Tarix üzrə fəlsəfə doktoru, dosent
Sözün həqiqi mənasında ölkəmizdə tarix elminin ağsaqqalı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 80 illik yubileyi ərəfəsində onun haqqında öz fikirlərimi bölüşmək istərdim.
Tarix elminin ağsaqqalı dedikdə qeyd etmək istərdim ki, bu adı qazanmaq asan deyildir. Bu ad özündə çox məqamları birləşdirir. Bu ada layiq olmaq üçün müəyyən sayda və həcmdə tədqiqat işlərinə malik olmaq kifayət deyildir. Bu mənsəbə yüksəlmək üçün elə mərhələləri və səviyyələri fəth etmək lazımdır ki, bu ad təbii yolla həmin şəxsiyyətlə birləşsin. Bu adı heç bir fərmanla vermirlər, ona təmənnasız, səmimi, məzmunlu, gərgin zəhmət, kamilləşmə yolu ilə qazanırlar. Müdriklik verilmir, müdrikliyə yüksəlirlər.
Bu sözləri Yaqub müəllim haqqında, onun fəaliyyəti, əldə etdiyi nailiyyətləri, yüksəldiyi səviyyə haqqında düşünərkən ağla gələn fikirlər kimi qeyd etdim. Onun 80 illik yubileyi yaxınlaşır. Bu illər ərzində onun bir ziyalı alim, ictimai xadim, gözəl müəllim, mükəmməl bir vətəndaş hər kəsə örnək ola bilən bir şəxsiyyət kimi dəyərləndirmək və bunu səmimi-qəlbdən etiraf etmək ürəkdən gələn bir istəkdir.
80 yaş insanın müdriklik məqamıdır. Bu yaşda insanları bir birindən fərqləndirən başlıca cəhət dönüb keçilmiş yola baxanda “həyatda nə etmisən” sualına nə cavab verməsindən çox asılıdır. Ömrün dəyər ölçüsü əməllərdir. Yaqub müəllim bu mənada az sayda insanlara məxsus olan mənalı, zəngin həyat yolu keçmişdir.
Biz Yaqub Mahmudovu hər şeydən öncə müəllimimiz kimi tanımışıq. Həyatda müəllimlərimiz çox olub. Lakin onların içərisində xüsusi seçilənlərdən biri Yaqub müəllim olmuşdur. Onun dərin biliyi, dərs demək manerası, ədaləti, incə yumoru tələbələrinin yaddaşında dərin iz qoymuşdur.
Yaqub müəllimlə rastlaşdığımız gündən onu gözəl bir tədqiqatçı, sanballı kitabların və elmi məqalələrin müəllifi kimi tanımışıq. Yadımdadır, biz tələbə olarkən tarix elmində öz sözünə, sanbalına malık alimlərin əsərləri ilə tanış olduqca döğma tariximizdə boşluqların olduğunu görürdük. Lakin Rusiya və dünya tarixçiləri sırasında onlarla yanaşı dura bilən alimlərimizin yazdıqlarını da görəndə fəxr edirdik. Belə alimlərdən biri də tarixin müxtəlif dövrləri, xüsusilə orta əsrlər dövrünün tədqiqatçısı Yaqub müəllim idi. Biz onun əsərlərinə tez - tez müraciət edirdik. Onu da qeyd edim ki, Yaqub müəllimin elmi irsi yalnız orta əsrlərlə məhdudlaşmır. Bu elmin mükəmməllik səviyyəsinə yüksəlmiş bu şəxsin tariximizin ən müxtəlif dövrü haqqında dərin elmi fikirləri vardır. Onun bu sahədə yüksəldiyi səviyyə, hərtərəflilik ona hər bir dövrün müxtəlif məsələləri barəsində fikir söyləməyə haqq verir.
Yaqub müəllimin müasir dövrün aktual məsələləri, bugünkü Azərbaycan üçün son dərəcə böyük əhəmiyyət daşıyan məsələləri barəsində şəxsi tədqiqatları, rəhbərliyi altında yazılmış və nəşr olunmuş əsərləri xüsusi qeyd etmək istərdim. Onun şəxsi təşəbbüsü ilə Azərbaycan tarixinin ən vacib məqamları ön plana çəkilərək tədqiq edilir, nəşr edilir, tərcümə edilərək dünyanın hər yerində yayılaraq dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan bu gün müstəqil dövlətdir. Onun müasir dünyada tanıdılmasında, öz layiqli yerini tutmasında bu tədqiqatların rolu əvəzsizdir.
AMEA-nın tarix institutunda Yaqub müəllimim rəhbərliyi altında Müstəqil Azərbaycanın tarixinin öyrənilməsinə ayrılan diqqəti qeyd etmək lazımdır. İnstitutda bu istiqamətdə aparılan işlər müstəqil Azərbaycanın müasir inkişafı prosesinin tələblərinə uyğundur.
Ulu öndər Heydər Əliyevin irsinin araşdırılması, müasir dövrdə Prezident İlham Əliyevin zəngin quruculuq fəaliyyətinin işıqlanmasında Yaqub müəllimin və onun rəhbərlik etdiyi institutun uğurlarını xüsusi qeyd etmək istərdim. Onun rəhbərliyi altında Azərbaycanın tarixinin ən aktual səhifələri diqqət mərkəzindədir. Xüsusən də, müasir dövrdə müstəqil Azərbaycanın üzləşdiyi problemlərlə bağlı məsələlər ön plana çəkilir, araşdırılaraq dövlətin, cəmiyyətin istifadəsinə verilir. Onların içərisində Azərbaycan xalqına qarşı son yüzilliklərdə törədilmiş soyqırımları, erməni təcavüzü, müasir dövrün problemləri, müstəqil respublikanın tarixi üzrə tədqiqatlar aparılmış, elmi əsərlər nəşr edilmişdir. Onların böyük bir hissəsi xarici dillərə tərcümə edilərək xarici ölkələrdə də yayılmışdır. Tarix institutu Yaqub müəllimin rəhbərliyi altında Azərbaycanın tarixinin öyrənilməsi, onun real tarixinin ortaya qoyulması, haqq səsinin dünya ictimaiyyətinə çatdırılmassı sahəsində böyük işlər görmüşdür.
Yaqub müəllim gənc alimlərin yetişməsində öz məsuldarlığı ilə seçilir. Onun rəhbərliyi altında yüzlərlə alim dissertasiya işlərini müdafiə edərək elmi dərəcələrini almışlar. O, özünün tarix məktəbini yaratmışdır. O, rəhbərlik etdiyi dissertantların elmi mənsəbə yüksəlməsində bilavasitə xidmətini göstərməklə yanaşı, rəhbəri olmadığı tarixçilərin də elmi fəaliyyətinə öz töhfəsini vermiş, xüsusən AMEA -nın tarix institutunun direktoru olduğu müddətdə yüksək səviyyəli tarixçilərin yetişdirilməsində əvəzsiz rol oynamışdır.
Yaqub müəllim böyük tarixçi alim kimi təkcə Azərbaycanda elmi xidmətləri ilə tanınmır. Onu tədqiq etdiyi dövrün və regionun sanballı tədqiqatçısı kimi butun postsovet məkanında və dünyada tanıyır və onun fikirləri ilə hesablaşırlar. Bunu təsdiq edən sübutlardan biri də onun xarici ölkələrdə saysız hesabsız elmi konfranslarda, simpoziumlarda etdiyi çıxışlardır. Əsərlərini dünyanın çox ölkələrində tərcümə edilərək dərc olunmuş, kitabları dünyanın məşhur kitabxanalarında saxlanılır və oxucuların istifadəsindədir.
Onun vətən qarşısında, vətən elminin inkişafı yolunda bir xidmətini də xüsusi qeyd etmək istərdim. Rəhbərlik etdiyi tarix institutunun əməkdaşlarının gücü ilə dünyanın ən müxtəlif ölkələrində arxivlərindən Azərbaycana aidiyyəti olan arxiv sənədlərinin aşkar edilməsi, öyrənilməsi, surətlərinin çıxarılaraq Azərbaycana gətirilməsi, tarix institutu nəzdinə yaradılmış arxivdə cəmləşdirilməsi sayəsində ölkə tarixinin müxtəlif dövrlərinin tədqiqinin asanlaşdırılması üçün nəhəng işlər görülmüşdür. Onun işgüzarlığı elmi fəaliyyətlə məşğul olan hər bir şəxs üçün nümunə ola bilər. Müxtəlif ictimai-siyasi, inzibati işlə yüklənməsinə baxmayaraq, elmi tədqiqat sahəsində qibtə olunacaq dərəcədə məhsuldardır.
Biz Yaqub müəllimi bir ictimai xadim kimi, millət vəkili kimi tanıyırıq. Onun elm sahəsində yorulmaz fəaliyyəti dəyərli ictimai fəaliyyəti ilə yanaşıdır. O, təkcə Azərbaycanın tarixinin həqiqətlərini, onun qaranlıq səhifələrinin tədqiq etmir, həm də bir millət vəkili kimi ölkənin bugünkü problemlərinin qaldırılması, araşdırılması, həlli yollarının axtarışı istiqamətində kifayət qədər dolğun və məzmunlu fəaliyyət göstərir.
Yaqub müəllimin zəngin elmi yaradıcılığından, dolğun ictimai fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən çox danışmaq olar. Lakin qeyd etmək lazımdır ki, onun haqqında hansısa yeni söz demək də çətindir. Çünki o özünün məhsildar elmi və ictimai fəaliyyəti ilə hər kəsə tanışdır. Burada mənim kiçik qeyddə onun haqqında dediklərim onu bizim necə tanıdığımızı ifadə etmək üçündür. Biz onu bu cür tanıyırıq və ona bu cür qalmağı, öz elmi və ictimai fəaliyyətini xalqımızın, dövlətimizin, cəmiyyətimizin yüksəlişi yolunda uğurla davam etdirməyi arzu edirik.
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM