Vəkil, hüquqşünas-ekspert
Ümumiyyətlə, icraatından asılı olmayaraq inzibati-iqtisadi mübahisələrə, inzibati xətalara dair, mülki və cinayət işlərinə məhkəmələrdə hakim (hakimlər) tərəfindən baxılır.
Məhkəmədə baxılan hər bir iş yekun məhkəmə qərarı ilə tamamlanır ki, bu qərar da işə baxmış hakim (hakimlər) tərəfindən qəbul edilir və imzalanır.
Lakin təcrübədə qərarı qəbul etmiş hakimi onu imzalamaq səlahiyyətində olmaması halına rast gəlinməsi istisna edilmir (məsələn, qərarı qəbul edən hakim onu hazırladıqdan sonra, lakin imzalamadan əvvəl ölür, yaxud onun xəstəliyi səbəbindən hazırlanmış qərarı imzalamaq səlahiyyəti olmur və s.).
Belə bir halın baş verməsindən sonra hazırlanmış, lakin imzalanmamış qərarın imzalanması məsələsi təəssüflər olsun ki, nə prosessual normativ hüquqi aktlarda (İPM, İXM, CPM, MPM), nə digər hüquqi aktlarda, nə də ki, məhkəmələrin tövsiyyə xarakteri daşıyan aktlarında nəzərdə tutulmamışdır.
Bəs belə bir halın baş verməsi nəticəsində yaranmış çətinliyin həlli qaydası necə həyata keçirilməlidir?
Mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə yekun məhkəmə aktı kimi qətnamənin işə baxan hakim tərəfindən imzaqlanması MPM-in 214.4-cü maddəsindən nəzərdə tutulmuşdur.
Sözügedən normaya əsasən, qətnaməni qəbul etdikdən və imzaladıqdan sonra hakim məhkəmə iclas zalına qayıdır, qətnaməni elan edir. Qətnamənin məzmununu, ondan şikayət etmə qaydası və müddətini izah edir.
Lakin mürəkkəb işlər üzrə qəbul edilmiş qətnamənin həcminin böyüklüyü səbəbindən hakim ancaq qətnamənin nəticə hissəsini elan edə bilər. Bu zaman qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir.
Bundan sonra hakim tərəfindən qətnamənin tam mətni hazırlanır və imzalanır. Lakin yuxarıda qeyd etdiyimiz kimi qətnamənin hazırlanmasından sonra onun hakim tərəfindən imzalanmasının qeyri-mümkünlüyü halının mövcudluğu istisna deyil.
Ölkədaxili qanunvericilikdən fərqli olaraq bəzi xarici ölkələrin qanunvericiliyində belə bir vəziyyətin baş verməsi halında ediləcək hərəkət tənzimlənmişdir. Məsələn, Türkiyə Respublikasının Mülki Prosessual Məcəlləsində bu hal belə müəyyən edilmişdir.
“Qət edilən nəticə yoxlanıldıqdan sonra əsaslı qərarı imzalamadan hakim ölərsə və ya hər hansı bir səbəblə imza edə bilməz hala düşərsə, yeni hakim, yoxlanılan nəticəyə uyğun olaraq hazırlanan əsaslı qərarı şəxsən yazaraq imzalayır. Kollegiyal tərkibli məhkəmələr də belə bir vəziyyətin həyata keçməsi halında, nəticə digər hakimlər tərəfindən imzalanır və sədrlik edən və ya ən təcrübəli hakim tərəfindən, nəticənin altına digər hakimin imza etməməsinin səbəbi yazılaraq imza olunur.”.
Hesab edirik ki, kollegiyal tərkibdə işə baxan hakimlərdən birinin qərarı imzalaya bilməməsi halında məhkəmə qətnaməsini kollegial tərkibə sədrlik edən və yaxud daha təcrübəli hakim tərəfindən səbəbi göstərilməklə imzalanması halı daha məqsədəmüvafiqdir.
Lakin işə təkbaşına baxan hakim tərəfindən belə bir halın mövcudluğuna nisbətdə onun imzalanması məsələsi bir qədər çətinlik yaradır. Məsələn, belə bir halın baş verməsi zamanı məhkəmə qətnaməsini məhkəmə sədri, yaxud məhkəmənin digər hakimi, məhkəmənin tək hakimdən ibarət olması vəziyyətində onun digər məhkəmənin hakimi və ya sədri tərəfindən imzalanması halını doğru hesab edə bilərik. Lakin MPM-in 387.2.5-ci maddəsində qətnamənin onda göstərilən hakim tərəfindən imzalanmaması apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi birbaşa göstərilmişdir.
Əgər qətnamədə yeni hakim tərəfindən baxılması və imzalanması nəzərdə tutulduğu halda o zaman MPM-in 387.2.6-cı maddəsinin tələbi baxımından qətnamə işə baxan hakim tərəfindən qəbul edilməmiş, kimi hesab olunaraq apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv olunacaqdır.
Ümumiyyətlə məhkəmə qətnaməsinin imzalanması məsələsi 3 yerə bölünür:
1) tam hazır olunmuş və imzalanmış qətnamə;
2) nəticə hissəsi imzalanmış və tam hissəsi imzalanmamış;
3) tam hazırlanmış, lakin imzalanmamış qətnamə.
Tam hazırlanmış və imzalanmış qətnamə araşdırma mövzusuna uyğun olmadığına görə onu tədqiq etməyə ehtiyac görmürük.
Nəticə hissəsi imzalanmış və tam hissəsi imzalanmamış qətnaməyə gəlincə hesab edirik ki, həmin qətnamə nəticəyə uyğun olaraq məhkəmənin digər hakimi, yaxud bu mümkün olmadığı təqdirdə digər eyni instansiyalı məhkəmənin hakimi tərəfindən qətnamənin sonunda səbəbi göstərilməklə imzalanmalıdır.
Təbii ki, bu MPM-in 387.2.5-ci və 387.2.6-cı maddələri ilə ziddiyyət təşkil edəcək, lakin bu ziddiyyətin həlli qaydası mülki prosessual qanunvericiliyə ediləcək əlavə və dəyişikliyinn üzərinə düşür.
Tam hazırlanmış, lakin imzalanmamış qətnaməyə gəlincə, burada hadisələr bir qədər mübahisəli şəkildə tədqiq edilməkdədir. Belə ki, hazırlanmış qətnamə MPM-in 215-ci maddəyə uyğun olaraq hazırlanır ki, həmin normaya görə, müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnaməni və yaxud onu nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər. Bu halda hakimin hazırlanmış qətnamənin imzalaya bilməməsi onun məhkəmə iclasının başa çatmaması və işə yeni hakimin cəlb olunması ilə iş üzrə yekun məhkəmə qərarının çıxarılması ilə davam etdirilməlidir.
Strategiya.az
XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq
500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir
Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi
Şuşada yeni yarimstansiya tikilir
Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir
XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
Kaspi Təhsil Şirkətindən növbəti xoş addım
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib
DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
BNA sürücülərə xəbərdarlıq etdi
Bu yollar buz bağlayıb - SİYAHI
Vətən sevgisinin təntənəsi
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir
AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı
Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək
"Brent" nefti bahalaşıb
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq