Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu

12:25 / 03.04.2017

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

 

Cinayətkarlığın xəbərdarlığı və profilaktikası konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli halları, istənilən hüquqpozmaları və hüquqa zidd əməlləri doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir.

Ona görə cinayətkarlıqla səmərəli mübarizədə müəyyən konsultativ tədbirlərin həyata keçirilməsi zəruri şərtlərdəndir.

İctimaiyyətin bu işə cəlb edilməsi mühüm əhəmiyyət kəsb etsə də, mürəkkəb prosesdir. Ölkədə ictimai təhlükəsizliyin təmin olunmasında ictimaiyyətin iştirakı, hüquqa zidd hallara reaksiya və ictimai qınaq cəmiyyətin cinayət hüquq sisteminə və ədalət mühakiməsinə etibarını möhkəmləndirir.

Azərbaycan dövləti, hüquq mühafizə orqanları cinayətkarlığın xəbərdarlığı və onun səviyyəsinin aşağı düşməsi istiqamətində - konsultativ mexanizmə və metodlara, müəyyən faktorlara, habelə cəmiyyətin bu işə cəlb olunmasına səmtlənən böyük iş görür.

Uzun müddətdir ki, alimlər cinayətkarlıqla mübarizə istiqamətində xəbərdarlıq tədbirlərini həlledici amil kimi qəbul edirlər.

QHT-lər, cəmiyyətin digər təbəqələri, elm və təhsil müəssisələri də bu prosesdə iştirak edirlər. Azərbaycan dövləti, insanların hüquq və iradə azadlıqlarına, ekstremizm və dini radikalizmə, cəmiyyətdə vahimə doğuran terrorçuluğa, narkomanlığa və digər arzuolunmaz təzahürlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin müəyyən qrup və QHT-larına maliyə dəstəyi göstərir. Həyata keçirilən tədbirlər, ələlxüsus insanların alqı- -satqısına səmtlənən insan alveri cinayətlərinin və sosial bəla olan narkomanlığın profilaktikası barədə icra olunan layihələr əhali arasında müsbət rezonansla yadda qalır. Tədbirlər əksər hallarda ərazi üzrə polis orqanlarının, ictimaiyyət nümayəndələrinin, KİV–lərin, ictimai şuraların iştirakı ilə həyata keçirilir. Vəziyyət həmişə olduğu kimi DİN-nin kollegiyasının, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı, hörmətli Vilayət Eyvazovun nəzarətində olmuş və nəzarətdədir. Dövlətin qayğısı nəticəsində insan alveri qurbanlarına birdəfəlik müavinət verilir, müəyyən qismi işlə təmin edilir, peşə kurslarına göndərilir, qurbanlara huquqi və psixoloji yardım, ehtiyacı olanlara tibbi xidmət göstərilir. Dövlət büdcəsindən qurbanların reabilitasiyasına, müavinətlərin verilməsinə 100 mindən çox vəsait sərf edilir. Bütün qeyd olunanlar dövlətin cinayətkarlıqla mübarizə siyasətinin habelə, dövlətin konstitusiya üzrə ali məqsədinin canlı təzahürüdür. Hər il vəziyyətin müqayisəli təhlili barədə Milli Məclisdə hesabat verilir.

Bu baxımdan, ölkədə cinayətkarlığın qarşısının alınması fəaliyyətində polis orqanları hakim mövqeyə və rola malikdir -desəm yəqin ki, daha düzgün qəbul edilərdi. Prosesdə prokurorluq və ədalət mühakiməsi orqanlarının, digər orqanların da əməyini danmaq olmaz.

Polisin ictimaiyyətlə sıx təmasda olması cinayətkarlığın nəzarətdə saxlanılmasında və xəbərdarlığı fəaliyyətində həmişə faydalı olmuşdur. Qənaətimə görə, bu DİO əməkdaşlarının peşəkarlığının təcəssümü kimi dəyərləndirilməlidir.

Polis əməkdaşının xidməti mundirində ərazidə olması, əhali ilə söhbəti profilaktikanı səciyyələndirən əlamətlərdir.

Hər bir məhkəmə prosesi, hər bir prosesual akt, hakimin kollektivdə müzakirəyə çevrilən qərarları profilaktika və cinayətlərin xəbərdarlığı üçün “xəbərdarlıq fənəridir”.

Cinayət təqibi, hüquqi yardımın göstərilməsi, ittiham olunanların pulsuz müdafiəçi ilə təmin edilməsi işi də bu sahədə mühüm fayda verir.

Sosial şəbəkələrin və KİV-lərin də, cinayətkarlığın xəbərdarlığı məsələlərində xidmətləri var.

Lakin, bəzən az əhəmiyyət kəsb edən ictimai təhlükəli əməllərin “ağır” cinayətlər kimi və yaxud ictimai münasibətlərə qəsd edən, xüsusilə ağır nəticələrə səbəb olan əməllərin subyektlərinin “qəhrəman” obrazında verilməsi bu işə ziyan vurur. Son zamanlar televiziyalarda yayımlanan seriallarda odlu silahın tətbiqi, zorakılıqla müşahidə edilən epizodlar müəyyən insanların düşüncə tərzində və təfəkkürlərində neqativ dəyişikliklərə səbəb ola bilər. Belə seriallar telekanallarda yayımlanmamışdan öncə Baş Prokurorluğun, DİN-nin , ƏN-nin rəyindən sonra “istehsalı” məqsədə uyğun olardı. Seriallarda məişət zorakılığını təbliğ edən kobud hərəkətlər ictimai şüurda neqativ oyanış üçün şərait yarada bilər. Ümumiyyətlə tamaşalarda sosial hadisələrin və ictimai mənəviyyata zidd belə halların qarşısını almaq üçün ciddi nəzarət lazımdır. İstənilən verlişin yayılmasında “bu televiziyaların hüququdur”–deyə düşünsək nihilizmə yer ayırmış olarıq. “Vətəndaşların kanalları çevirmək hüququ var" –fikirləri də qəbuledilməzdir. İndi patriotizm ruhlu seriallara üstünlük verilərsə daha qəbul ediləndir. Hüquqa zidd halların aradan qaldırılması televiziyaların fəaliyyəti ilə sıx bağlı olmalıdır. Çünki, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin mühüm təbliğatçısı, eyni zamanda geniş auditoriyası ilk növbədə televiziyalardır. Cinayətkarlıqla mübarizə isə hamının işidir!

(Haşiyə çıxıram; Musiqili şouların çoxluğu dərdimizin başqa tərəfidir. Şoular və iştirakçılar o qədər reklam olunur ki, az qala hamı “şoumen” və ya “müğənni” olmaq həvəsinə düşür. Müğənnilik vətənə aludəlik və yaxud hələ vətənpərvərlik deyil. Baxın, müğənnilər bəzən studiyalara xaltalı it ilə gəlirlər. Bu, geniş ictimaiyyətə qatı hörmətsizlikdir. Alkoqollu içkilərin təbliği televiziyaların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara zidd olsa da, davam edir. Unutmayaq ki,alkoqollu içkilərin qəbulu bəzən ağır cinayətlərlə də yadda qalır. Televiziyalarda bu qədər sərbəstliyə ehtiyac varmı?)

K.Marks və F.Engels qeyd edirdilər ki, ağıllı, müdrik qanunvericilər, cəzalandırmaqdan çox cinayətlərin xəbərdarlığına üstünlük verməlidirlər.

Ümumiyyətlə profilaktik fəaliyyət 2 mərhələni əhatə etməlidir. Birinci mərhələdə həyata keçirilən tədbirlər hüquqpozmanın subyektinin hüquqa zidd əməllərini doğuran səbəb və şəraitin öyrənilməsinə yönəlməli, ikinci mərhələdə isə müvafiq profilaktik tədbirlərin işlənib hazırlanması nəzərdə tutulmalıdır. Belə təsəvvürlər elmdə birdən-birə yaranmamışdır. Əsrlərlə insan ağlı cəmiyyətdə baş verən hüquqa zidd əməllərin səbəblərini aşkar etmək və bunun qarşısını almaq üçün vasitələr axtarışında olub. Ona

görə də, hüquqpozmaların obyektiv səbəblərinin mövcudluğu haqda təsəvvürlərə əsaslanan sosial-profilaktik yanaşma təbii hal kimi anlaşılmalıdır.

Qədim Hind hüquq ədəbiyyatında əsas xəbərdarlıq vasitəsi kimi, cəzanın xofu–vahiməsi dururdu. Cəzanın sərtliyi cinayət törətməyə meyilli olan şəxsləri əməllərindən çəkindirməyə təsiri olurdu.

Manu qanunlarına görə yalnız cəzanın xofu hər bir canlını xeyirxahlığa xidmət etməyə istiqamətləndirə və zidd “vəzifələrin” icrasından yayındıra bilər. Bu borcun təmin olunması iki sistemə; bir tərəfdən etik normalara, Uca Allahın gücünə; digər tərəfdən isə siyasi vasitələrə əsaslanan yol ilə həyata keçirilirdi.

Əgər, qədim Hindistanda hüquqpozmalarla mübarizədə əsas vasitə kimi sərt cəzanın tətbiqindən istifadə edilirdisə, Qədim Çin mütəfəkkirləri mühüm vasitə kimi tərbiyənin roluna üstünlük verirdilər.

Cəzanın tətbiqi bu gün də, hüquqi metod kimi əhəmiyyətini saxlasa da, tərbiyəvi faktorların daha çox inkişafı və miqyasının böyüməsi barədə mülahizələr vacib amil olaraq qalır. Məsələn: Qədim Çin mütəfəkkiri Konfutsi tərəfdarlarının nəzərinə görə əgər insanları tərbiyə etməyib, cəzalandırmağa üstünlük versək, cəzalandırılanların sayı artacaq, lakin kökü kəsilməyəcək; və yaxud, tərbiyə edib cəzalandırmasaq bədnam əxlaqlı və tərbiyəsi qüsurlu olanlar (zidd darananlar) cəzasız qalacaq və sayca artacaqlar.

Hüquq Mühafizə Orqanlarının baş vermiş cinayətlər və onların iştirakçıları barədə KİV-də dərc edilən məlumatları profilaktik tədbirlərin davamıdır. Bu missiya, Hüquq Mühafizə Orqanları ilə KİV-nin cinayətkarlığın miqyasının və dəhlizinin daralması ətrafında xəbərdarlıq fəaliyyətinin birgə həyata keçirilməsidirir.

Bir az öncə qeyd etdiyim kimi, bəzən KİV-də cinayətin subyektlərinin qəhrəman obrazında verilməsi, eyni mövzuya təkrar-təkrar qayıtması halları əhali arasında ikrah hissi yaradır, onların keçmiş hərəkətləri dolayı yolla sanki mükafatlandırılır. Penitensiar xidmət müəssisələrində yayımlanan verilişlər bir tərəfdən çəkindirici ovqat yaradırsa, digər tərəfdən "cinayətkar dünyanın" təbliğinə və təşviqinə yönəlir.(Onlara oxşamaq istəyənlər var) Burada korrektlərə ehtiyac var. Sovet dönəmini gözümüzün önünə gətirək... Belə verilişlərə yer verilərdimi?..

Cinayətkarların hüquqa zidd əməllərinin qurbanına çevrilənlər, quldurluğa, soyğunçuluğa və zorlamaya məruz qalan - zərərçəkənlər belə verilişlərə nifrət hissi ilə baxırlar. Yaxşı olardı ki, öncədən dərdləri ilə baş-başa qalan zərərçəkənlərin həyatlarına heç olmazsa eksklüziv yanaşılsın. Məsələyə birtərəfli yanaşmaq əks “rezonans” doğurur.

İctimaiyyətin cinayətkarlığın qarşısının alınması tədbirlərinə cəlb olunması və bu mühüm fəaliyyətdə iştirakı arzu olunan məsələdir. Ölkə prezidentinin 02 mart 2016-cı ildə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” imzaladığı fərman qeyd etdiklərimin rəsmiləşdirilməsinin əyani sübutudur.

Cəmiyyəti “İctimai canlı orqanizmə bənzətsək” cinayətkarlıq cəmiyyətin səhhətində öncədən görünməyən latent xəstəlikdir. Vaxtında qarşısı alınmazsa onunla mübarizə çətinləşəcək. Ona görə də, profilaktika, xəbərdarlıq və maarifləndirmə tədbirləri vaxtaşırı aparılmalıdır. Cinayətlər baş verdikdən sonra isə xəbərdarlığın əhəmiyyətinə ehtiyac qalmır. Sadəcə subyektlərin cinayət qanunvericiliyi ilə təqib olunması ətraf üçün “xof” yarada bilər.

 

Bəs antik cəmiyyətlərdə cinayətkarlıqla mübarizədə hansı metodlardan istifadə edilmişdir?

Antik cəmiyyət qanuna tabe olan, onu uca tutanlara hörmətlə yanaşmış, hüquqpozmaların profilaktikası istiqamətindəki ideyalara həmişə önəm vermişlər. Bizim eradan əvvəl VII əsrdə qədim yunan mütəfəkkiri Periandr qeyd edirdi ki, “cinayətkarı cəzalandırmağa yox, cinayətlərin xəbərdarlığına çalışmaq lazımdır”. Qədim Yunan və Roma müdrikləri isə bu işdə məcburetmə və inandırma metodlarının üzvü sürətdə bağlılığını vurğulayırdılar.

Sofist Protoqor həmin dövrdə yazırdı: “Dövlət qanunlarını pozmağa və həddini aşmağa görə cəzanın məqsədi islah etməkdən, əvəz almaqdan ibarət olmalıdır”. Roma hüquqşünası Ulpian da başqa bir aforizm söyləmişdi: “Xeyirxahlar təkcə cəzanın vahiməsinin təkmilləşdirilməsinə yox, cinayətlərin xəbərdarlığına da üstünlük verməlidirlər”.

Bəzi qədim mütəfəkkirlər hüquqazidd əməllərin kökündə alkoqolizmi və sərxoşluğu görürdülər. Həmin dövrlərdə sərxoş şəxslərdən ikiqat penya alınardı. Sərxoş adam hərəkətlərinə cavab verə bilmədiyinə və belə əməllər cəmiyyətdə ciddi narahatlıqla müşahidə edildiyinə görə sərt cəzanın tətbiqi ümumi xarakter daşıyırdı.

Beləliklə, antik cəmiyyətlərdə hüquqpozmaların xəbərdarlığına bir tərəfdən dinin, digər tərəfdən isə mənəvi-hüquqi aspeklərin təsir edə biləcəyini tövsiyə edirdilər.

Orta əsrlərdə dini ehkamlara əsaslanan və son dərəcə mücərrəd, idealist fəlsəfəsinin, sxolastikanın (həyatdan ayrı təsəvvürlər) anlaşıla bilməyən mühakimələrə əsaslanan ideyaların hakim olduğu mərhələdə cinayətkarlığın inkişafı din ilə əlaqələndirilirdi. Feodal quruluşun böhranı və kapitalizm münasibətlərinin təşəkkülü dövründə məsələyə qismən elmi yanaşma tələb etməyə başladı.

İngilis utopik-sosialisti Tomas Mor (1478-1535) sübut etməyə çalışırdı ki, cinayətkarlıq düzgün olmayan ictimai qruluşun məhsuludur, bütün vətəndaşların zəruri həyat ehtiyacları təmin edildikdə dövlət əmlak cinayətlərindən qurtula, xilas ola bilər. O, cinayətkarlığın sosial səbəblərini xarakterizə edərkən, sərxoşluğu, yoxsulluğu önə çəkərək yazırdı: -“Varlıların özbaşınalıqlarına və inhisarçılığına son qoyun, cilovunu çəkin... Soruşuram; bir şey edə bilirsinizmi... onda oğruları özünüz yaradır və cəzalandırırsız?”

Morun baxışları Tomazzo Kampanellanın və XVIII əsrin fransız utopistlərinin konsepsiyalarına böyük təsiri oldu. Cəmiyyət təkmilləşdikcə həyatın da cinayətlərsiz olacağına ümid bəslənilirdi. Amma, cəmiyyətin inkişafı ilə statistikada yeni növ cinayətlərin meydana gəlməsi üçün şəraitin yaranacağını proqnozlaşdıra bilmədilər.

Sonralar, maarifçilik dövrü sosial profilaktik baxışların formalaşmasına mühüm təsir etdi. Şarl de Monteskyö (1689-175//5) “Qanunların Ruhu” əsərində yazırdı: “Qəddarlığa əsaslanan cəza sistemi, törədilən əmələ görə qorxu və vahimə, cəmiyyətdə yabanılaşma və vəhşilik hissi yaradır”. O, cinayət və cəzanın

mütənasibliyinə əhəmiyyət verilməsini, cinayətlərin xəbərdarlığı üçün bütün mümkün vasitələrdən istifadə olunmasını tövsiyə edirdi. Yalnız məcburetmə metodundan istifadəni məsləhət görmürdü.

Cezare Bekkariyyə (1738-1794) isə hesab edirdi ki, hökmün icrası zamanı hər cürə üzüntülü, əzabverici hallardan çəkinmək lazımdır, cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına üstünlük verilməli, qəbul olunan qanunlar hamının dərk edə bildiyi anlamda olmalı, potensial cinayətkarlar üçün isə xəbərdaredici və çəkindirici cəhətlərlə yadda qalmalıdır.

XVIII əsrdə bəzi mütəfəkkirlərin mülahizələrinə görə mülkiyyət əleyhinə olan cinayətlər idarəçiliyin məhsulu kimi qəbul edilirdi. Lakin bu, bu gün üçün aktual deyil. Zənnimcə “Cəza qılıncı” nə qədər havada olarsa, cəzanın bir o qədər çəkindirici və xəbərdaredici funksiyasının dəyəri olacaq. Son nəticədə isə doğuran səbəblərin də mənbəyinə “yandırıcı” təsir edəcək.

Beləliklə, XIX əsrə qədər olan siyasi-hüquqi ideologiyanı təhlil edərək belə nəticəyə gəlmək olar ki, antik mütəfəkkirlərin bu sahədə söylədikləri fikir və mülahizələri düşündürücüdür. Lakin, daha çox ehtimallara söykənən bəzi mülahizələr və ideyalar sosial iqtisadi və siyasi şəraitin real təcəssümünə xas yer tuta bilmədi. Bu ideyaların dərin elmi əsası olmadığından həmin müəlliflərin sosial izləri də silinməkdədir.

K.Mark və F.Engels kimi müdrik insanlar da, hüquqpozmaların və cinayətkarlığın səbəbləri, onunla mübarizə metodu ilə bağlı fikirlərini söyləmişlər. Onlar cinayətkarlığın səbəblərini sosial münaqişələrdə və kapitalizmin ziddiyyətli quruluşunda görürdülər. Sənayeləşmənin inkişafı, XIX əsrin vətəndaş cəmiyyətində sinifli təbəqələrin çoxalması və dərinliyi cəmiyyətin bir qütbündə kapitalın-sərvətin təmərküzləşməsinə (toplanmasına), başqa qütbündə isə yoxsulluğun qərarlaşmasına gətirib çıxartdı. Belə qənaət hasil olunurdu ki, cinayətlərin sayı əhalinin sayından daha tez artır. Cinayətkarlığın miqyasının böyüməsinə görə məsuliyyət kapitalist sisteminin və onu idarə edənlərin üzərinə düşürdü. Ehtiyac və işsizlik mənəviyyatsızlığın, hər cürə cinayətlərin, cəmiyyətə zidd münasibətlərin mənbəyinə şərait yaradırdı. Yoxsul və işsiz təbəqənin cinayətlərə meylini F.Engels “Suyun müəyyən hərarətdə buxara çevrilməsi”-nə bənzədirdi. Gəlir əldə etmək uğrunda amansız qarşıdurma və mübarizə, pulun hər şeyi həll etmək dəyərinə malik olması cinayətkarlıq üçün zəmin yaratmaqla, insanların davranışlarına da təsir edirdi. K.Marks belə şəraiti dövlətin vətəndaşının, onun canlı zümrəsinin “ məcburi” cinayətkara çevrilməsi kimi dəyərləndirilirdi.

Lakin zaman keçdikcə, daha çox sovetlər dönəmində cinayətkarlığın qarşısının alınmasına və xəbərdarlıq tədbirlərinin həyata keçirilməsinə elmi baxışlarla yanaşılmağa başlanıldı. Müəyyən nəticələrə nail olunsa da, problemin həlli təmin edilmədi, praktik və preventiv tədbirlər, layihələr istənilən nəticəni, cinayətkarlığın aradan qaldrılmasına sərf edilən hüquqi, siyasi və iqtisadi güc səmərə vermədi.

Bu gün cinayətkarlığın miqyasının genişlənməsi dünyanın bütün ölkələrini, bəşəriyyəti və BMT-ni də narahat etməyə başlamışdır. Hələ 1973-cü ildə BMT-nin baş katibi K.Valdhaym cinayətkarlıqla mübarizə və onun xəbərdarlığı məsələləri üzrə komitəyə bu problemin həlli üçün “cinayətkarlığın ümümi xəbərdarlığı” strategiyasını göndərmişdi. Strategiyanın əsas məqsədi müəyyən təkliflərin, habelə problemin həllinə zəruri vasitələrin hazırlanmasından və həyata keçirilməsindən ibarət idi. Lakin bu günə kimi belə strategiya işlənib hazırlanmamışdır.

Cinayətkarlığın xəbərdarlığının metodoloji problemlərindən biri (bəlkə mühüm problemi) hələ də bəzi alimlərin hüquqpozmanın sosial və yaxud bioloji hadisənin olub - olmaması sualına birmənalı cavabın tapılmamasıdır. Mübahisə 100 ildən çoxdur ki, davam edir.

Antropologiya məktəbinin nümayəndələri hesab edirdilər ki, cinayət hüququnda və kriminologiyada cinayətkarlıq - psixoloji və fizioloji qanunlara tabe olan bioloji haldır. İtalyalı məhkəmə psixatrı və antropoloq Ç.Lombrozo və onun davamçısı İtalyalı kriminalist E.Ferri antropoloji məktəbin mülahizələrinin müdafiəsi tərəfində dururdular. Lombrozoya görə elə adamlar var ki, stiqmatik əlamətlərə malikdirlər, anadangəlmə cinayətkar doğulurlar. Belələri cinayət törətməkdə maraqlıdırlar, daha doğrusu potensial cinayətkardırlar. Onlarda bu əlamətləri təstiqləyən ən azı beş cəhət vardır. Belə cəhətlər cinayət törədənlərin 31%-nə xasdır. Lombrozo təkidlə qeyd edirdi ki, “cinayətkar kimi doğulanlar cinayət törədirlər və yaxud, cinayəti törədənlər cinayətkar kimi doğulanlardır”. Bu nəzəriyyə tədricən antihumanist, irqçilik əhvalı yaradırdı və cinayət törətməyənlərə qarşı məcburi, preventiv tədbirlərin görülməsinə haqq qazandırırdı...

Antropoloji məktəbin nəzəriyyəsinə qarşı çıxan, onu rədd edən, diğər tərəf isə cinayətkarlığın sosial təbiəti haqda təlimin tərəfdarları idi. Bu təlimin tərəfdarları cinayətkarlığı birmənalı olaraq sosial hadisə ilə bağlayırdılar. Onun kökünü isə insanların təbiətində yox, iqtisadi, siyasi və insanların həyat fəaliyyətinin sosial şəraitində axtarmağı məsləhət görürdülər. Cinayətkarlıq(cinayətlər)cəmiyyətin əlavə məhsuludur-mülahizəsinə üstünlük verirdilər.

Zaman ötdükcə K.Marks və F.Engels hesab edirdilər ki, cinayətkarlıq burjua cəmiyyətinin təbiətində, xüsusi mülkiyyətin mövcudluğunda, sosial bərabərsizlikdə və ədalətsizlikdə mövcud olur, lakin bu səbəblər kommunist cəmiyyətində itəcək və yox olacaq.

Bu ideyalar sovet kriminalogiyasının metodoloji əsasını təşkil edirdi. Rus akademiki V.N.Kudryavtsev isə qeyd edilən ideya və təlimlərə üzünü tutaraq nöqtə qoydu və qeyd etdi ki, cinayətkarlıq sosial hadisədir. Dövlət və cəmiyyət olan yerdə cinayətlər də həmişə olmuş və olacaq. Bunun üçün o, cinayətkarlığı üç münasibətdə -hüquqi təyinatına, tarixi mənşəyinə və nəticəsinə görə sosial hadisə olmasını sübut etdi.

Əvvələn, yalnız cəmiyyət qanunverici timsalında cinayəti, cinayət sayılmayan əməldən ayırır; ikincisi: cinayətin və cinayətkarlığın tarixi mənşəyini onların sosial xarakteri təsdiqləyir; Bir tərəfdən hərəkət cəmiyyət üçün təhlükəli və obyektiv olaraq zərərlidir, keçmiş tarixi təkrarlamaqdır. Nəzərə almaq lazımdır ki, insan cəmiyyətində belə hərəkətlər həmişə olmuş və olacaq. Digər tərəfdən isə belə əməllərin hüquqi xarakteristikası, əməlin cinayətə aid olması məsələsini, (və yaxud olmamasını) rəsmi tanımasını qətiləşdirir. Eyni zamanda əməlin hüquqi xarakteristikası dövlətin və hüququn yaranmasından sonra prosesual diqqət çəkməyə başlamışdır. Üçüncüsü: Cinayətkarlığın sosial təbiəti əyani olaraq cinayətlərin baş verməsindən asılı olaraq, istənilən cəmiyyətdə mümkündür.

Bir sözlə insan həyatı üçün təhlükələr, əmlak ziyanı, istehsalatda özbaşınalıq, ictimai qaydanın pozulması, dövlət idarəçiliyinin zəifləməsi və s. pul ilə ölçüldüyündən böyük məbləğin itirilməsi deməkdir. Son nəticədə isə ictimai inkişafa və cəmiyyətin sosial təhlükəsizliyinə ciddi zərər vurulur.

Beləliklə tədris vəsaiti kimi qəbul olunan kriminalogiya elminə görə cinayətkarlıq cəmiyyətin sosial çatışmazlığının məhsuludur. O norma deyil, lakin qanunauyğun haldır, müəyyən ictimai şəraitdə ərsəyə gəlir. Ona görə də, mübarizəni heç vaxt konkret cinayətlərə və cəzanın tətbiqinə görə məhdudlaşdırmaq olmaz.

Belə nəticəyə gəlmək olar ki, əgər cinayətkatlığın meydana gəlməsində sosial faktorlar mühüm rol oynayırsa, onunla mübarizə sistemi də, ilk öncə sosial sistemdə aparılmalıdır. Əgər, yuxarıda qeyd etdiyim ideyalara rəğmən bu insanların biologiyası ilə bağlıdırsa, onun qarşısını almaq üçün cinayətkarlara təsir vasitəsi kimi tibbi metodları kəşf etməyə, genetik nəzarətə ehtiyac yaranardı.

Zənnimcə cinayətkarlığın səbəblərini təkcə sosial faktorlarla əlaqələndirmək də düzgün olmazdı. Və yaxud, belə yanaşılarsa hüquqpozmanın subyektinin hüquqa zidd əməlindən ayrılması məsələsi öyrənilməlidir. Hüquqpozmanın səbəbləri ehtimallara söykənərsə sxolastik hal yaşanır. Zahirən müasir yanaşma hüquqa zidd əməlin törədilməsi, sosial-biolioji hadisənin olduğu qənaətini tanıyır. Lakin törədilən əməl sosial və bioloji xarakterli faktorla bağlı olsa da, sosial faktorlar həlledici rola malikdir.

Cinayətlərin xəbərdarlığı geniş anlamda kriminoloji kateqoriyaya aid olur. Dar mənada isə cinayətkarlığın xəbərdarlığı özündə cinayətlərin səbəb və şəraitini aşkar etmək fəaliyyətinə səmtləndiyindən, onun baş verməsi yolları bloklanmalı, insanların hüquqa zidd davranışlarının aradan qaldırılmasına və zərərsizləşdirməsinə diqqət yetirilməlidir.

Nə qədər ki, cinayətkarlıq cəmiyyətin məhsuludur (əlavə məhsulu), obyektiv ziddiyyətlərin nəticəsi olaraq meydana çıxır, onun tam ləğvinə, səbəb və şəraitin tam aradan qalxmasına yönələn ideyalar real deyil. Cəmiyyət və dövlət cinayətkarlığın qaçılmaz sosial bəla olması faktı ilə barışmağa məhkumdurlar.

Bu baxımdan, cinayətkarlığın xəbərdarlığı ilə bağlı dövlət və cəmiyyət:

* Cinayətkarlığı saxlaya və ona nəzarət edə;

* Onun daha çox dağıdıcı tendensiyasını qabaqlaya;

* Səbəb və şəraitini müvəqqəti neytrallaşdıra;

* Cinayətkar qəsdlərdən ictimai marağı və vətəndaşları qoruya bilər.

 

Son olaraq, Azərbaycan Respublikasının Prezidentinin 02 mart 2016-cı il tarixli fərmanı ictimai əsayişin qorunmasında vətəndaşların iştirakını, cəmiyyətin polisə dəstəyini bir növ konstitusion vəzifəyə çevirir. Mahiyyət etibarı ilə məntiqlidir. Əgər təhlükəsiz bir cəmiyyətdə yaşayırıqsa və yaşamaq istəyiriksə bizim də, bu missiyada xidmətimiz və iştirakımız olmalıdır. Niyə də olmasın?


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM