“Polisə Dəstək” İB-nin sədri
Rəvayət edilir ki, bir iman sahibi çobanlıq edər, cümə günləri isə cümə namazına gedəndə sürünün ətrafına bir dairə çəkərmiş. Nə canavar həmin dairədən içəri girər, nə də qoyunlar kənara çıxa bilirdilər. İslam belə sığınacaqdır, ona daxil olmaqla əxlaqsızlıq və zəlalət atəşindən özümüzü qorumağa qadirik. Allah (c.c) bu mənəvi dairə hörmətinə bizləri himayə edər.
Hz. Peyğəmbərimizin ibrətamiz bir kəlam var: “İbrət üçün bircə dəfə əhləl – diyara(qəbristanlıga) baxmaq yetər.”
Məhəmməd Peyğəmbərin (s.ə.s.) qızı, xanım Fatimə torpağa tapşırılarkən səhabələrdən biri torpağa xitab edir: “Ey torpaq! Unutma, bu incə vücud Peyğəmbərin qızı Fatimədir. Onunla yaxşı davran.” Torpaq isə: “Burda iman və əməl var. Kimin qızı olursa-olsun hər kəs əməlinə görə mükafatını və cəzasını alır. Allahın məmur Mələyini ələ almaq hələ heç kimə nəsib olmayıb və O da hələ həddini aşmayıb. Allaha itaətkar Mələklər yalnız Allahın əmri ilə hərəkət edərlər.”
Qəbristan yolu dönüşü(vizası) olmayan bir yoldur. Onun səssizliyi sizi (bizi) aldatmasın. Gerçək yoldan qayıdanlar, bu yolu azanlar hələ ki, olmayıb.
Ölü məzara qoyulanda Rəsulullah ona dua edin-demişdi. Çünki həmin anda qəbir sahibi hesaba çəkilir. Ondan soruşarlar: Rəbbin kim;-Allah, Peyğəmbərin kim; Hz. Muhəmməd, Dinin hansı;-İslam,kitabın-Quran,Qiblən-Kəbə deyə cavab verə bilərsə, hesabdan qurtular. Baxır sağ və sol Mələklərinin yazdığı necədir. Yaxşı mənada hesabatdan sonra cənnətin qoxusu gələcək , qəbirdən bir dəhliz – qapı açılacaq və kimi o dəhlizdən cənnətə, kimi isə cəhənnəmə yollanacaq ( Firon və onun 700 min qoşunu kimi.)
Məzarda sorğulanmayanlar da olacaq
- Şəhidlər (Şöhrət üçün ölənlər yox.)
- Zəkat verənlər.
- Sadiqlər (Allaha sadiq olanlar)
- Kiçiklər-körpələr. (Hədisi şərifdə körpələrin göbəklərinin ipi ilə valideynlərini cəhənnəm atəşindən dartıb çıxarmaq imkanı olur.)
- Peyğəmbərlərdən qəbir sorğusu sorulmayacaq.(Onlar necə gömülürlərsə Qiyamət gününə qədər də elə qalırlar.Bu,Allahın bizə bəlli olmayan hikmətidir)
Çünki, Mələklər Peyğəmbərlərdən həya edərlər.
Kimin bu dünyada xardal dənəsi ağırlığında günahı və ya xeyirxahlığı olarsa, onun da cəzasını və ya mükafatını alacaq.
Zənginlik, mal - dövlətə aludəçilik bu dünyanın bər - bəzəyidir. Ona aldanmağın özü də bir günahdır.
Bir gün, Peyğəmbərimizin dostlarından biri qəbr əhlinə xitab edir: Xəbəriniz var, zövcələriniz sizi unutdu, başqalarına könül verdilər? Xəbərimiz var dedilər. Sonra hönkürtü səsi gələcək. Səhabə də ağlayacaq.
Daha çox qeybət edən və namaz qılmayanlar qəbir əzabının sıxıntısına məruz qalacaqlar.
Bir gün Cəlaləddin Rumidən qardaşı soruşur: Haradaydın, bayaqdan səni axtarıram?!
Mövlana ciddi görkəmlə:
-Cəhənnəmə getmişdim!
Qardaşı duruxur və yenə soruşur:
-Rumi, nədən getmişdin?
-Atəş gətirməyə!
Bir an sükut. Sonra sükutu qardaşı yenə pozur:
-Gətirə bildinmi?
-Yox! Hardan gətirməliydim? Dedilər ki, cəhənnəmin odunu o dünyadan gətirirlər.
Düşünürəm ki, xalqın iradəsini ifadə edən yüksək hüquqi qüvvəyə malik olan Konstitutsiyamıza əməl etsək, dövlətimizin təməlini təşkil edən xalqın vahidliyinə sarı düzlənsək çox şey qazanarıq. Ən azı xalqın məhəbbətini ... Vəzifədə ikən, etibar edilmiş qulluq funksiyalarını həyata keçirərkən ələ alınmasaq, etimada xəyanət etməsək, həm bu dünyada, həm də o dünyada məqam sahibi olarıq. Belə olsaq, göyün yeddinci qatında Ruhlarımız cənnəti seyr edəcək. Sifətimizdə təbəssüm olacaq...
Allah dərgahında müqəddəs, haqqı batildən ayıran Qurani Kərimin bu ayda nazil olduğuna boyun əysək, tay-ba-tay açılan cənnət qapılarına üz tutacaq, cəhənnəmin qapılarının bağlandığına, azğın və bizi düz yoldan azdıran Şeytanın zəncirləndiyinə şübhəmiz qalmaz.
Oruc Allah üçün tutulduğundan, Allah xatirinə də şəhvətə, yemək-içməyə, pis sözlərə və vərdişlərə oruc tutulur , onlar bir növ qısa müddətə də olsa “həbs” edilir.
Oruclunun ağız qoxusu Allah qatında müşk- ənbər qoxusundan daha xoş olur.
İlahi məsəl var ki, kim allah yolunda oruc tutsa , onunla atəş arasında səma ilə yerin arası qədər bir xəndək qazılar.
İslam dünyası bu ayda bütöv bir məscidə çevrilər. Bu məsciddə ibadət etmək vacibdir.
Qənaətimə görə oruc bəzilərə ilk baxışdan lüzumsuz görünə bilər. Necə deyərlər, ömrü boyu ağrıkəsici dərman qəbul etməyən bir adam, dərmanın təsirini (əhəmiyyətini) yalnız onu içəndən sonra dərk edər. Oruc tutmayanlar orucun maddi və mənəvi feyzini onu tutandan sonra başa düşərlər.
Qızmar yayın istisində susuzluğun oruc tutmağa mane olduğunu səbəb kimi çox vurğulayanlar da var.
Haşiyə çıxıram: Qıtlıq illərində ölənlər acıqdan deyil, daha çox vərdiş etdikləri toxluğun yerini doldura bilmədiklərindən dünyasını dəyişiblər. Az yeməyə alışanlar yenə yaşamağına davam ediblər.Aclıq və az yemək tibbi baxımdan sağlamlığın təminatçısı,ruhi baxımdan isə mənəvi inkişafın,habelə kamilləşmənin açarıdır.
Vərdişi tərgidə bilməmək də bir bəladır. Həmişə insana baha başa gəlir.
Ona görə də bu ay, iradə tərbiyəsi ilə bağlı olan bir ibadət ayıdır, müsəlmanın qulluq vəzifəsi – borcudur.
Noxtasız, harınlamış atın öz sahibini sürükləyib yerə çırpması hər zaman gözlənildiyi kimi, Oruc yolunu azmış nəfsin cilovunu əldə saxlamaqda və onu Haqqa itaət etdirməkdə, hüzurunda səcdəyə qapılmaqda müstəsna tərbiyə üsulu və ibadətdir.
Oruc tutan şəxs gün ərzində gözlərində nurun azaldığını, fiziki taqətinin qalmadığını gördükdə acizləşdiyini, Allahın isə böyüklüyünü, hər şeyə qadir olduğunu anlayır, kamilləşir , bütövləşir və bülövlənir.
Bütün müvəffəqiyyətlərin açarı sıxıntıda, əzabda və əziyyətdə olduğu kimi bir aylıq çətinlikdə də həyat var, səbr etmək lazımdır. Gəlin peyğəmbərlərin həyatına boylanaq, əhli – beytin həyatına baxaq. Hər biri kamillik zirvəsinə çatmaq üçün ağır çilələr çəkmiş, həyatlarını riskə qoymuşlar. Amma bəzilərimiz il ərzində 1 ay susuzluq və ya aclıq riskinə atılmaqdan qorxuruq.
Bu baxımdan oruc, bu dünya ilə axirət tarazlığını qoruyan əvəzsiz bir nemətdir. Nəfsi cilovlamaq üçün oruc mühərrik rolunu oynayır. Ramazan ayı nəfsin “fironluq cəbhəsinə” birbaşa zərbə vurur. Nəfsə nə qədər üsyan etsək, əzab versək, o qədər nüfuzumuz artar. Bu mənada bir hədisi şərifi xatırlamaq yerinə düşərdi:
Rəbbimiz nəfsə sual edir:
-Mən kiməm, sən kimsən?
Nəfs cavab verir:
-Mən mənəm, Sən də Sənsən!
Allah - Təala nəfsi cəhənnəmə atır və sonra yenə soruşur:
-Mən kiməm, sən kimsən?
Nəfs yenə:
-Mən mənəm, Sən də Sənsən!-deyir
Allah-Təala ona hansı əzabı verirsə, nəfs dediyindən dönmür. Bundan sonra nəfsi aclığa düçar edir. Bu dəfə nəfs:
-Sən mənim Rəhmli Rəbbimsən, mən də sənin aciz kölən, möhtac qulunam!
İnsan bu dünyanı bir mehmanxana bilməli, əbədi diyar - o dünya üçün hazırlıq görməlidir. Tədarük etdiyi şeyləri yollarda qoyan, gedəcəyi yerə aparmayan (və yaxud apara bilməyən) ağılsızlıqdır.Hər birimiz qərar verərkən ölümün göz bəbəyi qədər yaxın olduğunu düşünsək, düzgün qərar vermiş olarıq və yanılmarıq.
Nəfsimizə sədd çəkmək və düzgün qərar vermək arzusu ilə,
“ Qəbristanlığın səssizliyi heç kimi aldatmasın.”

Şəmsəddin Əliyev
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM