İNSANLARİN ƏN XEYİRLİSİ... (Bir millət vəkilinin davranışına söz ardı.)

09:49 / 31.12.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

“Ya Rəbb, göz açıb yumuncaya qədər məni, mənim ixtiyarıma buraxma:” - demiş Peyğəmbər (s.ə.s) Əfəndimiz. Bizi özbaşına buraxarsa, görən halımız necə olacaq? Din qardaşımızı, həmvətənimizi lağa qoyarıqsa o, başlı başına buraxılmaz. Başqasında gördüyün qüsurlar və günahlar səndə yoxdur deyə qürrələnmə. Daşqalaq edilən insanı daşlayanların da günahı az deyil. Zaman gələcək, həddini aşanlar, millətin sərvəti ilə dolanıb, danışığına sədd qoymayan milləti aşağılayanlar da aşağılanacaq!

Pisliklərdən uzaqlaşmayınca ibadətlərin heç bir xeyri yoxdur. Təmiz ağıza (danışığını bilməyənlərin) sahib olmayan şəxslərin duası qəbul olunmaz. Dualar təmiz, pak ağızla edilməlidir ki, eşidilsin. Milləti “tullantı” adlandıran dil sahiblərinin vay halına!

Cəlaləddin Rumiyə görə: İnsanın yarısı ağılsız, yarısı da əşrəfi məxluqatdır. Yəni insan qiyamət günündə bir haldan başqa bir hala keçə bilir. Bu, onun əməlləri ilə bağlıdır. Əşrəfi məxluqat olmağımıza çalışmalıyıq ki, ömrümüz bihudə, çürük və içi boş toxuma bənzəməsin. Yaşamağın qayəsi budur... Bir az da yumşaq söyləsək ölməzdən əvvəl” ölmək”, ölmədən qibləyə sarı düzənib səcdəyə getmək lazımdır. Qiblədən bixəbərləri dünyasını dəyişəndən sonra kəfənləyib üzünü qibləyə sarı çevirməyin nə mənası? Və yaxud, milləti təhqir edən millət vəkilinin sonradan üzr istəməsinin mənası varmı?!

Rəvayət edirlər ki, bir Zahid Haqqa sığınmağa başlamışdı. 40 il sərasər ibadətinə davam etdi. Xalqdan, dostdan kənara çəkilib bir bacaya sığınmışdı. Yaradan ilə hər gün asta-asta, müntəzəm “söhbətləşərdi”, dərdinə çarə arzular, yalnız Ona güvənərdi. Həmdəmi, dostu sadəcə Uca Allah idi.

Zahidin yaşadığı evin yanında bir ağac bitmişdi, budağında da bir quş yuva salmışdı. Hər gün quşun nəğmələri və səsi ilə xoşlanar, gözəl səsinə uzun uzadı valeh olardı. Quşun hər ötüşündə-uçuşunda, yuvasına qayıtmasında minlərlə sirr gizlənirdi. Zahid beləcə o quşun səsinə dalıb bəzən ibadətini ya unudar, ya da gecikdirərdi.

Uca Allah o Zahidə:

-Gecə-gündüz ibadətə başladın, illərdir kəlamlarımdan yandın-yaxıldın, fəqət sonda Məni bir quşa satdın ha, Zahid!

Kiçik bir quş, səsi ilə səni ovsunladı. Mən səni necə xəlq etmişdim, səni qaranlıq, havasız bir yerdə necə ərsəyə gətirdim? Sən isə cahillik edib Məni bir quşa satdın, Zahid! Mən ki, səni satmamışdım?! Vəfanı səndənmi öyrənim, ey Mənim bəndəm?! Səni buna görəmi yaratdım? Əldə etdiyinin qədrini bil, həmdəmin, dostun Mənəm, bu dostluğu anla...

Zatən belə yozmaq olar ki, seçicilər indi belə millət vəkillərinə əsla lazım deyil. Zaman vəfa qılsa növbəti seçkidə yenə millətin əl-ayağına düşüb vədlər verəcək, seçicilər də onun havada qalan vədlərinə inanacaq. Mandatı alandan sonra zahidə bənzər davranışla hər şeyi unudacaq...Xəyanət belə olur,onun yaxşısına da lənət.

Allaha ibadət etməyi, hər an Onu xatırlamağı, habelə xalqa yaxın olmağımızı özümüzə layiq biliriksə xoş halımıza, minnət canımıza.

Onun izni olmadan nə ediriksə heçdir. Ən böyük ibadət, insanlara və topluma faydalı olmaq, hər zərrədə haqqı müşahidə etməkdir. Peyğəmbər (s.ə.s) Əfəndimizin ibrətamiz kəlamına güvənərək: “İnsanların ən xeyirlisi, insanlara faydası olandır (olanlardır). Bu cür millət vəkillərinin nə dövlətə nə də xalqa heç bir faydası yoxdur. Deputatın işi düyməni basmaqdan ibarətdirsə millətin belələrinə ehtiyacı varmı?

Xalqa sevgi yolunda yüyürənlərin hamısı qul yox, sultandırlar. O yolda haqsızlara, zalımlara imkan verilməz. Bu yol Allah yoludur. O yolun qapısından qul olaraq girməli, sultan olaraq çıxmalıyıq.

Bir ümmət olaraq iki halda Uca Allaha qovuşub yaxınlaşa bilərik. Birinci halda namazla, hüzurunda səcdə ilə, ikinci halda dua ilə, xalqa xidməti ilə. Dua ibadətin və Ona qulluğun özüdür, möminin silahı və dinin dirəyi-sütunudur. Xalqa xidmət isə böyüklüyün, əxlaqın və ziyalılığın, alturistliyin əlamətidir. Bu da, Uca Allahı tanımaqdan irəli gəlir. Sözün həqiqi mənasında elə ibadətdir.

Dua, sadəcə əlimizi Onun dərgahına açıb nə isə diləməyimiz yox, huşi halında, şüur və idrakımızla Ona möhtac olduğumuzu qəlbən duymaqdır. Allahın dərgahında özümüzü çirkin bir nitfədən yarandığımız kimi hiss etməliyik. Çirkin bir nitfədən yarananlardan başqa nə gözləmək olar? Yetər ki, səbr edək.

Ağıl sahibləri Onun qapısına dərdinə məlhəm üçün yüyürər, ehtiyacı olmasaydı heç gedərdimi? (ağlı olmayanların o dərgahda hə işi?) Ağıl sahibləri xalqa hörmət, onun qayğısına qalmaq üçün çalışar, qabağına yüyürər.

Ehtiyaclarını,dərdlərini öyrənmək üçün yanlarına baş çəkərlər. Necə ki, Prezidentin tapşırığı ilə əksər məmurlar regionlarda vətəndaşların dərd-sərləri ilə tanış olur, əlac qılırlar. Əslində deputatların görməli olduğu işləri görürlər.

Diqqət yetirək: Göy üzü: -Allahım məni bir an belə bu yüksəklikdən, zənginlikdən aşağı endirmə, şərəfimi, ucalığımı alçaltma - deyib yalvarar. Dayağım Sənin mərhəmətində və məni qorumağındadır –deyər.

Yer üzü: -Allahım, Sən məni sudan hündürdə qıldın, belə də burax məni, suda qərq etmə, məni titrətmə, hərəkətsiz burax -deyib daim sızlar.

Bəzi millət vəkilləri vəzifəsinin hardan gəldiyinin mahiyyətini anlamırlar. Anlasaydılar həddini aşmazdılar. Belələrinə “dur!” demək lazımdır ki, təkrarı olmasın. Baxın, kimlərə toxunulmazlıq hüququnu veririk?!

 

Allahın saleh bəndələrinə verəcəyinə mane olan və mane olacaqlarını da verəcək bir güc sahibi yox. O, millət vəkilinə də “verilən” Allahdandır. Eybi yox, dözməliyik. Dəfələrlə spiker belə millət vəkillərinə irad tutub, “danışığınızı bilin” –deyib. Xeyri yoxdur. Belələrinin toxunulmazlığı ləğv edilməlidir!

Yazıqlar olsun ki, könlümüz yanmasa, ürəyimiz ağrımasa, iztirabdan qovrulmayınca, için-için yalvararaq ağlamasaq, kövrələ-kövrələ istəməsək istədiyimizə yetişə bilmərik. Qəlb yanmazsa könlümüzün duası Rəbbin dərgahına necə çatar? Şeytanı qəlbimizdən çıxartmasaq, haqqa və xalqa qovuşmaq müşkül məsələdi.

Gəmidə olarkən dua etməliyik ki, suda qərq olmayaq. Batandan sonra kiçik bir taxta parçasına yapışıb “Ya Rəbbim Sənə möhtacam” –demək başqa şeydir, yaxud, uçaqda ikən Allaha sığınmaq nəzir-niyaz etmək başqadır, uçaq müvazinətini itirəndən sonra edilən dua başqa. Bəlkə də gecikmiş duadır. Amma Uca Allahın mərhəmət qapısı həmişə açıqdır, həmişə. Təki, qəlbən dua edək, yanılmayaq! M. Ə. Sabir demişkən: “...daş qəlbli insanları neylərdin, İlahi?!”

Aləmlərin Rəbbi Misir Fironuna dünyanın bütün səltənətini, malını, mülkünü ərməğan etdi, ona heç bir ağrı, dərd və kədər vermədi. Firon isə xoş gününə görə Allaha heç şükür də etmədi, bu səltənəti özünə layiq olduğu kimi düşünərək yanıldı, hətta “Allah mənəm –dedi, istəsəm can alıram, istəsəm can bəxş edirəm- söylədi. Bununla da həddini aşmış oldu. Sonrası hamıya bəllidir...

Allahı bizə xatırladan, Allaha yalvarmağa vadar edən bizi incidən dərddir, kədərdir. Lakin, kədər və dərd dünya səltənətindən və mülkündən daha yaxşıdır!? Dərd-sər olmadan edilən dua çox soyuq olur, heç bir işə yaramaz. Dərdliykən, acı çəkərkən edilən dua “könüldən qopar” –deyərlər. Valideynlərimiz namazda azmı səslənərdilər: “Ey dadımıza, fəryadımıza yetişən Allah! Yalnız Sənə sığındıq, dualarımızı , balalarımız haqqında dualarımızı qəbul et” -yalvarmaları gerçək duadır. Dua qapısı, Rəhmət qapısı kimi həmişə açıqdır. Orada mələklər heç kimin yoluna çıxmaz, qadağalar qoymazlar, təki təmiz ağızla edilən dua olsun.

Səmimiyyətlə Allaha dua edək ki, Xocalıda, ondan əvvəl Qaradağlıda, işğal olunmuş ərazilərdə həlak olanların qisasını, erməni başkəsənlərindən ala bilək, qanları batmasın.Dualarımız Azərbaycan xalqına və ordusuna, Baş komandana qüvvət versin və dayaq olsun!

Biri Allaha yalvararaq, “Ya Rəbbi, lütf və kərəmindən mənə bir qapı aç”-deyə yanıb -yaxılırdı. Yanındakı, “Ay qafil qardaşım, o qapı nə zaman qapanmışdı ki? “ Həmişə açıq qalan qapını Allahdan istəmək anlaqsızlıqdı.

Rəvayət edirlər ki, bir mömin savaşda ikən kafirdən namaza durmaq üçün izn istədi. Kafir izn verdi. Mömin də namaza durdu. Sonra savaşına davam edərkən, kafirin də bir ibadəti var idi. O da, mömindən izn istədi. Kafir meydandan çəkilib təmiz bir köşə qurdu, önünə əbasın sərib, başını səcdəyə qoydu. Mömin kafiri səcdədə görüncə fürsəti əldən vermək istəmədi. Qılıncını çəkib başına endirərkən göydən bir səs onun əlini “qandalladı.” “Ey vəfasız! O, sənə izn verərkən sözünü, əhdini pozmadı, səni qılınclamadı, öldürmədi.Amma sən, onun sənə yapmadığını yapırsan. Bunun adı vəfadırmı? Başqalarının sənə etmədiyini, sən də etmə, xeyirxahlıqla yaşa! Kafirin hərəkətində sənə münasibətdə bir vəfa və əmniyyət var. Bəs sənin mömin kimi vəfan haradadır, fəzilətin hanı, ey mömin? Vəfa və fəzilətdə kafirdən aşağıdasan.” Bu baxımdan xalqı aşağılayan mənsəb sahibləri xalqdan aşağıdadırlar.

Bəqərə surəsinin 186-cı ayəsində səsləndirilir: Ya Rəsulum! Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara çox yaxınam.(Şah damarlarından da yaxınam) Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər. Allah, Allah! Bu kəlamdan sonra gərək ki, həyamız olsun. O, yanımızda ikən biz niyə Yaradanın yanında ola bilmirik?

Həzrəti Mövlana -C.Rumi bir beytində belə deyir: Tutalım ölüləri dirildən Hz. İsanın duasını əzbərləyib Rəbbimizin dərgahına əl açdın. Səndə

Həzrəti İsanın təmiz dili-dodağı, pak ağzı varmı? Tutalım, Həzrəti Əlinin Zülfüqarı səndə, bəs onu tuta biləcək qolun varmı? Deməli duaları əzbərləməklə iş birmir, təmiz dil-dodaq, ağız və zülfüqarı tuta bilən qol da lazımdır.

Məzahir müəllimin vəsiqəsini cibdə gəzdirməklə millət vəkili olmaq olar, amma millətin vəkilinə xas iradə, qəlb, milləti təmsil etmək, onun adından danışmaq qabiliyyəti və bacarığı da olmalıdır. Görən varmı? (Cavabını oxucular versin)

Bir gün Hz. Musa dua edərkən Rəbbimiz: Ya Musa, mənə günah işlətmədiyin, pis söz söyləmədiyin ağzınla dua et. Musa Peyğəmbər –Günahım var, Ya Rəbbim –deyə dili dolaşdı. Onda Mənə başqa birisinin ağzı ilə yalvar, ya Musa!

Görün nələr var...

Allah dərdimizə acısın. Hər birimizə dua etməyi əmr edən və dualarımızı qəbul edən, yaratdıqlarına heyran olduğumuz, çaşıb qaldığılmız Allahın yanında olmaq oqədər də çətin iş deyil.Yetər ki,iradəmiz olsun,özümüzü tanıyaq.

Xalqımızın da bir duası var.Ey Rəbbimiz! Belə millət vəkillərinin “ağzından” bizi qoru,ağıl ver. Azərbaycanı hər zaman, hər yerdə üstün qıl! Düşmən üzərində zəfər çalmağı gerçəkləşdir, bu işdə əsgərlərimizə -bizə dayaq ol! Bizə mərhəmət et! Duamızı lütfünlə qəbul buyur! Şəhidlərimizin, girovlarımızın qisasını al, Ya Rəbbim, al! Amin!

 

Hacı Şəmsəddin Əliyev


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM