Politoloq
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən biri törədildi. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə-yeksan etdi və azərbaycanlılara qarşı etnik soyqırımı həyata keçirdilər. Statistik faktlar da deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi faciə, sözün əsl mənasında, soyqırımı idi. Belə ki, 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Ümumiyyətlə, düşmən gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub.
Xocalı nə üçün strateji hədəf kimi seçilmişdi?
Xocalının strateji hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi. Bu baxımdan, bir neçə məsələyə nəzər yetirmək məqsədəmüvafiqdir.
İlk növbədə, o qeyd edilməlidir ki, Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Şəhərin strateji önəmini artıran növbəti amil isə budur ki, Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşir. Məhz bu, Ermənistanın Xocalıya etdiyi təcavüzü şərtləndirən geostrateji amil qismində çıxış edirdi.
Digər tərəfdən, Xocalının işğalında həmin ərəfədə Azərbaycanda hakimiyyətdə olmuş qüvvələrin də rolu az olmadı. Belə ki, həmin ərəfədə ölkəyə rəhbərlik edən irrasional təfəkkürlü qüvvələrin sərgilədikləri mövqe nəticəsində Azərbaycan müxtəlif xarici imperialist güclərin ideoloji mübarizə və siyasi qarşıdurma meydanına çevrildi. Bunun fonunda ölkəmizdə sosial, siyasi, iqtisadi, hüquqi və ideoloji sahələrdə xaos və deviasiyalarla müşayiət edilən dərin böhran halları baş verdi. Siyasi sahədə xaos və kataklizmlərlə müşayiət edilən antaqonist proseslərin kəskinləşməsi, separatçılıq meyillərinin və "mərkəzdənqaçma" tendensiyalarının sürətlənməsi, subyektlərarası münasibətlərin sürüşkən müstəvidə dərin ziddiyyətlərlə təzahür olunması, sosial sahədə asimmetrik təbəqələşmə və qeyri-paritet münasibətlər sisteminin formalaşması, dezinteqrasiyanın kəskin xarakter alması, qarşıdurma və dağıdıcı mübarizələrin güclənməsi, iqtisadi sahədə tənəzzül meyillərinin, hüquqi sahədə isə nihilizmin hökmranlıq etməsi ölkəni, sözün əsl mənasında, xaos və kataklizmlər meydanına çevirdi. Bütün bunların fonunda ölkəni imperialist güclərin neomüstəmləkəsinə çevirən səriştəsiz qüvvələrin siyasi "məharət"ləri sayəsində yaranan bu durum Xocalı soyqırımını şərtləndirən növbəti amil qismində çıxış etdi. Sirr deyil ki, həmin ərəfədə bəhs edilən qüvvələrin diqqət mərkəzində nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaq dururdu. Məhz buna görə də, xalqımız ard-arda ciddi faciələrlə qarşılaşdı...
Ümummilli lider Heydər Əliyevin səyləri ilə Xocalı soyqırımına hüquqi qiymətin verilməsi, onun dünya ictimaiyyətinə çatdırılması yönündə ardıcıl işlər görüldü
Amma Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə-1993-cü ildən sonra Xocalı soyqırımına hüquqi qiymətin verilməsi, onun dünya ictimaiyyətinə tanıdılması yönündə sistemli və ardıcıl işlər görüldü. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət kimi qiymətləndirdi. Öncə 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti-Milli Məclis 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etdi. Bunun ardınca isə sistematik surətdə mühüm təşəbbüslər irəli sürüldü və bir sıra qərarlar qəbul edildi. Belə ki, 25 fevral 1997-ci il tarixində Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə imzaladığı "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Sərəncamına əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin, 1998-ci ildə Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamında Xocalı faciəsi soyqırım kimi adlanıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə müvafiq surətdə atılan addımlar Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində də olduqca mühüm əhəmiyyət kəsb etdi. Belə ki, hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən qeyd olundu, həmçinin, bir çox ölkələrin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olundu, televiziya və radio kanallarında verilişlər yayımlandı.
Ümumiyyətlə, Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edib, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir".
Xocalı soyqırımının dünyada tanıdılması, bu şəhərin sakinlərinə qarşı törədilən erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə tədbirlər Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də davam etdirilir. Dövlət başçısı mütəmadi olaraq Xocalı faciəsi qurbanlarını anma mərasimlərində, müxtəlif rayon və qəsəbələrdə soyqırım abidələrinin açılışında iştirak edir. Bu, Azərbaycan xalqının başına gətirilən faciələrə ən yüksək səviyyədə verilən qiymətin göstəricisidir. Bu, o deməkdir ki, Azərbaycan ictimaiyyəti və hökuməti xalqımızın başına gətirilən soyqırımı unutmur, ölkədə böyüyən yeni nəsil bu tarixi faciə ilə bağlı həqiqətləri dərindən mənimsəyir.
Xocalı genosidinin yaddaşlarda daha da möhkəmləndirilməsi məqsədilə hər il ölkə daxilində çoxsaylı kütləvi tədbirlərin keçirilməsi, uşaqlar və gənclər arasında bununla bağlı layihələrin, müsabiqələrin təşkil olunması böyük əhəmiyyətə malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi həqiqətlərin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədilə görülən işlər dövlətin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Xocalı faciəsinin beynəlxalq hüquq normalarına əsasən qiymətləndirilməsi...
Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etməsi və azərbaycanlılara qarşı etnik soyqırımının həyata keçirilməsi beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq surətdə cinayət tərkibli akt kimi dəyərləndirilir. Belə ki, Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu da konkret olaraq hərbi cinayət kimi xarakterizə olunur. Həmçinin, azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmayıb ki, bu da müvafiq konvensiyalara ziddir.
Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrinə ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır;
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır;
Maddə 5. İnsan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətlər qadağandır;
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır;
Həmçinin, Ermənistan Silahlı dəstələrinin hərəkətləri fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə də tam ziddir.
Xocalı soyqırımı ilə bağlı hər il beynəlxalq miqyasda tədbirlər keçirilir. Ümumiyyətlə, Xocalı soyqırımı və digər faciəli günlərlə bağlı tədbirlər, müxtəlif səpkili aksiyalar ölkədə və ölkədən kənarda təkcə faciənin baş verdiyi tarix ərəfəsində deyil, bütövlükdə il ərzində reallaşdırılır. Bu işdə müxtəlif qeyri-hökumət təşkilatları, o cümlədən, xaricdə yaşayan soydaşlarımız yaxından iştirak edir, dövlətin siyasətinə dəstək olmaqla yanaşı, hər bir kəs üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirir.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya təkcə İƏT ölkələrini əhatə etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.
"Xocalıya ədalət!" beynəlxalq kampaniyası əhəmiyyətli nailiyyətlərə imza atıb
Qeyd etdiyimiz kimi, son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə mühüm nailiyyətlərə imza atıb. Vurğulayaq ki, 2010-cu ildə İƏT-ə üzv ölkələrin parlamentləri "Xocalıya ədalət!" kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi "Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı" və "İnsanlığa qarşı cinayət" kimi qiymətləndirilib.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur. Kampaniya və buna oxşar təşəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. "Xocalıya ədalət!" kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması baxımından müasir tariximizin mühüm mərhələsi olub. Ümumiyyətlə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib.
Beləliklə, Xocalı həqiqətlərini dünyaya tanıdan "Xocalıya ədalət!" kampaniyası öz fəaliyyətini uğurla davam etdirir. Kampaniyanın təbliği və tanıdılması istiqamətində sosial şəbəkələrdə də fəal iş aparılır, "Facebook", "Twitter", "İnstagram" və "You Tube" sosial şəbəkələrində Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm işlər görülür. "Facebook" sosial şəbəkəsində yaradılan "http://www.facebook.com/JFKCampaign" səhifəsində Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar verilir. Səhifədə Xocalı soyqırımını tanıyan, bu soyqırımını pisləyən qətnamə qəbul edən ölkələrlə bağlı xəbərlər və şərhlər, eləcə də Azərbaycanın, Dağlıq Qarabağın tarixi ilə bağlı məlumatlar öz əksini tapıb. İşğal altında olan Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların soyqırımına məruz qoyulması, günahsız insanların qətlə yetirilməsi ilə bağlı mühüm faktlar bu səhifənin ziyarətçilərinə təqdim edilib. Eləcə də ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinin tarixi kimi məlumatlarla da məhz bu səhifə vasitəsilə tanış olmaq mümkündür.
Bununla yanaşı, "http://www.facebook.com/JFKCampaign" səhifəsində Azərbaycanın qədim mədəniyyət, dini abidələrinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılması faktları yer alıb. Ən əsası, səhifədə "Justice for Khojaly!" ("Xocalıya ədalət!") kampaniyası çərçivəsində görülən işlərlə bağlı xəbərlər də öz əksini tapıb. Sosial şəbəkə istifadəçiləri bu səhifə vasitəsilə Xocalı soyqırımını əks etdirən foto və videomateriallarla tanış ola bilərlər. Qeyd edək ki, bu videomateriallar "Justice for Khojaly!" ("Xocalıya ədalət!") kampaniyası çərçivəsində hazırlanıb və bir sıra xarici dillərə tərcümə olunub. Onu da qeyd edək ki, "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verilib (www.justiceforkhojaly.org). Yeni səhifə bir çox fərqli xüsusiyyətləri ilə yanaşı, həm də Xocalı soyqırımı ilə bağlı hərtərəfli resurs mənbəyi rolunu oynayır. Belə ki, internet səhifəsində Xocalı şəhərinin işğaldan əvvəlki vəziyyəti, onun coğrafiyası, tarixi, iqtisadiyyatı və demoqrafik vəziyyəti barədə ətraflı məlumat toplanıb. Xocalı ilə bağlı saytda yerləşdirilmiş tarixi faktlar ermənilərin bu əraziyə olan iddialarının əsassız olduğunu bir daha sübut edir. Bundan başqa, saytda Xocalı soyqırımından sonra qırğın törədilən ərazidə yerli və xarici müxbirlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahid ifadələri, sənədli filmlər, Xocalı hadisələri ilə bağlı 1992-ci ildə beynəlxalq mətbuatda dərc edilmiş məqalələr, xarici müəlliflərə məxsus araşdırmalar, tarixi sənədlər və s. faydalı materiallar təqdim olunur. İnternet səhifəsində, həmçinin "Xocalıya ədalət" beynəlxalq kampaniyası tərəfindən Xocalı hadisələri ilə bağlı hazırlanmış xüsusi təqdimat da ("PowerPoint" formatında) yerləşdirilib. Bu təqdimatdan istifadə etməklə istənilən şəxs təhsil aldığı təhsil müəssisəsi və ya fəaliyyət göstərdiyi kollektivdə Xocalı soyqırımı həqiqətlərini çatdıra bilər. Xocalı soyqırımına dair mühüm məlumatların toplandığı geniş resurs mənbəyi olan internet səhifəsi ictimaiyyətə beynəlxalq kampaniyanın fəaliyyətində yaxından iştirak etmək imkanı yaradan interaktiv platformadır. Saytda kampaniyada iştirakın müxtəlif üsulları barədə geniş məlumat verilir.
Yeri gəlmişkən, "Xocalıya ədalət!" kampaniyası bir sıra ictimai təşkilatlar tərəfindən də dəstəklənir. Həmin ictimai təşkilatlar istər sosial şəbəkələrdə, istərsə də xarici ölkələrdə kampaniya çərçivəsində fəaliyyət göstərir, təbliğat işinə öz töhfələrini verirlər.
Dünya dövlətləri Xocalı soyqırımını beynəlxalq cinayət aktı kimi qiymətləndirirlər
Sevindirici haldır ki, görülən işlər öz nəticələrini verməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-yə qədər ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır.
Sözsüz ki, qazanılan uğurlar, Azərbaycanın bu sahədə artan fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisinin fəaliyyətini geridə qoyması işğalçı ölkə rəhbərliyinin təşviş və narahatlığını da artırmaqdadır. Çünki Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əsl soyqırımının nədən ibarət olduğunu və kimin soyqırıma məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur. Bu gün dünyanın bəzi ölkələrində erməni yalanlarının, erməni diaspor təşkilatlarının ianələrinin girovuna çevrilən siyasətçilər isə 100 il bundan əvvəl baş verdiyi iddia edilən uydurma "erməni soyqırımı" yalanlarını araşdırmaqdansa, cəmi 24 il öncə baş vermiş və hələ də bir sıra şahidlərinin həyatda olduğu, haqqında minlərlə dəlil və fakt olan əsl soyqırımını tanısın ki, dünya bu kimi bəlalarla bir daha rastlaşmasın!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM