VAHİDLİYİMİZ DÖVLƏTİMİZİN TƏMƏLİNİ TƏŞKİL EDİR

09:57 / 21.08.2014

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

“Polisə Dəstək” İctimai Birliyi cəbhənin təmas xəttindəki vəziyyətin gərginləşməsi və dövlətin ərazi bütövlüyünün bərpası ilə  bağlı idarə heyyətinin  növbəti iclasını keçirib.

Təşkilatın  sədri Şəmsəddin Əliyev hər bir azərbaycan vətəndaşını kimliyindən, mövqeyindən və  siyasi əqidəsindən  asılı olmayaraq  baş komandan İlham Əliyevin və dövlətin rəmzləri ətrafında sıx birləşməyə çağırıb. Biz birlikdə daha güclüyük , vahidliyimiz  dövlətimizin təməlini təşkil edir-deyib.

Yekun olaraq qeyd olunub ki, artıq, dövlətimizin iqtisadi qüdrətinə, onun siyasi kursuna, beynəlxalq aləmdəki diplomatiyasına hörmətlə yanaşan dövlətlər və diplomatik personalar Ermənistanın  Azərbaycan xalqına qarşı soyqırımını, ölkənin suverenliyinə işğalçı və  aqressiya  siyasətini tanımaq  zorundadırlar. Atalar məsəlidir: ”Haqq nazilər, amma üzülməz”. Bizim istəyimiz Haqqdır. Bu, uca Allahın adıdır.

  Dəfələrlə uca səslə  beynəlxalq aləmə, beynəlxalq informasiya vasitələri ilə   xitab edərək hayqırmışıq ki, Cənablar, biz müharibə yox, torpaqlarımızı istəyirik. Heç bir dövlətin suverenliyinə qəsd etmək niyyətimiz yox, amma Azərbaycanın da  suverenliyinə yönələn  qəsdlərə seyrçi mövqedə  dayana bilmərik. Hər birimizin amalı vahid məqsədə xidmət etməkdir.

Soçidə dövlətimizin başçısı İlham Əliyev  düşmən tərəfin dövlət başçısını RF-nın prezidenti V.Putinin yanında sanki tənbeh edib:Siz, milli qəhrəmanımız Mübariz İbrahimovla bacarmadınız.Amma onun cəsədi ilə Hitler ordusunun davrandığı kimi davrandınız... Bu, Qarabağ münaqişəsinin həllində  (guya) vasitəçilik edən qrupa, həm Ermənistan  və onun havadarları üçün ciddi bir mesaj idi.

Azərbaycan xalqı  ordusuna və  baş komandanına inanır.

Son günlər işğalçı tərəf  dövlət səviyyəsində ağılsız addımlar atmağa  başlayır.  Özünə və ordusuna yox, dayələrinə, bir az da obrazlı ifadə etsəm  “süd analarına” - surroqat valideynlərinə güvənərək  çaşqın vəziyyətə düşüb. Bu çaşqınlıq erməni ordusuna da  sirayət edir. Erməni ordusunda beyin silkələnməsi baş verib...Ağıllı addım gözləməyə dəyməz.

Təmas xəttindəki  gərginlik ərəfəsində  Azərbaycan prezidentinin qaynar nöqtədə hərbiçilərimizlə  bir  yerdə olub, şəraitə nəzarət  etməsi orduya əlavə ruh yüksəkliyi verib.

Bir müharibə  veteranı kimi məndə belə bir təəssürat yarandı ki, əgər həmin vaxt  baş komandan bircə dəfə “İrəli!” komandasını versəydi “qız bibi” erməni əsgərlərinin  cəsədləri göyə sovrular,  ölkə isə xəritədən silinərdi. Tarix yenidən onu “İrəvan xanlığı” kimi bizə qaytarardı.

 Səhv etmək limitimiz tükənib. Sadəcə bir millət , demokratik dövlət olaraq zorakılıqdan vaz keçməyimiz və humanistliyimiz,  Beynəlxalq hüququn  prinsiplərinə yüksək hörmətin  bariz nümunəsidir. Milli ordumuzun taktika və strategiyasının,modern hərbi arsenalın zərrəciyi Sejikdə, bizdə olan iqtisadi imkanların 1 faizi Ermənistan tərəfində olsaydı  yəqin ki, müharibəni davam etdirmək imkanını və işğalçı siyasətini əldən verməzdilər.

  Açığı etiraf etməliyik ki, hər birimizdə vətənə  sədaqət, vətəni müdafiə və vətən yolunda şəhid olmaq həvəsi  hədsiz dərəcədə artmışdır.

Ermənistanın dövlət siyasəti özülü olmayan, zəif palçıqla hörülmüş divara bənzər. Kərpiclər iplə deyil, başdansovdu hörüldüyündən siyasi mühitə davamlılığı yoxdur. Nə vaxtsa yenə Azərbaycana möhtac olacaq və qardaş Türkiyənin önündə səcdəyə qapılacaq ki,  Azərbaycanla qonşuluq etsin. Hər şeyindən keçməyə hazır olacaq, hər şeyindən… Zaman-zaman belə olub. Biz ürəyi yuxalıq etmişik, aldanmışıq. Biz qonşu olmağa tarixən  məhkumuq. Amma əsil qonşu kimi,..  İki-üzlü, məddah, riyakar qonşulara   ehtiyacımız yoxdur.

Erməni təxribatçılarının  cılız, “əks-kəşfiyyat tədbirləri”nə peşəkar və səriştəli ordumuzun bir qrup  heyəti tərəfindən çevik reaksiya verildi. Sonrası hamımıza bəllidir. Erməni “kəşfiyyatçıları” rüsvay oldular, alçaldılar, ölkə prezidentindən və Azərbaycan xalqından üzr istədilər. Hələ bu harasıdır,dövlət səviyyəsində  bizdən üzr istəyəcəklər, başlarını aşağı dikəcəklər... O günə lap az qalıb, səbr edək...  Nə vaxtsa bu sırtıqlara,tarixi bulanıq, nimdaş xalqın əsgərlərinə “nokaut” dərsi verilməliydi, küncə sıxılmalıydılar. Ey,dünya siyasiləri ve diplomatları! Qulağınızda sırğa edin! Sonuncu əskərimiz dəfn olunmayana qədər bizim üçün müharibə qurtarmayıb, qurtarmayıb...eşidin, bilin!

Azərbaycan vətəndaşı kimi doğrusu heç istəməzdim ki, Prezidentimiz əli soydaşlarımızın qanına batan  bir haramzadə (və yaxud haramzadələrlə) ilə  beynəlxalq səviyyəli görüşdə bir masada əyləşsin.  Azərbaycan Respublikası CM-nin  bir çox maddələri ilə təqsirləndirilməli olan arzuolunmaz şəxslə  ərazi bütövlüyümüzün bərpası məsələsini  müzakirə etmək nə dərəcədə məntiqlidir? Qarşı tərəf bu azmış kimi beynəlxalq hüququn da, prinsiplərinə  müstəsna hörmətsizlik edir, xislətinə uyğun hərəkəti, bəzi cilovlanmayan dövlətlər üçün də əndazəsini  aşmaqda presedent  rolunu oynayır.

Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələri işğalçı tərəfə yerini və həddini göstərə bildi. Bu hələ solaxay şapalaq idi…

Allahdan ordumuza  zəfər arzulayırıq

      


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM