Avrasiya yeni geostrateji situasiyaya doğru...

09:34 / 06.05.2014

MDB məkanında geosiyasi zəlzələ effekti yaradan Rusiya-Ukrayna konfrantasiyası dünya siyasətinin gələcəyinə necə təsir edəcək?

Özündə rəqabət, inteqrasiya, əməkdaşlıq və qarşıdurma kimi halları ehtiva edən müasir beynəlxalq münasibətlər sistemi olduqca dinamik xarakterə malikdir. Xüsusilə də ayrı-ayrı geostrateji bölgələrdə regional aktorların mübarizəsi və bu kontekstdə lokal və qlobal xarakterli münaqişələrin meydana çıxması beynəlxalq münasibətlərin əsaslarına ciddi təsir göstərməkdədir. Ümumiyyətlə, dünya siyasətində əsas geostrateji məkan olan Avrasiya materikində hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də ciddi fikir ayrılıqları mövcud olub. Xüsusilə də Qərb və Rusiya Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Bu cür mübarizə halları son olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa məkanlarında müşahidə olunub.

 

Ukrayna - qlobal geosiyasi mübarizənin yeni cəbhəsi

Qeyd etmək lazımdır ki, Yaxın Şərqdə baş verən son geosiyasi hadisələrdən sonra Avrasiya hegemonluğu uğrunda yeni mübarizə Şərqi Avropadan başladı. Geostrateji mübarizənin yeni cəbhəsi məhz Ukrayna oldu. “Maydan” hadisələri Viktor Yanukoviçin öz postundan uzaqlaşması, Krım olayları ilə davam etdi. Ukrayna ictimai-siyasi xaosla müşayiət olunan qarşıdurma ərəfəsində Qərbin də iştirakçılığı ilə Rusiya ilə aktiv münaqişəyə cəlb olundu. Bu isə ölkənin ictimai-siyasi xaos və geosiyasi transformasiya mərhələsinə keçməsini şərtləndirdi. Eyni zamanda, bu qarşıdurma MDB məkanında geosiyasi zəlzələ effekti yaratdı və episentr qismində Ukrayna çıxış etdi.

Rusiyanın Avrasiya strategiyasında Ukrayna faktoru

Əslində, bu gün aktiv münaqişəyə cəlb olunan Ukrayna Qərb və Rusiyanın geostrateji savaşının platsdarmını təşkil edir. Rusiyanın bu prosesdə aktiv iştirakının əsas səbəbi geosiyasi amillərlə bağlıdır. Avropa ilə Asiyanı birləşdirən Ukrayna Moskva üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin-Qərbin mövqeyini “sındırmaq”, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Kiyev faktoru Kreml üçün birbaşa lokomotiv önəmi kəsb edir. Belə ki, Qara dənizdə möhkəmlənmək baxımından strateji balans yaradan ölkələrdən biri məhz Ukrayna, digərləri isə Rusiya və Türkiyədir. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə çalışmaqla (yaxud tərəfdaşı kimi saxlamaqla) Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bir sözlə, Ukraynasız Rusiya Avrasiya imperatorluğunu qura bilməz. Moskva bu amili yaxşı dərk edir və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir.

Qərbin “minimum itki, maksimum qazanc” planı və bumeranq effekti

Qərb isə bu qarşıdurmadan minimum itki və maksimum qazancla çıxmağa çalışdı. Əlbəttə, Qərb cəbhəsi iki ayrı geosiyasi qütbdən (ABŞ və Avropa) ibarət olduğuna görə Ukrayna və dolayısıyla, Şərqi Avropa cəbhəsi onlar üçün daha böyük strateji önəm kəsb edirdi. Hazırkı mərhələdə Qərbin Ukrayna ilə təmasları zəiflətməsi Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olacaq. Çünki Ukrayna Avropa üçün Rusiyadan “müdafiə divarı” olmaqla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir.

Lakin “minimum itki, maksimum qazanc” planı baş tutmadı və Qərb bumeranq effekti ilə qarşı-qarşıya qaldı.

Kiyev Qərbin “Troya atı” və Rusiyanın aqressiyasından sonra nə etməlidir?

Əslində, bu münaqişədə Avroatlantik strukturlar Ukrayna üçün “Troya atı” rolunu oynadı. Bir tərəfdən Qərbin yarımçıq əməl etdiyi vədlər, digər tərəfdən isə Rusiyanın aşkar təzyiqi və aqressiyası Ukraynanı yenidən düşünməyə və daha praqmatik xarici siyasət kursuna istinad etməyə vadar edir. Ən azından, Şərqi Avropa və Avrasiyanın geostrateji reallıqları nəzərə alınmalı və buna müvafiq mövqe sərgilənməlidir.

Rusiya ilə Ukrayna arasındakı konfrantasiyanın Avrasiya üçün nəticələri

Beləliklə, eskalasiya mərhələsi başa çatan Rusiya-Ukrayna münaqişəsi Avrasiyanın gələcək geosiyasi mənzərəsinə ciddi təsir göstərəcək,- desək, yanılmarıq. Çünki bu konfrantasiya hazırkı dönəmdə Avrasiyada inteqrasiya prosesini zəiflətsə də, ortamüddətli perspektivdə yeni əməkdaşlıq platformalarının gündəmə gəlməsini şərtləndirə bilər. Burada əsas olan digər məqam isə budur ki, qarşıdurma tərəfləri regionda və beynəlxalq miqyasda öz tərəfdaşlarını yenidən tanımaq şansı əldə etdilər. Bu, heç şübhəsiz, sonrakı dönəmdə müəyyən ediləcək taktiki və strateji addımların əsasları və istiqamətlərinə ciddi təsir göstərəcək. Bir sözlə, Avrasiya yeni geostrateji situasiyaya doğru irəliləyir...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM