Korrupsiya müasir dünyanın ciddi problemlərindəndir

15:15 / 05.10.2017

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

Vətəndaşların müəyyən hissəsi rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına çevrilirlər.

Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada körrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Lakin aşkar olunan korrupsiya rəqəmləri həqiqəti əks etdirmir.

Azərbaycan dövləti korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir. Ölkə prezidenti dəfələrlə bu barədə dövlət orqanalarının məmurlarına xəbərdarlıq, vətəndaşlara isə bu mübarizədə fəal olamalarını tövsiyə etmişdir. Deməli, vətəndaşlar çəkinmədən korrupsionerlər barədə şikayət edə bilərlər. Dünya təcrübəsindən belə qənaətə gəlmək olar ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca, bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Bu baxımdan vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipal və maraqlı olmalıdırlar.

Ötən il Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər əhəmiyyətli səviyyədə həyata keçirilmiş, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması səmtində çox iş görülmüşdür. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri iqdisadi sahədə aparılan islahatları tamamlamış, dayanıqlı iqdisadi inkişaf üçün yeni imkanlar yaradılmışdır. Korrupsiyaya qarşı mübarizə və bu problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqaməti kimi antikorrupsiya islahatlarının innovativ xarakter daşıması ilə yadda qalır. 2016-cı il ərzində korrupsiyaya qarşı beynəlxalq standartlara cavab verən genişmiqyaslı institusional islahatlar aparılmışdır. İqdisadiyyatın keyfiyətcə yeni mərhələsinin formalaşması və hayata keçirilən islahatların davamlılığını təmin etmək məqsədi ilə Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə iqdisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilmişdir. Qeyd edilən geniş miqyaslı islahatlar ölkə üçün yeni perspektivlər və imkanlar yaradır. Dünyada mövcud qlobal iqdisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən ölkədə qeyri neft sənayesi inkişaf etmişdir. Korrüpsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət tərəfindən müdafiəsi müfaviq qanunvericilik aktları ilə təmin edilmişdir.

Vətəndaş cəmiyyəti inistitutları tərəfindən həyata keçirilən monitorinqlərin nəticəsində məlum olur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlər səmərə verməkdə davam edir.

Bu sahədə olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləmiş, “beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatında “2016-cı il Qlobal Korrupsiya Barometri” üzrə ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişə nail olmuş, korrupsiyanın səviyyəsinin azalması göstərilmişdir.

Azərbaycan respublikası baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2016-cı il hesabatında qeyd olunan 6 əməliyyat tədbiri nəticəsində 6 nəfər korrupsioner cinayət başında yaxalanmışdır. Baş idarənin əməliyyat heyəti tərəfindən faktlar üzrə 32 cinayət işi başlanılmış, keçirillmiş əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya cinayətləri ilə bağlı axtarışda olan 24 şəxs tutulmuşdur. Hüsabat dövründə 480 cinayət işi üzrə 313 vəzifəli şəxs barədə 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində olan ziyanın 33 milyon 249 manat və ya 16,6%-nin ödənilməsi təmin edilmiş, 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur. Istintaqı aparılmış cinayət işləri üzrə 220 –dən çox vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunmuşlar. Onlardan 110 vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə dələduzluq etmiş, 34 nəfər vəzifə səlahiyyətlərini aşmış, 10 nəfər rüşvət almağa görə təqsirlənmiş, 14 nəfər rüşvət verməyə görə məsuliyyətə cəlb olunmuşlar. Göründüyü kimi vətəndaşların rüşvət verməyə meyli hələ də az deyil. Bu çox ciddi faktordur və korrupsiyanı doğuran səbəblərdəndir. Vətəndaşlardan gələn rüşvət təklifi bu sahə ilə mebarizədə vətəndaş təşəbbüslərinə ciddi ziyan vurur. Korrupsiya hallarına qarşı çıxmaq əvəzinə vətəndaşlar bu cinayətin iştirakçılarına cevrilməsi dövlətin cinayətkarlıqla mübarizə siyasətinə zərər vurur.

Azərbaycan Respublikasının Baş Prokurorun yanında yaradılan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətə başladığı gündən bu günə qədər 1800-dən çox cinayət işi, aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. İcraatda olan cinayət işləri sırasında 70 faktdan çox rüşvətxorluq; vəzifəsindən sui-istifadə halları üzrə 150-dən çox; qulluq mövqeyindən istifadə etmək və qarətlə müşayət edilən 500-dən çox cinayət iş materialları olmuşdur.

Ümumiyyətlə korrupsiya faktları barədə məlumat verən vətəndaşların dövlət tərəfindən müdafiəsi belə cinayətlərin qarşısını almağa kömək edə bilərmi? – Sualı da az səslənir. Düşünürəm ki, böyük təsiri ola bilər. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər. Bu, onların vətəndaşlıq borcudur. Dövlət başcısı bu istiqamətdə qətiyyətli və prinsipialdır. Belə mövqe hər bir vəzifəli şəxsə ciddi mesaj verir. Zənnimcə vətəndaşlar tərəfindən vəzifəli şəxslərin ələ alınmasına çalışmasının özü korrupsiyaya şərait yaratmaqdır. Rüşvət tələb olunsa da verilməsə və hüquqlarının müdafiəsinə çalışsalar korrupsiya dəhlizini daraltmaq olar. Amma bəzən KİV-də dərc edilən faktlara reaksiyanın verilməməsi baş verən hərəkət və ya hərəkətsizliklərlə “barışmaq”,”razılaşmaq” meylini təsdiqləyir.

Hərəkətlərinin, danışdıqlarının ya fərqinə varmırlar, ya da dediklərini anlamırlar. Qeyd olunanlar dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə də xələl gətirir.

Ötən il ərzində 13 hakim korrupsiya hüquqpozmalarına görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə hakimiyyətində davam edən ciddi demokratik islahatlar dövlətin daxili siyasəti ilə üst-üstə düşür, səmərə verir. Son illər yalnız hüquqi erudiyasına, daxili inamına, bilik səviyyəsinə, peşəkarlığına və qabiliyyətinə görə hakim korpusuna daxil olanların sayı artır. Ədliyyə Nazirliyinin kollegiyası sözün həqiqi mənasında obyektiv, ədalətli və şəffavlıq prinsiplərinə üstünlük verməklə islahatları davam etdirir.

İctimai münasibətlərə zidd hərəkətləri törədənlərə qarşı cəza sərtliyi ilə yadda qalmalı, vətəndaşlarda ikrah hissi oyatmamalıdır. Korrupsiya ölkə daxilində iqdisadi inkişafa real əngəl yaradır, onun buxovlayır, cəmiyyəti maliyyə böhranına aparır. Məmur nüfuzu korrupsioner hərəkətlərin qurbanına cevrilir.

Korrupsiya , insan alveri, narkotik vasitələrin qanunsuz dövriyəsi və terrorçuluq cinayətləri mütəşəkkil cinayətkarlığın bir-birilə sıx bağlı sahələridir, belə cinayətlərlə mübarizə bütün dünyada problem olaraq qalır. Mütəşəkkil qrup və dəstələrin siyasi himayədarları, hərbi və maliyyə imkanları çox geniş, (hətta bank hesabları) olduğuna görə mübarizə tam səmərə vermir. Ona görə də, dünya ictimaiyyəti bu işdə maraqlı olmalıdırlar.

Bəs inkişaf etmiş ölkələrdə vəziyyət necədir?

RF-nın sabiq Maliyyə Naziri A.Kudrin qeyd edir ki, ölkədə il ərzində korrupsion rüşvətxorluğun həcmi 300 mlrd. dollar təşkil edir. Hər il büdcəyə ciddi ziyan dəyir.

Mütəxəssislərin qənaətinə görə korrupsiya demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Rüşvətin müəyyən faizi məmurların vəzifələrinə olan xəyanətləri ilə bağlıdır. Rusiya Federasiyası DİN-nin statistik rəqəmlərinə görə, korrupsiyanın ümumi həddini 2 hissəyə bölünür: məmurların rüşvətxorluğu ümumi rüşvətxorluğun 20% təçkil edirsə, yerdə qalan 80% aşağı hissələrdə baş verən korrupsiyaya aiddir.

Bu sırada hakimlər, müəllimlər, hüquq-mühafizə orqanalrının əməkdaşları durur. RF dünyada korrupsiyanın səviyyəsinə görə 127-ci yerdədir. Narahatlıq doğuran məsələ ondan ibarətdir ki, vətəndaşların ¼ hissəsi rüşvətxorluqda, rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə şəxsən maraqlı olurlar. Əhalinin müəyyən hissəsinin hüquqi dövlətin və vətəndaş cəmiyyətin prinsiplərinin qorunmasında iradə nümayiş etdirməməsi, ictimai nəzarətin təşkilində iştirakın olmaması korrupsiyaya şərait yaradan amillərdəndir.

Müqayisə üçün korrupsiya reytinq üzrə sonuncu yeri KXDR, Somali və Əfqanıstan tutur. Ən yaxşı göstəricisi Danimarka və Yeni Zellandiyaya şamil olunur. 107 ölkə üzrə 114 min insanlar arasında keçirilən sorğunun nəticəsinə görə dünyada hər dörd nəfərdən biri (114 min nəfərin 27%) heç olmasa bir dəfə rüşvət verməsini təsdiq etmişlər. Aparılan tədqiqat əsasında korrupsiyanın dünyada ciddi problem kimi qalması təsdiq edilmişdir

Ukrayna dövlətində ictimai rəyə əsasən Viktor Yanukoviçin prezident olduğu son illərdə korrupsiya görünməmiş həddə olmuşdur. Hər il 160 mlrd. qriven leqal dövriyyədən məmurların cibinə axırmış. Statistik xidmətin təhlilinə görə təkcə korrupsiya istiqaməti üzrə Ukrayna dövləti il ərzində 137 mlrd qriven itirərdi. Gömrük sahəsində olan sui-istifadələrə görə (2013-cü il ərzində) 40 mlrd qriven büdcədən kənar məmurların cibinə, Gömrükdə malların qeydiyyatı zamanı məbləğin yalnız 50% büdcəyə daxil olurdu, qalan hissə müəyyən şəxslərin sərəncamına keçirmiş. Torpaq sahələrinin icarəsi zamanı verilən rüşvətin məbləği 2013-cü ildə 4.7 mln qrivenə çatırdı. Vergi sahəsində korrupsiyanın məbləği 40 mlrd qriven təşkil edirdi və s.

Deməli korrupsiya ilə mübarizə bir dövlətin coğrafiyasında yox hamılıqla, birləşmiş qaydada həyata keçirilməlidir ki, nəticəsi olsun. Bu, ümumibəşəri sosial bir problemdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM