Tarix üzrə fəlsəfə doktoru, dosent
Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində etnik mənsubiyyət amili özünü bu və ya digər şəkildə büruzə vermişdir. Həyati məkan və resurslar uğrunda cərəyan edən permanent mübarizə aktuallığını qoruyub saxlamış, inkişaf və müasirləşmə prosesində formasını, intensivliyini dəyişsə də öz ilkin mahiyyətindən uzağa gedə bilməmişdir. Rusiya imreriyasının varisi kimi tarix səhnəsinə çıxmış Sovet dövlətinin həyatında milli məsələ həmişə aktual olmuşdur. Hakim Kommunist partiyasının diqqət ayırdığı, daim narahat olduğu sahələrdən biri kimi milli sahədə yeridilən siyasətə, xüsusən onun ideoloji cəhətdən əsaslanmasına çox böyük enerji və vəsait sərf olunurdu. Ciddi cəhdlə SSRİ-də mill məsələnin həll olunduğu təlqin edilir, bundan fərqli fikirlərin qarşısı sərt şəkildə alınırdı. Məlum olduğu kimi, 1970-ci illərdə hətta bu ölkədə insanların yeni bir tarixi birliyi olan “sovet xalqının” təşəkkül tapması ideyası geniş şəkildə cəmiyyətə və dünyaya təbliğ edilir, onun təsdiqi üçün çoxsaylı kitablar yazılırdı. (1. s. 232)
Lakin bütün bu cəhdlərə baxmayaraq, artıq 1980-ci illərdə SSRİ-nin və dünya sosializm sisteminin süqutu ərəfəsində milli məsələdə də bütün gizli və ziddiyyətli məqamlar üzə çıxmağa başladı və bu vaxta qədər təbliğ edilən və dəstəklənən müddəaların əsassızlığı praktikada üzə çıxdı. Eyni zamanda mövcud ideoloji şablonlardan geri çəkilmələr artıq xeyli əvvəl özünü göstərməyə başlamışdı. Milli məsələ bu dovlətin iflası ərəfəsində xüsusi təsirə malik idi. Onun araşdırılması postsovet məkanda müasir durumun çox məsələlərini dana aydın təsəvvür etməyə imkan verir.
Sovet hakimiyyətinin mövcudluğunun son onilliklərində ali hakimiyyətdə çox gözəl başa düşürdülər ki, bu ictimai-iqtisadi sistemin və həmin prinsiplər üzərində qurulmuş Sovet cəmiyyətinin belə davam eləməsi mümkün deyildir. Rəsmi səviyyələrdə inkişaf etmiş sosializm, kommunizm quruculuğunun uğurla davam etdirilməsindən danışılsa da, artıq bu yalançı təbliğata inananlar o qədər də çox deyildi. Xüsusi işgüzar dairələrdə isə ictimai həyatın bütün sahələrində dərinləşən böhranın törədə biləcəyi reallıqlardan çıxış edilərək yeni-yeni planlar hazırlanır, istənilən nəticə üçün variantlar götür-qoy edilirdi.
Deyilən bu məqamlar SSRİ kimi nəhəng çoxmillətli dövlətin milli siyasətinə də aid idi. Kağız üzərində Sovetlər dövlətində, dünya sosializm düşərgəsində milli məsələnin tam həllindən danışılsa da, həm real həyatda, həm də partiya və dövlət hakimiyyətinin bütün səviyyələrində bu sahədə necə bir qorxunc təhlükənin gizləndiyini, hər an partlayışla nəticələnə biləcəyini dərk edirdilər.
Soyuq müharibə şəraitində dünya sosializm düşərgəsi ilə üz-üzə dayanan Qərb dünyası də bu zəif cəhəti dərindən dərk edir və ondan istifadə etməyə çalışırdılar. Xüsusən də, bu sahədə uydurma bir səbəb axtarmağa ehtiyac yox idi. Sovet reallığının özü bu cür təbliğat üçün kifayət qədər geniş material verirdi.
Sovet dövlətinin ictimai-iqtisadi, sosial-siyasi və mənəvi-ideoloği böhranının dərinləşdiyi son onillillərdə milli münasibətlər sisteminin əyər-əskiklikləri tam çılpaqlığı ilə üzə çıxır. Buna görə də SSRİ-nin və bütün dünya sosializm sisteminin son nəfəsində milli amil son dərəcə aktuallaşaraq, onun dağılmasında əvəzsiz rol oynadı.
Sovet dövlətinin süqutunu hazırlayan “yenidənqurma” rəhbərliyinin milli məsələdə atdıqları addımların bir hədəfi var idi ki, o da imperiyanı yeni əsaslarla qoruyub saxlamaq, çoxsaylı xalqları bir dövlət çərçivəsində saxlayan ideologiya aradan qalxandan sonra onun tərkibindən qopub ayrılmış və ya ayrılmağa can atan əraziləri öz çərçivəsində, ən azı isə öz təsir dairəsində saxlamaq olmuşdur.
Başa düşürdülər ki, sovet sosialist ictimai-iqtisadi quruluşu və ideologiyası iflasa uğrasa da ondan əvvəlki sistemi bərpa etmək, o vaxt əsarət altında olan xalqları həmin çərçivədə və həmin qaydalar əsasında saxlamaq mümkün deyildir. Lakin imperiya ambisiyaları qalırdı və bu ambisiya postimperiya məkanında mövcud istəkləri müasirləşmiş şəkildə qoruyub saxlamağa çalışırdılar.
Millətlərin dirçəlməsindən çox onların müəyyən çərçivəddə saxlanılmasına yönəlmiş milli siyasət Sovet dövlətinin bütün tarixi boyu davam etmiş, zamanın və real tendensiyaların təsiri altında müəyyən qədər dəyişsə də, mahiyyətcə olduğu kimi qalmışdı. Sovet dövlətinin bütün tarixi boyunda bəyan edilən internasionalizm hay-küyü altında xalqlara ayrı-seçkilik qoyan, qeyri-rus, qeyri-slavyan, qeyri-xristian xalqlara münasibətdə fərqli xətt yeridən siyasət praktikada möhkəm yerinə malik idi.
SSRİ-nin dağılması ərəfəsində real parçalanmaq və xalqların müstəqillik əldə edərək Rusiyanın orbitindən çıxmaq təhlükəsi yaxınlaşdıqca bu “qara gün üçün” qorunub saxlanmış, yaradılaraq bəslənmiş cürbəcür vasitələr 1980-ci illərdə tədricən ortaya çıxmağa başlayır.
İttifaq dövlətinin təməlində olan nəzəri əsaslardan tutmuş praktikada həyata keçirilən siyasətin çatışmayan cəhətləri, ideya ilə, şüarlarla real əməllərin bir birinə ziddiyyət təşkil etməsi, internasionallıq pərdəsi altında yeridilən milli siyasətin yaratdığı mühit yeni şəraitdə çoxmillətli dövləti qoruyub saxlamaq qabiliyyətini itirmişdi. Milli məsələdə uzun illər boyu toplanmış problemlər bəyan olunmuş internasionalist şüarlarla ziddiyyət təşkil edir, praktikada ayrı-ayrı xalqlara və millətlərə münasibətdə tətbiq edilən prinsiplər qoyulan ideallardan uzaq idi. İstənilən məqamda əlverişli şəraitdə bu sahədə olan problemlər müxtəlif münaqişələrin alovlanması üçün zəmin ola bilərdi.
Nə qədər ki, ölkədə ictimai-siyasi vəziyyət nəzarət altında idi, partiya və hökumətin iradəsinə tabe olurdu, bu ziddiyyətlər o qədər də hiss olunmurdu. Milli məsələ dövlətin hələ güclü olduğu və hər şeyi nəzarət altında saxladığı dövrdə aktual deyildi. Lakin ölkədə ictimai-iqtisadi həyatın problemləri artdıqca, bütün başqa məssələrdə olduğu kimi, milli münasibətlər sahəsində də narazılıqlar artmaqda idi. Milli münasibətlər həssas bir məsələ olaraq hər bir çətinliyin, əyintinin, ədalətsiz qərarın fonunda dərhal özünü büruzə verirdi. Milli zəmində elə məqamlar var idi ki, onların qabardılması milli zəmində narazılıq ocaqlarının alovlanması üçün kifayət edirdi.
Brejnevin olümündən sonra SSRİ-nin bir dövlət kimi dağılmasına qədərki dövrdə bir birindən fərqlənən mərhələlər açıq-aşkar şəkildə müşahidə olunurdu. Lakin onların çoxluğuna baxmayaraq, bütövlükdə iki mərhələni bir birindən fərləndirmək lazımdır.
Birinci mərhələ 1982-85-ci illəri əhatə edir. Y.Andropovun və K.Çernenkonun ölkəyə rəhbərlik etdikləri dövrdə onların iş prinsipi qətiyyətliliyi, kəsərliliyi ilə fərqlənsə də, bu dövrü bir məsələ birləşdirirdi. Həmin dövrdə dövləti, sosializm cəmiyyətini, uzun illər ərzində çoxmillətli Sovet cəmiyyətinin əldə etdiyi nailiyyətləri xilas etməyə cəhd edirdilər. Bunun üçün onların dərindən düşünülmüş, elmi və praktik cəhətdən əsaslandırılmış proqramları olmasa da, onların ölkəni ictimai-iqtisadi təməlindən və təməl prinsiplərindən uzaqlaşdırmaq fikri olmamışdı. Ölkədə uzun illər boyu üst-üstə yığılmış problemləri həll etməyə gücləri və səriştələri kifayət etməsə də, onlar situasiyanı xilas etmək istəyirdilər.
1985-1991-ci illəri əhatə edən ikinci mərhələ xilas missiyası arxa plana keçir. Ölkədə uzun illər boyu kök salmış neqativ tendensiyalar gələcək iflas üçün zəmin hazırlamaqla yanaşı bu iflasda maraqlı olan qüvvələri də formalaşdırmışdı. Bu qüvvələr Sovet dövlətinin onlar üçün yaratmış olduğu məhdudiyyətləri aradan qaldırmaq üçün düşmənlə də əməkdaşlıq etməyə hazır idilər. Günü-gündən onların sırası genişlənirdi. Sosializm sisteminin iflasının tərəfdarları böyük imkanlar əldə edir, dövlət və partiya orqanlarına nüfuz edir, vacib mövqeləri ələ keçirirdilər. Ən qorxulusu isə o idi ki, əhali içərisində pozuculuq işi aparır, sosializm dəyərlərinin gözdən salır, insanlarda bu pozucu fəaliyyətə biganəlik hissi təlqin edirdilər. Onların bu pozuculuq fəaliyyətinə isə Sovet dövlətinin və partiyanın nəzəriyyəsində və praktik fəaliyyətində malik olduqları neqativ amillər münbit şərait yaradırdı.(2; 3;4;5;)
İqtisadi həyatda bu amil ictimai mülkiyyət adı altında dövlətin əlində mərkəzləşdirilmiş mülkiyyətin və həyati resursların idarə edilməsində yol verilən talanlar, bürokratik əngəllər, korrupsiya və rüşvətxorluq, millətlərin iqtisadi inkişafına münasibətdə ayrı-seçkilik, nəhayət, iqtisadiyyatın təbii inkişaf qanunlarının pozularaq süni şəkildə subyektiv və avantürist planlar qurmaqda özünü büruzə verirdi. Bir birini inkar edən ziddiyyətli qərarların verilməsi, xaos üçün şərait yaradan addımların atılması ölkənin sosial-iqtisadi, siyasi-mənəvi əsasını zəiflədirdi.
Milli münasibətlər sistemində iflasın əsasında duran amillər isə daha mürəkkəb idi. Sovet dövlətinin bütün mövcud olduğu dövrdə milli respublikalara münasibətdə yeritdiyi real xəttin cəmiyyətin nəzəri əsaslarına uyğun gəlməməsi, ayrı-ayrı xalqlara və millətlərə bütün məsələlərdə neqativ mənada fərq qoyulması, ideoloji bəyanatlarda bayraq edilən norma və prinsiplərin ziddinə olaraq millətlərin maraqlarının arxa planda olması, milli kadrların partiya və dövlət vəzifələrində, idarəçilik orqanlarında təmsilçiliyində olan yarıtmaz praktika, iqtisadi inkişafda milli respublikalara əyalət düşüncəsi lə yanaşılması, milli respublikalara müxtəlif məsələlərdə fərqlərin qoyulması, bu sahədə yaranan neqativ tendensiyanın və münaqişə zəmininin saxlanmasına xidmət edirdi. Digər tərəfdən isə sürətləndirilmiş templərlə birtipli əhali kütləsi formalaşdırılması istiqamətində aparılan xətt, dövlətin üzərində dayandığı norma və prinsiplərin ziddinə olaraq, yazılmamış qanunlar əsasında idarəetmələr, artıq Sovet hakimiyyətinin yeddinci onilliyyində heç kim üçün sirr deyildi. Sovet dövlətinə qarşı duran xarici və daxili qüvvələr də milli məsələdə bu reallıqdan istifadə edirdilər.
“Yenidənqurma” dövründə milli məsələdə atılan hər bir addım, qəbul olunan hər bir qərar obyektiv olaraq narazılıqların yaranmasına, milli-etnik zəmində qarşıdurmalara gətirib çıxarırdı. Yenidənqurma platformasının məqsədləri haqqında, qeyd olunduğu kimi, birmənalı fikir yoxdur. Lakin onun Sovet dövlətində və sosializm dünyasında köhnə ictimai-iqtisadi və siyasi-ideoloji iflasına nail olmaq kimi məqsədinin olmasına dəlalət edən kifayət qədər faktlar mövcuddur. Bu faktlar xeyli sayda tədqiqatçıların bu siyasətin həmin məqsədə xidmət göstərməsi qənaətinə gəlməsinin əsasında dayanır. Milli münasibətlərə aidiyyəti və təsiri olan məsələlərin qabardılması, münaqişə yarada bilən faktların ortaya atılması, münaqişəyə sövq edən qərarların qəbul edilməsi və addımların atılması, zənnimizcə, təsadüfi deyildi və konkret hədəflərə yönəlmişdi, ilk baxışda təsadüfi olması təsirini bağışlasa da, son dərəcə dəqiqliklə, məqsədyönlü şəkildə həyata keçirilir və lazımi effektə nail olunurdu.
Milli sovet sosialist respublikalarının maraqları nöqteyi nəzərdən imperiyaların dağılması faktına yanaşdıqda, qeyd etmək lazımdır ki, xalqların öz müstəqilliklərinə qovuşması nöqteyi nəzərindən haqqında danışılan proses mütərəqqi xarakter daşıyırdı. Eyni zamanda inkişaf prosesində xalqların bir-birinə yaxınlaşması, qloballaşma prosesi nəticəsində vahid ictimai-iqtisadi, siyasi və mənəvi məkanın təşəkkülü, ümumi hüquqi normaların bütün dünyanı əhatə etməsi müsbət bir hadisədir. Lakin praktikada bu prosesin müsbət cəhətləri ilə yanaşı kifayət qədər bəlalı və neqativ nəticələr verməsi də reallıqdır. Qlobal proseslər ümumi maraqlara müəyyən qədər müsbət təsir etsə də, ayrı-ayrı dövlətlərin subyektiv siyasəti, hegemonluq uğrunda gedən mübarizədə heç də həmişə kiçik xalqların və onların dövlətlərinin maraqlarını nəinki nəzərə almır, hətta kobud şəkildə taptalayır. Tarix sübut etdi ki, SSRİ dövlətinin yaranması, bu ideya altında çoxsaylı xalq və millətlərin vahid məkanda birləşdirilməsi zamanı da millətlərin üzləşdiyi neqativ tendensiyalar ümumi qanunauyğunluqdan kənarda qalmır. Buna görə də bütün cəhətlərinə baxmayaraq, xalqların öz dövlətlərinin yaradılmasına gətirib çıxaran proses müsbət xarakter daşıyırdı.
Lakin SSRİ-nin çoxmillətli bir dövlət olaraq dağılması sivil qaydada deyil, xüsusən milli respublikalar üçün fəlakətli bir formada baş verirdi. Uzun illər ideoloği pərdə rolunu oynamış internasionalizm, xalqlar dostluğu ideyalarından imtina edilməsi birbaşa onları qarşı-qarşıya qoydu. İmperiya ambisiyaları ilə çıxış edən Sovet dövləti ideoloği buxovlarından imtina etdikdən sonra imperiyanı köhnə sərhədlərində saxlamaq üçün Sovet tarixi boyunca qorunub saxlanmış vasitələri istifadə etdilər. “Yenidənqurma” dövründə milli məsələyə toxunan bütün məqamlarda atılan hər bir addım, qəbul edilən hər bir qərar bu zəmində münaqişələrin alovlanmasına gətirib çıxardı.
Milli zəmində münaqişələrin aşkar şəkildə üzə çıxması 1986-cı ilin dekabrında Qazaxıstan SSR-in rəhbərliyində milli heysiyyata toxunan dəyişikliklə başlandı. Qeyd etmək lazımdır ki, Qazax D.Kunayevin respublika rəhbərliyində rus G.Kolbinlə əvəz edilməsi adi bir kadr dəyişikliyi deyildi. Görünür bu münaqişənin alovlanması üçün digər amillər yetişmişdi və kadr dəyişikliyi hadisələrin başlaması üçün təkan rolunu oynadı. Döğrudanmı bu kadr dəyişikliyi elə bir alt məqsədlər güdmürdü və düzəldilə bilən adi bir səhv idi? Bu məsələyə tədqiqatçılar arasında birmənalı fikir yoxdur. Faktlar isə tamamilə bu hadisə barəsində pozitiv fikir deməyə əsas vermir. Bir-birinin ardınca milli münasibətlər sahəsində partiya və dövlət orqanlarının “səhvlər” buraxması, zənnimizcə, təsadüfi deyildi. Buna görə də milli məsələdə mövcud faktların ardıcıl və kompleks şəkildə araşdırılmasına ehtiyac vardır.
Həmin illərdə eyni ssenari ilə SSRİ-nin ən müxtəlif yerlərində milli zəmində münaqişə ocaqlarının alovlandırılması heç təsadüfə bənzəmir. Yuxarıda vurğulandığı kimi, milli münasibətlər məsələsində milli kadrlar probleminin qabardılması, Baltikyanı dövlətlərdə onların əleyhinə yonəlmiş “Molotov-Ribbentrop paktının” ifşası, qonşu respublikalar arasında mübahisəli ərazilər məsələsinin aktuallaşdırılması və bu kimi digər məsələlər Sovet məkanını bürüyən münaqişələrin yaradılması və genişlənməsinə təkan verirdi. Qaldırılmış bu problemlər postsovet məkanında bu günə qədər davam edən münaqişələrin əsasında dayanır.
Milli məsələnin kəskinləşməsinə təkan verən mühüm problemlərdən biri də SSRİ-nin yeniləndirilməsi üçün ittifaq müqaviləsinin hazırlanmasına və imzalanmasına edilən cəhd olmuşdur. Faktları araşdırarkən belə bir reallığı müşahidə etməmək mümkün deyildir ki, bu cəhd SSRİ-ni yeniləşdirmək, ona yeni nəfəs verməkdən daha çox onun dağılmasını sürətləndirməyə hədəflənmişdi. Çünki bu məsələnin qoyulmasında və müzakirəsində onu nizama salmaqdan daha çox narazılıqları qızışdırmaq, məsələnin həllini düyünə salmaq istiqamətində ideyalar irəli sürülür, qarşıdurmalar qızışdırılırdı. Vahid ideologiyanın, sosialist dəyərlər sisteminin iflasa uğradılması, ölkənin hər yerində milli zəmində münaqişələrin alovlandığı şəraitdə yeni ittifaq müqaviləsi məsələsinin ortaya qoyulması münaqişəni qızışdırmaqdan başqa heç nə verə bilməzdi. Partiya və dövlət orqanları, xüsusən M.Qorbaçovun rəhbərlik etdiyi hakimiyyət komandası milli məsələdə problemlərin artmasını xalqların milli şüurunun ayılması, milli özünüdərk prosesinin güclənməsi ilə izah edir, bununla məsuliyyətdən qaçmağa çalışırdılar.
Əslində, milli məsələnin bəyan olunduğu prinsiplərə uyğun gəlməməsi ittifaq dövlətinin yaradılması və milli dövlət quruculuğunun nəzəri təməlində aşkar şəkildə müşahidə olunurdu. Еlə həmin dövrdə xalqların milli dövlətçiliyinin təmin edilməsi, onların dövlət quruluşunun müxtəlif formaları ilə təmin edilməsi formal xarakter daşıyırdı. SSRİ yaradılan zaman İ.Stalinin təklif etdiyi “Muxtariyyətləşdirmə” planı bolşevik hakimiyyətinin istəklərini daha düzgün əks etdirirdi. Əslində SSRİ-nin federativ deyil, unitar dövlət olması nəzərdə tutulur, ittifaqa daxil olan respublikalar isə muxtar hüququnda RSFSR tərkibinə daxil olmalı idi. V.Lenin İ.Stalinin bu təklifini tənqid etmiş, bu məsələdə ondan fərqli ittifaq yaratmaq planını təklif etmişdi ki, o da tətbiq edilmişdi. Lakin Sovet dövlətinin tarixi sübut etdi ki, bu iki bolşevik liderin planları bir birindən formal cəhətddən fərqlənsə də, mahiyyətcə eyni xarakter daşıyırdı və eyni nəticəyə gətirib çıxarırdı. V.Leninin layihəsində həqiqi reallıq daha ustalıqla ört-basdır edilirdi. Mahiyyət isə dəyişilməmiş qalırdı. Belə əsaslarla ittifaq dövlətinin yaradılması özündə istənilən məqamda milli narazılıq əsasında başlaya biləcək münaqişə üçün potensial təhlükə saxlayırdı. (11; 12, s. 192-193)
1970-80-ci illərdə elmi və siyasi dairələrdə ilk baxışdan haqlı görünən bir ideya cəmiyyətə yeridilməyə başlayır: guya SSRİ-də haqqı tapdalanan birinci növbədə ruslar və Rusiya olmuşdur. Bunu da onunla əsaslandırırdılar ki, Rusiya başqa milli respublikalardan və qeyri-rus millətlərindən fərqli olaraq öz kommunist partiyalarına, real hakimiyyətə malik hökumətinə malik deyildir, bu respublikanın maraqları başqa milli respublikaların maraqlarından fərqli olaraq ümumittifaq maraqlarının kölgəsində qalır. Buna görə də onların problemlərinin həlli arxa plana keçir və tez-tez unudularaq həll olunmamış qalır.
Əslində isə bu fikir real vəziyyəti dolaşdırmaq, insanların diqqətini əsas problemlərdən və həyata keçirilən siyasətin əsl mahiyyətindən yayındırmağa xidmət edirdi. Rusiyanın özünün məxsusi kommunist partiyasının olmaması heç də onların hüquqlarının tapdanması deyil, başqa bir reallıqdan xəbər verirdi. Reallıqda, SSRİ hökuməti, Sov.İKP MK rusiyaya məxsus hakimiyyət strukturları olmaqla müttəfiq respublikalardan yüksəkdə dayanırdı və onları idarə edirdi. Belə bir anlamda sırf Rusiyaya məxsus dövlət və partiya strukturlarının yaradılması isə nəinki Rusiyanın hüquqlarını təmin etmiş olardı, əksinə Rusiyanı başqa respublikalarla eyni səviyyəyə qoymaqla onun hegemon mövqeyinə zərbə vurmuş olardı. Buna görə də bu hüquqların bu şəkildə qabardılması tamamilə başqa məqsədlərə xidmət edirdi.
Mühüm partiya və dövlət sənədlərində SSRİ-də milli məsələnin həll edilməsi haqqında müddəalar təkrar-təkrar yekun tezisi kimi qəbul edilsə də, süqut ərəfəsində baş verən hadisələr bunun tam tərsini sübuta yetirirdi. Kommunist ideologiyasından, onun dəyərlər sistemindən imtina isə milli məsələdə problemləri tam çılpaqlığı ilə göstərdi və bu sahədə münaqişələrin başlaması və dərinləşməsi üçün siqnal rolunu oynadı. Həmin addımların, qəbul edilən qərarların bütöv şəkildə nəzərdən keçilməsi bu həqiqəti əyani şəkildə nümayiş etdirirdi. İctimai-iqtisadi, sosial-siyasi böhranın dərinləşməsi şəraitində müxtəlif milli dövlət qurumlarının fərqli səviyyəsinin, milli dövlət qurumuna malik olmaq şərtlərinin müzakirə obyektinə çevrilməsi, yeni ittifaq müqaviləsinin bağlanması ideyasının ortaya atılaraq bu istiqamətdə danışıqların aparılması ictimai həyatın bütün sahələrində günbəgün dərinləşən böhran şəraitində quruculuğa deyil münaqişələrin qızışdırılmasına xidmət edirdi. Hətta İttifaqın qalıb-qalmaması barədə ümumxalq səsverməsinin keçirilməsi, ittifaq müqaviləsinin mübahisəli variantlarının müzakirəsi bu ittifaqın saxlanmasına deyil, dağıdılmasına xidmət edirdi. (4, s.278). 1991-ci ilin avqustunda SSRİ-nin dağılmasının qarşısını almaq cəhdi kimi qələmə verilən “Avqust qiyamı” oyunu da milli məsələ sahəsində həyata keçirilən oyunbazlığın son nöqtəsi oldu. (5, s.248; 6)
SSRİ-nin dağılmasl Sovet dövlətinin mövcud olduğu dövrdə həyata keçirdiyi ikiüzlü siyasətə son qoydu. SSRİ-nin və dünya sosializm sisteminin iflasının səbəbləri çoxdur. Milli məsələdə yeridilən ayrıseçkilik siyasəti onlardan biridir. İflasın səbəbləri bu dövlətdə və sosializm dünyasında ictimai həyatın bütün sahələrində kök salmış dərin problemlərin nəticəsi idi. Onun qarşısını almaq olardımı, bu iflası törədən səbəblərin aradan qaldırılmasının mümkünlüyü məsələsi daha geniş tədqiqatların mövzusudur. Sovet dövlətinin yeritdiyi milli siyasətin ziddiyyətləri, çatışmazlıqları, səhvləri, qərəzli məqamları vaxtaşırı neqativ nəticələrini göstərirdi. Sosializm nəzəriyyəsinə sadiq olan dövlətdə milli münasibətlər sistemində belə problemlər olmamalı idi, əks haldı bu yarımçıq internasionallığın, xalqlar dostluğunun axırı yox idi və tarixi inkişaf da son nəticədə bunu əyani şəkildə sübut etdi. Haqqında danışılan dövrün milli siyasətində pis cəhət ondan ibarət idi ki, xalqların uzun illər boyu əldə etdiyi yaxınlaşmanın, mehriban qonşuluq münasibətinin üstündən xətt çəkildi, xalqlar, millətlər üz-üzə qoyuldu. Xalqların mənafeyi, onların halal haqları dağıdıcı qüvvələrin maraqlarına qurban verildi.
M.Qorbaçovun rəhbərlik etdiyi komandanın bütün sahələrdə yeritdiyi siyasət ölkəni dağıtmağa, onun sərvətlərini talan etməyə xidmət edirdi. Belə bir vaxtda onlar ilk növbədə dövlətin yükünü öz çiynində apara bilən köhnə partiya və dövlət komandasının axırına çıxdılar. Onların əqidəsinə və məqsədlərinə uyğun gəlməyən şəxsləri hakimiyyətdən uzaqlaşdırdılar. Onlardan biri də o vaxt mühüm partiya və dövlət vəzifəsi daşıyan – Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev idi. 1985-ci ildə Sov.İKP MK-nın baş katibi vəzifəsini keçən gündən dövlətin əvəzolunmaz güclü kadrlarını hakimiyyətdən uzaqlaşdırmaq üçün ən müxtəlif vasitələrdən istifadə edən M.Qorbaçov 1987-ci ilin Noyabr Plenumunda Heydər Əliyevin istefasına nail oldu. Çünki Heydər Əliyev kimi şəxslərin iş başında olduğu şəraitdə o, öz qaranlıq işlərini görə bilmirdi. Hakimiyyətdən uzaqlaşdırılandan sonra Heydər Əliyevə qarşı aparılan böhtan kampaniyası da həmin məqsədə xidmət edirdi. Bu yolla onu susmağa, cəmiyyətdən təcrid etməyə çalışırdılar.
Belə bir şəraitdə milli münaqişələrin məqsədyönlü şəkildə qaldırılması və “idarə edilməsində” şübhə yeri qalmır. Milli məsələlərdə bu vaxta qədər gizlədilən faktların və məsələlərin qaldırılması, əvvəllər qəbul edilmiş norma və standartların şübhə altına alınması milli məsələdə qızışdırıcılıq işinə xidmət edirdi. Bu təhriklərin ən dəhşətlisi üsə xüsusi qüvvələrin vasitəsi ilə bu və ya digər yerlərdə milli qırğınların törədilməsi və onun milli məcraya yönəldilməsi oldu. Sumqayıtda, Bakıda, Fərqanədə, Gürcüstanda və sairə yerlərdə təşkil edilən milli qırğınların bir məqsədi var idi.
Diqqəti 1990-cı ilin martında SSRİ-nin saxlanması bəhanəsi ilə keçirilən referendumun qoyduğu məsələlərə diqqəti yönəltmək istərdik. Orada qoyulan suallar vahid dövləti saxlamaqdan daha çox narazılıqları artıran məsələlərə yönəldir, kütlələrin gözündə gedən dağıdıcılıq prosesinə mənəvi don geyindirdilər. Referendumun bülletenində suallar belə qoyulmuşdu:
1. Bərabərhüquqlu suveren respublikaların isnənilən millətdən olan insanının hüquq və azadlıqlarını tam həcmdə təmin edəcək yeniləşmiş federasiyası kimi SSRİ-nin saxlanmasını zəruri hesab edirsinizmi? (HƏ/YOX)
2. SSRİ-nin vahid dövlət kimi saxlanmasını zəruri hesab edirsinizmi? (HƏ/YOX)
3. SSRİ-də sosializm quruluşunu saxlamağı zəruri hesab edirsinizmi? (HƏ/YOX)
4. Yenilənmiş İttifaqda Sovet hakimiyyətinin saxlanmasını zəruri hesab edirsinizmi? (HƏ/YOX)
5. Yenilənmiş ittifaqda istənilən millətdən olan insanın hüquq və azadlıqlarına zəmanət verilməsini zəruri hesab edirsinizmi?(HƏ/YOX)” (5, s. 247-248; 13)
Sualların qoyuluşundan göründüyü kimi burada dağıdıcılıq ruhu üstünlük təşkil edir. Əsas problem ondadır ki, bu böyüklükdə dövləti dağıtmağa hədəflənən qüvvələrin məqsədi mövcud şəraitdə ədalətli nəticəyə nail olmaq, hər kəsin halal hüquqlarını təmin etmək deyil, özlərinin məkrli məqsədlərinə çatmaq olmuşdur. SSRİ-nin çatışmayan cəhətləri və həll olunmalı problemi çox idi. Lakin “yenidənqurma” siyasəti onların aradan qaldırılmasına deyil, xalqları uçuruma, qarşıdurmaya, fəlakətlərə, əvəzsiz itkilərə aparırdı. Xüsusən “Novooqaryovcki prosesi” adı ilə məşhur olan yeni ittifaq müqaviləsinin hazırlanması və imzalanmaq üçün müzakirələrin keçirilməsi onun nəyə hədəfləndiyini özündə əks etdirir. (7; 8, s. 39; 9, s.181; 10) Onun törətdiyi fəlakətli proseslər indi də davam edir və hələ də sonu görünmür. Buna görə də çoxlu eybəcərliklərə, çatışmazlıqlara, əyintilərə, yarımçıqlıqlara malik Sovet dövlətini “yenidənqurma” siyasətinin yaratdığı reallıqla müqayisə etmək, hansının düz, hansının əyri olduğunu, hansının yaxşı, hansının pis olduğunu demək düzgün deyil. “Yenidənqurma” siyasəti SSRİ-nin dərin böhran yaşayan varlığının süqutunda son zərbə rolunu oynadı. Lakin ondan sonra gələn reallıq onun xidməti deyildi. Sadəcə olaraq xalqlar yeni reallıqla, münaqişələrlə, yaşamaq uğrunda mübarizə ilə üz-üzə qaldı və hər bir xalq bu bataqlıqdan oz qabiliyyəti, öz imkanları, öz səviyyəsi, öz mənəvi dəyərləri ilə çıxaraq inkişaf edir.
ƏDƏBİYYAT
1. 24-й съезд КПСС (30 марта — 9 апреля 1971 года): Стенографический отчет. М.: Госполитиздат, 1971. Том 2. С. 232
2. Островский А.В.. Глупость или измена? Расследование гибели СССР М., 2011
3. Крючков В. А. На краю пропасти. М., 2003.
4. Союз можно было сохранить: Документы и факты о политике М. С. Горбачёва по реформированию и сохранению многонационального государства. М., 2007.
5. Станкевич З.А. История крушения СССР: Политико-правовые аспекты. М., 2001.
6. Лукьянов.А. Это была отчаянная попытка спасти Союз (рус.) // Независимая газета. — 2010. — 5 мая.
7. Горбачёв М. С. Жизнь и реформы: (В 2 кн.). М., 1995. Кн. 2.
8. Ельцин Б. Н. Записки президента. М., 1994.;
9. Медведев В. А. В команде Горбачева: взгляд изнутри. М., 1994.
10. Постановление Верховного Совета СССР от 22 мая 1991 года № 2187-I «О проекте Союзного Договора»)
11. Ленин В. И., К вопросу о национальностях или об «автономизации»..Полн. собр. соч., 5 изд., т. 45;
12. Проект резолюции о взаимоотношениях РСФСР с независимыми республиками. 11 августа 1922 г. Известия ЦК КПСС. 1989. № 9.
13. Постановление СНД СССР от 24 декабря 1990 года № 1853-1 «О сохранении Союза ССР как обновлённой федерации равноправных суверенных республик» // Ведомости СНД и ВС СССР. — 1990. — № 52. — ст. 1158.
Açar sözlər: SSRİ-nin iflası; M.Qorbaçovun “yenidənqurma” siyasəti; müstəqil dövlətlərin yaranması; milli siyasət; etnik münaqişələr
Ключевые слова: Распад СССР; политика «перестройки» М.Горбачева; Обретение незавмсимости; национальная политика, этнические конфликты
Keywords: disintegration of the USSR; the “perestroika” policy of M. Gorbachev; gaining independence; national politics, ethnic conflicts
Резюме
Ибрагим Алиев
Национальный вопрос в СССР накануне его распада
В статье рассматриваются проблемы национальных отношения в СССР накануне его распада. Последовательно прослеживаются процесс возникновение и углубления противоречий в национальной политике партии и государства, анализируются причины возникших конфликтов на национальной почве. Отмечаются, что в Советском Союзе национальный вопрос всегда имел большое значение. Однако проводимая национальная политика в этой стране не совсем соответствовала теоретическим основам, декларированной партией и государством. Поэтому всегда оставалось место для возникновения проблем в этой сфере.
Обострение ситуации во всех сферах общественной жизни СССР накануне распада создало благоприятную почву национальной розни и этнических конфликтов. Каждое принятое решение, предпринятый щаг руководством страны в период «перестройки» не только не предотвратил катастрофу в этой сфере, но и усугубило стуации и сблизило крах союзного государства. Несмотря на то, что распад СССР способствовал обретению союзными республиками государственной независимости, эта им обошлось дорогой ценой. Были разграблены богатства страны, сведены на нет достижения, добытые тяжелым трудом людей, по всей стране возникли многочисленные очаги кровавых конфликтов на этнической почве, которые продолжаются по сей день
Summary
İbrahim Aliyev
The national question in the USSR on the eve of its collapse
The article deals with the problems of national (ethnic) relations in the USSR on the eve of its collapse. The process of the emergence and deepening of contradictions in the national policy of the party and the state is consistently traced, and the causes of conflicts that have arisen on ethnic grounds are analyzed. It is noted that in the Soviet Union the ethnic question has always been of great importance. However, the national policy pursued in this country did not quite correspond to the theoretical foundations declared by the party and the state. Therefore, there was always a place for problems in this area.
The aggravation of the situation in all spheres of the public life of the USSR on the eve of the collapse created favorable conditions for national discord and ethnic conflicts. Each decision taken by the country’s leadership during the “perestroika” period not only did not prevent a catastrophe in this area, but also aggravated the positions and brought together the collapse of the union state. Despite the fact that the collapse of the USSR contributed to the independence of the republics of state independence, this cost them dearly. The wealth of the country was plundered, the achievements were brought to naught, the hard work of people gained throughout the country, numerous centers of bloody ethnic conflicts arose that continue to this day
"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM