Siyasi etika və siyasi mədəniyyət: siyasi dialoqda mühüm komponent kimi

16:03 / 30.05.2014

Bu və ya digər cəmiyyətlərdə siyasi proseslərin aktoru kimi çıxış edən subyektlərin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini təmin edən mühüm amillərdən biri də siyasi mübarizə metodlarının düzgün müəyyənləşdirilməsi və bu kontekstdə rasional vasitələrə istinad edilməsidir. Heç şübhəsiz, siyasi palitranın rasional iştirakçıları qismində çıxış edən subyektlər öz fəaliyyətləri çərçivəsində müxtəlif vasitə və metodlara istinad etsələr də, bu kontekstdə mütəşəkkil siyasi dialoq məsələsini xüsusi diqqət mərkəzində saxlayırlar.

Siyasi dialoq nədir?

Ümumiyyətlə, siyasi dialoq fəaliyyətdə olan aktorların müəyyən dəyərlər və maraqlar əsasında orientasiyasından asılı olmayaraq digər subyektlərlə yaratdığı ünsiyyət formasıdır. Başqa sözlə, siyasi dialoq özündə müəyyən dəyərlər, maraqlar, məsələlər və tərəfləri ehtiva edən əlaqələr sistemidir. Müxtəlif cəmiyyətlərdə siyasi sistemin xarakteristikasından asılı olmayaraq birbaşa və ya dolayı şəkildə baş tutan dialoq tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər ətrafında həyata keçirilir və bir çox hallarda dialoqun nəticəsi kimi qəbul edilmiş qərarlar cəmiyyət daxilində bu və ya digər ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir.

Məqbul siyasi dialoq forması

Siyasi dialoqun səmərəliliyini şərtləndirən fundamental amillərdən biri birbaşa və ya dolayı olmasından asılı olmayaraq onun siyasi sistemin dəyərlərinə, siyasi mədəniyyət və siyasi etikaya müvafiq surətdə təşkil edilməsidir. Başqa sözlə, siyasi palitranın tələblərinə və siyasi sistemin qanunauyğunluqlarına müvafiq surətdə təşkil edilməyən dialoq həm siyasi aktorların fəaliyyət mexanizminin səmərəsizliyinə dəlalət edir, həm də dialoq müstəvisinin siyasi subyektlər üçün formal xarakter kəsb etməsini göstərir. Məhz bu baxımdan, siyasi palitranın iştirakçılarının dialoq çərçivəsində müəyyən olunmuş tələbələrə riayət etmələri və siyasi dəyərlərə, qanunauyğunluqlara müvafiq mövqe sərgiləmələri zərurət kimi çıxış edir.

Siyasi məsuliyyət, yaxud siyasətçinin məsuliyyəti məsələsi

Bu kontekstdə siyasi məsuliyyət və ya siyasətçinin məsuliyyəti məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hər bir siyasətçinin siyasi təfəkkürünü müəyyən etmək və ya qiymətləndirmək üçün ilk növbədə onun siyasi məsuliyyət anlayışına nəzər yetirmək gərəkdir. Rasional siyasətçi korporativ maraqlardan çıxış etmədiyi və milli maraqlara əsaslanan fəaliyyət mexanizminə sahib olduğu üçün yüksək siyasi məsuliyyət daşıyıcısı kimi çıxış edir və onun fəaliyyəti həm cəmiyyət tərəfindən təqdir olunur, həm də bir çox hallarda siyasi sistemin yeni dəyərlərlə zənginləşməsini şərtləndirir.

Siyasi dialoqda zəruri şərt

Nəticə etibarilə, nəzər yetirdiyimiz pozitiv və neqativ məqamlar və gəldiyimiz analitik qənaət deməyə əsas verir ki, siyasi etika və siyasi mədəniyyət siyasi dialoqda mühüm və zəruri komponent kimi çıxış edir. Başqa sözlə, hər bir rasional subyektin siyasi fəaliyyətinin səmərəliliyini təmin edən amillərdən biri də onun siyasi etika və siyasi mədəniyyətə söykənən dialoq imkanlarıdır. Məhz bunun üçün də şərtdir ki, hər bir siyasətçi və ya siyasi palitrada təmsil olunduğunu qeyd edən, yaxud hansısa formada siyasi fikirlər səsləndirən şəxs öz fəaliyyətində və dolayı, yaxud birbaşa olmasından asılı olmayaraq dialoq prosesində siyasi sistemin qanunauyğunluqlarına və dəyərlərinə söykənsin, milli maraqlarla və cəmiyyətdə təşəkkül tapmış normalarla uzlaşan mövqe sərgiləsin.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM