Tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışının hər kəsin diqqətini cəlb etməsi qanunauyğun bir haldır. Bu çıxışın Azərbaycana münasibətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir dövlətdə diqqətlə dinlənməsi, təhlil edilməsi təsadüfi deyildir. Azərbaycanın həyatında baş verən pozitiv dəyişikliklər, əhəmiyyətli nəticələri ilə seçilən islahatlar, ən başlıcası isə Azərbaycanın son onilliklər ərzində bütün məsələlərdə qətiyyətli mövqeyi və iradəsi ona göstərilən marağın əsasənda dayanır. Yeni dünya durumunun formalaşdığı və dünyanın hər yerində mürəkkəb proseslərin getdiyi bir dövrdə Azərbaycan müstəqil dövlət kimi özünü təsdiq edir, apardığı daxili və xarici siyasət sayəsində ümumdünya miqyasında öz layiqli yerini tutur.
Dünyanı təlatümə gətirən qlobal proseslər fonunda Azərbaycanın regionda yeritdiyi balanslaşdırılmış siyasət, inamlı və qəti mövqeyə söykənən inkişaf kürsu, dövlət quruculuğu, ictimai həyatın bütün sahələrində məqsədyönlü və sabit inkişafın təmin edilməsi müşahidə edilməkdədir. Müstəqilliyin ötən iki onilliyi ərzində iqtisadi, sosial, siyasi, mədəni quruculuq sahəsində görülən işlər möhkəm məntiqə əsaslanan quruculuq strategiyasına əsaslanır. Onun nəticələri də bu ardıcıl, dərindən düşünülmüş, detallarına qədər hesablanmış strateji inkişaf planının praktikada reallaşmasının nəticəsidir. Müstəqil Azərbaycanın tarixindən bu reallığı müşahidə etmək mümkündür. Əgər 1991-ci ildə müstəqilliyin əldə edilməsindən sonrakı ilk illərdə xaos bu müstəqilliyin özünü sual altına qoyurdusa, 1993-cü ildə etibarən Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışı ilə bu pərakəndəliyə, özbaşınalığa, sistemsizliyə son qoyuldu. Gənc dövlətin ictimai həyatının bütün sahələrində mükəmməl düşüncəyə əsaslanan quruculuq işlərinə start verildi. Məz buna görə, Müstəqil Azərbaycanın quruculuğunun başlanğıcı da məhz 1993-cü ildən götürülməlidir. Düzdür, Azərbaycanın müstəqilliyi 1991-ci ildə bərpa edilmişdir. Lakin müstəqilliyin ilk illəri ağır vəziyyətə düşmüş, talan edilmiş, ərazilərinin xeyli hissəsi işğal edilmiş, vətəndaş müharibəsi həddinə gətirilmiş bir ölkənin ölümlə həyat arasında çarpışması dövrü idi.
Azərbaycanın bu günə qədər qazandıqları həyata keçirilən strateji inkişaf proqramının nəticələridir. Prezident İlham Əliyevin AŞPA-dakı çıxışı həmin reallığın mükəmməl ifadəsi idi. Həmin çıxış söykəndiyi reallıqlarla güclü idi. Bu çıxış Azərbaycanın müstəqillik dövründə əldə etdiklərinin qısa, konkret və mükəmməl ifadəsi idi. İctimai-iqtisadi və siyasi sahələrdə aparılan islahatlar, beynəlxalq konvensiyalara qoşulmalar və onların tam tətbiqinə nail olunması, Azərbaycanın beynəlxalq təşkilatlara daxil olaraq onların zahirən deyil, həm də mahiyyətcə üzvünə çevrilməsi prosesini ardıcıl olaraq izləmək mümkündür. Bu müddət ərzində Azərbaycan özünün Avropanın bir hissəsi olduğunu və onun humanist standartlarına uyğunluğunu real praktikada təsdiq etmişdir.
Prezidentin çıxışında fundamental azadlıqlara münasibətdə Azərbaycanın standartlara əməl etdiyi vurğulanmışdır. Söz, mətbuat, yığıncaq azadlıqlarının təminatına dair tutarlı dəlillər ortaya qoyulmuşdur. Mətbuat azadlığının təmin edilməsində senzuranın ləğvi, internet istifadəciləri dairəsinin yüksək səviyyədə genişliyi fakt və rəqəmlərlə sübut edilmişdir. Çıxışda o da qeyd olunur ki, Azərbaycanda aparılan islahatlar kiminsə xoşuna gəlmək xatirinə aparılmır. “Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalq təsisatlardan müəyyən müsbət qiymətlər alaq. Bu, onunla bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk.”
Çıxışda vurğulanır ki, Azərbaycan Avropa Şurasına daxil olmaq qərarını qəbul edərkən bunu öz istəyi ilə etmiş və bu zaman öz məsuliyyətini, o cümlədən öhdəliklərin təmin olunmasının məsuliyytini də dərk edərək bu addımı atmışdır. Buna görə də Azərbaycanın Avropa demokratiyasının standartlarını qəbul etməsi təkcə bu və digər beynılxalq təşkilatların tələbi deyil, özünün daxili ehtiyacından, məqsədlərindən və inkişaf məntiqindən irəli gəlmişdir.
Azərbaycan sadəcə olaraq, Avropaya inteqrasiya etmir. O həm də tarixən üzərinə düşən şərəfli bir missiyanı da həyata keçirir. Azərbaycanın özü tolerantlığın nümunəvi bir ölkəsi olmaqla yanaşı, həm də Sərqlə Qərb, fərqli dini və milli mənsubiyyətə söykənən mədəniyyətlərin birləşdiricisi missiyasını yerinə yetirən bir ölkə kimi fəaliyyət göstərir. Multikulturalizmin təbliği, müxtəlif mədəniyyətlərin yaxınlaşması və onlar arasında dialoqun intensivləşməsinə verilən töhfə Azərbaycanın hümanist mahiyyətini nümayiş etdirir. Təsadüfi deyildir ki, multikulturalizm dəyərlərinin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə də sədrliyi müddətində fəaliyyətinin prioritetlərindən biri kimi bəyan edilir.
Təcridolmaların, ayrı – seçkiliyin, ədavətin Azərbaycan cəmiyyətinə və onun dövlətinin yeritdiyi beynəlxalq siyasətə zidd olduğu qeyd olunur. Regionda, dünyanın müxtəlix nöqtələrində gedən təhlükəli proseslərə və bəlalı hadisələrə Azərbaycanın birmənalı mövqeyi ortaya qoyulur. Onların qarşısının alınmasının zəruriliyi və bu məqamda Azərbaycanın sülhpərəst və ədalətli münasibəti kifayət qədər güclü səslənir.
Bununla yanaşı çıxışda Azərbaycan dövlətinin və cəmiyyətinin beynəlxalq təşkilatlara iradının açıq şəkildə bildirilməsi, onların, konkret olaraq Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə qeyri ardıcıl mövqedə dayanmaları, öz maraqlarına müvafiq olaraq ikili standartlara yol vermələrinin birbaşa üzlərinə deyilməsi heç də Avropada hər gün qarşılanan bir reallıq deyildir. Xüsusən Azərbaycanın öz fəaliyyətində prioritetlərindən birinin məhz ikili srtandart yanaşmalarının aradan qaldırılması məqsədinin bəyan edilməsi, Azərbaycanın və onun prezidentinin inamlı iradəsinin ifadəsi idi.
Azərbaycanın öz fəaliyyətində prioritetlərdən danışarkən təkcə öz ölkəsinin deyil, həm də Avropanın və bütün dünyanı narahat edən məsələlrin ön plana çəkilməsi onun regionun və dünyanın müasirləşən, öz sözünə malik, müstəqil siyasət yeridən bir dövlət mövqeyini ortaya qoyur. Çıxış Azərbaycanın mahiyyətini, onun niyyətlərini, inkişaf istiqamətlərini və imkanlarını, prinsiplərini və prioritetlərini qısa və konkret şəkildə ifadə edərək beynəlxalq aləmdə onun güclü simasını təqdim edir.
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM