Qulun ağasına itaət etdiyi kimi qanunlara itaət etsək,onun sərtliyinə ehtiyac qalmır

13:55 / 08.06.2014

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

Azərbaycan Respublikasının Milli Məclisində  qanunlara, inzibati xətalar və  cinayət məcəlləsinin bəzi maddələrinə edilən dəyişikliklər cəzaların sərtləşdirilməsi, yol nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısını almaq məqsədilə  tətbiq edilən cəzaların-sanksiyanın artırılması  cəmiyyətdə bir mənalı qarşılanmır.  Məlumat üçün bildirirəm ki, avtonəqliyyat hadisələri ehtiyatsızlığın, özünə güvənmənin ifrat nəticəsidir. Belə hadisələrdə sürücü əməlinin nəticəsini görmür və onu arzulamır. Amma qanun “görməliydi” işarəsini vurğulayır.(!)

Tarixən cəzanın sərtləşdirilməsi həmişə səmərə verməmişdir. Sadəcə dövlət vətəndaşına qarşı törədilən cinayətə görə digər vətəndaşından və yaxud vətəndaşlığı olmayan şəxsdən qanun həddində qisas  almalıdır. Məsələyə bu konteksdən - hüquqi məntiqdən yanaşmaq lazımdır.  Sosial ədalət də belə bərpa olunur və ictimai şüurda deformasiyanın yaranmasına imkan yaranmır. Lakin, dövlət, qanunlarının tələbi çərçivəsində  “qisas ala” bilməyəndə  cinayətin qurbanına qisas almaq “hüququ” verilir. Bu, baş verməsin deyə  cəzalar zamanın  mühitinə və ictimai  ovqatın sifarişinə uyğun dəyişilməli, sərtləşməli və yaxud da, bəzən  ləğv edilməlidir. (CM-də  bəzi maddələrin çıxarılması buna misal ola bilər.)Ümumiyyətlə inkişaf etməkdə olan cəmiyyətin cinayətdən doymuş həddi heç vaxt olmamışdır,yəqin ki,heç olmayacaq da.

  Cəzanı 8 və yaxud 8 ili 10 il həddinə  çatdırmaq, inzibati tənbeh kimi cərimələrin artırılması cəzanın sərtliyi kimi qəbul edilə bilməz. İctimai rəydə bəzən  “Cərimələr çox artırılıb, ödəməyə imkan yoxdur”  fikirlərinin cavabı da var: “Həddini aşma və cəriməyə də məruz qalma”  və yaxud, “cinayət törətmə, cəzaya da məhkum olma” və s.

Formula belədir ki,  cinayət törədən,  xətalara yol verən  subyektlər obyektiv cəzalarını almalıdırlar. Əks təqdirdə sosial ədalət bərpa olunma əvəzinə,  dəfn oluna bilər. Azadlıqdan məhrum etmə yerlərində  cinayətkarlar islah olunurlarmı?Bu başqa mövzudur.

Hündür mərtəbəli binaların qaranlıq pilləkənlərində və yaxud ictimai yerlərdə vətəndaşlara qarşı şüurlu şəkildə, qəsdən törədilən ağır cinayətlərə  görə niyə 13 il (15 il) azadlıqdan  məhrum etmə cəzası tətbiq edilməlidir? Ümumiyyətlə əgər qatil, qəsdən ağır, xüsusilə ağır cinayətlər törədərkən vəhşi kimi davranırsa,  xüsusi amansızlığa yol verirsə, öncədən belə cinayətlərə  hazırlıq görürsə  niyə ona rəhm olunmalıdır? Məntiq yox!- deyir.  Qatilin  (cinayətkarların) yanaşması ilə  bölüşsək “bir qələt edib” anlamına gəlsək, bu küfrlük olar. Axı, qəsdən adam  öldürmə necə “qələt” sayıla bilər?  Zərərçəkmişin  əzab və iztirablarını, sarsıntılarını, ömürlük mənəvi şikəstliyini  nə üçün qatilin özü və yaxud yaxınları çəkməməlidir? Ağır cinayətə görə ağır cəza, xüsusilə ağır cinayətlərə ğörə isə müstəsna cəza layiq və labüddür.

Yəni, ölüm hökmünün tətbiqini zaman diqtə edir. Bax, cəzanın  sərtliyi budur. Belə olarsa tətbiq edilən cəzanın  profilaktik və xəbərdarlıq təsirini də görmək olar.

Mən,  Avropanın yedəyində getməyinin əleyhinəyəm. Avropa SSRİ-dən ayrılan dövlətlərə öz “konvensiyalarını” sırımaqla, bu ölkələridə idarəçiliyin, dini, siyasi,   milli ideologiyanın, təhsil sisteminin zamanla ayaqlaşa bilməməsi və insan hüquqlarının pozulması fikrini zorən təsdiqləmiş olur. Belə olanda bütün sahələrdə addımlar onların  dediyi ilə atılır. Konvensiyaları tanıdıqdan sonra isə, artıq ona əməl etmək vəzifəsi gündəmə gəlir.

Azərbaycan Respiblikasının  konstitutsiyasında  “ölüm hökmünün” hansı hallarda tətbiq  oluna biləcəyinə aydınlıq gətirilir.

Şəxsiyyət, dövlətçilik və konstitutsiya quruluşunun  əleyhinə törədilən ictimai  təhlükəli əməllərə görə  yüksək cəza tədbiri tətbiq edilə bilər.

Deməli,ölüm hökmü ləğv  olunmayıb, sadəcə icrasına müvəqqəti məhdudiyyət qoyulub. 

 Klassik  Rus ədəbiyyatının  dahilərindən olan Anton Pavloviç Çexovun  “Mərc” adlı kiçik əsərinin mahiyyətini oxucuların diqqətinə çatdırmaq yerinə düşərdi.  Qoca bank işçisinin evindəJurnalistlərin və ziyalıların  toplaşdığı bir gecədə “ölüm” hökmünə münasibət bildirilir. Bir qismi  “qalmalıdır”,  digər hissəsi “azadlıqdan məhrum etmə ölümə bərabərdir”,  az qismi isə “Allahın yaratdığına qıymaq olmaz”- fikirləri səsləndirilir. Ev sahibi qoca bank işçisi əsəbi halda: Ölüm hökmü, ömürlük  və ya 15 il azadlıqdam məhrum etmə  cəzasından yaxşıdır. “Ölüm”  icra olunmaqla  həyacan artıq aradan qalxır. Amma,  azadlıqdan məhrum etmə müddəti ərzində hər gün gərgin anları yaşamalı olursan.”- mülahizələrini diqqətə çatdırır.

“Ölüm cəzası qalsın” deyənlərin əleyhinə olan  gənc  hüquqşünas isə bununla razılaşmır.  Ölüm hökmünün tərəfdarı olan bank işçisi ömürlük  və yaxud uzun müddət azadlıqdan məhrum olunmuş şəxsin  həbs düşərgələrində 5 ildən artıq səbr edə biləcəyini  mümkünsüz hesab edir. Gənc hüquqşünas isə;  “5 il yox ,15 il də qala bilərəm. Hər halda bilirsən ki,  yaşayırsan və həyat var.”- deyə cavab verir... Bank işçisi gənc hüquqşünasla 2 milyon rubla mərcə gedir.  Şərtə görə hüquqşünas  15 il onun həyətindəki  bircə kiçik pəncərəsi olan  və hər cürə xidmət göstərilən otaqda 15 il qalmalıydı, heç kimlə görüşə icazə verilmirdi, məktub və qəzet almaq, insan səsi eşitməkdən  belə məhrum olunurdu. İstəyini kiçik pəncərədən yazılı şəkildə  həyata keçirə  bilərdi.Qeyd olunanlar müqavilənin şərtlərinə daxil edilmişdi və hər iki tərəf bununla razılaşmışdı.

Hüquqşünas 15 ildən sonra, azad olunan kimi həmin məbləğə  sahib olurdu.  Müqavilədə qəribə bir fikir də diqqəti çəkirdi. Müdddətin sona çatmasına  2 dəqiqə qalmış belə  tərəf tab gətirməyib azadlığa çıxmağa  cəhd edərsə və yaxud müqavilə şərtlərini pozarsa   məbləğdən məhrum olunur.  Lakin hüquqşünas azadlığa qovuşmağa 5 saat qalmış  şərti pozur,səbəbini kiçik məktubunda göstərir və  saxlanıldığı yerdən qaçmağa məcbur olur...

Mən həqiqi azadlıqdan məhrum etməni belə təsəvvür edirəm.

 

Avropanın müdaxiləsindən sonra penitensiar xidmətinin vəziyyətini tənzimləyən məcəllə az qala  turizm haqqında beynəlxalq normalar səviyyəsinə çatsın. Təbii,Allah verən cana kimsə qıya biməz!Amma bir Rəbb kəlamını xatırlatmaq da yernə düşərdi:”QİSASDA SİZİN ÜÇÜN HƏYAT VAR!..”Deməli,islam qatildən qisas almağını bir növ təşviq edir.Əlbəttə ,bundan vaz keçənlərin mükafatını isə Rəbbimiz də verər.

Avropalıların hər yerdə öz maraqları var, dostları yoxdur. Vaxtilə Almaniyanın qoca kansleri  Adenauer demişdi:Avropa yalnız avropalıların mənzil- qərargahına çevrilməlidir...” Şərhə ehtiyac yoxdur.  Romanın, Afinanın   əyyaş tarixlərini yada salsaq kifayətdir.  Bakıda kişilərin “şortidə”  gəzməsini də “dəb kimi” Avropa bizə hədiyyə edib.

Ona görə də cəzanın mərhəmət və humanistliyi  onun həqiqi mənada sərt və obyektivliyində, habelə onun sözsüz icrasındadır.

Sadəcə qanunlardan  çəkinsək, qulun ağasından qorxduğu kimi qanunlardan qorxsaq, ağasına itaət etdiyi kimi ona itaət etsək cəzanın sərtliyinə də ehtiyac qalmaz.

Qeyd etdiklərim subyektiv fikirlərim idi.

 

 

 




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM