başladı. “Maydan” hadisələri Viktor Yanukoviçin öz postundan uzaqlaşması, Krımda olayları ilə davam etdi... Hazırda Ukrayna ictimai-siyasi xaosla müşayiət olunan qarşıdurma ərəfəsindədir...
“Heartland” mübarizəsinin platsdarmı rolunda isə niyə məhz Ukraynanın çıxış etməsini anlamaq üçün bir sıra məsələlərə xüsusi olaraq toxunmaq gərəkdir.
Avrasiya imperatorluğuna gedən yol “heartland”dan keçir
Əvvəla vurğulamaq gərəkdir ki, Ukrayna dünyanın aparıcı dövlətlərinin strateji planlarında yer alan önəmli aktorların öncüllərindəndir. Həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə Ukrayna qlobal aktorlar üçün yeni dünya düzəninin əsas konturlarını cızmaq iqtidarında olan ölkələrdəndir. Geosiyasi baxımdan “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) önəmi kəsb edən Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizə aparırlar. Daha da dəqiqləşdirsək, Kiyev Qərb və Rusiyanın geostrateji savaşının platsdarmını təşkil edir. Deyilənləri təsdiqləmək üçün Kiyevin Qərb və Rusiya üçün kəsb etdiyi önəmin əsaslarını sadalamaq məqbuldur...
Ukrayna Rusiyanın Avrasiya imperatorluğuna gedən yoludur
Avropa ilə Asiyanı birləşdirən Ukrayna Moskva üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin-Qərbin mövqeyini “sındırmaq”, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Kiyev faktoru Kreml üçün birbaşa lokomotiv önəmi kəsb edir. Belə ki, Qara dənizdə möhkəmlənmək baxımından strateji balans yaradan ölkələrdən biri məhz Ukrayna, digərləri isə Rusiya və Türkiyədir. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə çalışmaqla (yaxud tərəfdaşı kimi saxlamaqla) Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bir sözlə, Ukraynasız Rusiya Avrasiya imperatorluğunu qura bilməz. Moskva bu amili yaxşı dərk edir və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir.
Avropanın Rusiyadan müdafiə səddi...
Qərb isə Ukrayna kimi lokomotiv aktordan asanlıqla vaz keçməyəcək. Çünki ABŞ-ın Ukrayna ilə təmasları zəiflətməsi Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olacaq. Çünki Ukrayna Avropa üçün Rusiyadan “müdafiə divarı” olmaqla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir.
Bir müddət öncəyə qədər Avropa, başqa sözlə, Qərb Ukraynanı öz orbitinə çəkməklə müəyyən avantajlar əldə etmişdi. Polşanın Avropa İttifaqının (Aİ) üzvü olması, eləcə də Bolqarıstanla Rumıniyanın Aİ ilə münasibətlərinin olduqca sıxlaşması Kiyevi Avropa İttifaqının “qonşu”suna çevirmişdi. Qısacası, Qərb keçmiş Yuqoslaviya ilə başlatdığı və Gürcüstan, Qırğızıstan kimi ölkələrlə davam etdirdiyi “narıncı inqilab”lar silsiləsi vasitəsilə qərbləşdirmə strategiyasını Ukrayna üzərində də uğurla tətbiq etmişdi. Amma hadisələrin sonrakı axarına nəzarəti əldən verən Qərb strateji savaşın Ukrayna cəbhəsində Moskvanın diplomatik zərbələrinə duruş gətirə bilməmiş və Ukraynanın perspektiv geostrateji statusunu Rusiyaya “qaytarmışdı”. Amma Qərb bununla razılaşmadı və Şərqi Avropanın strateji qalası uğrunda mübarizəni davam etdirdi... Məhz Qərblə Rusiya arasındakı hazırki qarşıdurma Ukraynanın geostrateji statusunu ələ keçirmək uğrunda cərəyan edir.
Ukrayna geosiyasi transformasiya ərəfəsində...
Beləliklə, baş verən son olaylar deməyə əsas verir ki, Ukraynada yeni siyasi dönəm başlayır. Bir müddət öncə Qərb və Rusiya dilemması qarşısında ictimai-siyasi böhrana sürüklənən bu ölkə hazırda geosiyasi transformasiya ərəfəsindədir. Bu mübarizədən qalib çıxan güc mərkəzi Avrasiya hegemonluğu yolunda əhəmiyyətli bir addım qət edəcək, desək, yanılmarıq. Şübhəsiz, mühüm geostrateji məntəqə olan Ukrayna ətrafında aparılan mübarizə bununla bitməyəcək. Başqa sözlə, geosiyasi baxımdan “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) önəmi kəsb edən Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizələrini davam etdirəcəklər. Təsadüfi deyil ki, geostrateji planlarda ifadə edilən “Ukraynaya hakim olan Şərqi Avropaya hakim olacaq, Şərqi Avropada üstünlük əldə edən hakim olan Avrasiyada üstünlük qazanacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” strateji prinsip nəhəng aktorların fəaliyyət mexanizminin əsasını təşkil edir.
Ukrayna savaşı uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq
Dolayısıyla, dünya yeni geosiyasi şərait və zərurət qarşısındadır. Çünki Ukraynada baş verən məlum proseslərdən sonra ölkənin siyasi tarixində yeni bir səhifə açılmaqdadır. Bütün dünyanın böyük həssaslıqla izlədiyi hadisələr gərgin mübarizə və mübahisələrə səbəb olmaqla yanaşı, dünyanın yenidən nizamlanması prosesində bu ölkənin yeni siyasi yönümünü də müəyyən edəcək.
Bəs Ukraynanın perspektiv durumu, mövqeyi və geosiyasi statusu necə olacaq? Hazırkı hadisələrin fonunda belə bir proqnoz vermək olar ki, Ukrayna savaşı uzunmüddətli perspektivdə tərəflərdən hər hansı birinin mütləq qələbəsi ilə başa çatmayacaq. Bir sözlə, Ukraynanı uzunmüddətli geostrateji mübarizə dalğası gözləyir.
İdarəçilik sükanının arxasına keçən yeni komandanın praqmatiklik səviyyəsindən asılı olaraq Ukraynanın perspektiv strategiyasının uğurluluq səviyyəsi müəyyən ediləcək. Amma hər halda, Ukraynanın gələcəkdə növbəti siyasi böhranlar burulğanına düşməsi mümkündür. Əminliklə söyləmək olar ki, müəyyən zaman kəsiyində siyasi mübarizənin bəzən kəskin, bəzənsə yumşaq siması özünü göstərəcək.
Nurlan QƏLƏNDƏRLİ
AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantı
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM