Tarix üzrə fəlsəfə doktoru, dosent
Son günlər ssenarist Rüstəm İbrahimbəyovun ssenarisi əsaslnda hələ 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi ictimaiyyətin diqqətini özünə cəlb etdi. Uzun müddət tarixinin saxtalaşdırılması, problemlərinə münasibətdə ikili standartlar reallığı ilə üzləşmiş Azərbaycan oxucusunu və tamaşaçısını təəccübləndirən elə bir ciddi və dəyərli bir ideya, sanballı bir əsər ortalığa qoyulmasa da, bu faktda kifayət qədər ağrılı məqamlar mövcuddur. Əvvəla, düşmənin dilindən deyilmiş yalan və böhtanlar xoşagələn olmasa da, onun təsiri o qədər də böyük olmur. Düşmən düşməndir və ondan yaxşı bir şey gözləməyinə dəyməz. Məsələnin ağrılı cəhəti o idi ki, bu dəfə zərbə, həqarət, əllaməlik bizim özümüzünkündən gəlirdi. Azərbaycanın mədəniyyətindən bəhrələnərək, onun təməlində yetişmiş bir yaradıcı ziyalı öz xalqına qarşı yabançı mövqeyə keçərək, açıq-aşkar şəkildə öz xalqına həqarətlə, alçaldıcı münasibətini ortaya qoyur.
Filmə baxanda müəlliflərin orada haqqında söhbət gedən hər bir xalqlara münasibətdə fərqli münasibəti açıq aşkar şəkildə özünü büruzə verir. Bu hisslər azərbaycanlı üçün yad deyil. Bu vaxta qədər mövcud olmuş imperiyalar dövründə hakimiyyətin qanadlarını öz üzərində hiss edən bəzi dırnaqarası “ziyalılar” çox zaman öz doğma xalqına yuxarıdan aşağı baxmış, hətta öz ana dillərində danışmaği özlərinə ar bilmişlər. Həmin insanlar cox zaman özləri haqqında yüksək fikirdə olur, özlərini elitar bir səviyyədə dayanan insan hesab etmişlər. Azərbaycanın əksər yüksək mükafatlarını almış və imtiyazlardan istifadə edən Rüstəm İbrahimbəyov həmin tip “ziyalılardan olduğunu” zaman-zaman büruzə vermiş, son olaraq çəkdiyi filmində özünün antiazərbaycan mahiyyətini nümayiş etdirmişdir.
Bütövlükdə, haqqında danışılan “Qafqaz üçlüyü” filminin nə ideyası, nə bədii keyfiyyətləri əvəzolunmazlığı ilə seçilmir. Əksinə, həqiqətə uyğun olmayan məsələlrin təlqin edilməsi, haqqdan uzaqlaşaılaraq qondarma bir ideyaya xidmət etmək cəhdi filmi daha da primitivləşdirir.
Mən filmin vacib bir cəhətinə diqqət yönəltmək istərdim. Bir tamaşaçı kimi öz təəssüratımı bölüşmək istərdim.Ola bilər ki, mənim bu fikrimlə kimsə razılaşmasın, ancaq mən düşünürəm ki, filmin başlıca ideyası Qarabağ problemində erməni xislətini humanist bər-bəzəklə təqdim etmək, onların bu məsələdə mövqeyinə haqq qazandırmaqdan başqa bir şey deyildi. Bu mənada film alleqorik xarakter daşıyır və dolayısı yolla erməni məqsədi müdafiə edilir. Belə bir metod ermənilərə xasdır. Onlar həmişə bütün imkanlardan istifadə edərək insanların şüuruna təsir etməyə çalışırlar. Filmdə həmin dəst-xətt aşkar şəkildə görsənir.
Filmin qəhrəmanı Timur Qarabağı özündə simvolizə edir. Hansısa ədalətsiz səbəbdən Azəırbaycan tərkibində qalmış Qarabağa mənsub olduğu mənşəyinə qaytarmaq üçün ona erməni familiyasını qaytarmaq lazımdır. Lakin bu cəhd “geridəqalmış”, “vəhşi” azərbaycanlıların müqaviməti ilə üzləşir. Bununla belə erməni atanın cəsarətli addımları sayəsində bu məqsəd reallaşır. Nəticədə ədalət bərpa olunur və erməni gənc Azərbaycan buxovlarından xilas olaraq öz soyadına və öz erməni ailəsinə qovuşur. Timurun atalığının dili ilə isə bu yekun alqışlanır: “Nəhayət ki mənim oğlum müdafiə olunacaq” , O qeyd edir ki, mən şadam ki mənim oğlum öz ailəsinə qayıtdı.
Rüstəm İbrahimbəyov məhz belə bir ideyanın müdafiəçisi kimi çıxış edir. Bütün mütərəqqi dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu qəbul etdiyi bir vaxtda, ermənilərin təcavüzkar olduğunu etiraf etdiyi bir vaxtda Azərbaycanın hörmətli ziyalısının hərəkəti Azərbaycana arxadan vurulan zərbədir.
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM