SUMQAYIT HADİSƏLƏRİ MÜASİR REALLIQLAR İŞIĞINDA

08:45 / 24.07.2019

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

SSRİ-nin dağılması ərəfəsində bu dövlətin ərazisində baş vermiş müəmmalı hadisələrdən biri 1988-ci il fevralın 26-27-də Sumqayıt şəhərində törədilmiş fitnəkar hadisədir. Faktik olaraq Sumqayıt təxribatı 1980-ci illərin axırlarında regionda əsası qoyulan bir siyasətin ilk təzahürlərindən ən məkrlisi və eybəcəri idi.
Sumqayıt iğtişaşları özbaşına qalxan kortəbii bir hadisə deyildi. Bu hadisə uzun bir dövr ərzində işlənib hazırlanmış, ən xırda detallarına qədər hesablanmış, başlanğıcı və sonu, hətta qurbanları olacaq adamların adları əvvəlcədən məlum olan cinayət hadisəsi idi. Digər cinayətlərdən yeganə fərqi isə onun ayrı-ayrı cinayətkar şəxslər və ya cinayətkar qrup tərəfindən deyil, Sovet dövlətinin müqəddəs hesab edilən xüsusi xidmət orqanları tərəfindən SSRİ-nin ali partiya və dövlət rəhbərlərinin göstərişi və “xeyir-duası” ilə həyata keçirilməsi idi.
Sumqayıt hadisələrinin başlanması, gedişi, nəticələri, başvermə yeri və zamanı əvvəlcədən düşünülmüş, ssenariləşmiş, təsdiq edilmiş plana əsasən aparılmışdı. Bu plan isə konkret məqsədlər güdürdü. Həmişə olduğu kimi həmin plan son dərəcə dəqiqliklə, yüksək peşəkar səviyyədə və “qüsursuz” icra edilmişdi. Bu planın diqqəti cəlb edən məqamlarından biri də o idi ki, onun iştirakçılarının əksəriyyəti hadisəni hazırlayan və idarə edən şəxslərdən fərqli olaraq özləri də hiss etmədən idarə edilir, onların problemlərindən, emosional vəziyyətlərindən, insani hisslərindən cinayət əməlini həyata keçirmək üçün istifadə edilirdi.(1; 2; 3; 4)
Sumqayıt hadisələrinin SSRİ rəhbərliyinin göstərişi ilə hazırlanması və həyata keçirilməsini müxtəlif xarakterli sənədlər sübut edir. Hadisələrin və proseslərin gedişinə diqqət yetirdikdə bu pis maskalanmış və tələsik şəkildə ört-basdır edilmiş həqiqətləri müşahidə etməmək mümkün deyil.
Sumqayıt hadisələrfi iki qonşu xalqın münasibət probleminin nəticəsi deyildi. Bu hadisə SSRİ-nin iflası ərəfəsində imperiyanın ərazilərinin qopub ayrılmsının və müstəqil dövlətlərin yaranmasının qarşısını almaq, dünyanın yeni təsir dairələrinə bölüşdürülməsi məqamında həmin əraziləri öz təsiri altında saxlamaq və uzaq perspektivdə onları bir sərhəd daxilində yenidən birləşdirməyə yönəlmiş nəhəng və uzunmüddətli bir planın tərkib hissəssi idi. Əlbəttə, bu tipli münaqişə ocaqlarının alovlandırılması anında yerli problemlər, milli, dini maraqlar, tarixi incikliklər əsas məqsədləri və onun əsl törədicilərini pərdələmək üçün qabardılır, milli problemlər ön plana çəkilir, münaqişəyə milli xarakter damğası vurulur. Elə məhz başlanğıc məqamında milli-etnik düşmənçiliyin aktuallaşması qarşıduran tərəflərin özündə gözlənilməz bir hadisə kimi qarşılanır. Buna görə də Qarabağ münaqişəsinin başlanğıcında törədilmiş Sumqayıt hadisələrinə gətirilən səbəblər təbii ki, normal məntiqə uyğun gəlmir.
Sumqayıt hadisələrinin səbəbi məhz bu maraqlar idi. Azərbaycanda və Ermənistanda qızışdırılan düşmənçilik başlanmış işlərə haqq qazandırmaq məqsədi güdürdü. Müxtəlif sənədlərdə milli amil qəsdən qabardılır. Başlıca məqsədləri ört-basdır etmək, imperiya maraqlarını pərdələmək üçün Sumqayıt hadisələrində erməniləri başlıca maraqlı tərəf kimi on plana çıxarırlar. Erməni pravokatorlar – Qriqoryan və onun qohum-əqrəbası qırğının törədiciləri kimi təqdim edilir.
Ermənilərin həm Sumqayıt hadisələrində, həm də bütövlükdə Qarabağ münaqişəsində günahları böyükdür. Onlar bilirdilər ki, Azərbaycana qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur, lakin özlərinin maraqları xatirinə xəyanətə getməyə, Azərbaycana qarşı fitnələrdə ən mənfur rolu oynamağa razı olmuşdular. Onlar hətta Azərbaycanda yaşayan erməniləri, o cümlədən Sumqayıtda, Bakıda yaşayan erməniləri qurban verməyə hazır olurlar. Onlar bu cinayətin ən qəddar icraçısı kimi çıxış edirlər.
Sumqayıt hadisələri zamanı SSRİ-nin maraqlarını satmış, mövcud ictimai-iqtisadi sistemdən və ideologiyadan imtina etməyə hazırlaşan Sovet dövləti və Kommunist partiyası rəhbərliyi öz niyyət və məqsədlərini elə də ciddi gizlədə bilmirdilər, hər addımda öz xəyanətkar mövqelərini büruzə verirlər. Ola bilər ki, həmin vaxt sovet qanunlarının və partiya prinsiplərinin müqəddəsliyi onları artıq maraqlandırmırdı. Onlar başladıqları dağıdıcılıq işini axıra çatdırmaq üçün cəmiyyətin gözündə ifşa olmaqdan çəkinmədən açıq-aşkar cinayətə gedirdilər. Sumqayıt hadisələri SSRİ-də və sosializm dünyasında törədilən birinci və ya axırıncı fitnə deyildi. Sovetlər İttifaqının müxtəlif yerlərində alovlandırdıqları münaqişə ocaqlarının hamısı cüzi fərqlə bir-birini təkrar edirdi.
Əlbəttə, Sumqayıt hadisələrinin bütün cəhətləri barəsində geniş danışmaq olar. Bu barədə kifayət qədər tədqiqatlar, analitik məqalələr də mövcuddur. Lakin onların hamısının ümumi problemli cəhəti yekun nəticələrin həqiqi reallığı olduğu kimi əhatə etməməsidir. (1; 2; 3; 4) Bu hadisələrin araşdırılmalı məqamları kifayət qədər çoxdur. Ən başlıcası isə Sumqayıt hadisələri və onunla eyni xarakteri daşıyan və eyni kateqoriyaya aid edilən münaqişələr lokal xarakterli bir hadisə deyildi, onlar daha böyük, daha miqyaslı nəhəng bir prosesin tərkib hissələri idi. Buna görə də o hadisələrin düzgün qiymətləndirilməsi gedən prosesin səbəbləri, məntiqi davamı, qlobal nəticələri kontekstindən mümkündür. Hazırda həmin qlobal prosesin bitmədiyini və öz gedişinin qızğın mərhələsində olduğunu nəzərə alaraq qeyd etməliyik ki, obyektiv qiymətləndirməyə mane olan amillər kifayət qədər çoxdur. Bu mənada bu vaxta qədər aparılan tədqiqatlardakı çatışmazlıqlar müəyyən qədər başa düşüləndir.
Hazırkı məqalədə başlıca məqsəd Sumqayıt hadisələrində Sovet rəhbərliyinin qəribə mövqeyinə, verilən qiymətlərin, qəbul edilən qərarların mahiyyətinə diqqət yetirməkdir. Onların sadəcə nəzərdən keçirilməsi çox həqiqətləri daha dərindən anlamağa imkan verir. Zaman keçdikcə üzə çıxan yeni faktlar, hadisələrin obyektiv gedişi və onların gətirib çıxardıqları reallıqlar məsələnin mahiyyətini daha əsaslı şəkildə əks etdirir. (5; 6; 7)
Sumqayıt hadisələrinin, eləcə də ona qədər SSRİ-nin müxtəlif yerlərində etnik zəmində baş vermiş bütün münaqişələrin bir mərkəzdən idarə olunması, konkret məqsədlərə xidmət etməsi artıq çoxları üçün sirr deyildir. Buna baxmayaraq, uzun illər keçməsinə baxmayaraq onların həqiqi məqsədləri, mahiyyəti barədə mübahisələr davam etməkdədir. Bu da həmin hadisələrin bu gün də davam edən qlobal bir prosesin tərkib hissəsi olaraq nəhəng güc və nüfuz sahibi olan, hadisələrin gedişinə təsir etmək gücünə malik olan qüvvələrin maraqlarına toxunması, həmin səbəbdən də həqiqqətin ortaya qoyulmasının qarşısının alınmasıdır. Bu mənada Azərbaycanın, onun tədqiqatçılarının dönə-dönə bu məsələlərin, o cümlədən Sumqayıt hadisələri ilə bağlı olan məsələlərin üzərinə qayıtması və dünyaya çatdırılması son dərəcə vacibdir.
Azərbaycanın müasir dövrdə başına gətirilən müsibətlərin yalnız ermənilərlə bağladılması diqqəti daha güclü, daha məkrli qüvvələrin cinayətlərindən yayındırmaq, baş verən hadisələrə lokal don geyindirmək, özlərini isə həqiqətin bərqərar edilməsinə xidmət edən qüvvə kimi təqdim etmək məqsədi daşıyır. Şübhəsiz, erməninin bu proseslərdə oynadığı mənfur xəyanətkar rolu danılmazdır. Lakin unutmaq olmaz ki, ermənilərin hüquqlarının müdafiəsi adı altında daha iyrənc siyasət yeridilir. Bu məsələdə ortada olan milli-etnik maraqlar qabardılaraq əsas məqam kimi təqdim olunur.
Bu vaxta qədər Sumqayıt iğtişaşları zamanı baş verən hadisələrin, onun haqqında çıxarılan qərarların, hakimiyyət orqanları tərəfindən atılan addımların birmənalı qəbul edilən qaneedici izahı yoxdur. Bu həqiqətlər Azərbaycan ictimaiyyəti və dövləti tərəfindən birmənalı şəkildə qəbul edilsə də, onun dünyaya təqdim edilməsində anlaşılmazlıqlar kifayət qədər çoxdur.
Həmin hadisələrə SSRİ dövlətinin və hakim Kommunist partiyasının rəhbərliyinin sərgilədikləri münasibət, onun haqqında dedikləri fikirlər, qəbul etdikləri qərarlar onların məsələnin mahiyyətini saxtalaşdırmaq və həqiqətləri ört-basdır etmək cəhdlərindən başqa bir şey deyildi. Hadisədən sonra Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunda aparılmış müzakirələr, orada irəli sürülən mülahizələr belə ciddi bir problemə həmin münasibəti bir daha nümayiş etdirir. Orada M.Qorbaçovun Qarabağ münaqişəsinin səbəbləri, Sumqayıt hadisələrəinin iştirakçıları haqqında dediyi fikirlər, hadisələrə bütövlükdə verilən qiymət məsələyə qeyri-ciddi münasibəti göstərir. Bu iclasların protokolları da orada real vəziyyəti gizlətmək üçün edilən canfəşanlığı əyani şəkildə əks etdirir.
Əvvəla, Sumqayıt şəhərinin əhalisi haqqında həqiqətə uyğun olmayan faktlar səsləndirilir. Guya bu şəhərin əhalisinin hər beş nəfərindəın birinin kriminal aləmə mənsub olması qeyd olunur. Hadisələrin başıpozuq xuliqan dəstələri tərəfindən törədildiyi bildirilir. Hadisələrdən ötən dövr ərzində bunun həqiqətə uyğun olmadığı dəfələrlə sübut olunmuşdur.
Qarabağ problemindən danışarkən baş katib onu heç vaxt olmayan səbəblərlə əlaqələndirir. Dağlıq Qarabağın daim diqqətdən kənarda qalmasından, sosial-iqtisadi inkişaf cəhətdən respublikanın ümumi səviyyəsindən geridə olmasından, erməni əhalinin etnik və dini ayrı-seçkiliyə məruz qalmalarından danışılır. Lakin Sovet dövləti rəhbərliyinin DQMV-nin sosial iqtisadi və mədəni inkişafından xəbəri olmaması qeyri-mümkündür. Onun dəlilləri Sov.İKP MK-nın 1988-ci ildə qəbul etdiyi qərarda verilmiş faktlarla təkzib olunur. Gətirilən bəhanələrin qondarma olmasının sübutu üçün o qədər də çox vaxt tələb olunmur. Qarabağ münaqişəsi dərinləşdikcə, onu törədənlərin əsl məqsədləri aşkar olduqca hadisələrin başlanğıcında irəli sürülən bəhanələrin gülünclüyü təkrar-təkrar üzə çıxır.
Sumqayıt hadisələrindən danışılarkən sovet milisinin və ordu hissələrinin, təhlükəsizlik orqanlarının seyrçi mövqe tutmasının günahı da Azərbaycan hökumətinin ayağına yazılır, onların səhlənkarlığının və gizli niyyətlərinin nəticəsi kimi izah edilir. Halbuki onların belə passiv mövqeyi mərkəzi hakimiyyətin niyyətlərindən xəbər verirdi.
Burada isə hadisədən sonra Sov.İKP MK Siyasi Bürosunun iclaslarında aparılan müzakirələrə bir daha qayıtmaq və təhlil etmək istərdik. (8, F.89,siy.42,iş 19. V. 1-8; 9, F.89,siy.42,iş 18. V. 1-11) Sumqayıt hadisələri baş verdikdən sonra Sov.İKP MK Siyasi Bürosunda keçirilən müzakirələrin də məqsədi erməni-azərbaycan münaqişəsinə təkan vermək, ölkənin ali partiya orqanı adından hadisələrə siyasi damğa vuraraq onu istədikləri donda təqdim etmək idi. Bütün bunlar sübut edir ki, Sumqayıt hadisələri təsadüfən baş verməmişdi. Bu pis maskalanmış cinayət hadisəsi Azərbaycanın müstəqillik iradəsinə qarşı çevrilmiş bir avantüra idi. Sumqayıt hadisələri sonrakı illərdə davam etdirilən təxribatların başlanğıcı oldu. Həmin hadisələrin axıra kimi araşdırılmasına, onun səbəblərinin, gedişinin, nəticələrinin tam şəkildə işıqlanmasına, ən başlıcası isə ona hərtərəfli hüquqi qiymətin verilməsinə ehtiyac qalmaqdadır. Kimin kim olduğu öz təsdiqini tapdıqdan sonra o təxribatların nəticələrinin tam aradan qaldırılmasından və problemin ümumi həllindən danışmaq olar.

Ədəbiyyat
1. Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. - Bakı: “Qartal”, 1998. - 280 s.
2. Armenian provocation – Sumqait events; Erməni fitnəsi – Sumqayıt hadisələri. Bakı: Nurlan, 2008. 96 səhifə.
3. Məmmədov İ.M. Azərbaaycana qarşı Sumqayıt təxribatı - “Qriqoryanın işi”, Bakı, “Təhsil”, 2013, 336 s.
4. Aslan İsmayılov. Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı. Bakı: Çaşıoğlu. 2010. 204 səh.
5. Sumqayıt hadisələri – 2008.prokurorluq. http://www.prokurorluq.gov.az/sumqayit/
6. Уголовное Дело № 18/55461-88. Сумгаит. 1989. (I) https://web.archive.org/web/20140222060953/http://sumgayit1988.com/files/cinayat1.pdf;
7. Уголовное Дело № 18/55461-88. Сумгаит. 1989. (II) https://web.archive.org/web/20140222060958/http://sumgayit1988.com/files/cinayat2.pdf
8. Российский Государственный Архив Новейшей Истории (РГАНИ). f.89,siy.42, iş 19. V. 1-8
9. РГАНИ. f.89,siy.42,iş 18. V. 1-11


Açar sözlər: Sumqayıt hadisələri; Qarabağ münaqişəsi; Sov.İKP Mərkəzi Komitəsinin Siyasət Bürosu; M.Qorbaçov; Milli siyasət

Ключевые слова: Сумгаитские события; Карабахский конфликт; Политбюро ЦК КПСС; М.Горбачев; Националная политика

Key words: Sumgait events; Karabakh conflict; Politburo of the CPSU Central Committee; M.Gorbachev; National policy

Резюме
И.Алиев
Сумгаитские события в свете современных реалий
Статья посвящена одному из самых чудовишных провокаций против Ахербайджанского народа накануне врсстановления им саоей государственной независимости - Сумгаитским событиям, произошедшим феврале 1988 года. Хотя с момента этого кровавого события прошло более 30 лет, многие из ее загадок до сих пор не были официально оценены до конца. Хотя все его аспекты в Азербайджана известны всем, это событие широко используется как инструмент политической спекуляции со стороны заинтересованных сил. В этом смысле статья фокусируется на освещение запутанных моментах Сумгаитских событий и, исходя из фактов, имеет большое научное и практическое значение.

Summary
I.Aliyev
Sumgait events in the light of modern realities
The article is devoted to one of the most terrible provocations against the Azerbaijani people on the eve of their restoration of the state independence — the Sumgait events of February 1988. Although more than 30 years have passed since this bloody event, many of its mysteries have not yet been officially evaluated to the end. Although all its aspects in Azerbaijan are already known to everyone, this event is widely used as an instrument of political speculation by the interested forces. In this sense, the article focuses on highlighting the intricate moments of the Sumgait events, and, based on the facts, is of great scientific and practical importance.

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM