“Polisə Dəstək” İB-nin sədri
AŞPA-nın Türkiyə dövlətinə qarşı monitorinqin bərpası qərarı qardaş ölkənin prezidenti Rəcəb Tayyub Ərdoğan tərəfindən “rədd edildi”. Düzgün yanaşma idi. Avropa Şurasının qurucularından olan, Türkiyəyə qarşı bu sayaq davranma siyasi etiketlərə də uyğun deyildi. Məsələ ilə bağlı millət vəkilləri və siyasi ekspertlər müvafiq şərhlər verərək AŞ-nın bu qərarını müxtəlif səbəblərlə əlaqələndirdilər. Avropa Şurası qardaş ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasını, referendumdakı hüquqpozmaları şişirdərək “öz gözündəki tiri” görmür. Atlı polislərin ayaqları altında əzilən, Egey dənizində üfürülmüş rezin qayıqlarla Avropaya pənah gətirən, nicat istəyən müsəlman qardaş və bacılarımızın, uşaqların və imdad diləyən qocaların suda qərq olmalarına, Almaniyada qaçqın düşərgələrinin yandırılmasına göz yumur, kordurlar; onların səsini eşitmir, kardırlar; danışmırlar laldırlar.
Zənnimcə başqa səbəblər də var. Müharibədən, qeyri-insani şəraitdən qaçmaq istəyən insanların problemləri həmin ölkələrdə həll olunmayanda, başqa ölkələrə üz tutmaq qaçılmaz olur. AŞPA-nın Türkiyəyə və Azərbaycana qarşı ikrah hissi doğuran münasibəti Azərbaycana ərazi bütövlüyünün işğala məruz qalmasını, onun bərpasını unutdurmağa, qardaş Türkiyəni isə Avropa İttifaqına üzv olmaq niyyətindən əl çəkməyə məcbur edən aşkar bir mesajdır. Amma, bu siyasi bumeranq, Avropa üçün acı nəticələr doğura bilər və doğurur.
Bu gün, Avropanın dünyadakı siyasəti avropa dövlətlərinin insan hüquq və azadlıqlarının qorunmasına əsaslanmır, mənəvi dəyərlərə söykənmir, neofaşist siyasətinin zənginliyi ilə güclənir və davam edir. Belə hərəkətlər, Avropanın da özündə ikrah hissi ilə qarşılanır. Fikir verin, Fransa Prezidentinə şanslı namizəd indidən “seçilərsə AŞ-dan çıxmağı barədə düşünəcək” mesajını verir. Çox ciddi hədədir. Deməli Avropa ilk növbədə məhz, Avpropada nüfuzunu ititməkdədir. Bu sistem, dəyişikliyə uğramasa qala bilməz. Vyetnam müharibəsi ABŞ üçün hansı mənəvi böhrana səbəb oldusa, dünyada Amerikanın siyasətinə və həyat tərzinə necə inamı zəiflətdisə, AŞ-nın da dünyada, ən azı müsəlman dünyasında inamı çox zəiflədi, çox!
Qənaətimə görə, Avropa riyakarlığa, qeyri obyektivliyə və saxtakarlığa söykənən siyasət aparmamalı, fəaliyyətində səmimi olmalı, əməli qloballığı və cəlbediciliyi ilə fərqlənməli, müəyyən prinsiplərə söykənməlidir. Məs; Avropa hamıya nümunə ola biləcək insan haqlarına sədaqət nümayiş etdirməli, insanlara mənşəyinə, dərisinin rənginə və dininə görə fərq qoymamalıdır. Yaşadığımız dünya mükəmməl olduğu qədər də, mürəkkəb və dolaşıqdır, yəqin belə də qalacaq. Avropa bunun fərqində olmalıdır. Dünyanın hər bir yerində şəxsiyyətin dövlət hakimiyyət orqanlarının özbaşınalıqlarından qorunmasının xeyli yaxşılaşdığı bir dövrdə AŞ-nın SSRİ-yə xas tərzdə imperiyaya meyilliyini sezməmək olmur. Bu böyüklük deyil, dominantlıqdır. Ona görə də, Böyük
Britaniya Avropanın digər qurumunu tərk etməli oldu. Məcburi enmə zolağına qayıdaraq təhlükədən sovuşdu.
Qərbin lokomotivi, Böyük Britaniyanın Aİ-dən qopması bu birliyin deformasiyaya uğramasının bariz nümunəsi idi. Qeyd olunanlar onun göstəricisidir ki, AŞ siyasi simasını çoxdan itirib. Vaxtilə Fransanın prezidenti general De Qollun tərəddüd etmədən NATO-dan çıxması bu qurumun vecsiz bir nitfəyə çevrildiyinin nəticəsi idi. AŞ da ümidləri doğrultmadı. Siyasi riyakarlıq, qeyri-ciddi diplomatik addımlar, Avropanın sütunlarının korrupsiyaya uğraması və müstəsna hörmətsizliklə ifadə olunan ikili standartlı qərarlar bu qurumun dəyərini heçə endirib. Diplomatiyada riyakarlıq uzun sürmür.
Problem dünya səviyyəsində liderlərin -Tetçerin, Helmut Kolun, Fransua Mitteranın və b. olmamasında, idarəçilikdə başqa maraqlara üstünlüyün verilməsindədir. Hər bir dövlətin siyasəti bəşəriyyətə xidmət etmək üçün düşünülməlidir. Suriyanı, Liviyanı, İraqı, Misiri (Yaxın Şərqi) qorumaq və insanları yarı kölə, yarı azad vəziyyətdən qurtulması, möhkəm sülhün bərqərar olması üçün ciddi addımlar atılmadı, məsləhətləşmələr və razılaşmalar aparılmadı. Adlarını DİKTATOR qoydular və insan ləyaqətini alçaldan hərəkətlərlə, bütün bəşəriyyətə “görk olsun”-deyə İİŞD-in əməllərinə xas tərzdə, vəhşiliklə məhv etdilər. Bu, “Avrofobiya” və yaxud, özlərinin yaratdığı mütəşəkkil bir dəstənin fəaliyyətinin tük ürpədici nəticəsi idi. İslam isə ən mütərəqqi, hər cürə ayrıseçkiliyi və qəddarlığı rədd edən, səmavi kitaba söykənən, rəhmliyin və mərhəmətin nümunəsi sayılan bir dindir.
Mən, Türkiyənin qədim tarixə malik, dövlətçilik və siyasi sisteminə inanıram. Qardaş ölkədə demokratiya özünü doğruldur, insan haqları əhalinin bəşəri sərvəti kimi qəbul edilir və qorunur.
Uzun illlərdir Türkiyə Avropa İttifaqının üzvlüyünə layiq olsa da, müxtəlif bəhanələrlə ona dirsək göstərirlər. Türkiyə çoxdandır vahid iqtisadi bazarın iştirakçısıdır. Avropa isə guya Türkiyə 1993-cü il Kopenhagen Sammitinin tövsiyələrinə uyğun ölkə olmadığına, stabil demokratik hakimiyyət, hüququn və qanunun aliliyinə önəm vermədiyinə və azadlıq institutlarını yüksək tutmadığına görə, bu qurumda olmasını arzulamırlar, “yox” deyirlər. Guya, Türkiyə siyasi və iqtisadi şəraiti təmin olunan ölkələr sırasında hələlik olmadığından Aİ-yə üzv ola bilməz.
Bu baxımdan, Türkiyə ilə bağlı monitorinqi bərpa etmək, Azərbaycanda “siyasi məhbus” məsələsi üzrə Kristofer Ştrasserin məruzəsi islam dövlətlərinə və islam dünyasına qarşı planlı siyasətin, neofaşist niyyətin davamıdır. Dünya islam dövlətlərinin güclənməsinə qarşıdır.
AŞPA görünür hərəkətlərini ölçüb–biçmək iqtidarında deyil, ya da, nə etdiyini çox yaxşı bildiyi halda nəticəsini də arzulayır. Hər iki hal bütövlükdə Avropa üçün arzuolunmazdır.Yad ölkələrin fitnəsi nəticəsində doğma ocaqlarından didərgin düşənlərə Avropa qayğı ilə və humanistcəsinə yanaşmayanda intiqam hissi terrorlarla davam
edəcək, çox canlar alınacaq. Yaşamağın bir qayəsi də, yaşamaq uğrunda mübarizədir, ölməkdir.
Sual olunur: Aralıq dənizində batanların qisasını kim alacaq, Egey dənizində buzlu sularda həlak olan körpələrin günahkarı kimdir? Məhz elə islam “fədailərindən” Əl-kaidəni, Talibanları, İİŞD-i kim yaratdı və kim bu silahlı birləşmələri cəbbəxana və pul vəsaiti ilə təmin edir? Avropa qisasçılığa şərait yaradır. Çox təhlükəli bir oyundur...
Bu gün Türkiyədə Avropanın bilavasitə günahı ucbatından başqa dövlətlərdə sığınacaq axtaran 3 milyon qaçqınlar yaşayırlar. Türkiyə sərhədlərini açsa, Avropa ağlagəlməz şəraitlə üz-üzə və aciz qalacaq. Bunu dərk etmək məgər çətindir?!.
Ümumiyyətlə AŞ və Aİ-nın qapıları müsəlman ölkələri üçün bağlıdır. Belə hallar, Türkiyəyə və Azərbaycana qarşı qeyri-insani hərəkətlər islam ölkələrini monolit tərkibdə birləşməyə vadar edəcək. Baxın, Avro ittifaqda yanılmıramsa 23 dövlət, üzv var. Avropanın ən kasıb dövləti, sənayesi olmayan, aqrar ölkə Albaniya; iqtisadi əsası turizmlə bağlı olan və 500 minə yaxın əhalisi olan Malta; iqtisadi böhranın ucbatından dilənən Yunanıstan Aİ-nin üzvüdürlər, amma iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi Türkiyəni bu ittifaqa üzv seçmirlər.( Rusiya kimi dövlət Aİ-nin üzvü deyil, heç bu barədə düşünmür də.)
Bu gün, Türkiyə Cumhuriyyətinin siyasi və iqtisadi güc kimi RF, və Böyük Çin dövləti ilə yaxınlaşması daha nüfuzlu və daha önəmlidir. Bulanıq tərcümeyi-hala malik Avropa qurumlarını Böyük Britaniyadan sonra Fransanın və digər ölkələrinin də tərk etməsi gözlənilir.
2001-ci ildən üzvü olduğumuz AŞ-dan müstəqil Azərbaycan nə qazanıb? Ərazi bütövlüyümüzün bərpasına mane olan, BMT TŞ-nin qətnamələrini arxivə atan elə Avropa deyilmi? Həmişə də eyni fikir səsləni: “Tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.” “Güc tətbiq etməyin tərəfdarı deyilik...” Lakin, o “siyasi iradənin” nədən ibarət olmasını diqqətə çatdırmırlar. Niyə TŞ-nin qətnamələrinin yerinə yetirilməsi üçün Avropa siyasi iradə və siyasi əzələ nümayiş etdirmir? Korrupsiyalaşmış qurumdan başqa bir şey gözləməyə dəyməz.
Avropa öz hərəkətləri ilə “Avropafobiya”nı gerçəkləşdirir və özünə qarşı terrorçuluq ideyalarına dəstək verir. Bu gün, Avropa qeyd olunanlara görə aciz və zəif görkəmdədir. İslamı – yüksək əxlaqı, mədəniyyəti, xeyirxahlığı, Allahın yaratdıqlarına hörməti özündə ehtiva edən belə bir dini dünyaya düşmənçilik - “islamdan qorxun” qiyafəsində təqdim etməklə şüurlarda terrorçuluq toxumunu səpir və buna münbit şərait yaradırlar. Zaman Avropanın əleyhinə işləyir. Avropa “Demontaj” olunmalıdır.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM