“Polisə Dəstək” İB-nin sədri
(Avropa məhkəməsi keçmiş
SSRİ Ali Məhkəməsinin tərs üzüdür)
Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə tərəfdar çıxdığımız dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Bu, konstitusion müddəa Azərbaycan xalqı üçün nə dərəcədə əhəmiyyətlidir - sualını belə cavablandıra bilərdim. Beynəlxalq müqavilələr beynəlxalq hüquq qaydasının və Azərbaycan Respublikasının xarici dövlətlərlə münasibətlərinin sabitliyi üçün çox vacibdir. Amma sıravi Azərbaycan vətəndaşı soruşur ki, onda, niyə ərazi bütövlüyümüzün bərpası həmin o vacib beynəlxalq normalar əsasında həllini tapmır, qaçqınların doğma yurdlarına qayıtmaq hüquqları təmin olunmur? Taleyimizə ziyan gətirən belə beynəlxalq müqavilələr Konstitusiyamızın 148.II-ci bəndi “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sistemimizin ayrılmaz tərkib hissəsidir”deyir. Yenə sual yaranır,niyə?
Milli qanunvericiliyin hüquqi qüvvəsi beynəlxalq müqavilələrdən üstünlük təşkil edən Norveç, Danimarka, İngiltərə dövlətləridir. Yazılı Konstitusiyası olmayan Böyük Britaniya beynəlxalq müqavilələri özünün milli qanunvericiliyindən aşağıda görür, ona primatlıq vermir. Lakin, Rusiya, Fransa, AFR, Portuqaliya elə Azərbaycan da daxil olmaqla beynəlxalq müqavilələrin hüquqi qüvvəsini milli qanunvericilikdən üstün hesab edirlər. (Konstitusion və referendumla qəbul eilən aktlar istisnadır). Uzun illərdir beynəlxalq hüququn ümumi normaları ölkə vətəndaşları üçün hüquq və vəzifələr doğurur. Əksər ölkələr insan hüquq və azadlıqları haqqında Avropa məhkəməsinin qərarlarını qəbul etmirlər, çünki ölkənin təkmil konstitusion, qanunvericilik bazası və həmin normativ hüquqi
aktlara baş əyən, sözsüz tabe olan, sədaqət göstərən dövlət məmurları və vətəndaşları var.
Mən, beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlardan üstün tutulmasının əleyhinəyəm. Beynəlxalqmüqavilələrin primatlığının qəbul edilməsi ərazi bütövlüyümüzün bərpasını yubadır. Belə müqavilələr Azərbaycanın hüquq sisteminin ayrılmaz tərkib hissəsi kimi qəbul edilə bilməz.
Daha çox diqqət çəkən AFR-nın Konstitusiya məhkəməsinin bu təcrübədəki qərarıdır. Almaniyanın Konstitusiya məhkəməsinə görə insan hüquqlarının müdafiəsi haqqında konvensiya yalnız dövlətdaxili qanunların tətbiqinin səmtləşdirə bilər. Konvensiya federal qanunun müdafiə etdiyi əsas hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və yaxud, alçaldılmasına yönələ bilməz. Avropa insan hüquqları məhkəməsinin qərarları həmişə AFR tərəfindən icra olunmur və icrası mütləq xarakter daşımır. Milli Ədliyyə sistemi həmin qərarları ehtiyyatla ölkənin qanunvericiliyinə assimlasiya edir. Beynəlxalq öhdəliklər dövlət daxili qanun - qaydaları vecsiz bir əşyaya çevirməməli, əksinə, ölkə qanunlarını müdafiə edən və onun gücünü artıran alətə çevrilməlidir. Bu planda Almaniya Konstitusiya məhkəməsi özünün hüquqi mövqeyini 2010-cu ildə qəbul etdiyi qərarına uyğun bəyan edir. Almaniya dövlətinin Konstitusiya məhkəməsi hesab edir ki, AİHM-nın qərarlarının (Avropa insan hüquqları məhkəməsi) diqqətdən kənarda da qoymaq olmaz. Üzv dövlətlər belə qərarları lazımi qaydada öyrənməli, tədricən və ehtiyyatla onu milli qanunvericiliyinə uyğunlaşdırmalıdırlar.
Avstriya Respublikasının Konstitusiya məhkəməsi də insan hüquq və azadlıqlarının müdafiəsində konvensiyanın əhəmiyyətini qəbul edərkən Avropa insan hüquqları məhkəməsinin təcrübəsini milli Konstitusiya hüquq normalarına zidd qəbul etməyi yolverilməz hesab edir. Hətta kolliziya yarandıqda belə, milli qaydalara üstünlük verilir.
Böyük Britaniyanın və Şimali İrlandiya Ali Məhkəməsi 16 oktyabr 2013-cü il tarixli qərarı ilə insan və vətəndaş hüquq və azadlıqları haqqında konvensiyanın tələblərinin diqtəsini Britaniyanın hüquq sitemi üçün qəbuledilməz hesab edir. Ümumi qaydalar üzrə konvensiya üzrə qəbul edilən qərarlar diqqətə çatdırılır. Əgər həmin qərarlar milli prosesual və maddi normalarla ziddiyət təşkil etmirsə, qəbul edilə bilər.
Avropa insan hüquqları və azadlıqları məhkəməsinin qərarları ilə razılaşmamaq təcrübəsi avropa dövlətlərində çoxdur. İtaliya Respublikası Konstitusiya məhkəmsi də AİHM –nin qərarı ilə razılaşmasını qəbul etmir.
İtaliya Konstitusiya məhkəməsinin 2012-ci ildə qəbul etdiyi qərarına görə beynəlxalq öhdəliklərə riayət edilməsi ölkədaxili qanunvericilikdə formalaşmış insan hüquq və azadlıqlarının aşağılamasına təsir etməməli, AİHM-nin qəbul etdiyi aktlar milli qanunvericiliyin müdafiəsinə xidmət edən həqiqi norma kimi təsdiqini tapmalıdır.
Bütün hallarda İtaliya Respublikasının konstitusion normaları beynəlxalq normalara münasibətdə prioritetliyini saxlayır, beynəlxalq məhkəmə orqanlarının konstitusion prinsiplərlə ziddiyyət təşkil etmə hallarını rədd edir.
Rusiya Federasiyasının Konstitusiya məhkəməsi isə hesab edir ki, Rusiyanın qanunvericilik bazası təkmildir, bütövdür, hüquq normalarının iyerarxik dəyəri dəqiqliyi ilə əsas qanunda müəyyənləşdirilib. Hətta, Rusiya Konstitusiya Məhkəməsinin mülahizəsinə görə, ölkənin konstitusiyasından-“ümumtanınmış beynəlxalq hüquq normaları və prinsipləri Rusiya Federasiyasının qanunvericilik sisteminin tərkib hissəsidir” müddəası çıxarılmalıdır. Əsas qanun və digər qanunvericilik aktları müasir reallığa uyğun və ölkədəki islahatların gedişi nəzərə alınmaqla cilalanmış və təkmilləşdirilmişsə ,beynəlxalq normaların üstünlüyünə ehtiyyac qalmır. RF-nın Konstitusiya məhkəməsi Rusiya konstitusiyasının Avropa konvensiyaları üzərində prioritetliyinin qəbul olunması barədə artıq rəsmi təklifləri var.
Qənaətimə görə Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin konstitusion səlahiyyətlərinə Azərbaycan Respublikasında beynəlxalq normaların və müqavilələrin ratifikasiyasından öncə yoxlanılması vəzifəsi də əlavə edilməli, həmin beynəlxalq normaların nə dərəcədə milli qanunvericiliyimizə, milli ideologiyamıza, ölkənin daxili siyasətinə uyğunluğu yoxlanılmalıdır. Avropa insan hüquqları məhkəməsinin qərarları ilə razılaşmaq və yaxud fikir ayrılıqlarının yaranması beynəlxalq hüquq normalarının ölkə konstitusiyasına zidd olmasına görə yox, beynəlxalq ədalət mühakimə orqanlarının qəbul etdiyi qərarların daha
çox sübyektivizmə əsaslandığından irəli gəlir. Bu baxımdan, beynəlxalq aktların ölkə daxilində icrası yalnız Konstitusiya məhkəməsinin təsdiqindən sonra icraya yönəlməlidir. Belə yanaşma müstəqil dövlətin süverenliyini , bir az da yığcam
desək, Beynəlxalq hüququn əsas prinsiplərindən olan dövlətlərin daxili işinə müdaxilə etməməsinin bariz nümunəsi və konstitusion müddəaların üstünlüyü kimi diqqət çəkərdi. Mən, belə düşünürəm. Yox, əgər bu mümkün deyilsə AİHM-nin məhkəmələrə daxil olan qərarları rəy və yaxud təsdiq olunması üçün Konstitusiya məhkəməsinə göndərilməli, təsdiqini taparsa icraya yönəlməlidir. Avropanın hayqırdığı demokratik prinsiplər belə deməyə əsas verir.
Hüquqi mənşəyi bilinməyən, niyyətləri bizə bəlli olmayan avropa məhkəməsinin hakimlərinin qərarları bizim üçün müqəddəs sayıla bilməz!
Uzun illərdir, Azərbaycan xalqı işğalçı, qəsbkar erməni xuntasının vəhşi, amansız və qeyri-insani hərərkətlərindən psixoloji, əsəb gərginliyi keçirir, maddi və mənəvi ziyan milyardlarladır. Niyə avropa beynəlxalq aləmdə Sosial Ədalətin bərpası üçün əlahiddə hərbi məhkəmə yaratmır? Keçmiş Yuqoslaviyada və Kosovoda olduğu kimi. Ermənilərin Azərbaycanlılara qarşı hərəkətləri Haaqa beynəlxalq cinayət məhkəməsində də baxıla bilər. Beynəlxalq cinayət məhkəməsi Roma statusuna uyğun olaraq öz yurisdiksiyasını bu məsələdə genişləndirə bilər. Amma etmirlər.
Məndə belə təəssürat yaranır ki, AİHM şikayətlərə baxılması zamanı dövlətdaxili qanunvericiliyin spesifikasını diqqətlə təhlil etmirlər, (bəlkə heç əhəmiyyət vermirlər) qanunvericiliyin konstitusion bazasına, onun hüquqi adətlərinə, xüsusiyyətlərinə, nəhayət hüquq ideologiyasına və hüquq psixologiyasına qeyri ciddi yanaşırlar. Məhz buna görə qərarların icra etməməsi üçün hüquqi zərurət yaranır.
Daha sonra ölkədə kriminogen vəziyyət, cinayətkarlığın ümumi səviyyəsi, onun ağır və xüsusilə ağır növləri, icyimaiyyətin ağır cinayətlərə münasibəti nəzərə alınmır. Buradan da, AİHM tərəfində qeyri ciddi, əsası olmayan qərarlar qəbul edilir, guya ittiham olunanlara, günahkarlara qarşı “həddindən artıq sərt” cəza tətbiq edilib. Bəzən belə qərarlar əsasında azadlığa çıxanlar məhz elə avropaya üz tutur, ora sığınırlar. Bəzən də, axtarışda olanların ekstradisiyasında “ziyalı və mədəni avropalılar” tələsmirlər...
Digər qənaətim belədir ki. AİHM daha çox məhkumların və həbsdə saxlanılanların hüquqlarının müdafiəsinə meyl var. Təbii bu, mühüm və vacib məsələdir. Heç kim, heç bir halda günahı-təqsiri sübuta yetirilməmişsə ittiham oluna bilməz
Amma, həqiqi və ədalətli məhkəmə zərərçəkənlərin də hüquqlarını və maraqlarını müdafiə etməlidir. Onların da, müdafiəyə ehtiyacı və hüququ var, onlar da, qanuni və ədalətli məhkəmə prosesini arzu edirlər. Qarşı tərəfin mülahizələrini dinləmək nədənsə AİHM üçün prosesual baxımdan sərf etmir. Bəzən AİHM qərarlarında şikayətçinin günahsızlığı,dövlətin isə təqsirlik prezumpsiyası aydın şəkildə sezilir. Həqiqəti sübut etməyə zərurət görmürlər, ehtiyac duyulmur. Qeyri hüquqi qərarın qəbulu üçün, “ doğru yol” açılır...
Ehtimal etmək olar ki, AİHM həddindən ziyadə sübyektivizmə meyl edir, ədalətə söykənməyən mühakimə yürüdülür.
Maraqlı hal ondan ibarətdir ki, AİHM əksər qərarlarında milli prosesual hüquq normalarına zidd istintaq müddətinin ötürülməsi haqda car çəkilir. Ciddi iraddır. Məsəl var “öz gözündə tiri görmür,başqasının gözündə...” amma AİHM özü prosesual müddət pozğunluğunda nümunə olmaq istəmir. AİHM-də şikayətlərin baxılması illərlə uzanır. Müddət axınının səbəbi bilinmir, bunu normaya salan bir akt da yoxdur. Belə məhkəmə olmaz. Qərarlar əksər halda hakimin özəl düşüncəsindən, bəzən materialların hansı vəkil tərəfindən imzalanmasından asılı olur. Ayıb olsun! Bəzən şikayətçi müraciətinin sonunu görmür. Niyə müddət sonluğu onlara şamil olunmur.?
Digər mühüm cəhət ondan ibarətdir ki, AİHM şikayətlərə baxılması mərhələsində fövqaladə dərəcədə vacib bir məsələni – ölkədəki qanunvericilik bazasının əsas qanuna, Konstitusiyaya söykənməsinə diqqət yetirmir.
Məs: Azərbyacan Respublikasında qüvvədə olan cinayət və cinayət-prosesual,
Mülki və mülki-prosesual qanunvericiliyi ölkənin konstitusiyasına bilavasitə uyğundur, ziddiyyət ətşkil etmir.
Azərbaycanda cinayətkarlıqla mübarizənin vəziyyəti və son illərdə Ədliyyə orqanlarında peşəkarlığı ilə davam edən islahatlar, hüquq- mühafizə orqanlarında
yüksək texniki avadanlıqların təchizatı və kriminalistik kabinetlərin təşkili belə deməyə əsas verir ki, ölkədə dünya təcrübəsinə uyğun islahatlar həyata keçirilir.
Həqiqət ondan ibarətdir ki, kadrlar hər şeyi həll edir. Artıq cinayətkarlıqla, ictimai qaydanın mühafizəsi, təhlükəsizliyin və sabitliyin davamlı təmini üçün peşəkarlardan ibarət kadr potensialı formalaşır. Sırada xidmət edənlərin mənəvi keyfiyyətləri də yüksəkdir.Təhqiqat və istintaq aparatı prosesual normalara ciddi riayət edilməklə həyata keçirilir, andına, vətənə və dövlətçiliyə sədaqət nümayiş etdirən istintaq və təhqiqat orqanları qurulub. Fəaliyyətə nəzarət də güclüdür.
Bütün qeyd olunanlara baxmayaraq zənnimcə avropada sağlam şüurlu diplomatlar, hakimlər və siyasətçilər az deyil, lakin təəssüflə xatırlamaq olar ki, bizə qarşı “seperatçı” mövqedə olan hakim və parlamentari üzvləri də var.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM