Tarix üzrə fəlsəfə doktoru, dosent
Müasir dövrün ən bəlalı problemlərindən biri olan milli zəmində qızışdırılmış və dəstəklənən münaqişələr Cənubi Qafqazda özünü tam çılpaqlığı ilə nümayiş etdirdi. İndi ictimai-siyasi proseslərdən az-çox başı çıxan hər bir şəxs yaşadığı yerdən asılı olmayaraq bu məsələ barəsində kifayət qədər məlumat ala bilir və onun böyük oyunların aləti olmasını görə bilir. Dünyada bu gün elə bir ölkə yoxdur ki, müxtəlif səbəblər üzündən baş verən qarşıdurmalar, qanlı münaqişələr, müharibələr, terror ona bu və ya digər dərəcədə toxunmasın.
Son dövrlərdə bu münaqişələrin ən ziddiyyətliləri postsovet məkanında baş verir. Uzun illər proletar beynəlmiləlçiliyi, xalqların dostluğu və qardaşlığı pərdəsi altında özünün humanist imicini formalaşdırmağa çalışmış Sovet dövləti və onun bayraq etdiyi kommunist ideologiyası milli münasibətlər məsələsində heç də olduğu kimi görünmədiyini real həyatda sübut etdi. Sovetlər ittifaqının dağılması məqamında maskalar atıldı, partiya və dövlətin müxtəlif xalqlara münasibətdə tutduğu qərəzli mövqe açıq şəkildə ortaya çıxdı. Milli məsələnin tam və dönməz olaraq həll olunduğu hakim partiyanın və dövlətin fündamental sənədlərində yazıldığı bir ölkədə - SSRİ-də həmin iddiaların tam əksi aşkar oldu. Onun müxtəlif yerlərində milli zəmində münaqişə ocaqları yaradıldı. Özü də mövcud faktlar sübut etdi ki, bu münaqişələr üçün zəmin son illərdə yaranmamışdır. Bu səbəblər həmişə mövcud olmuş, qayğıkeşliklə pərdələnərək qorunub saxlanmış, zaman-zaman istifadə olunmuşdur.
Sovet hakimiyyəti illərində bu dövlətin siyasətində xeyli miqdarda müəmmalı məqamlar, gizli işlər olmuşdur ki, onların əksəriyyəti tədqiqatçıların diqqətindən gizlədilmiş, yaxud həmin hadisə və proseslər hakimiyyətin diqtəsi ilə saxtalaşdırılaraq, kommunist ideologiyasına sərf edən formada təqdim edilımiş, onlara müsbət don geyindirilmişdir. Belə məsələlərdən biri də SSRİ-nin bütün tarixi boyu ermənilərin Cənubi Qafqaza köçürülməsi, onların müsəlman əhalinin torpaqlarında yerləşdirilməsi, erməni amilinin bu regionda gücləndirilməsi və bununla bağlı digər vacib məsələlərdir.
Sovet dövləti və onun avanqardı olan Kommunist partiyası Rusiya imperiyasından miras qalmış millətçilik siyasətini fasiləsiz olaraq davam etdirmiş, ənənəvi ayrı-seçkilik siyasətindən ayrılmamışdır. Ümumiyyətlə, Cənubi Qafqazda erməni amilinin gücləndirilməsi birmənalı olaraq onlardan imperiya dayaqlarının formalaşdırılması və möhkəmləndirilməsinə xidmət etmişdir.
Rusiya dövlətinin Qafqaz siyasətində erməni amili öz kökləri ilə xeyli qədim dövrlərə gedib çıxır. Hələ XVIII əsrin I yarısında Qafqaza can atan I Pyotrun Qafqaz siyasətində erməni amilinin gücləndirilməsi və ondan imperiyanın dayaqları kimi istifadə edilməsi kifayət qədər əhəmiyyətli yer tuturdu. Həmin vaxt Rusiya imperiyası burada möhkəmlənə bilmədi. Nadirin hələ şah taxtına çıxmamışdan əvvəl bir sərkərdə kimi uğurlu hərbi fəaliyyəti sayəsində onlar Xəzəryanı Azərbaycan ərazilərini tərk etsələr də, sonradan Cənubi Qafqazın ekspansiyası bərpa edilən zaman erməni amili yenidən aktuallaşmışdı.
XIX əsrin əvvəllərində Cənubi Qafqaza gələn Rusiya bütövlükdə azərbaycanlı əhalinin əksəriyyət təşkil etdiyi bir ərazi kimi, bu müsəlman ölkəsində imperiya dayaqlarını qurmaq üçün müxtəlif xristian əhalinin burada yerləşdirilməsi hesabına özünün dayaq nöqtələrini yaradırdı ki, bu prosesdə də ermənilər böyük əksəriyyət təşkil edirdilər. Bu ərazilərdə məskunlaşdırılmış almanlar, rus təriqətçiləri və bidətçiləri sayca çox məhdud idilər və imperiya dayaqları missiyasını lazım olan səviyyədə yerinə yetirə bilmirdilər. Ermənilər həmin fəaliyyət üçün əvəzsiz keyfiyyətlərə malik idilər. Buna görə də onların bu ərazilərə köçürülməsinə xüsusi üstünlük verilirdi. Təsadüfi deyildi ki, ermənilərin Cənubi Qafqazın müsəlman ərazilərinə köçürülməsi həmin vaxtdan müasir dövrümüzə qədər fasiləsiz olaraq davam etdirilmiş, siyasi rejimlərin dəyişməsi belə bu köçürmənin məqəsdlərini dəyişməmişdir.
XIX əsr boyu ermənilərin Cənubi Qafqaza köçürülməsi zorakılıqla müşaiyyət edilsə də, nisbətən dinc şəkildə həyata keçirilmişdir. Onlardan bir avantürist, terrorçu, araqarışdıran qüvvə kimi bilavasitə istifadə edilməsi XX əsrin əvvəllərindən başlayır.
Bu zaman ölkədə, xüsusən də ictimai-siyasi həyatda fəallığın artması, milli şüurun dirçəlişi və milli hərəkatın gücləndiyi şəraitdə erməni avantürasından geniş istifadə olunmağa başladı. 1905-ci ildə Cənubi Qasqazın müxtəlif yerlərində, xüsusən Bakıda milli zəmində münaqişə törədilməsinə təkan verildi.
O vaxtdan etibarən Cənubi Qafqaz xalqlarının, xüsusən Azərbaycan xalqının həyatının həlledici məqamlarında törədilən fitnəkar hadisələrdə ermənilərdən başlıca qüvvə kimi istifadə olunurdu. 1918-ci il Mart soyqırımı, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti zamanı törədilən təxribatlar, həmin siyasətin real təzahürləri idi.
1917-ci ildə Rusiyada mütləqiyyətin devrilməsi və bolşeviklərin sovet hakimiyyətinin yaradılmasından sonra erməni amili dövlətin siyasətində öz yerini və əhəmiyyətini saxladı. Buna görə də onların Cənubi Qafqazda sayının artırılması, müəyyən ideyalarla zəhərlənməsi, potensial münaqişə qüvvəsi kimi qorunub saxlanması prosesi nəinki zəifləmədi, hətta bir qədərdə gücləndirildi və məqsədyönümlü edildi.
Erməni əhali bu sahədə öz xidmətlərini təmənnasız yerinə yetirmirdilər. Onlar bu xidmətin meqabilində özləri üçün torpaq, vəzifə, titul, sərvət alırıdlar. Eyni zamanda onları itaətdə saxlamaq və konkret məqsədlərdə istifadə etmək üçün beyinlərini uydurma əfsanələrlə idarə edirdilər. Onların ərazi iddiaları da bu ideyalardan qaynaqlanırdı..(1. с.134-138)
Sovet dövləti və onların liderləri olan bolşeviklər K.Marks və F.Engelsin əsasını qoyduqları sosializm nəzəriyyəsinin daşıyıcıları kimi çıxış etsələr də, ictimai həyatın bütün sahələri üzrə baxışlarında və praktikalarında öz maraqlarına daha yaxın olan bir mövqedən çıxış edirdilər. Milli məsələdə də onlar proletar internasionalizmi ideyasını özlərinə şüar etsələr də, imperiya düşüncəsindən çox da uzağa gedə bilməmişdilər. Köhnə imperiyanı nəinki köhnə sərhədlərində qoruyub saxlamağa çalışırdılar, həm də bu imperiyanı daim genişləndirmək haqqında düşünürdülər. Bu imperiyada isə sözdə bütün millətlər və xalqlar etnik, dini, mədəni mənsubiyyətindən asılı olmayaraq bərabərhüquqlu elan edilsə də reallıqda onların hər birinin yeri məlum idi. Etnik və dini ayrıseçkilik dövlətin və onun lideri olan kommunist partiyasının gündəlik siyasətində əvvəllər olduğu kimi qalırdı.
Sovet dövlətinin Qafqazda yeritdiyi milli siyasət buranın əhali tərkibi və qeosiyasi xüsusiyyətlərinə uyğun olaraq səciyyələnirdi. Ermənilərin Cənubi Qafqaza köçürülməsi Sovet dövlətinin buradakı gizli maraqlarından irəli gəlirdi. Sovet dövləti tarixində bu miqyasda köçürmələr ermənilərdən başqa digər xalqlara tətbiq edilmirdi.
Tarixi faktların təhlili sübut edir ki, bu köçürmə siyasəti Rusiya imperiyasının həmin siyasətinin ciddi cəhdlə davam etdirilməsi idi. Erməni amilinin Rusiya imperiyasında, onun ardınca isə Sovet dövlətinin siyasətində istifadə edilməsi ilk növbədə türk dünyasına, o cümlədən Osmanlı Türkiyəsinə, Türkiyə Respublikasına və yerli türk respublikalarına qarşı da istifadə olunurdu. Bu mənada həmin siyasətin hədəfi olan Türkiyəni və Sovet Azərbaycanını bir birindən ayırmaq da düzgün deyildi.
Məlumdur ki, Qafqaza və Türkiyənin şərq torpaqlarına ekspansiya siyasətində Rusiya ermənilərdən geniş istifadə edirdi. I dünya müharibəsinin axırlarında inqilabların baş verməsi səbəbindən Qafqaz cəbhəsində mövqelərini itirən Rusiya Almaniya ilə bağlanmış Brest müqaviləsinə görə bu iddialarından imtina etməli oldu. Bir qədər sonra həmin torpaqları ələ keçirmək istəyən Sovet dövləti erməni amili ilə öz hərəkətlərini izah edir, bunun üçün Ermənistanı gücləndirərək onların adından istəklərinə çatmaq istəyirdi. İkinci dünya müharibəsindən qalib çıxmış Sovet dövləti Türkiyəninn şərq torpaqlarını ələ keçirmək üçün fəal hərəkətə keçir. Bu məqsədlə Ermənistan SSR-in əhalisi xaricdən oraya köçürülən ermənilər hesabına artırılırdı. Həmin əhalinin Türkiyədən qoparılacaq ərazilərdə yerləşdirilməsi nəzərdə tutulurdu. Bu mümkün olmadıqda isə Sovet dövlətinin öz ərazisində olan Azərbaycan SSR-in hesabına yeni köçürülən ermənilər üçün həyati məkan yaradılırdı. Cənubi Qafqaz ölkələrinin sovetləşməsi anında Qarabağ, Naxçıvan və Zəngəzurun Ermənistana verilməsini təmin etmək istəyirdilər. O vaxt Zəngəzur Ermənistana verilmişdi. Lakin obyektiv səbəblər üzündən Naxçıvanın və Dağlıq Qarabağın Ermənistana verilməsi mümkün olmur. Buna görə də orada muxtar hüquqlu inzibati ərazi vahidləri yaradılmışdı. Bütün bunlara baxmayaraq 1920-1940-cı illər arasında Ermənistana 100 mindən artıq erməni köçürülmüş və məskunlaşdırılmışdı.(2, s. 64)
Türkiyənin şərq torpaqlarının – Qars, Ərdəhan, Ağrı dağı ətrafı, Sürməli vilayərlərini və s. ələ keçirilməsi guya I dünya müharibəsi nəticəsində itirilmiş “Qərbi Ermənistan” adı altında Ermənistan SSR-ə qaytarılması məsələsi İkinci dünya müharibəsindən dərhal sonra yenidən aktuallaşdırılır. 1945-ci ilin iyulunda Podstam konfransında SSRİ-nin Xarici işlər xalq komissarı V.Molotov bu məsələni qaldırdı. Müharibədən qalib çıxmış SSRİ öz nüfuzundan istifadə edərək bu məsələni həll edərək Ermənistanı genişləndirmək istəyirdi.
Sov.İKP MK Siyasi Büro Ermənistan K(b)P MK katibi Q.Arutinovun müraciəti əsasında qərar qəbul etdi: “Xaricdəki ermənilərin vətənə (kursiv mənimdir – İ.Ə.) qayıtması ilə əlaqədar Ermənistan K(b)P MK-nin müraciəti ilə razılıq bildirilsin və SSRİ XKS-nin bu məsələ üzrə tədbirlər planının layihəsi təsdiq edilsin”(3, s. 278; 4, s.). Siyasi Büronun qərarına uyğun olaraq 21 noyabr 1945-ci il tarixdə SSRİ XKS “Xaricdəki ermənilərin Sovet Ermənistanına qayıtması məsələsi üzrə tədbirlər haqqında” qərar qəbul etdi. Həmin qərarda Ermənistan DİXK-nə Bolqarıstan, Yunanıstan, İran, Livan, Rumıniya, və Suriyadan köçüb gələn ermənilər kömək göstərilməsi həvalə olunurdu. ”(3, s. 278; 4)
Dünyanın 12 ölkəsindən 360 mindən artıq erməni SSRİ-yə köçmək arzusunu bildirdilər. Lakin tezliklə SSRİ ilə Qərb arasında başlanan “soyuq müharibə” “Qərbi Ermənistan” adlandırılan Türkiya ərazilərinin ələ keçirilməsinin qeyri-mümkün olduğunu göstərdi.(4). Buna görə də Sovet rəhbərliyi Ermənistana köçürülən ermənilərin yerləşdirilməsi problemini Azərbaycanın hesabına həll etməyə çalışır. 1945-ci ilin noyabrında Ermənistan KP MK-nın birinci katibi Q.Arutinov Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistan SSR-ə birləşdirilməsi təklifi ilə Sov.İKP MK-ə müraciət edir. Buna cavab olaraq Azərbaycan KP MK-nın birinci katibi bunun əvəzində Ermənistanın azərbaycanlılar yaşayan ərazilərini Azərbaycana verilməsini təklif edir. Buna görə də məsələ gündəlikdən çıxarılır.
Lakin xaricdən gətirilən ermənilərin yerləşdirilməsi üçün yeni avantura ortaya atılır. Azərbaycanda pambıqçılığı inkişaf etdirmək bəhanəsi altında Ermənistanda yaşayan Azərbaycanlıların Azərbaycanın Kür-Araz düzənliyinə könüllülük əsasında köçürülməsi planı işə salınır. ABŞ-da yaşayan tarixçi professor Vladislar Zubok hesab edir ki, Ermənistanda yaşayan azərbaycanlılar sovet siyasi oyunlarının qurbanı olmuşdular. Onun fikrincə erməni rəhbərliyinin təklifi ilə repatriasiya olunmuş ermənilərin yerləşdirilməsi xatirinə azərbaycanlılar Ermənistandan deportasiya edilmişdilər. Bunun sayəsində Ermənistanda azərbaycanlıların sayını 2 dəfədən artıq azaltmaq mümkün oldu.(5, c.58)
V.Zubkovun qeyd etdiyi kimi, xaricdən 400 min erməni köçürmək nəzərdə tutulsa da, 90 min nəfər köçürülmüşdü.(5, c. 58)
23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən azərbaycanlı kolxozçular və digər əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığında köçürülməsi haqqında” qətarı ilə konüllülük adı altında azərbaycanlı əhalinin zorla köçürülməsinə start verilir.(6)
Həmin sənədin əsl mahiyyəti onun 11-ci bəndində üzə çıxır. Orada deyilirdi: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş azərbaycanlıların boşaltdıqları tikililəri və yaşayış evlərini Ermənistan SSR-ə xaricdən gələn ermənilərin məskunlaşdırılmasına icazə verilsin”(6)
Bu proses 1953-cü ilə - İ.Stalinin ölümünə kimi davam etdirilir.” Qərara görə 100 min azərbaycanlının kömürülməsi nəzərdə tutulurdu. Gətirilən bəhanələrin qondarma olması özünü bir daha onunla sübut edirdi ki, köçürülənlərin çoxu Kür-Araz ovalığına gedib çıxmırdı. Onların çoxu pərakəndə şəkildə Azərbaycanın digər rayonlarına və hətta Gürcüstana gedib çıxmışdı. Gürcüstana gedıb çıxanları 1951-ci ildə zorla Qazaxstana köçürmüşdülər.
10 mart 1948-ci ildə SSRİ Nazirlər Sovetinin yeni qərarı qəbul edildi ki, orada azərbaycanlıların Ermənistandan köçürülməsinə mütəşəkkil xarakter verildi.(7)
Bu, məsələnin mahiyyətini dəyişmirdi, lakin köçürmə zamanı nəzərdə tutulan tələblərdən yayınmaların qarşısını alırdı. Köçürülmə prosesi zamanı yol verilən pərakəndəliklər, qeryri-dəqiqliklər başqa bir reallıqdan xəbər verirdi. Görünür ki, bu köçürmənin məqsədi Kür-Araz ovalığında pambıqçılığın inkişaf etdirilməsi, əhalinin rifah halının yüksəldilməsi üçün onların işlə təmin edilməsi, ölkənin vacib iqtisadi problemlərinin həll edilməsi deyil, Türkiyəyə qarşı, ölkə daxilində isə Azərbaycan xalqına qarşı yönəlmiş bir avantüraya xidmət edirdi. Belə bir zamanda partiya və dövlətin humanist milli siyasətindən söhbət gedə bilməzdi. SSRİ-də müsəlmanlara, o cümlədən azərbaycanlılara münasibətdə ayrı-seçkilik mövqeyi dəyişilməz olmuşdur. Eyni zamanda Azərbaycana münasibətin başlıca göstəricilərindən biri də, onun turk xalqlarına mənsub olması və bu mənada Türkiyə ilə münasibətdə istifadə olunması idi. İstədiklərini Türkiyədən ala bilməyəndə hər dəfə onun qisası azərbaycanlılardan alınıb. Ona qarşı törədilən fitnələr çox zaman Türkiyə ilə münasibətlərin kəskinləşməsi anlarında özünü göstərmişdir. (8)
Qeyd olunduğu kimi, 1940-cı illərin sonu - 50-ci illərin əvvəllərində azərbaycanlı əhalinin Ermənistandan köçürülməsi prosesi 1953-cü ilə qədər davam etmişdi. İ.Stalinin ölümündən sonra bu proses bir qədər səngimişdi. Sənədlərdən məlum olduğu kimi, 1954-cü ildə köçürülmüş azərbaycanlıların xeyli hissəsi öz evlərinə qayıtmağa başlayır. 1954-cü ildə geri qayıdanların sayı 1155 nəfər olmuşdu.
Azərbaycan SSR Kənd təssərrüfatı nazirliyinin məlumatına görə 1948-1953-cü illərdə Kür-Araz ovalığına cəmi 11 914 təsərrüfat - 53 min nəfər köçürülmüşdü. Onların bir hissəsi Azərbaycanın başqa yerlərinə köçüb getmiş və ya Ermənistandakı köhnə yaşayış yerlərinə qayıtmışdılar. (8)
Köçürülmüş azərbaycanlıların yerində məskunlaşdırılmış ermənilər bu işi həyata keçirənlərin arzularını tam yerinə yetirə bilmirdilər. Əksinə, onlar Sovet dövlətində başağrısına çevrilmiş problemlərə yol açırdı. Xaricdən Ermənistana köçürülən ermənilərin xeyli hissəsi iş qabiliyyətini artıq itirmiş şəxslər idi və Sovet dövlətinin müavinətləri və pensiyaları hesabına yaşamaq istəyirdilər.
Digər tərəfdən sovet kəşfiyyat orqanlarının müəyyənləşdirdiyinə görə köçürülən ermənilərin xeyli hissəsi Qərbin xüsusi xidmət orqanları tərəfindən casus kimi cəlb olunmuşdu. Buna görə də köçürməyə maraq azalmışdı.
Lakin bu proses zəif də olsa fasilsiz olaraq davam etdirilmişdir. SSRİ Nazirlər Sovetinin 1961-ci ilin 12 avqust tarixli qərarı ilə ermənilərin repatriasiyası tam bərpa oıundu və SSRİ-nin süqutuna qədər davam etdirildi. 1986-cı ildə Armənistan KP MK-sının birinci katibi K.Dəmirçiyanın Sov.İKP MK Siyasi Bürosuna ermənilərin 50 ildən artıq davam edən repatriasiyasının müddətinin bir daha uzadılması haqqında müraciəti və Sov.İKP MK Siyasi Bürosuna buna müvafiq qərarının qəbul etməsi bu siyasətin ən yüksək səviyyədə dəstəklənməsindən xəbər verirdi.
Göründüyü kimi, Sovet dövlətinin konkret maraqları ortalıqda olanda bu dövlət formal olaraq əsasında duruduğu bütün prinsiplərini tapdayaraq hətta özünün tərkibində olan xalqların, xüsusən müsəlman-türk xalqlarının haqlarını zərbə altına qoymaqdan çəkinmirdi. Təsadüfi deyildir ki, İkinci dünya müharibəsi ərəfəsində və ondan sonra deportasiya edilən xalqların böyük əksəriyyəəti bu xalqlar olmuşdur. Sovet bolşevik rəhbərliyi Türkiyəyə qarşı düşmənçilik siyasəti yeridəndə Azərbaycanlıları onlardan ayırmır, onlara qarşı mənəvi, maddi repressiyalar tətbiq edir, onları doğma yerlərindən deportasiya edirdi.
Ermənilərin xarici ölkələrdən kütləvi şəkildə Sovet Ermənistanına köçürülməsində Sovet dövləti konkret məqsədlər güdürdü. Ermənilər və Ermənistan rəhbərliyi isə bu məsələdə özlərinin məxsusi maraqlarına malik idilər. Onlar vəziyyətdən istifadə edərək Türkiyənin və Azərbaycan SSR-in hesabına ərazilərini genişləndirməyə, Ermənistan ərazisində yaşayan azərbaycanlıları buradan sıxışdırıb çıxarmağa çalışırdılar. Bu məqamda onların məqsədləri İttifaq dövlətinin maraqları ilə üst-üstə düşürdü. Xalqlar dostluğundan ağız dolusu danışan, ölkədə milli məsələnin qəti olaraq həll olunduğundan dəm vuran hakim Kommunist partiyası lazım olanda azərbaycanlıları və digər müsəlman xalqlarının haqqını öz məkrli siyasətinə qurban verirdi.
Göründüyü kimi, ermənilərin Sovet Ermənistanına köçürülməsinin astar üzü azərbaycanlıların öz evlərindən didərgin salınması, onların vətən haqqının taptalanması olurdu. Müstəqillik dövrünə qədər Azərbaycanın ayrı-ayrı əraziləri Ermənistana verilmişdir.(9, s.3-6) Bunların məntiqi yekunu və ən böyük təzahürü SSRİ-nin süqutu ərəfəsində Qarabağda münaqişənin alovlandırılması və ermənilərin sovet ordusunun bilavasitə dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etməsi oldu. Qeyd edək ki, Ermənistan vasitəsi ilə Azərbaycana, Türkiyəyə, digər müsəlman-türk xalqlarına qarşı erməni amilindən istifadə edilməsi Qərb dövlətlərinin çoxunun maraqlarına uyğun gəlir. Məhz bu səbəbdən müasir dövrdə erməni təcavüzünə, onun istənilən şıltaqlıqlarına göz yumulur. Bu münaqişənin görünən tərəflərinə fərqli münasibət, məsələlərə ikili yanaşma standartının olması həmin səbəbdən qaynaqlanır.
ƏDƏBİYYAT:
1. От Майендорфа до Астаны: Принципиальные аспекты Армяно-Азербайджанского Нагорно-Карабахского Конфликта, Москва, 2010
2. Корреспондент «Власти» Кирилл Новиков. Журнал «Власть» № 15 (618) от 18.04.2005., https://www.kommersant.ru/doc/570883
3. Дж.П.Гасанлы. СССР–Турция: от нейтралитета к холодной войне (1939–1953). М.: «Центр Пропаганды», 2008.
4. https://www.kommersant.ru/doc/570883
5. Vladislav Martinovich Zubok. A Failed Empire: The Soviet Union in the Cold War from Stalin to Gorbachev. — UNC Press, 2007
6. Постановление Совета Министров СССР от 23.12.1947 № 4083 https://ru.wikisource.org/wiki/_ Постановление_Совета_Министров_СССР_от_23.12.1947_№_4083
7. Постановление N: 754 Совета министров СССР “О мероприятиях по переселению колхозников и другого азербайджанского населения из Армянской ССР в Кура-Араксинскую низменность Азербайджанской ССР” 10 mart 1948-ci il http://www.hrono.info/dokum/194_dok/19480310azer.html
8. “Каспий”.-2014.-30-31 октября.-1 ноября.-4-5 ноября.-№ 115/116/117/118/119
9. İ.Əliyev. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt eddilməsi tarixindən// “Geostrategiya” 2018, N 1(43)
Açar sözlər: Milli siyasət; ermənilərin repatriasiyası; etnik münaqişələr; azərbaycanlıların deportasiyası; Sov.İKP-nin köçürmə siyasəti
Ключевые слова: Национальная политика; репатриация армян; этнические конфликты; депортация азербайджанцев; переселенческая политика КПСС
Keywords: national policy; repatriation of Armenians; ethnic conflicts; deportation of Azerbaijanis; CPSU resettlement policy
РЕЗЮМЕ
Армянский фактор в национальной политике Советского государства в Южном Кавказе и его исторические корни
Этнические конфликты, провоцируемые в разных точках Советского государства накануне его распада были логическими результатами проводимой Советским государством и его комунистическим руководством за всю свою историю национальной политики. К ним относятся также этнические конфликты, имеющие места в Южном Кавказе, в том числе и Армяно-Азербайджанский Нагорно Карабахский конфликт. В проводимой в Южном Кавказе этой политика особое место знимает армянский фактор. Анализ формирование, поддержки и использование в нужный момент имперскими властями этого фактора способствует лучшему пониманию происходящих в регионе процессов в этой области. В статье освещаются также особенности переселения, размешения и использования армян на эти территории, их этапы, цели и последствия.
SUMMARY
The Armenian factor in the national policy of the Soviet state in the South Caucasus and its historical roots
The ethnic conflicts provoked in different parts of the Soviet state on the eve of its collapse were the logical results of the national policy pursued by the Soviet state and its communist leadership throughout its history. They also include ethnic conflicts in the South Caucasus, including the Armenian-Azerbaijani Nagorno-Karabakh conflict. In the policy pursued in the South Caucasus, the Armenian factor is of particular importance. Analysis of the formation, support and use of this factor at the right time by the imperial authorities contributes to a better understanding of the processes taking place in the region in this area. The article also highlights the characteristics of the resettlement, accommodation and use of Armenians in these territories, their stages, goals and consequences.
"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM