“Polisə Dəstək” İB-nin sədri
Cinayətkarın cəzalandırılması
bütün yaramazlara nümunədir.
Cəza, təqsirin və günahın
öldürülməsidir. Seneka.
Müasir Cinayət –Prosesual və cinayət hüququnun implementasiyası zamanı cəzanın labüdlüyünə aid nəzəri və praktik məsələlər həmişə aktual mübahisə yaratmışdır. Bəzən, məsələyə təkcə hüquqi deyil, fəlsəfi və tarixi əsaslarla yanaşma tələb edir. Belə situasiyalarda klassik hüquqşunas və filosofların nəzəri mülahizələrinə zəngin təcrübəyə müraciət etməyə ehtiyac yaranır. Törədilən cinayətə, cəmiyyətə və dövlətə zidd münasibətlərə görə cəzanın tətbiqi məsələsi ədalətin bərpasına yönələn addım kimi qəbul olunur. Cəza nəzəriyyəsi cinayət hüquqi və fəlsəfi məna kəsb edir. Cəza mütləq mənada imperativ xarakter daşımalı, utilitar təfəkkürlərdən uzaq olmalıdır.
Alman filosofu İ.Kant hesab edirdi ki, əffin hamılıqla tanınmış humanizm hisslərinə aid olmasına baxmayaraq, onun tətbiqinə böyük ehtiyatla yanaşmaq lazımdır. Zərərçəkmişin hüquq və maraqları diqqətdə saxlanılmalı,bu məsələdə ədalət unudulmamalıdır. Mütəfəkkir daha sonra yazır: cinayətkarın (yus aggratiandi) cəzadan azad olması və yaxud cəzasının yüngülləşdirilməsi süveren hüquqların ən incə tərəfidir. Cəzanı tətbiq etməklə qanunun aililiyinin bərq vurması,şəxsin islah olunması,təkrar cinayətlərin qarşısının alınması və sosial ədalətin bərpası nə dərəcədə diqqət çəkirsə ,hardasa ədalətsizliyə də imkan verilir.Kant müəyyən mənada əffin əleyhinə idi. Cinayət törədən şəxsin əff yolu ilə cəzadan azad olunmasını heç cürə qəbul edə bilmirdi. Törədilən cinayərlərə görə “düşmən”kimi qarşı - qarşıya duran vətəndaşlara münasibətdə əffi tətbiq etmək olmaz . Zərərçəkənlərdə qisas instinkti heç vaxt sönmür. Belə hallar (impunitas criminis) zərərçəkmiş- vətəndaşlara böyük haqsızlıq təəssüratını yaradır.
Kanta görə yalnız hökmdarın əff etmək hüququ var. Filosof məntiqin formal prinsiplərinə istinad edərək qeyd edirdi ki, bu hüquqdan hökmdar yalnız ona (hökmdara) zərər yetirilmişsə istifadə edə bilər. Lakin bu da, “cinayətini unutmaqla” cəzadan azad etmə halları gələcəkdə xalqın təhlükəsizliyinə ziyan gətirməzsə tətbiq edilə bilər.
Rusiyanın İmperatoru II Aleksandr xalqçıları əff etməkdən imtina etmişdi:-“mən onları bir insan kimi bağışlaya bilərdim, amma Çar kimi hüququm yoxdur, bacarmaram ”-demişdi.
Cəza nəzəriyyəsini inkişaf etdirməklə həmişə bir suala cavab axtarılmışrdır:- Ədaləti qorumaq,onu bərpa etmək və yaxud, hakimlərlə ticari əlaqələrin olmasına ehtiyac varmı? Çox təəssüf ki, cavablar birmənalı olmamışdır.Kanta görə hakim yeganə hüquqşünas personadır ki,dövlətin adından qərarını ayaq üstə elan edir.Hakim ələ alınarsa deməli, dövlətin, məhkəmə hakimiyyətinin sütunu düzgün qurulmayıb.Necə deyərlər, demontaj olunmalıdır.
Kanta görə qətl cinayətin elə bir növüdür ki, belə cinayətlərə görə yalnız ölüm cəzası tətbiq edilməlidir.Cəzanın tətbiqi məsələsinin müzakirəsi zamanı filosof öz opponentlərinə qarşı, ifadə tərzlərindən və epitetlərdən kənara çıxmağa çəkinməmişdi. Həmkarı Ç.Bekkariyə həssas bir məsələyə hədsiz dərəcədə qəliz və ibarəli tərzdə humanist yanaşaraq ölüm cəzasının tətbiqini qeyri hüquqi cəza növü adlandırırdı.
Cəmiyyətin inkişafına təsir edəcək,cinayət törətməyə meyilli şəxslərə və ətrafına vahimə yaradacaq ölüm hökmünün tətbiqi reallaşmazsa bir vətəndaş digər vətəndaşı qətlə yetirərkən sonuncu yaşamaq hüququnun itirilməsinə dair bir növ razılaşır.Belə “sazişə sanki imza atmış olur”. Zira, De fakto belə nəticə hasil olur. Bu da,ağlabatan deyil, heç kim öz həyatı üzərində sərəncam verə bilməz. Bütün bunları Bekkariyə sofistikadan başqa bir şey deyil “deyə dəyərləndirirdi.(Həmin dövrdə işlənənSofistika” – yunan sözü kimi, məharət , bilik və müdriklik mənasını verirdi .)
İ.Kant mülahizələrini belə izah edirdi ki, vətəndaş cəmiyyəti yox olsa belə,sosial ədalət naminə ölüm cəzasının tətbiqi mütləqdir, qaçılmazdır.
Afinada bu gün də, qəbul olunan “Dünya məhv olsa da, qoy ədalət zəfər çalsın” aforizmi ciddi məna kəsb edir,düşündürücüdür. (Fiat Justitia, perecatmundus) Kant ölüm cəzasının tətbiqi məsələsində iki müstəsna halı qəbul edirdi ki, həmin əməllərə görə yüksək cəzanın tətbiqini rədd edirdi. Birinci halda-duel zamanı qətl baş verərsə; ikinci halda ana nikahda olmayan şəxsdən yeni doğulmuş körpəsini öldürərsə. Hər iki cinayəti törətməyə şərəf hissi vadar edir. Biri – qadınlıq şərəfidir; ikincisi – hərbi, vətəndaş şərəfi, ciyninə düşən vəzifə kimi qabarır. Biri-qadın, ana uşağını qətlə yetirir; digəri yoldaşını dueldə silahla qətlə yetirir. (razəlaşdırılmış təkbətək döyüşdə).
Mən qeyd olunan fəlsəfi fikirlərlə razıyam.Heç bir ölkə nikahsız doğulan uşağa görə ananın şərəfinə toxunan halı qanunla qəlibə sala bilməz. Digər tərəfdən qanun birinin digərini döyüşə dəvət etməsində qorxaqlığı (dueli)da əsaslandırmağa acizdir.
Subyektin cəzaya məruz qalması onun istəyi ilə həyata keçmir.Cəza, törədilən ictimai təhlükəli əməlin dərəcəsinə görə tətbiq edilir. Bu mənada, həmin əməli törətmək istəyən öncədən cəzanın da labüdlüyünü görməlidir.
Zənnimcə ölüm cəzası sosial ədalət və hüquqi nöqteyi nəzərdən bir necə halda, xüsusilə ağır cinayət növlərinə görə tətbiq edilməlidir.Xüsusi amansızlığı ilə seçilən qəsdən adam öldürməyə,konstitusion quruluşun əleyhinə və insanların həyat və sağlamlıqlarına qarşı yönələn xüsusilə ağır cinayətlərə görə ekvivalentdir. Bu cinayət növləri mütləq cinayətlər ölduğuna görə, müstəsna cəza,ölüm cəzasının tətbiqi də mütləqdir. Əks təqdirdə, yüksək dəyərə malik insan həyatı əzəmətini itirəcək. Həyatın unikallığı,bərabəri, heçə enəcək. Bərabərlik hüququ hüququn prinsipi kimi əhəmiyyətsiz olacaq.
Bütövlükdə hüquq ədəbiyyatında və KİV-də bu məsələ gərgin müzakirələrlə və mübahisələrlə davam edir.
Müəyyən növ cinayətlərə görə ölüm cəzasının tətbiqi preventiv tədbir kimi aktual və zəruridir.Müasir anlamda terrorizmin, insan alverinin və QİÇ-ə yoluxdurma hallarına görə yüksək cəzanın tətbiqi artıq gündəmdədir. Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, ölüm hökmü bəşəriyyətin və beynəlxalq aləmdə sülhün təhlükəsizliyinə yönələn cinayətlərə görə leqallaşmazsa, vətəndaşların yaşamaq hüququna qanunsuz xitam verilməsi halları “qanuniləşəcək”,“bərabərlik” vecsiz bir əşyaya cevirəcək. Ölüm cəzası qanuniləşməsə adam öldürmə cinayətləri adi hala çeviriləcək, qisas almaq hissinin eskalasiyası güclənəcək, sosial ədalətin bərpası cəzanın ilk məqsədi kimi yazıq ,aciz və sahibsiz qiyafədə qalacaq.
Bəzi müəlliflər, qatilin həyatdan qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhrum olmasını qeyri humanist addım kimi qəbul edir, insan həyatının dəyərlərinin aşağı düşməsinə görə narahatlıqlarını birüzə verirlər. Lakin, qatilin əməlinin qurbanına çevrilmiş, yaşamaqdan məhrum olunan şəxsin həyatını unudurlar. Qisas almaq hüququ belə reallaşır.
likdir!
Qeyd olunan qeyri insani yanaşma “avropa hüquq məktəbinin banilərinin dayaz təfəkkürlərinin məhsuludur. Vəziyyət o dərəcədə nəzarətdən çıxıb və qəlizləşib ki, zərərçəkmiş şəxslərin, qurbanların cinayətdən sonrakı durumu tam unudulub. Penitensiar xidmət müəssisələrində ağır cinayətlərə görə məhkum olunmuşların gündəlik həyatına hüquq müdafiəçiləri, ombudsman, beynəlxalq müşahidəçilər, hətta millət vəkilləri tərəfindən nəzarət və qayğı var. Amma, həmin cinayətkar şəxslərin əməllərindən uzun zaman əziyyət çəkənlər diqqətdən kənarda qalır.Bu, sosial ədalətsizlikdir, məntiqdən uzaq kəşfidir. Onların dedikləri özlərinə qalsın.Bu məktəbin baniləri nikahda cütlüklərin cinsini hələ də, ayıra bilmirlər.Belələrindən nə gözləmək olar? “Onlar hələ də, Konfutsini,Nehrunu,Tusini oxumamış,Bəhmənyardan, ən nəhayət hamıya görk olacaq İslam hüquq nəzəriyyəsindən xəbərləri yoxdur.Yazıqlar olsun...
Son illərdə problem ilə bağlı ciddi diskusiyalar gedir, ölüm cəzasının əleyhinə olanların arqumentləri də cavabsız qalmır. “İnkişaf etmiş, hüquqa , qanunun aliliyinə hörmət qoyulan dövlətlərdə ölüm hökmünə moratorium var və yaxud , bu, müstasna cəza tədbirindən istifadə olunmur. Həmin ölkələrdən fərqli olaraq Azərbaycan artıq hüququn və iqdisadi inkişafın önəmli mərhələsindədir. Avropada hüququn, qanunun aliliyinin hökmranlığı uzun əsrlərdir davam edir, hüququn bərabərlik prinsipi bəzən formal xarakter daşısa da, hüquqi məkan və dünyagörüş başadüşüləndir, hüquq mədəniyyəti, maddi nemətlər bolluğu, hüquq düşüncəsi, hüquq mühafizə orqanlarının fəaliyyəti və s. ölüm cəzasından qismən imtinaya imkan verir. Qərb ölkələrindən fərqli olaraq cəmiyyətimizdə hüquqi dövlətin,hüquq qaydalarının və sabitliyin davamlı təmini hüquq mühafizə və digər dövlət orqanlarının professionallığı nəticəsində maddi və mənəvi dəyərlərin inkişafına habelə, mühafizəsinə zəmin yaradır. Cinayət və CP hüququn təkmilləşdirilməsi, təkmil hüquqi bazanın yaradılması istiqamətində ciddi iclahatlar aparılır. Məhkəmə və İstintaq orqanlarında hüquq bərabərliyinin və obyektiv istintaqın təmini, habelə dəyən ziyanın tam ödənilməsi, müdafiəçinin prosesdə iştirakı, apellyasiya və kasasiya instansiyalarında ədalət mühakiməsinin prinsiplərinə uyğun işin təşkili, əff institutu təkmilləşir.İslahtların təşkili və həyata keçirilməsi zaman tələb edir, vaxt aparır. Belə mərhələlərdə çatışmazlıqlar və nöqsanlar da qaçınılmazdır. Lakin, fəaliyyətə nəzarət var, hüquq mühafizə orqanlarının fəaliyyət istiqaməti, təkmil qanunvericilik bazasının yaradılması mühüm prioritet istiqamətlər kimi diqqət mərkəzindədir.
Cəzanın hümanistləşməsini hüququn (cinayət və cinayət prosesual hüququn) mahiyyətindən və onun prinsipal tələblərindən kənar təsəvvür etmək də cətindir.
Hüququn ümumi və sahəvi prinsiplərinin təcrubədə təsdiqi həm cinayətkara, həm də cinayətin qurbanlarına münasibətdə hümanizmin təzahürüdür.
Azərbaycanda və postsovet məkanında ölüm cəzası xüsusilə ağır cinayətlərə görə ləğv olunsa da, yoxa çıxmır, müstəsna cəzanın hərəkəti müvəqqəti dayandırılıb, necə deyərlər hələlik işləmir. Aktiv fəaliyyətdən passiv mövqeyə keçsə də, dövlətin, hüququn və cəmiyyətin ehtiyatında saxlanılır.
Tarixən cəza anlayışı haqqında təsəvvür əmələ görə qisas, əvəzin ödənilməsi kimi qəbul edilmiş, yamanlığa yamanlıqla (şərə şərlə), xeyirxahlığa xeyirxahlıqla cavab vermək prinsipi ilə yanaşılmışdır.
Cinayətə görə qisas almaq və yaxud,əvəzin ödənilməsi qədim dövrlərdə əsas və ədalətli cəza olaraq qəbul edilirdi. Dövlətin erkən cağlarında törədilən cinayətə eyni həddə qəzəblə (həddi aşmadan) cavab vermək, ədalətə və instinktə uyğun idi. Necə deyərlər- Talion qanunlarına və Xammurapi məcəlləsinə xas tərzdə “gözə göz, dişə-diş” prinsipi , Drakon qanunlarına uyğun ədalətli cəza sayılırdı. Belə yanaşma həmin dövr üçün cəzanın mütləq nəzəriyyəsinə görə ədalətin təzahürü idi. Əsas cəza kimi əvəzin, haqqın verilməsi fikirləri qədim Yunan filosoflarının, klassik yazıçıların daha çox Siseronun, Roma hüquqşunaslarının, təbii hüquq nəzəriyyəsinin (məktəbinin ) baniləri tərəfindan də səslənmişdir. Ulpian qeyd edirdi ki, cəza cinayətə görə dəymiş ziyanın ödənilməsidir, cinayətə görə cəza, cəza da cinayətə görə hazırlanır-deyə vurğulamışdı.
Foma Akvinskiyə görə əvəz cəzanın mahiyyətini, əsasını təşkil edir.
Təbii hüquq nəzəriyyəsinin görkəmli nümayəndəsi Niderland hüquqşunası Hüqo Qrotsiyə görə isə cinayətkar cinayət törədərkən bir növ cəzanın tətbiqi ilə razılaşıb cinayəti törədir. Cəzasını “medalyon”kimi boynundan asmış olur.Bütün yamanlıqlara qarşı yamanlıqla cavab vermək cəzanın məqsədinə, münasib cəzanı çəkərək ona dözmək isə cinayətkarın vəzifəsinə çevrilməlidir. Beləliklə, klassik alimlərin cəzanı, bir şəxsin sarsaq, iyrənc əməlinin əvəzi, haqqı kimi dəyərləndirilməsi bu gün də , qəbul edilir. Həmin hüquqşunasların bəzi mülahizələrinə görə cəzanı təqsirləndirilən şəxsə tətbiq etməklə rifaha gətirəcək təsəvvürlərinə qarşı çıxırlar.(Kant) Güya insanın şəxsi keyfiyətlərindən istifadə etməklə (cinayəti törədəndən söhbət gedir) hər hansı bir məqsədə nail olmaq xülyadır.
Cinayətlərin qarşısını almağa yönəldilmiş xəbərdarlıq məqsədilə cəzanın tətbiqini Kant hər cürə ədalətin məhvi adlandırırdı. Farsların zərbi məsəlinə uyğun “Bütün
xalqın ölməyindənsə, bir nəfərin ölməsi daha yaxşıdır”- fikrinə önəm veriridi. Bununla da, Kant ölüm cəzasını mütləq hesab edərək bildirirdi ki, qatilə yaşamaq şansı verməklə, təkrar qətllərin törədilməsinə imkan yaradılır. Bir neçə adamı öldürəcək şəxsə necə yaşamağa möhlət vermək olar – deyə kəskin ifadələrlə fikrini bildirirdi.
Cinayət sosial hadisə olduğuna görə cəza da imperativ şəkildə sosial ədalətin bərpası naminə həddində və vaxtında tətbiq edilməlidir.Əməlin dərəcəsinə uyğun olaraq cəza nə qədər tez tətbiq olunarsa bir o qədər qanunun aliliyinə hörmət ucalar. Cəzanın tətbiqi uzanarsa, yubanarsa onun vahiməsi sönən şama bənzər. Cəza o dərəcədə, əmələ mütənasib olmalıdır ki, zərərçəkmiş (əməlin qurbanı) qisas almağa vadar olmasın. Qanunvericilik bazası buna imkan verməməlidir. Bu mənada, islam hüquq nəzəriyyəsinə istinad edərək belə qənaətə gəlmək olar ki, qiyamət gününün lap yaxında olduğunu bilsək belə, həbs olunan cinayətkarlar əməllərinə görə cəzasını almalıdırlar, onlara mərhəmət etmək başqa bir cinayətin tərkibi üçün zəmin yaratmaqdır. Quranda ehtiva edilən hikmətli kəlama diqqət yetirək: “kimin xardal dənəsi qədər günahı varsa cəzasını, xeyirxahlığna görə isə mükafatını alacaq. Güzəşt olmayacaq ”.
Alman kriminoloqu cinayət hüququ üzrə klassik məktəbin nümayəndəsi, görkəmli hüquq doktoru Paul Yorqann Anselm Feyerbaxın cəzanın məqsədi və vəzifələri haqqında geniş biliyi, akademik mülahizələri bu gün də diqqət çəkir: “Dövlətin, dövlət orqanlarının məqsədi hüquqa söykənən əsaslarla ictimai qaydanı təmin etməkdir. Bu qaydalar cinayət əməli ilə pozulur. Dövlət orqanlarının isə cinayətlərin qarşısını almaq borcudur. Həm də, bunu etmək vəzifələridirr. Əgər mənəvi təsir tədbirləri bu cür – ictimai münasibətlərə zidd halların qarşısını almağa kifayət etməzsə məcburetmə prinsipindən istifadə etmək dövlətin borcudur”. Bura aiddir: fiziki məcburetmə; yəni təhlükəli şəraitin aradan qaldırılması; ikincisi- cinayət qanunvericiliyndə nəzərdə tutulan və təqib olunacaq hədəsi ilə psixoloji məcburetmə; cinayətə meyilli subyekt həmişə əməlinin nəticəsini onun üçün rifah gətirən həddə görür və onu arzulayır. Cəza hədəsi altında təqib olunacağını anlamır, görmür. Ona görə, cinayət qanunvericiliyinin tələblərini onun şüuruna təsir edəcək qəlibdə çatdırmaq lazımdır. Cinayəti törətmək nəticəsində daha çox qazanacağını ehtimal edərkən,cəzanın tətbiqi zamanı daha çox itirəcəyinin fərqinə varmır,onu ayırd edə bilmir.
Törədilən cinayətlərə görə əvəz zərərçəkənin hüquqlarına “basqın ” edənə qarşı tətbiq edilən cinayət hüquqi tədbirdir. Kant da, Platon da cinayətləri xəstəlik,
cəzanı isə o xəstəliyin müalicəsində istifadə edilən dərman pereparatı adlandırırdılar.
Əvəz cəza hüququnun əsasını təşkil edir. Lakin cəzanı tətbiq etməklə mənəvi prinsipləri unutmaq olmaz. Paralel olaraq cəza ilə yanaşı digər sağlam ideologiyaya əsaslanan profilaktik tədbirlər də həyata keçirilməli, ətraf üçün “çəkindirmə” prinsipi ruhunda görk olmalıdır. Həmin vaxt üçün önəm kəsb edən, bu gün də vacib sayılan, cəmiyyətdə estetik harmoniyanın güclü çərçivəsində cinayətkarlığa dağıdıcı təsir bağışlayan əvəz, “yamana yaman, yaxşıya yaxşı”davranmaq prosesual zərurətdən doğur. Bu baxımdan, cinayət hüququn məntiqi təzadı və üslubu cəmiyyətdə inkar olunur. Hüquq onu pozanlara qarşı əvəzi vermək yolu ilə özünü bərpa edə bilir. Azad, sərbəst iradəyə xas olan hüquq, özəl və ona müxalif iradəni özünə tabe etməyi bu yolla - əvəzi ödənilməklə bacarar.
Cəza bir növ hüquqla özəl iradəni barışdırmağa məcbur edir. Cinayətkarın da hüququ var, lakin o hüquq digərin hüquqlarının başlanğıcında məhdudlaşmalıdır. Bu təlim Hegelin fəlsəfi, fikir və mülahizələrində də əksini tapmışdır. Dövlətin cəzanın məqsədinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti elə qurulmalıdır ki, cinayətkarlığın qismən də olsa aradan qaldırılmasına təsir etsin. Bu mənada cəza zəruri xəbərdarlıq tədbiri kimi. cinayətkarın təkrar cinayətə meylini dağıdır, onun fiziki və digər imkanlarına zərər vurur, cinayətə hazırlıq edən digər şəxsləri fikrindən yayındırır. Ona görə, cəza vacibdir. Cinayətkarın cəzanın təsirindən doğan həyacan və iztirabları cəmiyyətə, ictimai münasibətlərə dəyən ziyanla müqayisədə heç nədir, müqayisə oluna bilməz.
Beyləqan rayonu orta məktəb şagirdinin 5 nəfər həmkəndliləri tərəfindən mütəmadi zorlanması və hadisənin videoya çəkilməsi, cinsi təcavüzə şantaj olunaraq məruz qalan məktəbli qızın və övladının başına gələnlərini içində sızıldayan, qan verən yara kimi gəzdirən bədbəxt ananı neçə ovundurmaq, qisası necə almaq olar və kim alacaq. Modern.az saytının məlumatına görə kənd camaatının qınağına və hayat yoldaşının “qızı öldür, səni qəbul edirəm” tələbindən qaçan ana övladı ilə kəndi tərk etməyə məcbur olub. Qızın və ananın müsahibəsini həyacansız oxumaq olmur.
Belə insanlar ya axtalanmalı, ya da ölüm hökmünə məruz qalmalıdırlar. Rayonun təhsil şöbəsinin müdiri, məktəb direktoru, uşaqların valideyinləri də məsuliyyətdən kənarda qalmamalıdırlar.
Belə halları, mənəviyyata, insanlığa zidd əməlləri törədənlər barədə ölüm cəzası necə tətbiq olunmasın? Kim razılaşmırsa, özünü həmin ananın yerinə qoysun... (modern.az.14.08.17)
Ccəzanın məqsədi və cəzanı tətbiq etməklə cəmiyyətdə elə bir təəssürat yaradılmalıdır ki, cinayətkarın təkrar cinayət törətmək istəyi buxovlansın, cəza cəmiyyətdə rahatlığı təmin edə biləcək həddə olsun, bir sözlə cəza ona görədir ki, digəri (qurban) qisas almaqdan vaz keçsin, cinayətkarın əməlini təkrarlamasın, başqaları cəzanın vahiməsindən dərs götürsün və.s. Cəzanın tətbiqi mübahisəsizdir. Cəza Cinayət qanunvericiliyinin hədəsi altında təqsirkara tətbiq edilən cinayət hüququ xarakterli tədbirdir. Dövlətin məcburiyyət tədbiri kimi subyekti acı tənələrə məruz qoymaq, ona bu və ya digər dərəcədə zərər yetirmək, ona iztirablar vermək məqsədini daşıyır. Təqsirə görə kompensasiyanın ödənilməsi, islama görə isə günahına görə kəfarəsidir.Əzab çəkmək törədilən əməlin dərəcəsindən asılı olur.
Alman idealistlərindən Hegel cəzanın məqsədini ümumiyyətlə qəbul etməmişdir. Bu, təqsirkarın ləyaqəti ilə bir araya sığmaya bilər-deyə qeyd edirdi. Hegel,eyni zamanda - Hər kəs ədalət naminə əməlinin təhlükəlilik dərəcəsindən asılı olaraq cəzasını almalıdır-ideyasını inkişaf etdirdi.
Bakı şəhəri,16 avqust 2017 -ci il
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM