“Benjamin Battonun sirli hekayəsi”

09:09 / 03.01.2019

Paşa Səfərov

Vəkil, hüquqşünas-ekspert

Frensis Skott Fitzcerald  “Benjamin Battonun sirli hekayəsi”

(hekayə)

 

I

 

1860-cı ilə qədər olan dövrdə doğumun evdə baş verməsi məsləhət bilinirdi. İndi isə mənə deyildiyinə görə, tibb tanrları uşağın ilk qışqırığının bir xəstəxananın, o cümlədən tanınmış bir xəstəxananın anesteziya iyi duyulan otağında eşidilməsinin lazımlı olmasına qərar vermişlər. Ona görə də gənc ailə olan mister və missis Rocer Batton, 1860-cı ilin bir yaz günündə ilk uşaqlarının bir xəstəxanada doğulmasına qərar verdikləri zaman, zamanlarını əlli il qabaqlayacaq bir qərar vermişdilər. Tarixdəki bu çaşmanın, sizə az sonra anlatacağım heyrətverici hekayə ilə bir əlaqəsinin olması bizə sirr qalacaqdır.

Mən hər şeyin necə baş verdiyini sizə söyləyəcəm, bundan sonra qərar qəbul etmək sizin öhdənizə düşür.

Müharibədən əvvəlki zamanda Rocer Batton ailəsi Baltimorda[1], həm sosial, həm də maddi anlamda qibtə ediləcək bir mövzuya sahib idilər. O Ailə, yada ki, Bu Ailə ilə mütləq bir bağları var idi və bu da bütün cənubluların bildiyi kimi Konfederasiyanın böyük hissəsini əhatə edən geniş əsilzadələr sinifinə üzv olmalarına haqq qazandırırdı. Bu onların uşaq sahibi olmaq kimi diqqət cəlb edən, köhnə bir ənənəylə əlaqəli ilk sınaqları olacaqdı – təbii ki,  mister Batton çox həyəcanlı idi. Bir oğlan uşağının olmasına ümid edirdi, beləcə onu Konnektikutdakı[2] Yel kollecinə göndərə biləcəkdi; özü orada dörd il ərzində “Yumruq” ləqəbi ilə məşhur olmuşdu.

Mister Batton o müdhiş hadisənin yaşandığı sentyabr səhərində, saat altıda həyəcanla yuxudan qalxdı, paltarını geyindi, uyğun bir qalstuk taxtı və gecənin qaranlığının yeni bir yaşamı qucaqlayıb-qucaqlamadığını öyrənmək üzrə Baltimorun Mariland Özəl Xəstəxanasına  gedən küçələrində sürətlə getməyə başladı.

Xəstəxanaya yüz metrə qədər yaxınlaşmışdır ki, ailə həkimləri olan həkim Kinin ön pilləkənin pillələrindən düşdüyünü gördü. Həkim əllərini su axını altında yuyurmuş kimi bir hərəkətlə ovuşdurdu; sanki bütün həkimlərin peşələrinin yazılı olmayan etik qaydaları üçün belə etməsi lazım bilinirdi.

Mister Rocer Batton, “Rocer Batton və Ko. Topdan Xırdavat Şirkəti”nin rəhbəri, bir rəsm tablosuna söz ola biləcək gözəllikdəki bu zamanda yetişən cənublu bir centelmen kimi gözlərindən əsaləti bir tərəfə qiyaraq, həkim Kinə doğru getməyə başladı.

- Həkim Kin! – deyə səsləndi. – Ah, həkim Kin!

Həkim onun səsini eşidib dayandı, ətrafına baxdı və duyğusuz, həkim ifadəli üzündəki sirli bir baxışla ona doğru yaxınlaşan mister Battonu gözlədi.

- Nəcə oldu? – deyə soruşdu mister Batton, çətinliklə nəfəs alaraq. - Nə oldu? O necədir? Oğlandır? O kimdir? Necə...

- Özünüzə gəlin! – həkim Kin onun sözünü kəsərək dedi. Nədənsə gərgin görünürdü.

- Uşaq doğuldumu? - deyə yalvarcasına soruşdu mister Batton.

Həkim Kin qaşlarını çatdı.

- Bu, hə, elə hesab edirəm... yəni, nəhayət doğuldu, – o, mister Battona yenə sirli bir baxışla baxdı.

- Arvadım yaxşıdırmı?

- Bəli.

- Uşaq oğlandır, yoxsa qız?

- İndi! – həkim Kin yüksək səslə dedi. Səsində yoğun bir rahatsızlıq hissi sezilirdi. – Gedin, lütfən özünüz görün. Bu qorxunc bir şey! – Son sözləri tək bir hecada çıxdı dodaqlarından, ardından mırıldanaraq başqa tərəfə döndü: - Belə hadisənin mənim peşə adımın yüksəldəcəyinimi düşünürsünüz? Bu hadisə məni məhv edə bilər, hər kəsi məhv edə bilər.

- Çətinlik nədir? – deyə soruşdu dəhşət içində qalan mister Batton. – Üç üzmü?

- Xeyr, üç üz deyil! – həkim öldürücü bir ifadəylə dedi. – Sonrasını gedib özünüz görə bilərsiniz. Ayrıca özünüzə başqa bir həkim tapın. Sizi mən dünyaya gətirdim gənc adam və qırx ildir ki, ailə həkiminizəm, amma sizinlə işim artıq bitdi! Sizi, ya da yaxınlarınızdan heç birini bir daha görmək istəmirəm! Əlvida!

Bunu dedikdən sonra ani bir dönüşlə və başqa heç bir söz söyləmədən, səkinin kənarında gözləyən faytonuna çıxaraq sürətlə uzaqlaşdı. Mister Batton səkinin kənarında, sərsəmlənmiş bir şəkildə və təpədən dırnağa titrəyərək qaldı. Necə bir əksiklik ola bilərdi? Birdən Mariland Özəl Xəstəxanasına girmək üçün içində olan bütün istəyi yoxa çıxdı. Bir neçə dəqiqə sonra, böyük bir güclə, pillələri çıxıb ön qapıdan içəri girməyə özünü məcbur etdi.

İşıq tutmayan boş dəhlizdəki masanın arxasında bir tibb bacısı oturmuşdu. Mister Batton utancaqlığını gizlətməyə çalışaraq tibb bacısına yaxınlaşdı.

- Sabahınız xeyir, – tibb bacısı ona gülümsəyərək dedi.

- Sabahınız xeyir. Mən... mən mister Battonam.

Bu məlumat üzərinə qızın üzünü dəhşətli bir ifadə aldı. Ayağa qalxdığında kənardan da açıqca göründüyü kimi oradan qaçıb getməmək üçün böyük bir əmək sərf edirdi.

- Mən uşağımı görmək istəyirəm, – dedi mister Batton.

Tibb bacısı kiçik bir qışqırıq şəkdi.

- Ah, əlbəttə, - deyə bağırdı nəzarət edə bilmədiyi bir səs tonuyla. – Yuxarıda. Növbəti üst mərtəbədə. Yuxarı çıxın!

Tibb bacısı getməsi lazım olan səmtə işarət edərkən, soyuq tərlər içindəki mister Batton səndəlləyərək döndü və ikinci mərtəbəyə çıxmağa başladı. Üst mərtəbədə əlində bir camla özünə doğru yaxınlaşan bir tibb bacısına dedi.

- Mən cənab Battonam, – deyə bildi güclə. – Mən uşağımı görmək ...

Dzin! Tibb bacısının əlindəki cam yerə düşərək nərdivanlara doğru yuarlanmağa başladı. Dzin! Dzin! Bu, centilmenin ətrafa yaydığı qorxudan öz payını almışcasına düzənli bir enişə keçdi yerə düşən cam.

- Uşağımı görmək istəyirəm! – mister Batton hardasa qışqıracaqdı. Partlamağın başlanğıcındaydı.

Dzin! Cam sonunda birinci mərtəbəyə çatdı. Tibb bacısı özünü topladıqdan sonra mister Batton küçiləcək görsənən bir baxışla baxdı.

- Olsun, mister Batton, – dedi sakit bir səslə. – Elə olsun! Amma bizi bu sabah nə vəziyyətə saldığını bir bilsəydiniz! Olduqca, çox əcaib! Bu hadisədən sonra xəstəxananın nüfuzundan heç bir şey qalmayacaqdı...

- Yetər! – deyə bağırdı boğuq bir səslə. – Mən daha buna dayana bilmirəm!

- Olsun, bu tərəfdən mister Batton.

Tibb bacısının arxasınca getdi. Uzun bir dəhlizin sonunda, çeşidli inilti səslərinin yüksəldiyi bir otağa çatdılar. Əslində burası zaman içində, “ağlama otağı” olaraq tanınmışdı. İçəriyə girdilər. Divarın önündə yarım düjin uzunluğunda ağ beşiklər vardı və hər birinin də üzərində yarlıq asılmışdı.

- Hə! - deyərək udqundu mister Batton. - Mənimki hansıdır?

- Baxın, orada! – tibb bacısı dedi.

Mister Battonun gözləri tibb bacısının barmağının işarə verdiyi tərəfi izlədiyi zaman belə bir mənzərə gördü. Böyük, ağ bir yorğana sarılmış, uşaq beşiyinə yarı-yarıya sığa bilmiş, görünüşcə yetmiş yaşlarında bir adam oturmuşdu orada. Bir hissəsi tökülmüş saçları ağarmışdı və çənəsindən duman rəngində bir tutam saqqal uzanırdı. Pəncərədən içəri girən mehin təsiriylə irəli-geri tərpənirdi saqqalı. İçində çaşqın bir ifadə dolaşan rəngi sönmüş gözləriylə baxırdı mister Battona.

- Sizcə mən dəliyəm? – deyə əsəbləşdi mister Batton, qorxusu hirsə dönmüşdü. – Bu pis bir xəstəxana zarafatıdır, yoxsa?

- Bu bizə zarafat kimi gəlmədi, – tibb bacısı ciddi bir ifadəylə cavab verdi. – Sizin dəli olub-olmadığınızı bilmirəm, amma bu dəqiq sizin uşağınızdır.

Mister Battonun alnından axan soyuq tərlər ikiyə bölündü. Gözlərini bağladı, sonra təkrar açdı və yenidən baxdı. Bəlkə yanılırdı; yetmiş yaşlarında bir qoca adama baxırdı, yetmiş yaşlarında bir uşağa; içində oturduğu beşikdən ayaqları çıxan bir uşaq.

Qoca itaətli bir ifadəylə bir ona, bir tibb bacısına baxdıqdan sonra, cadarlanmış və köhnəlmiş bir səslə anidən danışmağa başladı.

- Sən mənim atamsan?

Mister Batton və tibb bacısı diksindilər.

- Çünki əgər atamsansa, – deyə davam etdi sızlanaraq, – məni buradan götürməni, ya da ən azından rahat bir mizdə oturtmanı istəyəcəm səndən.

- Sən haradan çıxdın Tanrı eşqinə? Kimsən sən? – mister Batton dəli kimi dedi.

- Sənə tam olaraq kim olduğumu söyləyə bilmərəm, – dedi şikayət dolu bir səslə, - çünki doğulduğum sadəcə bir neçə saatdır, amma soyadımın Batton olduğu dəqiqdir.

- Yalan danışırsan! Sən bir saxtakarsan!

Qoca yorğun bir səbrlə tibb bacısına döndü.

 – Yeni doğulan bir uşaq üçün nə xoş bir qarşılanma, - deyə şikayət etdi cılız bir səslə. - Ona yanıldığını söylə, niyə söyləmirsən?

- Yanılırsınız mister Batton, – tibb bacısı böyük bir ciddiyətlə dedi. – Bu sizin uşağınızdır və bu vəziyyətin mümkün olduğu qədər ləzzətini almağa məcburuq. Sizdən onu ən qısa zamanda evinizə aparmağınızı tələb edəcəyik.

- Evə? – deyə təkrar etdi mister Batton inanmaz bir ifadəylə.

- Bəli, onu burada saxlaya bilmərik. Həqiqətən edə bilmərik, bilirsiniz?

- Çox məmun oluram, – deyə sızladı qoca. – Bura rahat və sakit yer istəyən bir uşaq üçün xoş bir yer ola bilər. Amma mən bütün bu ağlama və inləmələr arasında gözümü belə qıprmadım. Yiyəcək bir şey istədiyim zaman... – burada səsi etiraz edər bir tonla eşidildi... – mənə bir şüşə süd gətirdilər!

Mister Batton oğlunun yanındakı bir mizə çökərək əlləriylə üzünü örtdü.

- Aman Tanrım! – içini bürümüş qoxunun təsirindən pıçıldadı. – İnsanlar nə deyəcək? Nə etməliyəm?

- Onu evə götürməlisiniz, – tibb bacısı israr etdi, - indi!

Yoğun bir acı içindəki adamın gözlərinin önünə gülünc bir rəsm gəldi anidən. Şəhərin qarmaqarışıq küçələrində yanında bu dəhşət verici varlıqla birlikdə addımladığı bir rəsm.

- Edə bilmərəm, edə bilmərəm, – deyə inlədi.

İnsanlar onu saxlamaq, danışmaq istədiklərində, onlara nə söyləyəcəkdi? Bu, yetmiş yaşındakı qocanı onlara tanıtdırmaq məcburiyyətində qalacaqdı:

- Bu mənim oğlumdur, bu sabah doğuldu.

Sonra qoca yorğanını ətrafına bürüyəcək və yavaş-yavaş qarmaqarışıq dükanlardan, qul bazarından (bir anda mister Batton oğlunun qara olmasını ürəkdən arzuladı), rahat evlərin və hüzrevinin önündən keçəcəklər...

- Haydı! Toplayın özünüzü! – tibb bacısı əmr edirmiş kimi dedi.

- Bura bax, – anidən qoca dedi, – əgər evə bu yorğan içində gedəcəyimi düşünürsənsə, tamamən yanılırsan.

- Bütün təzə doğulmuş uşaqlar yorğana bükülür.

Qoca kiçik, bəyaz bir qundaq bezini cırmaq üçün çəkib qaldırdı.

- Bax! – səsi titrəyərək dedi. – Onlar mənim üçün bunu hazırlamışlar.

- Bütün təzə doğulmuş uşaqlaq bunlardan geyinir, - tibb bacısı ciddiyətini pozmadan dedi.

- Olsun, – dedi qoca, - elədirsə bu uşaq iki dəqiqə içində çılpaq qalacaq. Bu yorğan məni qaşındırır. Mənə ən azından bir çarşaf verə bilərdilər.

- Əsla çıxarma! Əsla çıxarma! – dedi mister Batton tələsik. Tibb bacısına döndü. – Nə edəcəyəm?

- Şəhər mərkəzinə enin və oğlunuza geyinəcək bir şeylər alın.

Mister Battonun oğlunun səsi, onu dəhlizdə təqib edirdi:

- Bir də kəmər, atacan. Bir kəmər istəyirəm.

Mister Batton çöl qapısını arxasınca sərt şəkildə örtdü...

 

II

 

- Sabahınız xeyir, – “Çizpika Universal Şirkəti”ndəki satıcıya mister Batton gərgin bir ruh halıyla dedi. - Uşağıma geyinəcək bir şeylər almaq istəyirəm.

- Uşağınız neçə yaşında, ser?

- Hardasa altı saatlıq, – mister Batton heç düşünmədən cavab verdi.

- Uşaq bölməsi arxadadır, ser.

- Baxın, mən istədiyimin bu olduğundan əmin deyiləm. Uşaq yaşına görə çox böyükdür. Olduqca böyük.

- Ən böyük uşaq ölçüləri də var, orada.

- Oğlan uşağı bölməniz hardadır? – deyə soruşdu cənab Batton ümidsizcə fikirini dəyişdirərək. Satıcının utanc verici sirrini anladığını düşündü.

- Burada.

- O zaman... – Duruxdu. Oğlunu yetkin paltarlarla geyindirmək ona çox tərs gəlirdi. Bəlkə də, çox böyük bir oğlan uşağı dəsti tapa bilirsə, o uzun və qorxunc saqqalı kəsə bilər, ağ saçlarını qəhvə rənginə boyaya bilər və beləcə vəziyyətin ən pis halını saxlayaraq özünə duyduğu sayğının – Baltimor cəmiyyətindəki mövzusundan bəhs etməyə gərək yoxdur – bir parçasını qoruya bilərdi.

Fəqət oğlan uşağı bölməsini dəli kimi araşdırdıqdan sonra yeni doğulmuş Battona olacaq bir geyim tapa bilməyəcəyini anladı. Əlbəttə mağazanı günahlandırırdı. Belə vəziyyətlərdə daima günahlandırılan mağaza olurdu.

- Oğlunuz neçə yaşında demişdiniz? - satıcı təşvişlə soruşdu.

- O-on altı yaşında.

- Ah, üzr istəyirəm. Altı saatlıq olduğunu dediyinizi eşitmişəm. Gənclər bölməsi irəlidəki bölümdədir.

Mister Batton ümidsizcə oradan uzaqlaşırkən birdən dayandı, üzü aydınlandı və barmağıyla vitrindəki geyindirilmiş manikeni işarə etdi.

- Bax, orada! – deyə bağırdı. – Bu vitrindəki manikenin geydiyi paltarı almaq istəyirəm.

Satıcı təəcübləndi.

- Amma, – deyə etiraz etdi, - o bir uşaq geyimi deyil. Əslində elədir, amma geyim buraxılış gecəsi üçün hazırlanmışdır. Bunu siz də geyinə bilərsiniz!

- Zəhmət olmasa paketə qoyun, – dedi müştəri israrıyla. – Mən bunu istəyirəm.

Çaşqınlıq içindəki satıcı çarəsiz boyun əydi.

Təkrar xəstəxanaya dönən mister Batton uşaq otağına girərək paketi oğlunun üzünə tulladı.

- Buda geyimlərin, – qəddarcasına dedi.

Qoca paketi açdıqdan sonra içindəkiləri sual verici baxışlarla gözdən keçirtdi.

- Mənə bir az sirli gəldilər, – deyə şikayət etdi. – Gülməli görünmək istəmirəm.

- Sənin üzündən gülməli görünürəm zatən!  - deyə sərt bir qarşılıq verdi mister Batton. - Nə qədər gülməli göründüyünü boş ver. Bunları gey, yoxsa. Yoxsa səni döyərəm.

Dediyi  son sözdən sonra güclə udqunarkən, bunun yenə də söylənəcək ən doğru şey olduğunu düşünürdü.

- Tamam ata,  – bunu bir övlada yaraşan sayğının gülünc bir təqlidi kimi söyləyirdi. – Sən məndən böyüksən; ən yaxşısını sən bilirsən. Sən nə desən o olsun.

Eynən daha öncə də olduğu kimi “ata” sözcüyünü eşitmək mister Battonun diksinməsinə səbəb oldu.

- Tez ol.

- Oluram ata.

Oğlu geyindikden sonra mister Batton ona böyük bir üzüntüylə baxdı. Geyim dama-dama corablar, çəhrəyaı şalvar və geniş, ağ yaxasıyla kəmərli bir köynəkdən ibarət idi. Köynəyin üzərinə düşən uzun, ağarmış saqqalı isə hardasa belinə qədər enirdi. Yaratdığı görünüş heç də yaxşı hesab olunmazdı.

- Gözlə.

Mister Batton bir xəstəxana qayçısı götürərək üç sürətli hərəkətlə saqqalın böyük bir hissəsini kəsdi. Amma bu düzəltmədən sonra belə, oğlunun görünüşü mükəmməllikdən çox uzaq idi. Bir-birinə qarışaraq fırça kimi olmuş saçlar, sulanmış gözlər, saralmış dişlər, kostyumun şən havasıyla böyük bir tərslik təşkil edirdi. Amma mister Batton inadçı idi, əlini uzatdı.

- Bura gəl! – dedi sərtcə.

Oğlu əlini güvənlə tutdu.

- Mənə nə ad verəcəksən ata? – deyə soruşdu uşaq otağından çıxarkən. – Bir müddət “körpə”mi deyəcəksən, daha yaxşı bir ad tapana qədər?

Mister Batton əsəbləşdi.

- Bilmirəm, hesab edirəm ki, sənə Mafusail[3] deyəcəyik.

 

III

 

Batton ailəsinin yeni üzvü saçlarını kəsdirdikdən və nadir tapılan bir qaraya boyadıqdan, üzünü parlayacaq qədər təraş etdirdikdən və heyrət içində qalan dərziyə tikdirilən kiçik uşaq paltarları geyindirildikdən sonra belə mister Batton üçün, oğlunun ailənin ilk uşağı olaraq bir üzr istəniləsi gerçəyə göz yummağı imkansız idi.

Qoca adam kimi belini əyib yeridiyinə görə ona Benjamin Batton – özünə çox uymasına rəğmən zarafat kimi seçilmiş Mafusail adının yerinə ona bu adı vermişdilər – boyu beş funt səkkiz düyum olardı.[4] Paltarları bunu gizlətmirdi, eynən kəsilmiş və boyanmış qaşlarının   altındakı sönük, sulu və yorğun olduğu görsənən gözlərini gizləyə bilməməsi kimi. Əslində, öncədən tutulmuş olan körpə baxıçısı ona bir dəfə baxdıqdan sonra, haqsızlığa uğramış kimi bir hiss içində evdən ayrılmışdı.

Amma mister Batton, dəyişməyən qərarlılığında israr edirdi. Benjamin bir körpə idi və elə də qalmalı idi. Başda “Benjamin isti südü sevmirsə, heç yemək yeməsin o zaman” demişdi. Fəqət sonunda, oğlunun yağlı çörək və hətta yulaf əzməsi yeməsinə izn verməsi mövzusunda razı salındı. Bir gün evə bir cingiltili oyuncaq gətirdi və onu Benjaminə verərək, əksinə izn verməyəcək şəkildə onunla “oynaması”  mövzusunda mübahisə etdi; bundan sonra yaşlı adam bemiş bir ifadəylə oyuncağı aldı və gün ərzində onu fasilələrlə itaətkar bir şəkildə çınqıldatdı.

Oyuncağın cingiltili səsinin ona həzz vermədiyi aydındı və tək qaldığı zaman şübhəsi özünə daha rahatladıcı əyləncələr tapırdı. Məsələn, mister Batton bir gün, br öncəki həftə indiyə qədər heç çəkmədiyi qədər siqaret çəkdiyini müəyyən etdi. Bu vəziyyət, bir neçə gün sonra, uşaq otağına anidən girdiyində, otağı solğun mavi bir dumanla dolu və Benjamini üzündə günahkar bir ifadəylə yanan bir Havana siqaretini gizlətməyə çalışarkən tapdığı zaman əsəbləşdi. Bu vəziyyət əlbəttə ki, ciddi bir döüyülməyə səbəb idi, amma mister Batton bunu uyğulayacak gücü özündə tapa bilmədi.

Sadəcə oğluna bunun “böyüməsinə əngəl olacağını” söyləyərək kifayətləndi.

Yenə də dediyində israrlı idi. Evə oyuncaq əsgərlər, qatarlar, bezdən düzəldilən böyük heyvanlar gətirir və ən azından özü üçün yaratmağa çalışdığı yanılsamayı mükəmməl hala gətirmək üçün oyuncaq mağazasındakı satıcıya israrla “körpə ağzına soxduğu təqdirdə ördəyin üzərindəki pəmbə rəngin çıxıb-çıxmayacağını” soruşurdu. Fəqət atasının bütün səylərinə rəğmən Benjamin bunlarla maraqlanmağı rədd edirdi. Gizlicə arxa nərdivanlardan düşüb uşaq otağına gətirdiyi Britaniya Ensklopediyasının bir cildini bütün günortadan sonra oxuyarkən, pambıqla doldurulmuş inək oyuncaqları və Nuhun gəmisi oyuncağı yerdə eləcə gözləyirdi. Belə bir inadcılıq qarşısında, mister Battonun səyləri faydasız qalırdı.

Bu hadisənin Baltimorda yaydığı həyəcan ilk başda çox şiddətli idi. Fəqət bu talehsizliyin Battonlar və yaxınlarına sosial anlamda nəyə qadir olacağı əsla bilinməyəcək, çünki Daxili Müharibənin başlanması ilə birlikdə şəhərin diqqəti başqa şeylərə yönəldi. Nəzakətdən əsla xəbərdar olmayan bir neçə nəfər isə, ailəyə edəcəkləri iltifatlar üçün zehinlərini aydın şəkildə yordular və sonunda körpənin babasına bənzədiyini söyləmək kimi ağıllıca bir yol seçdilər; bu da yetmiş yaşına gələn bütün kişilərdə ixtiyarlığın gətirdiyi vəziyyət səbəbiylə inkar edilə bilməzdi. Mister və missis Roger Batton bundan razı qalmamışlar və Benjaminin babası da aşağılandığını düşünərək çox qəzəblənmişdi.

Benjamin xəstəxanadan ayrıldıqdan sonra həyatı olduğu kimi anladı. Onun ziyarətinə çoxlu kiçik uşaq gətirildi və bütün bir nahardan sonra topaçlar və misketlərlə ilgi duymağa çalışaraq keçirdiyi zamanlar oldu. Hətta bir dəfə sapanla fırlatdığı bir daşla mətbəxin pəncərəsini qırmağı belə başardı; bu başarısını bəlli etməsə də, atasını çox məmun etmişdi.

Bundan sonra Benjamin, hər gün bir şey qırmağın bir yolunu tapmağa başladı, amma bunları sadəcə özündən gizlədiyi və etməsi lazım olan ətrafdakıları xoşbəxt etməyi sevdiyi üçün edirdi.

Babasının əvvəlki hirsi bitdiyində, Benjamin və bu cənab birbirlərinin dostluğundan  kifayət qədər kef almağa başladılar. Yaş və təcrübə baxımından birbirlərindən bu qədər uzaq olan bu iki insan saatlarca oturur və qırx illik dostlar kimi, bezmədikləri bir tərzdə günün sıradan hadisələrini müzakirə edirdilər.

Benjamin özünü babasının yanında, valideynlərinin yanında olduğundan daha rahat hiss edirdi – hər zaman ondan bir az qorxurmuş kimi dayanırdılar və üzərində etdikləri  diktatorluq basqısına rəğmən, ona tez-tez “mister” deyə xitam edirdilər.

Zehninin və bədəninin doğulanda aydın şəkildə yaşından dolayı o da hər kəs qədər çaşqın idi. Tibbi dərgilərdə mövzu ilə əlaqədar məqalələr oxuyurdu, amma daha öncə belə bir hadisənin mövcud olmadığını gördü. Atasının məcbur etməsiylə digər uşaqlarla oynamaq üçün gerçəkdən səy göstərirdi. Futbol onu daha çox cəlb edirdi və bir sümüyünü qıracaq olursa sümüyün bir daha düzələ bilməyəcəyindən qorxurdu.

Beş yaşına çatdığında orta məktəbə göndərildi. Burada yaşıl kağızları narıncı kağızların üzərinə yapışdırır, rəngarəng xəritələr və başı sonu olmayan kartondan dairələr düzəldirdi. Bu işləri görərkən anidən yatmaq istəyirdi və bu alışqanlığı gənc müəlliməsini həm rahatsız edir, həm də qorxudurdu. Nə isə ki, müəllimsəsi ailəsinə şikayət etdi və beləliklə məktəbdən çıxarıldı. Roger Batton ailəsi dostlarına, onun daha kiçik olduğunu düşündüklərini söylədilər.

On iki yaşına çatdığında ailəsi ona alışmışdı. Əslində, alışqanlığın gücü o qədər qüvvətli idi ki, onun digər uşaqlardan bir fərqi olduğunu artıq düşünmürdülər – təbii bir ayrılıq onlara bu gerçəyi xatırlatmağı müddətdə. On ikinci doğum günündən bir neçə həftə sonra bir gün, Benjamin çaşdırıcı bir kəşfdə tapıldı ya da tapıldığını hesab etdi. Gözləri mi onu aldadırdı, yoxsa saçları son on iki il içində onu gizləyən boyanın altında ağdan qaraya dönmüşdü? Üzündəki qırışlar artıq daha az görsənirdi? Cildi daha sağlıklı və gərgin idimi?

Hətta yanaqları bir az daha qırmızı idi. Cavab verə bilmirdi. Artıq bir donqarının olmadığını və fiziki olaraq vəziyyətinin yaşamının ilk günlərindən bu yana yaxşılaşdığını bilirdi.

- Yoxsa bu...? – deyə Benjamin düşündü ya da daha doğrusu, düşünməyə cəsarət etmədi.

Atasının yanına getdi.

- Mən böyüdüm, – dedi qərarlı bir ifadəylə. – Artıq uzun şalvar geyinmək istəyirəm.

Atası duruxdu.

- Hmm, – dedi sonunda, - bilmirəm. Uzun şalvar geyinmək yaşı on dörtdür və sən hələ on iki yaşındasan.

- Amma qəbul etməlisən ki, - deyə etiraz etdi Benjamin, – yaşıma görə böyüyəm.

Atası ona, bunu düşünürmüş kimi edərək baxdı.

- Mən bundan o qədər də əmin deyiləm, – dedi. – On iki yaşında olarkən mən də sənin qədər böyük idim.

Bu doğru deyildi. Bunların hamısı, Roger Battonun oğlunun normal olduğuna inanma üçün özüylə etdiyi səssiz anlaşmanın bir hissəsi idi.

Sonunda razılağa gəldilər. Benjamin saçlarını boyamağa davam edəcəkdi. Öz yaşında olan uşaqlarla oynamaq üçün daha çox səy göstərəcədi. Küçədə eynəyini taxmayacaq və kəmərindən istifadə etməyəcəkdi. Bütün bunların qarşılığında ilk uzun şalvarını geyməyə haqq qazanacaqdı.

 

IV

 

Benjamin Battonun on iki ilə iyirmi bir yaşı arasında yaşadıqları ilə ilgili söyləyəcəklərim çox azdır. Normal bir gəncləşmə ilə keçən illər olduğunu söyləmək yetərli olacaq. Benjamin on səkkiz yaşına çatdığında, əlli yaşında bir adam qədər dik dururdu; daha artıq saçı var idi və saçları qara rəngdə idi; addımları sağlam idi, səsi çatlamış titrəkliyini itirmiş və sağlıklı bir bariton səsinə bürünmüşdü. Atası onu Yel kollecinin qəbul imtahanları üçün Konnektikuta göndərdi. Benjamin imtahanı keçdi və birinci kursa getməyə haqq qazandı.

İmtahandan üç gün sonra, kollecin qeydiyyat məmuru mister Hartın ofisini ziyarət edib proqramını tənzimləmək gərəkdiyi yazılan bir bildiriş aldı. Benjamin aynaya baxdığında, saçlarının qəhvə rəngində boyanma zamanının gəldiyini fərq etdi, ancaq şkafının çəkməcəsini həyəcanla qarışdırdığında, rəng şüşəsinin orada olmadığını gördü. O anda xatırladı. Şüşəni bir gün öncə qurtarmış və atmışdı. Seçimi yox idi. Beş dəqiqə içində qeydiyyat məmurunun ofisində olmalı idi. Edəcək heç bir şey yox idi, olduğu kimi getməliydi. Elə də etdi.

- Sabahınız xeyir, – qeydiyyat məmuru Hart nazikcə dedi. – Hesab edirəm oğlunuzla ilgili danışmaq üçün gəlmisiniz.

- Şey, əslində, mənim adım Batton... – deyə başlayan Benjaminin sözünü kəsdi mister Hart:

- Sizinlə tanış olduğuma çox sevindim mister Batton. Mən də oğlunuzu gözləyirdim. Bir neçə dəqiqə içində burada olacaq.

- O mənəm, – Benjamin anidən dedi, – birinci kurs tələbəsiyəm.

- Nə-ə?

- Mən birinci kurs tələbəsiyəm.

- Zarafat edirsiniz hər halda.

- Heç də deyil.

Qeydiyyat məmuru qaşlarını çataraq qarşısında olan bir kağıza baxdı.

- Burada mister Benjamin Battonun yaşının on səkkiz olduğu yazılır.

- Bəli, mənim yaşım, – Benjamin həfifcə qızararaq dedi.

Qeydiyyat məmuru ona tərəddüdlə baxdı.

- Mister Batton, hər halda buna inanmağımı gözləmirsiniz.

Benjamin bezgin bir ifadə ilə gülümsədi.

- Mən on səkkiz yaşındayam, – dedi təkrar.

Qeydiyyat məmuru sərt şəkildə qapıya işarə etdi.

- Bayıra çıx, – dedi. – Bu kollecdən və hətta bu şəhərdən çıx get. Sən təhlükəli bir manyaksan.

- Mən on səkkiz yaşındayam!

Mister Hart qapını açdı.

- Bu işə bax! - deyə bağırdı. – Sənin yaşında bir adam bura birinci kurs tələbəsi olaraq oxumaq istəyir. On səkkiz yaşındasan, eləmi? Olsun, bu şəhərdən getməyin üçün sənə on səkkiz dəqiqə verirəm.

Benjamin Batton otaqdan olduqca təşviş içində çıxarkən, dəhlizdə gözləyən yarım düjinə universitet tələbələri onu məraklı gözlərlə izləyirdi. Bir neçə addım atdıqdan sonra geriyə döndü, hələ qapı girişində gözləməkdə olan  hirsli məmura baxdı və qərarlı bir səslə təkrarladı:

- Mən 18 yaşındayam.

Benjamin universitet tələbələrindən ibarət qrupun gülümsələri içində oradan uzaqlaşdı.

Amma kədəri o qədər asan azad olunmasına izn vermədi. Qatar stansiyasına etdiyi hüzn içindəki gediş sırasında, əvvəl universitet tələbələrindən ibarət bir qrup, sonra da bir dəstə və sonunda da yoğun bir kütlə tərəfindən izləndiyini anlatdı. Bir dəlinin Yelin qəbul imtahanlarını keçdiyi və on səkkiz yaşında olduğunu anlatmağa çalışdığı xəbəri dildən dilə dolaşmışdı. Kolleci bir həyəcan dalğası bürümüşdü. Oğlanlar siniflərindən papaqları olmadan çıxmış, futbol yığması məşqi buraxaraq dəstəyə qatılmış, professorların həyat yoldaşları əyri üyri bağlıdları və ətəklərinin tarlatanları itmiş bir şəkildə, dəstənin sonunda bağıraraq gedərkən qarmaqarışıqdan Benjamin Batton ən həssas nöqtələrini hədəf alan sözlər yüksəlirdi.

- Gəzən Yəhudi bu olmalıdır!

- Əslində bu yaşda litseyə getsə daha yaxşı olur!

- Bu qocanın istəyinə bir bax!

- Buranı hüzr evi zənn etmiş.

- Harvarda[5] get sən!

Benjamin addımlarını sürətləndirdi və bir müddət sonra qaçmağa başladı. Onlara sübut edəcəkdi! Harvarda doğrudan gedəcəkdi və o zaman düşünmədən səhv etdikləri bu sözlərdən peşmançılık duyacaqlardı!

Baltimora gedən qatara sonunda mindiyində, başını pəncərən çıxartdı.

- Peşman olacaqsıznız! – deyə bağırdı.

- Ha-ha! – deyə güldü universitet tələbələri. - Ha – ha –ha!

Bu Yel kollecinin indiyə qədər etdiyi ən böyük xəta idi...

 

V

 

1880-ci ilə gəlincə Benjamin Batton iyirmi yaşında idi və “Rocer Batton və Ko. Topdan Xırdavat Şirkəti”ndə atasının yanında işləməyə başlayaraq yaşını sübuta yetirdi. Yenə eyni il “toplum içinə çıxmağa” başladı. Atası onu məşhur olan dəvətlərə aparmaqla israr edirdi. Rocer Batton indi əlli yaşındaydı, o və oğlu getdikcə daha yaxınlaşırdılar. Əslində Benjamin saçını boyamağı buraxdığından bəri (saçları hələ də boz idi), hardasa eyni yaşda görünürdülər və qardaş sayıla bilərdilər.

Bir Avqust axşamında dəvət paltarı içinde faytonlarına minib Baltimorun yaxın xaricində ola Şevlinlərin bağ evində düzənlənən bir dəvətə getdilər.

Möhtəşəm bir axşam idi. Göyüzündəki tutqun ay, yolu yumşaq gümüşü rəngə boyayır, gec açan sonbahar çiçəkləri, yarpağın belə tərpənmədiyi havaya səssiz, güc duyulan qəhqəhələr kimi ətirlərini yayırdılar. Parlaq buğdaların xalça kimi döşəndiyi ərazi, gün işəğında şəffaf kimi görünürdü.

Göyüzünün sərhədsiz gözəlliyindən tsirlənmək hardasa imkansızdı...hardasa.

- Xırdavat işində yaxşı bir gələcək var, – deyirdi Rocer Batton. O, romantik bir adam deyildi, estetik anlayışı çox inkişaf etməmişdi. - Mənim kimi yaşlı adamlar yeni nömrələri öyrənə bilməzlər, – dedi özündən əmin bir şəkildə. – Amma gücləri və enerjiləriylə önlərində yaxşı bir gələcəyə sahib olanlar gənclərdir.

Yolun irəlisində Şevlinlərin bağ evinin işıqları göründükdə, özlərinə doğru israrla gələn diqqət çəkici bir səs duyurdular. Kamanların hüznlü səsi ya da ay işığı altında gümüşü rəngdə görünən buğdaların xışıltısı da ola bilərdi bu.

Yolcuları qapının önündə enməkdə olan xoş bir arabanın arxasında durdular. Öncə bir xanım, sonra yaşlı bir cənab və sonra, adətən bir günah qədər gözəl gənc bir xanım aşağıya düşdü. Benjamin yerində tərpəndi: sanki kimyəvi bir çevrilmə vücudunun hər bir üzvünü öncə yox edib, sonra yenidən yaradırdı. Bütün vücudu dikəldi, yanaqlarına və alnına qan hücum etdi; qulaqlarında davamlı bir uğultu vardı. Bu ilk sevgi idi.

Gənc qız incə və narın idi, saçları ay işığında kül rəngi, eyvandakı qaz lampalarının altında bal rəngində görünürdü. Çiyinlərinin üzərindən ən yumşaq sarıdan, üzərində qara kəpənəklər olan şal sallanırdı: qabarıq paltarının kənarından uzanan ayaqları, parlaq düymələri andırırdı.

Rocer Batton oğluna yaxınlaşdı.

- Bu, gənc Hildeqarde Monkrif, general Monkrifin qızıdır.

Benjamin başını qayğısızca salladı.

- Gözəl bir qız, - dedi ingilizcə.

 Amma zənci uşaq faytonu götürdüyü zaman əlavə etdi:

- Ata, məni onunla tanış edə bilərsən.

Miss Monkritin ortasında olduğu bir qrupa yaxınlaşdılar. Köhnə ənənələrə görə yetişdirilən gənc qız Benjaminin önündə reverans etdi. Bəli, onunla bir rəqs edə bilərdi. Benjamin ona bir təşəkkür etdikdən sonra yanından ayrıldı. Səndələyərək addımlayırdı. Növbə özünə gələnə qədər keçən zaman, sonsuzluq qədər uzun gəlmişdi. Divara dayanmış, səssiz, ağlından keçənləri bəlli etmədən, üzlərində tutkulu bir heyranlıq ifadəsiylə Hildeqarde Monkrifin ətrafında aşkar şəkildə dövr edən Baltimorun gənclərini öldürücü baxışlarla seyr edirdi. Benjaminə nə qədər itici gəlirdilər; nə qədər dayanılmaz dərəcədə şənlənirdi! Qıvrılmış qəhvərəngi bakenbordları, onda dözümsüzlüyə bənzər bir hiss yaradırdı.

Növbə özünə çatanda və onunla birlikdə Parisdən gələn ən son vals sədası altında meydana doğru addımlayarkən bütün qısqanclıqları və həyəcanları bir qar yığını kimi əriyib getdi. Heyranlıqla bir şəkildə həyatın əsl indi başladığını hiss edirdi.

- Siz və qardaşınız bizimlə birlikdə gəldiniz elə deyilmi? - deyə soruşdu. Hildeqarde parlaq mavi göyüzünü andıran gözləri ilə baxırdı ona.

Benjamin tərəddüd içində idi. Əgər onu atasının qardaşı sayırsa, ən yaxşısı ona gerçəyi söyləmək mümkündürmü? Yeldəki təcrübəsini xatırladı və bunu etməməyə qərar verdi. Bir xanıma qarşı çıxmaq ədəbsilik olurdu; bu möhtəşəm anı sirli doğum hekayəsi ilə məhv etmək bir cinayət olardı. Daha sonra bəlkə. O üzdən başı ilə təsdiqlədi, gülümsədi, dinlədi, xoşbəxt idi.

- Sizin yaşınızdakı kişiləri çox bəyənirəm, -  dedi Hildeqarde. - Gənclər çok səfeh olurlar. Mənə kollecdə nə qədər içki içdiklərindən və kart oynayarkən nə qədər pul itirdiklərindən bəhs edirlər. Sizin yaşınızdakı kişilər xanımlara necə davranacaqlarını bilirlər.

Benjamin özünü bir evlənmə təklifinin astanasında hiss etdi, bu arzusunu güclə həbs etdi.

- Siz isə ən romantik yaşınızdasınız, - deyə davam etdi, - iyirmi beş yaş dünyanı anlamağa çox tez, otuz yaş çox işləməkdən yorğun, qırx yaş anladılması bir siqareti qutusunu bitirəcək qədər uzun sürən hekayələrin yaşı, altmış, ah altmış yaş yetmişə çox yaxın, amma əlli, əvəzsiz bir yaş. Əllini sevirəm.

Əlli Benjaminə görkəmli bir yaş kimi göründü. O, əlli yaşında olmayı arzuladı.

- Hər zaman dediyim kimi, - deyə davam etdi Hildeqarde, - otuz yaşında biri ilə evlənib ona baxmaqdansa, əlli yaşında biriylə evlənib onun mənə baxmasını doğru hesab edirəm.

Benjamin gecənin geri qalan hissəsi bal rəngində bir sis pərdəsinin arxasında yaşandı. Hildeqarde onunla iki dəfə daha rəqs etdi və günün məsələləri ilə əlaqədar fövqəladə inteqrasiya içində olduqlarını fərq etdilər. Bir sonrakı bazar günü Benjaminlə araba gəzintisi edəcək və bu məsələləri daha ayrıntılı müakirə fürsəti tapacaqlardı.

Şəfəq sökülmək üzərəykən faytonla evə dönüş yolunda, günün ilk arıları vızıldayır və batmaqda olan ay, soyuq şeh üzərində parıldayırdı. Benjamin, atasının toptan xırdavatçılıqla ilgili bəlli-bəlirsiz bir şeylər anlatdığını eşidirdi.

- ...Səncə çəkiç və mismarlardan sonra ən çox nə ilə maraqlanmalıyıq? - deyirdi böyük Batton.

- Sevgi, -  dedi Benjamin düşünmədən.

- Sevgi? - deyə həyəcanlandı Rocer Batton, - mən sevgi məsələsini həll etdim belə.

Benjamin göyüzünun şərq tərəfində anidən parlayan günəşin təsiri ilə gözlərini qırparkən bir sarıköynək canlanan ağacları deşircəsinə mahnısını söyləməyə başladı...

 

VI

 

Altı ay sonra missis Hildeqarda Monkrif ilə mister Benjamin Battonun evliliyi barəsində məlumat yayıldığında (general Monkrif bunu elan etməkdənsə, özünü qılıncı ilə öldürəcəyini söylədiyi üçün “yayıldığı” deyirəm) Baltimor cəmiyyətindəki həyəcan hərarətli bir səviyyəyə çatdı. Benjaminin doğumunun unudulmuş hekayəsi yenidən xatırlandı və ağıla, xəyala sığmayan formalarda izah olundu, qalmaqal küləkləri halında ətrafa yayıldı. Benjaminin həqiqətdə Rocer Battonun atası olduğu, qırx ildir həbsdə olan qardaşı olduğu, özünü dəyişdirmiş Con Vilkes But[6] olduğu və son olaraq da alnında uzanan konus şəkilində iki buynuzu olduğu söyləndi.

Nyu York qəzetlərinin bazar əlavələri bu hadisəni Benjamin Battonun başına bir balığın, bir ilanın və son olaraq da bir düyüdən düzəldilmiş bir gövdənin başı şəklində göstərən heyrətverici izahlarla vurğuladılar. Qəzetlərdə Merilendin Gəzən Yad insanı olaraq tanındı. Fəqət, gerçək hekayə ümumiyyətlə olduğu kimi, çox az insan tərəfindən öyrənildi.

Fəqət Baltimorda istədiyi gənclə evlənə biləcək qədər gözəl bir qızın özünü qəti şəkildə əlli yaşında olan bir adamın qollarına atmasının “cinayət” olduğu mövzusunda hər kəs general Monkriflə həmfikir idi. Mister Rocer Battonun oğlunun doğum sənədinin Baltimorun “Yanğın” qəzetində böyük şriftlərlə çap etməsi də işə yaramadı. Kimsə buna inanmırdı. Benjaminə baxıb görməyiniz yetərli idi.

Mövzunun ən çox maraqlandırdığı iki insana gəlincə isə heç bir tərəddüd söz mövzusu deyildi. Hildeqarde nişanlısı ilə bağlı o qədər çox yalan hekayə dinləmişdi ki, gerçək olana belə inanmağı rədd edirdi. General Monkrifin qızına əlli yaşındakı, ən azından əlli yaşında görsənən kişilərdəki yüksək ölüm faizini anlatması da boşuna idi. Eynilə topdan xırdavat işinin nə qədər qeyri-sabit olduğunu anlatması kimi. Hildeqarde onunla kamilliyi üçün evlənməyi seçmişdi və evləndi də...

 

VII

 

Ən azından bir mövzuda Hildeqarde Monkrifin dostları səhv edirdi. Toptan xırdavatçılıq işi çaşılacaq bir irəliləyiş göstərdi. Benjamin Battonun evləndiyi 1880-cı il ilə atasının 1895-ci ilindəki işdən ayrılması arasında keçən illərdə ailə sərvəti iki qat artdı və bunda ən böyük pay şirkətin ən gənc üzvünə aid idi.

Baltimorun sonunda bu cütlüyü bağrına basdığını söyləməyə ehtiyac yoxdur. Yaşlı general Monkrif belə, doqquz tanınmış nəşriyyat tərəfindən rədd edilən iyirmi cildlik “Daxili müharibələrin tarixi” adlı kitabının nəşr edilməsi üçün lazım olan pulu verən kürəkən Benjamin ilə barışmışdı.

Bu on beş il Benjaminin özünə də bir çox dəyişiklik gətirdi. Damarlarındakı qanın daha bir qüvvətlə axdığını hiss edirdi. Səhərlər qalxaraq, qarışıq, günəşli küçələrdə yerimək, yorulmaq bilmədən çəkic və mismarlarla çalışmaq onun üçün bir zövq verməyə başladı. İşdəki məşhur çevrilişini də 1890-cı ildə gerçəkləşdirdi: mismarların istehsal qutularının mismarlanmasında istifadə olunan bütün mismarlar bir qanun halına gələrək Fosilye Baş Ədliyyəsi tərəfindən təsdiqləndi və “Rocer Batton və Ko. Topdan Xırdavat Şirkəti”nə hər il altı yüz mismar artıq qazandırdı.

Benjamin ayrıca, həyatın əyləncəli tərəfinin özünü getdikcə daha çox cəlb etməyə başladığını fərq etdi. Zövqə olan düşkünlüyü ilə birlikdə Baltimor şəhərində bir avtomobil sahibi olan və bir avtomobil istifadə edən ilk kişi də o, oldu. Onu küçədə görən yaşıdları sağlam və gümrahlıq baxımından görsəndiyindən dolayı ona qısqanaraq baxırdılar.

- Sanki hər il gedərək gəncləşir, - deyirdilər.

İndi altmış beş yaşında olan yaşlı Rocer Batton, ilk başda oğluna düzgün bir qarşılama etməmiş olsa da, ona təqdim etdiyi yaltaqlıq dərəcəsindəki təriflərlə sonunda bunu əvəzlədi.

Bu yerdə, mümkün olduğu qədər tez keçmənin daha yaxşı olacağını düşündüyüm bir mövzuya gəlirik. Benjamin Battonun canını sıxan bir tək şey vardı; arvadı artıq onu cəzb etmirdi.

Hildeqarde indi, Rosko adında on dörd yaşında bir oğlu olan, otuz beş yaşında bir qadın idi.

Evliliklərinin ilk illərində Benjamin ona sitayiş edirdi. Fəqət, illər keçdikcə, arvadının qara rəngli saçları sıradan bir qəhvə rənginə dönmüş, göy mavisi kimi gözləri ucuz sönük bir kölgəyə dönmüşdü. Dahası və ən önəmlisi, hərəkətlərində artıq sabit, artıq yumşaq, artıq qənaətbəxş, artıq cansız, bəyəniləsi artıq göstərişsiz olmaya başlamışdı. Yəni evləndiklərində Benjamini rəqslərə və yeməklərə “sürüyən” o ikən, indi vəziyyət tərsinə dönmüşdü. Onunla insan içinə çıxırdı çıxmasına, amma istəkli deyildi, bir gün hamımızın içinə yerləşən və bizi bir daha tərk etməyən o sonsuz ətalət onu çoxdan bürümüşdü.

Benjaminin narazılığı gedərək artırdı. 1898-ci ildə İspaniya-Amerika müharibəsi başladığında, evi onun üçün cazibəsini o qədər itirmişdi ki, orduya qoşulmağa qərar verdi. İşdəki nüfuzu sayəsində kapitan rütbəsini qazandı və işə o qədər asan öyrəşdi ki, mayor məqamına, son olaraq da San-Xuan təpəsindəki məşhur hücuma qoşulmasını təmin etdiyi bir vaxtda polkovnik-leytenant rütbəsinə gətirildi. Bu hücumda aldığı zəif yaradan sonra bir medal aldı.

Benjamin ordu həyatının hərəkət və həyacanına özünü o qədər aludə etmişdi ki, buraxmaq istəmirdi, amma işiylə maraqlanması lazım idi, o üzdən də vəzifəsindən istefa verərək evə döndü. Stansiyada onu qarşılayan dəstə içərsində evinə getdi.

 

VIII

 

Hildeqarde əlində böyük, ipək bir bayraqla onu eyvanda qarşıladı. Benjamin daha arvadını öpərkən qəlbi sızlayaraq anladı ki, bu üç il evliliklərinin qalan hissələrini də silib götürmüşdü. Hildeqarde indi qırx yaşında bir qadındı və saçlarında boz tellər görsənməyə başlamışdı. Bu görüntü Benjaminə böyük üzüntü verdi.

Otağına çıxdığında, tanış olduğu aynasında özünün əksini gördü – aynaya bir az daha yaxınlaşaraq üzünü həyəcanla incələdi və müharibədən həmən öncə uniforma ilə çəkilən bir rəsmi ilə qarşılaşdırdı.

- Aman Tanrım! - dedi yüksək səslə.

Müddət davam edirdi. Buna heç şübhə yoxdu, artıq otuz yaşında kimi görünürdü. Buna sevinmək yerinə, narahatçılıq duydu, yaşı irəlilədikcə gəncləşirdi. İndiyə qədər fiziki olaraq yaşadığı ilə üst-üstə gələcək bir yaşa çatdığında doğumuna damğasını vuran bu sirli hadisənin sona yetəcəyini ümid etmişdi. Bu hadisəni düşündükcə dəhşətə gəlirdi.

Aşağı mərtəbəyə düşdüyündə Hildeqardeni onu gözləyən gördü. Canı sıxılmış görünürdü və onun da sonunda bir şeylərin tərs getdiyini aşkar edib-etmədiyini mərak etdi. Aralarındakı gərginliyi bir qədər olsun azaltmaq üçün, yumşaq olduğunu düşündüyü bir üslubda axşam yeməyində mövzunu dilə gətirdi.

Sevincli bir mövzudan danışırcasına:

- Hər kəs hər zamankından daha gənc göründüyünü söyləyir, - dedi.

Hildeqarde ona təkəbbürlə baxdı. Burnunu fısıldadaraq:

- Bunun öyünüləcək bir şey olduğunu düşünürsən?

- Öyünmürəm, - dedi rahatsız şəkildə.

Arvadı yenə təkəbbürlə:

- Buna bax, - dedikdən sonra bir an dayandı: - Mən də buna bir son verəcək qədər qürurun olduğunu düşünmüşdüm.

- Bunu necə edə bilərəm ki? - deyə soruşdu.

- Səninlə mübahisə etməyəcəyəm, - dedi sərt şəkildə.

- Amma bir şeyləri etmənin bir düzgün, bir də yanlış tərəfi vardır. Sən hər kəsdən fərqli olmağı ağlına qoymusan, səni dayandıra biləcəyimi düşünmürəm, amma bunun sayğı dəyər bir davranış olduğunu da düşünmürəm.

- Amma Hildeqarde, əlimdə deyil.

- Mənim də. Sən sadəcə inatçılıq edirsən. Kimsəyə bənzəmək istəmirsən. Həmişə beləydin, belə də olacaqsan. Bir düşün, hər kəs həyata sənin kimi baxsaydı dünya necə bir yer olardı?

Bu anlamsız və cavabı tapılmayan bir mübahisə olduğu üçün bir qarşılıq vermədi Benjamin və o andan etibarən aralarındakı uçurum gedərək böyüməyə başladı. Arvadının bir zamanlar üzərində necə bir heyranlıq oyandırmış ola biləcəyini indi maraq edirdi.

Bu uçurumu daha da artırırcasına, yeni əsri irəliləyərkən, əyləncəyə duyduğu aclıq da güclənirdi. Baltimor şəhərində düzənlənən bir şənlik yox idi ki, Benjamin Batton orada olmasın, bütün şənliklərdə gənc və evli qadınların ən gözəlləriylə rəqs edir, cəmiyyətə təqdim edilən gənc qızların ən tanınmışları ilə söhbət edir və onlarla dostluq etmənin cazibəsinə qapılır, bu arada arvadı, gənc qızların müşayiəti arasında, uğursuz bir taleli yaşlı qadınlar kimi oturarkən bir məğrur, bir məmunsuz, bir ciddi, bir çaşqın və sitəmkar gözlərlə onu seyr edirdi.

- Bir buna baxın! - deyirdi insanlar. - Nə qədər yazıq! Bu yaşda bir adam qırx beş yaşında bir qadınla necə evli ola bilər. Arvadından ən azı iyirmi yaş gəncdir.

1880-cı ildə anaları və atalarının da eyni bu uyğun olmayan cütlük haqqında etdikləri ifadələri unutmuşdular. İnsanların unutması qaçılmaz bir sondu, hər zaman.

Benjamin evdə getdikcə artan bədbəxtliyini başqa sahələrə duyduğu əlaqə ilə əvəz edirdi.

Qolf oynamağa başlamış və çox başarılı olmuşdu. Rəqsə marağı artmışdı: 1906-cı ildə “The Boston”da oynamışkən, 1908-ci ildə “Maxine” də məharətini təsdiqləmiş, 1909-cu ildə isə “Castle Yürüşü” fiquru ilə şəhərdəki bütün yaşıdlarının qısqanclığını qazanmışdı.

Təbii bu sosial fəaliyyətləri bir nöqtədən sona işinə əngəl olmağa başlamışdı. Amma topdan xırdavatçılıq işində iyirmi beş il çalışmışdı və artıq işini Harvarddan yeni məzun olan oğlu Roskoya ötürə biləcəyini düşünürdü.

O və oğlunu tez-tez bir-birləri ilə qarışdırırdılar. Bu Benjaminin xoşuna gəlirdi. İspaniya-Amerika müharibəsindən döndükdə içini bürüyən o hiyləgər qorxunu qısa bir zaman sonra unutmuş və görünümündən düzgün bir həzz almağa başlamışdı. Bu ləzzətli tortun içində bir tək milçək vardı, arvadı ilə insan içinə çıxmaqdan nifrət edirdi. Hildeqarde əlli yaşına yaxınlaşmışdı və görünüşü özünü gülünc hiss etməsinə səbə olurdu...

 

IX

 

1990-cı ilin bir sentyabr günü – “Rocer Batton və Ko. Topdan Xırdavat Şirkəti”nin gənc Rosko Battona ötürülməsindən bir neçə il sonra – iyirmi yaşlarında görünən bir adam Kembricdəki Harvard universitetinə birinci sinif tələbəsi olaraq qəbul olundu. Əsla əlli yaşında olmasına dəlalət edəcək bir xəta etmədi, eynən oğlunun on il öncə eyni məktəbdən məzun olduğundan bəhs etmədiyi kimi.

Məktəbə qəbul edildi və qısa bir müddət içində sinifdə seçilmiş bir yer tutdu, bunun səbəbi qismən yaş ortalaması on səkkiz olan digər sinif dostlarından bir az daha böyük görünməsi idi.

Amma başarılı olmasının əsl səbəbi Yel kolleci ilə oynadıqları futbol oyunlarında sərgilədiyi ağıllı oyunu, hücumu və amansız hirsi oldu. Belə ki, Harvard üçün yeddi qol və meydandan da on dörd qol vurdu, Yel oyunçularının on birini sahədən, şüurlarını itirməsi kimi tək-tək getmələrinə səbəb oldu. Kollecin ən məşhur tələbəsi o idi.

Deyilməsi sirli, amma universitetin üçüncü sinifində oxuyarkən komandaya “qoşulmaqda” belə çətinlik çəkməyə başladı. Məşqçiləri çəki itirdiyini deyirdilər. İçlərində daha diqqətli olanlar isə əvvəlki kimi uzunboylu olmadığını da fərq etdilər. Artıq qol vurmurdu. Əslində, komandada saxlanmasının tək səbəbi qorxuducu adının Yel komandasına qorxu salması və dağılmalarına səbəb olması ümidi idi.

Son sinifə gəldiyində artıq oyuna heç qatılmırdı. O qədər zəif və küsəyən olmuşdu ki, bir gün bir neçə ikinci sinif tələbəsi onu birinci sinif tələbəsi zənn etmiş, bu hadisə pis halda qürurunu incitmişdi. Bir dahi kimi tanınmağa başladı - ən çox on altı yaşında olan bir dördüncü sinif tələbəsi idi və sinif dostlarının savadı qarşısında tez-tez heyrətə düşürdü. Dərslərinə gəldikcə daha çox məcbur qalırdı. Ona çox qarmaqarışıq gəlirdi. Sinif dostlarının Müqəddəs Midas hazırlıq məktəbindən danışdığını eşidirdi, bir çoxu kollecə bu məktəbdə hazırlanmışdı. Özü boyundakı oğlan uşaqlarının içində qorunmalı bir yaşamı özünə daha uyğun göründüyü üçün məzuniyyətindən sonra Müqəddəs Midas hazırlıq məktəbinə getməyə qərar verdi.

1914-cü il məzun olduqdan sonra cibində Harvard diplomu ilə Baltimordakı evinə döndü. Hildeqarde indi İtaliyada yaşayırdı, o səbəbdən oğlu Roskonun yanına getdi. Fəqət, burada geniş mənada xoş qarşılanmamaqla birlikdə, Roskonun ona qarşı hisslərində heç bir səmimiyyət bəsləmədiyi aydın idi. Hətta ortalarda yeniyetmə dalğınlığı ilə melanxolik bir hava içində dolaşan Benjaminin rahatsız edici olduğunu düşündüyü fərq edilə bilirdi. Rosko indi evli idi və Baltimor yaşamının öndə gələn adlarından biri idi, ailəsi ilə əlaqəli heç bir qlmaqalın çıxmasını istəmirdi.

Artıq cəmiyyətə təqdim edilən gənc qızlar və universitet tələbələri qrupu içində adını itirmiş olan Benjamin ətrafdakı on beş yaşlarında üç-dörd oğlan uşağının dostluğu xaricində özünü yalnız hiss etməyə başladı. Müqəddəs Midas hazırlıq məktəbinə getmə fikri yenidən ağlına gəldi.

- Ey, - dedi bir gün Roskoya, - hazırlıq məktəbinə getmək istədiyimi sənə neçə dəfə söylədim.

- Yaxşı, get o zaman, - deyərək kəsib atdı Rosko. Bu mövzu ona çox maraqsız gəldiyi üçün mübahisə etmək belə istəməmişdi.

- Tək gedə bilmərəm, - Benjamin çarəsizcə dedi. – Qeydiyatımı etmək və məni ora aparmağın lazımdır.

- Vaxtım yoxdur, - Rosko tərscə dedi. Gözlərini qısdı və atasına şübhəylə baxdı. - Əslində, buna artıq bir son versən daha yaxşı olar. Bir son versən yaxşı olar. Əslində, əslində ... -  dayandı və nə deyəcəyini tapmağa çalışarkən üzü qıpqırmızı oldu. – Arxaya dönüb yeni bir başlanğıc etsən daha yaxşı olar. Bu zarafat artıq çox uzandı. Artıq heç gülməli deyil. Artıq tərbiyənlə məşğul olsan yaxşı olar!

Benjamin ona baxarkən gözləri dolmuşdu.

- Bir şey daha, - deyə davam etdi Rosko, - evdə qonaqlar olanda mənə “əmi” deməyini istəyirəm. – Rosko, - deyil “əmi” anladınmı? On beş yaşında bir uşağın mənə adımla xitab etməsi sirli görsənir. Bəlkə mənə hər zaman “əmi” deyəsən, belə ağzın öyrəşər.

Atasına sərt bir baxışla baxan Rosko geri çevrilib uzaqlaşdı.

 

X

 

Bu söhbətin sonunda Benjamin daxili sıxıntısıyla üst mərtəbəyə çıxıb aynada özünə baxdı. Üç aydır təraş olmamışdı, amma üzündə maraqlanmağa dəyməyəcək heyva tüklərindən başqa bir şey yox idi. Harvarddan evə ilk gəldiyində Rosko ona eynək taxmasını və yanaqlarına taxma bakinbord yapışdırmasını təklif etmişdi və bir an üçün ilk illərində yaşadığı səfehlikləri təkrar yaşayırmış kimi hiss etmişdi. Amma bakenbordlar qaşındırır və utanmasına səbəb olurdu. Benjamin ağlayınca Rosko könülsüzcə də olsa bu vəziyyətdən imtina edirdi.

Benjamin uşaq hekayələrindən bəhs edən bir kitabı açdı. Adı “Biminidəki kəşfiyatçı uşaqlar” olan kitabı oxumağa başladı. Fəqət ardıcıl müharibəni düşündüyünü zəng etdi. Amerika bir öncəki ay Müttəfiqlərə qoşulmuşdu və Benjamin əsgər kimi qeydə alınmaq istəyirdi, amma qəhr olsun, ən az on altı yaşında olması lazım idi və o qədər böyük görünmürdü. Gerçək yaşı olan əlli yeddi isə, yenə başına bəla olurdu.

Qapının döyüldüyünü esitdi və az sonra məktub əlində küncündə böyük, rəsmi bir möhür olan bir zərflə göründü. Zərfin üzərində mister Benjamin Batton yazılmışdı. Benjamin zərfi həvəslə açdı və içindəkiləri böyük bir həzzlə oxudu. Məktubda İspaniya-Amerika müharibəsində xidmət etmiş olan bir çox ehtiyatda olan zabitin daha yüksək bir rütbə ilə geri çağırıldığı bildirildi və içində həmən yerinə yetirilməsi lazım olan əmirlərlə birlikdə ABŞ ordusunda general mayor olaraq rütbəsi nəzərdə tutulurdu.

Benjamin həyəcandan titrəyərək ayağa durdu. Onun da istədiyi bu idi. Papağını qoydu və on dəqiqə sonra, Çarlz küçəsində böyük bir dərzi dükanına girdi və güvənsiz soprano səsi ilə bir uniforma üçün ölçüsünün götürülməsini istədi.

- Əsgərlik rolunu oynayacaqsan, uşaq? - qeydiyyatçı laqeyd bir şəkildə dedi.

Benjamin hirsdən qızardı.

- Mənə bax! Nə oynayacağım səni maraqlandırmaz! - dedi hirslə. - Mənim adım Batton və özüm də Mt. Vermon Palasda yaşayıram, yəni bunu qarşılaya biləcəyimi bilirsinizmi?

- Olsun, - dedi qeydiyyatçı tərəddüd içində. - Sən qarşılaya bilməsən belə, əminəm ki, atan qarşılayar.

Benjaminin ölçüsü götürüldü və bir həftə sonra uniforması hazır oldu. Ancaq düzgün bir general nişanı tikməkdə əziyyət çəkmişdilər, çünki satıcı bir XAML[7] nişanının da çox yaxşı duracağını və oynarkən daha əyləncəli olacağında israrlı idi.

Roskoya heç bir şey söyləmədən bir gecə evdən ayrıldı və qatarla Cənubi Karolinadakı Mosbi düşərgəsinə doğru yola çıxdı. Bura bir piyada briqadasını komanda edəcəyi yer idi. İsti və nəmli bir aprel günü düşərgəyə yaxınlaşdı, onu dayanacaqdan bura gətirən taksiyə pulunu ödədikdən sonra növbətçi əsgərə döndü.

- Baqajımı alması üçün bir nəfər tap, - dedi canlı bir səs tonu ilə.

Növbətçi əsgər ona təkəbbürlü gözlərlə baxdı.

- Ey sən, o general nişanlarınla hara getdiyini bilirsənmi, uşaq? - dedi.

Benjamin İspaniya-Amerika müharibəsi veteranı kimi gözlərindən hirs saçılaraq, amma nə yazıq ki, davamlı dəyişən soprano səsi ilə növbətçi əsgərə yaxınlaşdı.

- Özünə gəl, - deyərək təsirli olmağa çalışdı, nəfəs almaq üçün durdu. Sonra birdən əsgərin topuqların bir-birinə vuduğunu və silahını önünə alaraq salam vəziyyətinə keçdiyini gördü. Benjamin məmnuniyyətinin səbəb olduğu gülümsəməyi gizləməyə çalışdı, amma ətrafına baxdığında üzündəki gülümsəmə yox oldu. Əsgərdə itaət hissini oyandıran o deyil, at belində yaxınlaşmaqda olan heybətli bir topçu polkovniki idi.

- Polkovnik! - deyə səsləndi Benjamin tır səsi ilə.

Polkovnik yaxınlaşdı, cılovu çəkdi və gözlərini qırparaq soyuqqanlılıqla aşağıya baxdı.

- Sən kimin uşağısan? – deyə soruşdu şəfqətlə.

- Bir azdan sənə kimin uşağı olduğumu göstərəcəyəm, – deyə əsəbləşdi Benjamin yırtıcı bir səbrlə. – İndi o atdan aşağıya en!

Polkovnik qəhqəhələrə boğuldu.

- Bunu istəyirsən, elə mi general?

- Bax, burada! – deyə bağırdı Benjamin ümitsizcə. – Bunu oxu.

Və əmr kağızını polkovnikin burnuna doğru uzatdı. Polkovnik kağızı oxuyarkən gözləri yuvalarında çıxacaq kimi oldu.

- Bunu haradan tapmısan? – deyərkən kağızı cibinə qoydu.

– Sənin də az sonra öyrənəcəyin kimi, bunu mənə Dövlət verdi!

- Mənimlə gəl – dedi polkovnik sirli bir baxışla. – Həmən qərargaha gedib danışmalıyıq bunu. Mənimlə gəl.

Polkovnik dönüb atını qərargaha doğru sürməyə başladı. Benjamin üçün əsalətindən mümkün olduğunca ödün vermədən polkovniki təqib etməkdən başqa edəcəyi bir şey qalmamışdı. Bir yandan da öz–özünə amansız bir intiqam alacağı sözünü verirdi.

Amma intiqamı heç bir zaman gerçəkləşmədi. İki gün sonra oğlu Rosko Baltimordan gəldiyində, həyəcanla edilmiş bu yolçuluqdan əsəbləri gərilmiş və tərləmiş bir haldaydı. Evinə dönərkən, uniformasını çıxarmış, ağlamaqda olan generalı da yanında aparırdı.

 

XI

 

1920-ci ildə Rosko Battonun ilk uşağı dünyaya gəldi. Fəqət keçirilən tədbirlərdə heç kimsə, evin ətrafında oyuncaq əsgərlər və miniatür bir sirklə oynamaqda olan on yaşlarındakı kiçik, çirkli uşağın yeni doğan uşağın öz babası olduğundan bəhs etməyə “gərək” duymadı.

Canlı, nəşəli üzündən arada bir hüznün kölgəsi keçən bir kiçik uşağa qarşı kimsənin nifrət duyduğu yox idi, amma Rosko Batton üçün onun varlığı tam bir işgəncə qaynağı idi. Öz nəslinin dediyi kimi Rosko bu durumu “əlverişli” hesab etmirdi.

Ona görə, altmış yaşında görünməyi inadla rədd edən atası “mərd bir adam” kimi deyil – bu, Roskonun ən sevdiyi tədbir idi – sirli və köhnə davranırdı. Əslində bu vəziyyətə yarım saatdan çox baş yorduğunda dəli olma dərəcəsinə çatırdı. Rosko “enerjisi yüksən insanların” gənc qala bilmələrinə inanırdı, amma bunu bu şəkildə düşünmək, bu, bu, bu “əlverişli” bir seçim deyildi. Bax, beləcə Rosko bu nöqtədən o yana keçə bilmirdi.

Beş il sonra Roskonun kiçik oğlu eyni baxçanın nəzarətində kiçik Benjaminlə uşaq oyunları oynayacaq qədər böyümüşdü. Rosko ikisini eyni gündə orta məktəbə apardı və Benjamin rəngli kağız zolaqlarla oynamağın, çərçivələr, dəyişik və gözəl dizayn etmənin dünyadakı ən möhtəşəm oyun olduğunu kəşf etdi. Bir dəfəsində yaramazlıq etmiş və küncdə gözləmək məcburiyyətində qalmışdı – ki o zaman ağladı – amma çox zaman, pəncərələrindən içəriyə gün işığı dolan və xanım Baleyinin arada bir təbəssümü sevinc dolu otaqda keyfli saatlar keçirirdi.

Roskonun oğlu bir il sonra birinci sinifə keçdi, amma Benjamin bağçada qaldı. Çox xoşbəxt idi. Zaman-zaman digər uşaqlar böyüyüncə nə edəcəklərindən bəhs etdiklərində, kiçicik üzündən bir kölgə keçirdi; sanki olur-olmaz, uşaq bir saflıqla bunların özünə əsla paylaşmayacağı şeylər olduğunu sezir kimi idi.

Bir-birinə bənzər günlər axıb gedirdi. Bağçaya üçüncü ildə də getdi, amma artıq bu parlaq, rəngli kağız zolaqların nəyə yaradığını anlamayacaq qədər kiçik idi. Digər uşaqlar özündən böyük olduğu üçün ağlayır və onlardan qorxurdu. Müəllimi onunla danışırdı, amma nə qədər anlamağa çalışırsa çalışsın, heç bir şey anlamırdı.

Sonunda bağçadan çıxarıldı. Baxıcısı Nana, qraxmallı, ekose paltarıyla, onun kiçicik dünyasının mərkəzi oldu. Günəşli günlərdə parkda gəzirdilər; Nana böyük, kükrəyən bir heyvana işarə edir və “aslan” deyirdi. Benjamin də onun ardından kəlməni təkrar edir və o gecə yatmaq üçün paltarı geydirilərkən eyni kəlməni yüksək səslə təkrartəkrar söyləyirdi:

- Aşlan, aşlan, aşlan.

Arada bir Nana yataqda tullanmasına icazə verirdi; bu çox əyləncəli idi, çünki tam üzərinə oturursan səni təkrar ayaqlarının üstünə tullayırdı və tullanarkən uzun bir zaman boyunca “Ah” deyirsən, çox gülməli bir səs çıxırdı.

Papaq rəfindən böyük bir çəlik götürərək ətrafdakı mizlərə və masalara vurub:

- Vur, vur, vur, – deyə qışqırmaqdan çox xoşlanırdı.

Evdə insanlar olduğu zaman yaşlı xanımlar onu qıdıqlayır ki, bu çox xoşuna gəlirdi, gənc xanımlar isə onu öpməyə çalışırdılar ki, bu vəziyyətə məcburən dözürdü. Və saat beşdə uzun bir gün sona yetdiyində Nana ilə üst mərtəbəyə çıxır və Nana ona, yulaf əzməsi və yumşaq, sıyıq yeməklərindən ibarət ləziz yeməyini yedirirdi.

Uşaq yuxusunda cansıxıcı anlardan əsər yoxdu; kollecdəki qəhrəmanlıqlarına, çox qızın qəlbini oğurladığı, görkəmli illərinə dair heç bir şey xatırlamırdı. Yalnızca beşiyinin bəyaz, güvənli barmaqlıqları və Nana və ara-sıra özünü görməyə gələn bir adam və axşam yatmaq vaxtı gəlmədən bir an öncə Nananın barmağını uzadaraq “günəş” dediyi böyük, narıncı bir top vardı. Günəş itdiyində gözlərinə yuxu yenirdi – heç yuxu görmürdü, onu rahatsız edəcək heç bir yuxu.

Geçmiş – San-Xuan təpəsində adamlarının başına etdiyi vəhşi hucum, aşıq olduğu gənc Hildeqarde üçün qarışıq şəhərdə gün batana qədər çalışdığı evliliyinin ilk illəri; babasıyla Monroe küçəsindəki Battonların köhnə, papaqlı evində gecələri oturub siqaret çəkdikləri günlər – bunların hamısı sanki heç yaşanmamışdır, unudulub gedən yuxular kimi uçub getmişdi ağlından. Heç birini xatırlamırdı.

Son içdiyi südün soyuq, yaxud isti olduğunu ya da günlərin necə keçdiyini tam olaraq xatırlamırdı – həyatında yalnızca beşiyi və Nananın tanış görüntüsü vardı. Və sonra heç bir şey xatırlamamağa başladı. Acanda ağlayırdı, o qədər. Hər gün və gecə zar-zar duyabildiyi xorultular və alçaq səsli danışıqlar eşidilirdi. Bir də doğru-yalan ayırd edə bildiyi qoxular, işıq və qaranlıq vardı.

Sonra hər şey qaraldı, ağ beşiyi və ətrafında gəzinən naməlüm üzlər və südün isti, xoş qoxusu, hamısı birlikdə şüurundan uçub getdi.

 



[1] ABŞ-ın şərqində Meriland ştatnın 1729-cu ildə qurulmuş ən böyük şəhəri.
[2] ABŞ-ın cənubunda paytaxtı Hartford şəhəri olan ştat.
[3] 969-cu ildə yaşadığı söylənilən və Tövratın birinci kitabında Nuhun babası.
[4] Beş funt səkkiz düyum – təxminən bir metr yetmiş santimetrdir.
[5] Harvadr universiteti nəzərdə tutulur.
[6] Con Vilkes But (1838-1865) amerikalı aktyor, prezident Avram Linkolinin qatili.



Strategiya.az

Xəbərlər
18.07.2019

Meteohəssas insanlar üçün XƏBƏR

18.07.2019

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi aşkarlanıb

18.07.2019

Təhsil Nazirliyi: Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq

18.07.2019

Leyla Abdullayeva: Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

18.07.2019

SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır

18.07.2019

Qaldığı yeri gizlədənlər 800 manat ziyana düşəcək - XƏBƏRDARLIQ

18.07.2019

Bu qan qruplu insanlar xərçəngdən sığortalanıb

18.07.2019

Aeroportda problem yaradan 8 əşya

18.07.2019

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - gözlənilməz zəng

18.07.2019

Kral terror qurbanlarının ailələrini həcc ziyarətinə dəvət edib

18.07.2019

Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır

18.07.2019

Kondisioneri təcili təmizləyin- Özünüz və ailə üzvləriniz təhlükədədir

18.07.2019

Göygöl, Abşeron, Xırdalan və Zərdabda REYD keçirildi - Qanunsuz heyvan kəsiminə qarşı

18.07.2019

Prezident İlham Əliyev: Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək

18.07.2019

DİQQƏT! Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

18.07.2019

Türkiyədə dəhşətli qəza: 15 nəfər öldü - VİDEO

18.07.2019

Sorğu: Vladimir Zelenskinin partiyası parlament seçkilərində səslərin 50 faizə yaxınını qazanacaq

18.07.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatıb

18.07.2019

DANX-dan sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə AÇIQLAMA

18.07.2019

Neymarla bağlı yeni iddia - "Yuventus"...

18.07.2019

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların yarısı "ölü torpaq" sahələridir

18.07.2019

XİN Ursula Fon der Leyeni Aİ Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib

18.07.2019

Sabah 40 dərəcə isti olacaq

18.07.2019

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru səhhəti ilə bağlı istefa verə bilər

18.07.2019

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub

18.07.2019

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

18.07.2019

Türkiyədə terror aktının qarşısı alındı

18.07.2019

İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

18.07.2019

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

18.07.2019

Bu gecə atəşkəsin pozulması nəticəsində “Qa­zax” sərhəd dəstəsinin əsgəri yaralanıb

18.07.2019

Azərbaycan XİN İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib

18.07.2019

4219 abonentin qaz təchizatı dayandırılacaq

18.07.2019

Azərbaycan neftinin ucuzlaşması davam edir

18.07.2019

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

18.07.2019

Gəncədə 100 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb

18.07.2019

Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı

18.07.2019

ÇL-də birinci mərhələyə yekun vuruldu

18.07.2019

Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 25 dəfə

18.07.2019

Neft bahalaşıb

18.07.2019

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

18.07.2019

Titrəmə Merkelin işinə əngəl deyil

18.07.2019

Türkiyənin F-35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

18.07.2019

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

18.07.2019

İyulun 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.07.2019

İsveçrədə qaçqın sığınacaqlarının bir qismi bağlana bilər

18.07.2019

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

18.07.2019

Diqqət! Düzgün ixtisas seçimi edən abituriyentlər tələbə adını qazanacaq - VİDEO

18.07.2019

İran XİN-in başçısı: Avropalılar təhlükəsizliyə investisiya yatırmağa hazır deyillər

18.07.2019

Dövlət qulluğuna qəbulla bağlı iyulun 19-da sınaq imtahanı keçiriləcək

18.07.2019

"Qarabağ"ı 2-ci mərhələyə yüksəldən qələbə - Video