Tarix üzrə fəlsəfə doktoru, dosent
XX əsrin son mərhələsi mövcud dünya durumunda baş verən qlobal dəyişikliklə xarakterizə edilir. “Soyuq müharibənin” başa çatması, SSRİ-nin və onun ətrafında birləşmiş sosializm dünyasının məğlub olaraq iflasa uğraması bu əsrdə baş vermiş nəhəng hadisələrlə müqayisə edilə bilər. Onun nəticəsi öz müqyasına görə heç də Birinci və İkinci dünya müharibələri, müstəmləkə sisteminin dağılması kimi qlobal hadisələrin nəticələrindən az təsirli və az əhəmiyyətli deyildir.
SSRİ-nin və sosializm dünyasının iflasının səbəblərinə münasibətdə birmənalı fikir yoxdur. Bu günə qədər edilmiş tədqiqatlarda bir-birinə daban-dabana zidd olan çoxsaylı fərqli fikirlər deyilmiş, ən müxtəlif versiyalar irəli sürülərək tarixin bu gediş özünəməxsus şəkildə qiymətləndirilmişdir. Şübhəsiz, bu məsələlər daha böyük, fundamental tədqiqatların obyekti olmaqda davam edir. Belə ki, hələ çox məqamlara aydınlıq gətirilməlidir.
XX əsrin axırlarında baş vermiş bu hadisələr və gedən proseslər araşdırılarkən həmişə başlıca diqqət SSRİ-nin problemlərinə, onun iflasının səbəblərinə yönəldilir. Əslində, bu, qanunauyğundur. Sosializm dünyasının başlıca qalası olmaqla bu sistemin taleyi SSRİ ilə daha çox bağlı idi. Bu sistemin həyatında olan dəyişiklilklər də əksər məsəslərdə onun uğurları və məğlubiyyətləri ətrafında baş verirdi. Lakin unutmaq olmaz ki, dünya sosializm düşərgəsinin digər dövlətlərində gedən proseslər bu məsələlərdə özünəməxsus təsirə malik olmuşdur.
Bizim haqqında danışmaq və mülahizələrimizi bildirmək istədiyimiz məsələ isə SSRİ ətrafında formalaşmış və dünya sosializm düşərgəsinə daxil olan Şərqi və Mərkəzi Avropanın sosialist dövlətlərinin iflas ərəfəsində vəziyyəti, ümumi proseslərə təsiri, nəticələrdə rolu və sair məsələlərdir.
Dünya sosializminin həyatında baş vermiş bu köklü hadişədən danışarkən onun bütün dövrlərinə qısa bir ekskurs etmək, onun nəzəri əsaslarını və bir sıra konkret məsələlərini bir daha nəzərdən keçirmək yerinə düşərdi.
Sosializmin praktik olaraq tarix səhnəsinə çıxması, həyata tətbiqi XX əsrin əvvəllərinə aiddir. Birinci Dünya müharibəsinin mühüm yekunlarından biri dünyanın iki düşmən düşərgəsinə parçalanması oldu. Rusiyada monarxiyanın devrilməsi, onun ardınca sosialist çevrilişi nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsi ilə yeni bir ictimai-iqtisadi sistemin – sosializm quruluşunun əsası qoyuldu. Həmin vaxtdan bu yeni sistemə qarşı kapitalizm dünyasının başladığı barışmaz müharibə XX əsrin axırlarına qədər dövrün siyasi mühitini səciyyələndirən cəhətlərdən biri olmuşdur.
İlk vaxtlar Sovet Rusiyası, onun ardınca isə ittifaq dövləti kimi formalaşdırılmış Sovet Sosialist Respublikaları İttifaqı – SSRİ dünyanın yeganə sosialist dövləti olaraq qarşısına sosializm quruluşunu bütün dünyaya tətbiq etmək üçün “permanent inqilab” nəzəriyyəsini həyata keçirmək iddiası ilə kapitalizm dünyasına müharibə elan etmiş oldu. Bu nəzəriyyə Marksizmin o ideyasına əsaslanırdı ki, sosializmin mövcudluğunun vacib şərti onun bütün dünyada bərqərar olmasıdır. Bunun üçün isə hər hansı bir ölkədə başlanmış sosialist inqilabının bütün dünyada qələbə ilə başa çatana qədər davam etdirilməsi tələb olunurdu. Bolşeviklər özlərini dünyada Marksizm-Leninizm təliminə söykənən Sosializm quruculuğu nəzəriyyəsinin yeganə daşıyıcısı və həyata keçirən qüvvə kimi təqdim edirdilər.
Qeyd etmək lazımdır ki, sosializm nəzəriyyəsinin özündə kifayət qədər ziddiyyətli məqamlar vardır ki, onlar da bu sistemin problemlərində öz təsirini göstərmişdir. Lakin bu sosializm nəzəriyyəsinində olan mübahisəli məqamlar başqa bir tədqiqatın mövzusu ola bilər. Bu məqalədə isə məqsəd sonu iflasla bitən bir prosesin bir sıra məsələlərinə diqqət yetirməkdir.
Məlum olduğu kimi sosializm quruluşunun cəlbediciliyi Qərb ölkəlıərində çox yüksək olmuşdur. Xüsusən Sovet hakimiyyətinin ilk onilliklərində o, dünya proletariatı, digər yoxsul əhali arasında populyar idi. Eyni zamanda kapitalizm dünyasının yuxarı təbəqəsi yeni ideologiya ilə silahlanmış proletar hərəkatını həyəcanla izləyir, onun qarşısını almaq üçün vasitələr axtarırdı.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, sosializm nəzəriyyəsi kiminsə uydurması deyildi. Ona olan ehtiyac insanlığın ədalətli cəmiyyətə olan ehtiyacından yaranmışdı. O, kapitalizm cəmiyyətinin iqtisadi reallıqlarının müsibətlərindən xilas olmaq, dünyada sosial bərabərliyə nail olmaq üçün aparılan mübarizənin nəticəsi kimi ortaya çıxmışdı.
Sosializm dünyasınnın genişlənməsi prosesi İkinci dünya müharibəsindən sonra yeni vüsət aldı. O, bir ölkə çərçivəsindən çıxaraq yeni-yeni dövlətləri əhatə etdi. Faşizmin məğlub edilməsində həlledici rol oynamış SSRİ müharibənin sonuna qazandığı nüfuza və təsir imkanlarına güvənərək faşizmdən azad edilməsində rol oynamış bir dövlət kimi Şərqi Avropada və Asiyada xeyli sayda dövlətlərdə ictimai-iqtisadi sistemi dəyişməyə və SSRİ modelinə yaxın sosialist hakimiyyətlərinin bərqərar olmasına nail oldu. Polşa, Macarıstan, Bolqarıstan, Yuqoslaviya, Çexoslavakiya, Albaniya, Şərqi Almaniya, Rumıniya müxtəlif adlar altında sosialist dövlətlərinə çevroldilər. Asiyada isə bu proses Çin, Vyetnam, Koreya, Kamboca, Tailand, Laosda sosialisr dövlətləri yaradıldı. Yeni-yeni ölkələrdə sosialist dəyişikliklərinin həyata keçirilməsi və sovet tipli sosializm quruluşunun tətbiqi bir sıra obyektiv və subyektiv amillərə söykənirdi:
- Uzun illər kapitalizm rejimindən əzab çəkən əhali vəziyyətdən çıxış yolunu mövcud bu rejimin ləğvində, xüsusi mülkiyyətə əsaslanan ictimai-iqtisadi sistemdən imtina edilməsində, sosializm qaydalarına və ictimai-iqtisadi münasibətlər sisteminə keçilməsində görürdü. Ölkələrin əhalisinin əksəriyyəti sosializm quruluşuna rəğbətlə yanaşırdılar.
- İkinci dünya müharibəsindən sonra sovet əsgərinin ayağının dəydiyi olkələrdə sovet dövləti nümunəsində sosializm rejimlərinin qurulmasına əlverişli şərait yaranırdı. Faşistlərin ölkədən qovulması, faşizm rejiminə xidmət etmiş şəxslərin cəzalandırılması ölkə kommunistləri üçün geniş imkanlar açırdı. Hakimiyyətə gətirilən bu qüvvələr o qədər də dərinə getmədən sovet modeli əsasında yeni dövlətin əsasını qoyurdular.
- Müzəffər sovet qoşunlarının həmin ölkələrdə olması təkcə daxildəki antikommunist qüvvələrin deyil, həm də xaricdən ola biləcək təzyiqlərin qarşısını alır və hakimiyyətə gətirilmiş kommunist rejiminin bərqərar olması və möhkəmlənməsi üçün əlverişli şərait yaradırdı.
Sosializm təliminin belə sürətlə yayılmasından qorxuya düşən Kapitalizm dünyası hər vasitə ilə bu prosesin qarşısını almağa çalışır, onu hərbi bloklarla əhatə edir, müxtəlif vasitələrlə mübarizə aparırdı. 1947-ci ildə sosializm-kapitalizm qarşıdurması “Soyuq müharibə” adı ilə tanınır və İkinci dünya müharibəsindən XX əsrin axırlarına kimi dünya beynəlxalq durumunun mahiyyətini müəyyənləşdirirdi. [1, s.5-7]
Bir qədər sonra dünya müstəmləkə sisteminin iflasa uğraması sayəsində sosializm təlimi dünyanın yeni dövlətlərini əhatə etməyə başladı. Bir sıra ölkələrdə Sovet dövlətinin dəstəyi ilə sosialist orientasiyalı dövlətlər tarix səhnəsinə çıxdılar. Bu proses sosializmin uğurlu yürüşü kimi qəbul edilir və onun rəqiblərini həyəcanlandırırdı.
1947-ci ildə sosializm düşərgəsi ölkələrini idarə etmək üçün Kommunist və Fəhlə Partiyalarının İnformasiya Bürosu (Kominform) yaradılmışdı. Bu təşkilat faktik olaraq İkinci dünya müharibəsi gedişində ləğv edilmiş Kommunist İnternasionalını əvəz edirdi. [2]
Hələ 1949-cu ildə sosialist dövlətlərinin Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradılmışdı. [3] 1955-ci ildə isə NATO blokunun əleyhinə sosialist dövlətlərinin hərbi bloku olan Varşava Müqaviləsi Təşkilatı (VMT) yaradıldı ki, onun tərkibinə SSRİ, Polşa, Almaniya Demokratik Respublikası, Macarıstan, Bolqarıstan, Rumıniya, Çexoslavakiya daxil oldu. [4; 5]. Həmin ölkələrdə hakimiyyətdə əyləşdirilmiş partiyalar və onların liderlərinin başlıca dayağı SSRİ idi. Onun itaətindən ən cüzi yayınmaların qarşısı amansızcasına alındı. Onlarda formalaşdırılmış ictimai-iqtisadi sistem eyni zamanda sovet maddi dəstəyinə söykənirdi. Müstəqil iqtisadi inkişafdan danışmaq çətin idi. Yalnız bu asılılıqdan bir qədər azad olmaq mümkün olan ölkələrdə fərqli inkişafı görmək olurdu.
Sosializmin tarixi sübut etdi ki, Rusya imperiyasında baş vermiş inqilab vəd edilən ədalətli sosial cəmiyyətin yaradılmasına gətirib çıxarmadı. Bütövlükdə sosializm nəzəriyyəsində olan çatışmazlıqlar Rusiyanın özündə də tədricən dərinləşən böhranda müşahidə olunurdu. İkinci dünya müharibəsinin yekununda əlverişli şəraitdən istifadə edən Sovet dövlətinin sosializm yoluna çəkdiyi dövlətlərdə tətbiq edilən yeni ictimai iqtisadi sistemin isə problemləri daha çox idi. Yerli xüsusiyyətləri və inkişaf səviyyəsini nəzərə almadan sosializmin sovet modelinin həmin ölkələrdə tətbiq edilməsi təbii olaraq çoxsaylı problemlər yaradırdı. Bütün bu və digər amillər ikinci dünya müharibəsindən sonra yaradılmış sosialist dövlətlərində eyni sosial-iqtisadi, siyasi-ideoloji standartlar əsasında yaradılmış eyni tipli rejimin tətbiqinə gətirib çıxardı. Onların hər birində ictimai həyatın bütün sahələrində sovet dövlətində olan dəyərlər sistemi bərqərar edilir, mərhələlər təkrar edilirdi. Mülkiyyətin milliləşdirilməsi, kənd təsərrüfatında kollektivəşmə, sənayeləşdirmə, mədəni inqilab, kommunist ideologiyasının yeganə ideologiyaya çevrilməsi, çox cüzi fərqlərlə bu ölkələrdə tətbiq edilirdi. Onların bəzilərində saxlanılan fərqlər isə əksər hallarda formal xarakter daşıyırdı. Məhz bu səbəbdən onların hər birində zaman-zaman kəskin problemlər üzə çıxır, bəzi hallarda ümumxalq münaqişəsinə gətirib çıxarırdı.
. Digər tərəfdən Sovet dövləti üçün xarakterik olan neqativ əlamətlər burada daha güclü şəkildə öz mənfi təsirini göstərirdi. İlk vaxtlar əhalinin əksəriyyəti tərəfindən böyük ümid və rəğbətlə qarşılanmış sosializm rejimi vaxt keçdikcə öz ziddiyyətli və problemli cəhətlərini göstərməyə başladı. Digər tərəfdən yeni quruluşdan gözlədiklərini ala bilməyən əhali üçün sosializm sistemi zaman-zaman öz cazibədarlığını itirdi, mövcud rejimlərə qarşı narazılıq üzə çıxaraq dərinləşirdi.
Avropanın sosialist ölkələrində mövcud ictimai-iqtisadi sistemin uyğun olmayan cəhətlərinin aradan qaldırılmasına cəhdlər olmuşdu. Lakin hər dəfə bu cəhdlər müqavimətə rast gəlmiş, dövlətlər arasında ziddiyyətlərin üzə çıxmasına səbəb olmuşdu.
Bu münaqişələr əksər hallarda boğularaq ört-basdır edilirdi. Onlar hər ölkədə özünəməxsus şəkildə baş verirdi. Onların ən böyükləri isə sosializm dünyasının tarixində dərin iz qoymuşdu.
II dünya müharibəsindən sonra kapializm dünyasının ən böyük itkisi Almaniyanın parçalanması və Şərqi Almaniyada sosialist dövlətinin yaradılması oldu. 1945-ci ildə müharibədən sonra Almaniya 4 işğal zonasına bölünmüşdü. Sovet dövlətinin nəzarətinə Almaniyanın şərq torpaqları daxil idi. 1949-cu ilin axırrında bu ərazidə Almaniya Demokratik Respublikası yaradıldı. İdarəetmə sistemi sovet dövlətinin nümunəsində yenidən quruldu. 1950-ci illər ərzində sənaye müəsssisələrinin çoxu milliləşdirilərək dövlətin əlində cəmləşdi, kənd təsərrüfatı kooperasiyaları yaradılmağa başladı.
Almaniya Demokratik Respublikasının sosialist dövlətləri içərisində unikallığı onda idi ki, bir xalqın, bir ölkənin çərçivəsində bir birinə düşmən olan iki fərqli sistemin yarışı əyani şəkildə nümayiş olunurdu. Artıq 1960-cı illərin əvvəllərində ADR-in Almaniya Federativ Respublikasından əhəmiyyətli dərəcədə geri qalması müşahidə olunurdu. Buna görə də SSRİ-nin və sosializm düşərgəsinin imkanları bu ölkəyə yönəldilsə də, bu geriləməni gizlətmək mümkün deyildi. Sovet qoşununun ADR ərazisində yerləşməsi baş verə biləcək münaqişələrin qarşısında ciddi maneə idi.
1953-cü ildə Almaniya Demokratik Respublikasında əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqədar xalq çıxışı baş vermişdi. Onun qarşısı amansızlıqla alındı. Bundan sonra narazı əhali çıxış yolunu müxtəlif yollarla Qərbi Berlinə və Almaniya Federativ Respublikasına qaçmaqda görürdülər. Bu axının qarşısını almaq üçün isə 1961-ci ildə məşhur “Berlin divarı” inşa edilir və bu sədd sosializmin neqativ reallıqlarının simvoluna çevrilir. [6]
Hələ 1949-50-ci illərdə sosialist Macarıstanın əsası qoyularkən onun siyasi və ictimai-iqtisadi sistemində, ciddi dəyişikliklər edildi. Kənddə kollektivləşmə həyata keçirildi. Kütləvi repressiyalar macar cəmiyyəttini sovet nümunəsində süzgəcdən keçirdi. Müharibədə faşist Almaniyasının müttəfiqi kimi çıxış etdiyindən onun üzərinə qoyulmuş təzminat əhali üzərində ağır bir yük idi. Ölkənin kənd təsərrüfatında və sənayesində uğursuzluqlar, əhalinin maddi rifahının pisləşməsi ciddi narazılıqlara səbəb oldu.
1950-ci illərin ortalarında hakimiyyətə gətirilmiş yeni qüvvələr İmre Nadın rəhbərliyi altında əsaslı islahatların keçirilməsinə cəhd etsə də, onun qarşısı alındı. 1956-cı ilin oktyabrında ölkədə kütləvi antikommunist hərəkatı başlandı. Onların təzyiqi ilə İmre Nad Macarıstanın Baş Naziri təyin edildi. Yeni hökumət kommunistlərin hakimiyyətinə zərbə vuran addımlar həyata keçirməyə başladı. 4 noyabrda Sovet qoşunları Macarıstana daxil olaraq üsyanı boğdu.
Macarıstan Sosialist Fəhlə Partiyası Yanoş Kadarın rəhbərliyi altında 1970-1980-ci illərdə bir sıra liberal islahatlar keçirilmişdi ki, bu da müəyyən qədər rejimin kəskin cəhətlərini yumşaltmağ imkan verirdi. İstehsal vasitələri üzərində xırda xüsusi mülkiyyətə icazə verildi. Sənayenin bir neçə sahəsində Macarıstan sosialist dövlətləri arasında öndə gedirdi. İstehlak bazarı qonşularından fərqli olaraq mal qıtlığından əziyyət çəkmirdi. Bütün müsbət cəhətlərə baxmayaraq sosializm dünyasını bürüyən ictimai-iqtisadi və siyasi böhran Macarıstandan yan keçmədi. Soyuq müharibənin başa çatması, SSRİ-nin onlar üzərində himayəçilik mövqeyindən geri çəkilməsi burada da Qərbə yönümü sürətləndirdi. 1988-ci ildə Macarıstanda MSFP baş katibi seçilmiş Karoy Qros ölkədə bazar iqtisadiyyatının tətbiqi və köhnə münasibətlər sistemindən imtina edilməsi istiqamətində fəal dəyişiklikləri həyata keçirməyə başladı. Nə qədər çətin olsa da, hökumət qeyri-populyar addımlar ataraq iqtisadiyyatda köklü dəyişikliklərə başladı. Siyasi həyatda demokratiyanın və ideoloği plüralizmin genişləndirilməsi istiqamətində islahatlara start verildi. Bununla da Macarıstanda sosializmin təməl prinsiplərindən imtina istiqamətində işlər son nəticədə bu ölkədə siyasi sistemin dəyişməsinə gətirib çıxardı. [7]
Yuqoslaviya sosialist ölkələri içərisində 6 respublikadan ibarət çoxmillətli dövlət idi.
II dünya müharibəsindən sonra regionun digər sosialist dövlətləri kimi Yuqoslaviyada da iqtisadi və siyasi sistem Sovet dövlətinin nümunəsində qurulmuşdu. Lakin onun lideri Broz Titonun İosif Stalinlə fikir ayrılığı və münaqişəsi nəticəsində ölkənin sosialist İnformbürosunu tərk etməsi ilə bütün sahələrdə münaqişənin genişlənməsinə və Yuqoslaviyanın sosializmin nəzərdə tutulmuş ümumi yolundan bir qədər uzaqlaşmasına səbəb oldu. Yuqoslaviya VMT-na da daxil olmaqdan imtina etmiş, bir qədər sonra bloklara qoşulmamaq hərəkatının yaradanlardan biri olmuşdur. Həmin dövrdə Tito rejimi Şərqlə Qərb arasında vasitəçilik funksiyasını yerinə yetirirdi.
Titonun güclü iradəsi ilə Yuqoslaviya həyatın bütün sahələrində xeyli uğurlar əldə edə bilmişdi. Lakin olun ölümündən sonra ölkənin birliyini qoruyub saxlamaq mümkün olmadı. Əslində Yuqoslaviyanın bir çoxmillətli dövlət olaraq parçalanması prosesinin əsası 1974-cü ildə qəbul olunmuş yeni konstitusiyanın respublikalarına sərbəstliyini genişləndirməsi ilə başlandı. Respublikalarda millətçilik ideyaları başlıca ideyaya çevrildi. Belə bir şəraitdə ölkəni parçalanmaya aparan səbəblərdən biri də respublikaların qeyri-bərabər inkişafı idi. [8]
Polşada sosialist hakimiyyəti II dünya müharibəsindən dərhal sonra bərqərar oldu. Onun bir neçə ad altında mərhələlərdən keçməsinə baxmayaraq bu hakimiyyət elə ilk günlərdən kommunistlərə məxsus idi. Düzdür, müharibənin gedişində formal olaraq Londonda yaradılmış Polşa hökuməti qalırdı. Lakin yaranmış siyasi situasiya onların buraya gəlməsinə və hakimiyyətə iddialarını reallaşdırmağa imkan vermədi. Londondakı mühacir Polşa hökuməti 1990-cı ilə qədər mövcud olsa da onların bu olkədə heç bir təsir gücü yox idi. 1952-ci ildə qəbul olunmuş yeni konstitusiya Polşa Xalq Respublikasının adını və siyasi sistemini qəti olaraq təsbit etdi. Ölkədə çoxpartiyalılıq saxlansa da, real hakimiyyət Polşa Birləşmiş Fəhlə Partiyasına məxsus idi. 1956-cı ildə Polşanın Poznan şəhərində rejimə qarşı fəhlələrin ilk güclü etiraz çıxışı oldu və bu çıxış da amansızlıqla yatırıldı. Belə çıxışlar 1968-ci , 1970-ci, 1976-cı illərdə daha böyük formada baş vermişdi.
Polşada həyatın müxtəlif sahələrində olan problemlər ətrafında qarşıdurmalar 1980-cı illərin əvvəllərindən etibarən daha intensiv xarakter aldı. 1982-ci ildə təsərrüfat subyektlərinin müstəqilliyinin genişləndirilməsi, mərkəzləşdirilmiş planlaşdırma sisteminin dəyişdirilməsi istiqamətində məhdud islahatın keçirilməsinə olunan cəhd əhalinin kütləvi çıxışlar ilə müşaiyyət olunurdu. Hərəkatın önündə rəsmi həmkarlar təşkilatlarına alternativ kimi yaradılmış “Həmrəylik” həmkarlar təşkilatı gedirdi. 1988-ci ildə “Həmrəylik” həmkarlar ittifaqlarının qeydiyyata alınması ilə başlanan kütləvi çıxışlar bir daha gücləndi. Polşa Birləşmiş Fəhlə Partiyasın tərkibində də hərəkarı dəstəkləyən qanad özünü göstərməyə başladı. İqtisadiyyatın idarə edilməsində sərt dövlət planlaşdırılmasının səmərəsizliyi əyani şəkildə nümayiş olunurdu. Ölkənin xaricdən aldığı borc ağır yük kimi ölkə iqtisadiyyatına ağır zərbə vururdu.
1980-ci illərrin axırlarında SSRİ-nin Polşaya təsirinin zəiflədilməsi başlanmış prosesləri gücləndirdi. 1981-ci ildə hakimiyyətə gətirilmiş V.Yaruzelskinin rejimi də bu proseslərin qarşısını almaq iqtidarında deyildi. Hərbçi general Vatslav Yaruzelskinin partiya və dövlət rəhbərliyinə gətirilməsi, onun sərt rejimi də başlanmış proseslərin qarşısını ala bilmədi. Bütün bu dərinləşən hərəkatlar 1980-ci illərin axırlarında Avropanın sosialict dövlətlərində mövcud ictimai-siyasi və iqtisadi sistemin iflası ilə nəticələndi. [9]
1968-ci ildə Çexoslavakiyada başlanmış liberallaşma meylləri siyasi hakimiyyətdə dəyişikliyə gətirib çıxardı. Kommunist partiyasının rəhbərliyinə gələn A.Dubçekin ciddi dəyişikliklər etmək istəyən və ümumi sosializm standarttından bir qədər uzaqlaşmaq cəhdlərinin qarşısı SSRİ və onun Varşava Müqaviləsi Təşkilatı üzrə müttəfiqlərinin hərbi müdaxiləsi ilə alındı. O vaxtdan mövcud rejimin yaratdığı sərt mühitin müəyyənləşdirdiyi çərçivələr dəyişilməz qalırdı. Lakin onun daxilində yetişən böhran günbəgün dərinləşərək sosializm dünyasını zəiflədir, onun gələcək iflasına zəmin hazırlayırdı. Çıxışların boğulmasından sonra bu narazılıq gizli formada qalırdı. Baxmayaraq ki, bu ölkənin iqtisadi inkişaf səviyyəsi nisbətən yüksək idi, bütövlükdə mövcud sosial-iqtisadi vəziyyət Qərb ölkələri ilə müqayisədə geri qalırdı və bu hal narazılıqlara əsas verirdi. Buna görə də bu ölkədə də ciddi islahatların keçirilməsinə ehtiyac günbəgün daha dərindən hiss olunurdu.
Bolqarıstan özünün sosial-iqtisadi və siyasi durumuna görə SSRİ-yə ən yaxın olan dövlət idi. SSRİ üçün xarakterik olan problemlər bu ölkədə tam təkrar olunurdu. Onlarda əlavə olaraq türk-müsəlman əhaliyə münasibətdə yeridilən millətçi siyasət orada vəziyyəti daha da dərinləşdirirdi. 1988-89-cu illərdə ölkədə ictimai-siyasi vəziyyət gərginləşir.
Avropada sosialist dövlətlərindən biri olan Rumıniyada Nikolae Çauşeskinin dövründə gərginlik ağır həddə çatmışdı.
Albaniya sosialist ölkələrindən ən yoxsulu idi. Ənvər Xoca diktaturası şəraitində faktiki olaraq xarici aləmdən tam təcrid olunmuşdu.
Qeyd olunduğu kimi, sosialist dövlətlərinin, eləcə də sosializm düşərgəsinin zəif cəhətləri 1980-ci illərdə SSRİ-nin böhran mərhələsinə daxil olması dövründə özünü daha qabarıq şəkildə göstərməyə başladı. SSRİ-nin zəifləməsi, “soyuq müharibə” cəbhəsində bir birinin ardınca mövqelərini itirməsi sosialist ölkələrinin, xüsusən Şərqi və Mərkəzi Avropa sosialist dövlətlərində uzun illər boyu potensial formada qorunub saxlanmış problemləri böhran məqamında qısa müddət ərzində üzə çıxarmağa başladı. 1980-ci illərdə sosializm olkələri düşərgəsində köklü dəyişikliklər labüd olurdu. Ölkələrin həyatında üst-üstə yığılan çoxsaylı sosial, iqtisadi və siyasi problemlər onlarda köhnə ictimai-iqtisadi və siyasi quruluşdan imtina edilməsinə gətirib çıxardı. Onların hamısında vəziyyət eyni deyildi. Lakin bütövlükdə onlardın hər birində böhran dərinləşirdi. Ümumi bəla isə iqtisadiyyatın idarə edilməsində bürokratik idarəçiliyin hökmranlığı, süni maneələrin qoyulması oldu. Əgər əvvəlki vaxtlarda mülkiyyətin dövlətin əlində toplanması, əmək ehtiyatlarının səfərbər edilməsi müsbət nəticələr verirdisə, zaman keçdikcə bu məhdudiyyətlər ölkələrin inkişafının tormozuna çevrildi.
Düzgün maliyyə siyasəti aparılmadığından şərqi Avropa sosialist dövlətlərinin xarici borcları ağır yükə çevrilmişdi. 1970-80-ci illərdə onların ümumi borcu 8 milyard dollardan 85 milyard dollara artmışdı ki, onun da ödəniş balansının kəsirini ləğv etmək üçün sosial ödənişlərin azalmasına, investisiyaların ixtisarına getməli olurdular. Bu da ölkələrdə sosial-iqtisadi durumun pisləşməsinə, böhranın dərinləşməsinə səbəb olurdu. Vəziyyəti düzəltmək üçün bu və ya digər ölkədə edilən cəhdlərin uğursuzluğu sosializmin yaşamaq şansını heçə endirirdi. [10, s.153]
Nə qədər ki, SSRİ güclü idi, bu münaqişələrin qarşısı bu və ya digər dərəcədə alınır, onları sosializm dünyası çərçivəsində saxlamaq mümkün olurdu. Lakin yeni şəraitdə Şərqi və Mərkəzi Avropanın sosialist dövlətlərində bərqərar olmuş sərt rejimlər artıq vəziyyətə nəzarət etmək iqtidarında deyildilər. Onların daxilində yetişən narazılıq hərəkatı müxtəlif vaxtlarda bir birinin ardınca yüksəlməyə başlamışdı. Ümumi olan isə o idi ki, SSRİ-nin zəifləməsi şəraitində onlardakı ictimai–siyasi və iqtisadi sistemin eybəcərlikləri qabarıq şəkildə üzə çıxır və həmin rejimlərin süqutunun labüdlüyünü nümayiş etdirirdi.
1989-cu ildə SSRİ-də gedən proseslər, onun açıq-aşkar ictimai həyatın bütün sahələrində əsas prinsiplərindən imtina etməsi, Sovet rəhbərliyinin öz xarici siyasət doktrinalarından geri çəkilməsi həlledici məqamlardan biri idi. Yeni doktrinada Varşava Müqaviləsi Təşkilatınının sosialist dövlətlərini himayə etmək missiyasından imtina edilməsi, onların daxili işlərinə qarışmamaq ideyasını bəyan etməsi həmin dövlətlərdə demokratik hərəkatın yeni dalğasına təkan verirdi. Sovet dövlətinin bu cür mövqeyi sosialist ölkələri daxilində fəaliyyət göstərən antisosialist qüvvələrin və onlara dıəstək verən Qərb dövlətlərinin əl-qolunu açdı. [11. S.379]
Şərqi və Mərkəzi Avropanın sosialist dövlətlərində başlanan demokratik hərəkatla da dramatik məqamlarında Qərbdən gələn dəstəyin rolu çox böyük idi. Başqa cür nəticə ola da bilməzdi. Uzun illər sosializm dünyası ilə üz-üzə duran Qərb əlverişli məqamda öz siyasətini yeridirdi. Qərb dövlətləri çoxdan bu ölkələrdəı gedən prosesləri diqqət mərkəzində saxlayır, ona hər cür dəstək verirdilər. SSRİ-nin onlara himayədarlıq siyasətindən imtina etməsi onlar üçün geniş meydan açdı. [12, s.153] AFR və ABŞ Macarıstanda hökumətə müxalif qüvvələrə böyük maliyyə yardımı göstərirdilər [13, s. 85-86] Onlar Yuqoslaviyada milli zəmində başlamış münaqişələrə dəstək verirdilər. [14, s. 29]
Beləliklə, 1980-ci illərin ikinci yarısında dünya sosialist-kapitalist qarşıdurmasında – soyuq müharibədə təkcə SSRİ uduzmadı. Qeyd olunduğu kimi, bu qarşıdurmada SSRİ-nin yeri və rolu birinci idi, lakin SSRİ-nin iflasından danışarkən onu əhatə edən digər sosialist dövlətlərində və üçüncü dünya ölkələrində gedən prosesləri də nəzərdən qaçırmaq olmaz. “Soyuq müharibədə” SSRİ-nin Qərb dünyasına uduzması və sosializmin daşıyıcısı olaraq iflasa uğraması qlobal bir dünya prosesinin tərkib hissəsi idi.
Avropanın sosialist dövlətlərində 1980-ci illərdə başlanan dəyişmə prosesləri özünü xalq kütlələrinin fəallığının artmasında, mövcud rejimlərə qarşı müqavimətinin atırılmasında müşahidə olunurdu. Nəhayət, 1989-cu ildə SSRİ-də gedən proseslərin yekun fazasına daxil olması məqamında bir-birinin ardınca sosialist dövlətlərində ictimai-iqtisadi sistemin dəyişməsinə aparan inqilablara gətirib çıxardı 1991-ci ildə SSRİ-nin dağılması ilə bu proses başa çatmış oldu.
Açar sözlər: Sosializm birliyi ölkələri; SSRİ-nin iflası; QİYŞ; Varşava Müqaviləsi Təşkilatı; Soyuq müharibə.
ƏDƏBİYYAT:
1. Ильинский И. М. Холодная война: новый этап // Знание. Понимание. Умение. — 2015. — № 3.
2. Информационное бюро коммунистических и рабочих партий https://bigenc.ru/world_history/text/2015983
3. Сове́т Экономи́ческой Взаимопо́мощи. https://bigenc.ru/domestic_history/text/3589191 )
4. Организа́ция Варша́вского Догово́ра https://bigenc.ru/military_science/text/2683231)
5. Известия, 2 июля 1991;
6. Германская Демократическая Республика (Deutsche Demokratische Republik), ГДР (DDR). https://www.booksite.ru/fulltext/1/001/008/009/814.htm)
7. Венгерская Народная Республика http://historic.ru/books/item/f00/s00/z0000020/st013.shtml)
8. Югославия, Социалистическая Федеративная Республика Югославия, СФРЮ http://geo.historic.ru/enc/item/f00/s00/m000035/index.shtml)
9. По́льская Наро́дная Респу́блика https://pravo.studio/gosudarstva-prava-istoriya/polskaya-narodnaya-respublika-narodnoy-69095.html
10. Новейшая история стран Европы и Америки. XX век. Ч.3: 1945–2000. – М., 2004
11. Медведев В. А. Распад. Как он назревал в «мировой системе социализма». М., 1994
12. Новейшая история стран Европы и Америки. XX век. Ч.3: 1945–2000. – М., 2004
13. Усиевич М. А. Десятилетие реформ в Венгрии. 90-е годы XX в. // Новая и Новейшая история. 2002. № 5.
14. Тягуненко Л. В. Союзная Республика Югославия на рубеже XXI века // Новая и новейшая история. 2001. № 3.
НЕКОТОРЫЕ РАЗМЫШЛЕНИЯ О МЕСТЕ И РОЛИ СОЦИАЛИСТИЧЕСКИХ ГОСУДАРСТВ ВОСТОЧНОЙ И ЦЕНТРАЛЬНОЙ ЕВРОПЫ В КРАХЕ ВСЕМИРНОГО ЛАГЕРЯ СОЦИАЛИЗМА
Ибрагим Алиев
Кандидат исторических наук,
Досент Азербайджанского Университета
Туризиа и Менесмента.
[email protected]
Аннотация:
Одним из глобальных событий, произошедших в мировой истории в конце двадцатого века, стал распад СССР и объединенный вокруг него лагерь мирового социализма. Это событие привело к фундаментальным изменениям в мире и дало толчок к формированию нового мирового порядка. В этой статье рассматриваются место и роль стран Восточной и Центральной Европы в крахе социализма и его последствия с позиции судьбу этих стран. Исходя их результатов исследований можно сказать, что подход к этим вопросам с точки зрения глобальных процессов способствует более реалистичному их пониманию.
Ключевые слова: страны Социалистического Содружества; Распад СССР; Совет Экономической Взаимопомощи; Организация Варшавского Договора; Холодная война
SOME REFLECTIONS ON THE PLACE
AND ROLE OF THE SOCIALIST STATES OF EASTERN AND CENTRAL EUROPE İN THE COLLAPSE OF THE WORLD CAMP
OF SOCIALISM
Ibrahim Aliyev
PhD in History, associate professor of Azerbaijan
University of Tourism and Management
[email protected]
Abstract:
One of the global events that took place in world history at the end of the twentieth century was the collapse of the USSR and the camp of world socialism united around it. This event led to fundamental changes in the world and gave impetus to the formation of a new world order. This article discusses the place and role of the countries of Eastern and Central Europe in the collapse of socialism and its consequences from the perspective of the fate of these countries. Based on their research results, it can be said that an approach to these issues from the point of view of global processes contributes to a more realistic understanding of them.
Key words: countries of the Socialist Commonwealth; The collapse of the USSR; Council for Mutual Economic Assistance; Warsaw Pact Organization; Cold war
"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM