“Polisə Dəstək” İB-nin sədri
Cinayətkarlıqla mübarizə aparan
şərəfli xidmət sahiblərinə ithaf edirəm!
(Dedektiv)
Bakının yaz ətirli, təravətli, nəfəsi birdən-birə dəyişdi. Güclü xəzri şəhərdə havanın hərarətini bir neçə dərəcə aşağı saldı. Rəis xidməti kabinetində oturub rayonda ay ərzində baş verən cinayətlərin statistikasini nəzərdən kecirirdi. Qapi döyüldü:
Adəti üzrə başını qaldırmadan cavab verdi- Gəlin. Sonra qapıya tərəf baxdı. Növbətçi əlini gicgahına qoyub yoldaş rəis: Rəis onun raportunu yarımçıq qoydu.
-Zırrama. Sənə yüz dəfə demişəm ki, papaqsız “çest” verməzlər. Demişəm, deməmişəm?
-Demisiz, rəis can, demisiz. Vallah demisiz. Amma, rəis,vallah otağınızda özümü ititrirəm. Məndən asılı deyil, rəis. Bu da sizə olan vallah hörmətimdən irəli gəlir. Çest verirəm də rəis, kobudluq eləmirəm ki? Rəis yenə onun sözünü kəsdi.
Ay...yoldaş mayor! Sən kimsən ki, mənim kabinetimdə hələ bir kobudluq da edəsən?
Ləhcəsi şirin olan əməkdaşını çox dindirib məzələnmək istəyirdi. Mayor isə özünü itirmişdi, rayonda baş verən ağır cinayət barədə məlumat vermək, ağzını açıb nə isə demək istəyirdi ki, daxili telefona zəng gəldi.
-Rəis, prokuror sizi axtarır.
-Xeyirdimi?
Xeyir deyəndə rəis, prokuror baş verən qətllərlə maraqlanır. Necə? Hansı qətllər, bəs niyə susmusuz?
Bu vaxt növbətçi, milis mayoru Ramazanov özünü saxlaya bilmədi:
-Ay rəis, qurban olum, elə onu deməyə gəlmişəm. Amma...
-Mayor çaşma, məlumatını ver. Mənim əməliyyat növbətçimə baxe?! Yenə mayor özünü itirdi. Əlini gicgahına aparmaq istəyirdi ki, məruzə etsin, prokuror zəng etdi. Rəis növbətçiyə əli ilə, “gedə bilərsiz”, işarəsini verdi.
Hadisə Bakı-Şamaxı yolunun 5-ci km-də, magistral yolun 50m kənarında baş vermişdi. Şəxsiyyətləri məlum olmayan, odlu silah ilə vurulmuş iki naməlum qadın meyiti aşkar edilmişdi. Hadisə yerinin müayinəsi zamanı rəisin diqqəti qadınların boynundakı kolyeyə və əllərindəki üzüyə çəkdi. Sakitcə prokurora - Burda başqa şey var. Çox qəribədir, zinət əşyalarını qarət etməyiblər.
Prokuror:
-Deməli, versiyaları diqqətlə işləmək lazımdır. Şəkilləri televiziyada yaydiqdan və şəxsiyyətlərini müəyyən etdikdən sonra, izinə düşərik.
Narahat olmayın. Rəis öz peşəkarlığına və əməliyyat heyətinə güvənərək - prokuroru xatircəm etdi.
Rayon prokuroru həm nəzəri, həm də praktik baxımdan dövlət ittihamçısı kimi yerində idi. Nəfsi tox və humanist hüquqşünasdı. Ədalətsizlik etməz və həddini aşana yolunu göstərə bilirdi.
Gecənin birində quldurluq törədib, istintaqdan yayınan sübyektin yerini müəyyən edib, onun yaxalanması üçün əziyyət çəkmiş əməliyyatçılar qulduru yaxalayarkən ona fiziki güc tətbiq etməkdən vaz keçə bilməmişdilər. Sevindilər ki, bir ağır cinayət törədən də, zərərsizləşdirildi. Rəis bu barədə prokurora xəbər verməklə onun həbsi üçün sanksiya istədi.
-Prokuror: Göndərin, amma ehtiyyatlı olun ki, qaçmasın!
Cinayət törədəni sanksiyaya cinayət axtarış şöbəsinin rəisi və iki əmaliyyatçı apardılar. Prokuror köməkçisi prokurora polisdən gələnlərin qəbul otağında olması barədə məlumat verdi.
-Gəlsinlər.
Prokuror “qulduru” başdan ayağa süzdü. Əynindəki pencəyin qolu cırılmış, sifətində bir neçə qançırlar, laxtalanmış qan izləri varıydı. Üst dodağı partlamışdı.
Prokuror əli qandallıya sual verdi:
-Bunları (əli ilə polis əməkdaşlarını göstərdi) tanıyırsanmı?
-Başını aşağı dikən quldur-tanıyıram-deyə cavab verdi.
-Bunlarmı səni bu hala salıb, düzünü de? Sən prokurorun hüzurundasan. Heç nədən çəkinmə və heç kimdən qorxma.
Əli qandallı quldur prokurorun ona belə sualla müraciət etməsini əsla gözləmirdi. Sosialist cəmiyyətində cinayət törədənlərlə polis necə davranmalıydı? Fiziki güc tətbiq etməyin özü də ,,profilaktika”nın bir növü kimi qəbul edilirdi. Ona görə də ,,cinayətkar” sifətindəki xəsarətlərdən şikayətçi deyildi. ,,Əməlimə görə çəkdiklərimdir” deyə düşünürdü. Düşünürdü ki, prokuror-quldurluq etmisənmi? - sualını verəcək. Amma, prokuror qayğı ilə yanaşdı: ,,Bunlarmı səni bu hala salıblar?” sualına cavab istədi. ,,Cinayətkar isə xırıltılı səslə:
-Yox, qaçarkən yıxılmışam.
-Harda qaçanda, nəyə qaçırdın, kim səni qovurdu?
-Polisdən uzaqlaşmaq, yaxalanmamaq istəyirdim.
Prokuror:
-Yalan danışırsan.
Sonra əlini telefona uzatdı və ,,cinayətkarın” qəbul otağında gözləməsinə işarə verdi.
Rəisə zəng etdi:
-Yoldaş rəis! Bu qədər arxayınsız, özünüzə güvənirsiz? Qanunlardan qorxmursuz?
Əvvəlcə rəis heç nə anlamadı.
-Necə yəni, Yelmar Cavadoviç! Qanun, qanundur. Hər birimiz üçün ucadır. Ona tabeyik.
-Yox, yox, bir dəqiqə dayan. Cinayətkar tutmusuz çox sağ olun, çox yaxşı, bu xidməti borcunuzdur. Təqdir olunmalıdır və onun həbsi sanksiyalaşmalıdır. Döymüsüz,yenə göz yummaq olar. Amma siz, onu sanksiya üçün prokurorun yanına gətirirsiniz. Heç olmasa sir-sifətini bir sahmana salın. Ayıbdır axı, öz cinayətinizi də prokurorun gözünə soxursuz, rəis?! Ona görə quldur faktı rədd etsə də, mən inanıram ki, o, döyülüb və faktla bağlı cinayət təqibinə başlamağa tapşırıq verirəm. Sağ olun!
Rəis, kabinetində qərar tuta bilmədi. ,,Prokuror haqlıdır. Bu qədər harınlıq nəyə lazım?! Aramızda xoş münasibət olsa da, heç vaxt ondan sui-istifadə etmək olmaz və buna imkan da verməyəcəm. Otaqdan cıxıb düz prokurorun yanına gəldi. Qəbul otağında əyləşən işçilərinə ciddi irad tutdu!: ,,Qatilin üst-başını təmizləmiyi də sizə deməliydim, ağlınız kəsmirdi? Bu qədər harınlamısınız?”-deyib otağa daxil oldu. İlk öncə heç biri danışmadı. Sonra sükutu prokuror pozdu:
-Gördün ,,qulduru”?
-Gördüm.
-Necə təsir bağışladı? Buna nə ad vermək olar? Bu, vəzifədən sui-istifadə, həddini aşma və başqa bir cinayətin adıdır. Bunu bağışlamaq olmaz, rəis! Razısızmı?
-Sizinlə tam razıyam. Mən buna haqq da qazandırmıram. Bu dəfə, mənə görə keçin,özüm bunları ciddi tənbeh edərəm. Əks təqdirdə, hörmətli prokuror, əməliyyatçıların əllərini bağlayıb, əzmini qıracağıq. Xahiş edirəm əfv edin.
Prokuror:
-Düz deyirsiz. Sonra ustad Bəxtiyardan bir şer söylədi.
Zaman görür öz işini, tavanla tir arasında
Sən demə bir rəqəm varmış
İki ilə, bir arasında...
Prokuror bədii duyğusu ilə sübut etdi ki, Əhməd Cavadın oğludur.
Cinayətkarlarla, cinayətlə və onunla mübarizə aparanlar arasında bir boşluq var, onu tapmaq lazımdır. Niyə cinayət törədilir və niyə onlara qarşı işkəncələrsiz ötüşmək olmur? Və yaxud cinayətkar yaxalananda necə davranmaq lazımdır? Qəsdən, ağlı kəsə-kəsə cinayət törədilirsə ona ağılmı vermək, yoxsa?!..
Rəis də peşəkar və nəzəri baxımdan hazırlıqlı idi.
Mənim də buna subyektiv bir yanaşmam var. Bilirsiz hörmətli prokuror döymək, nədən baş verir?
Nə qədər ki, cəmiyyətdə açılmayan cinayətlərə görə danlaq, cəza və ciddi tələbkarlıq var, əməliyyatçılar da axtardıqlarıni tapa bilməyəndə ,,obyektlərinə” qarşı çox acıqlı olurlar və axtarış səmərə verən kimi.yəni,,ov“əllərinə düşən kimi onu biraz ,,sığallayırlar”. Tarixən belə olub. Bir anlıq ,,Səfillər”i xatırlayın.
Prokurorun sifətində təbəssümü görən rəis, özü də gülməyə başladı. Sanki bir çətin kazus da belə həll olundu. Bu, prokurorun humanistliyinin canlı təzahürü idi.
Axşam saat 21:00 da ANS-in xəbərlər proqramında şəxsiyyətləri məlum olmayan meyitlərin şəkilləri tanıtmaq üçün efirdə yayıldı. Heç bir saat keçməmiş qətlə yetirilən xanımların kimliyi barədə şöbəyə tam informasiya daxil oldu.
Ağır cinayətin qurbanları-Samirə ilə Xatirə rəfiqə olmuşlar. Samirə Günəşli qəsəbəsində, Xatirə isə içəri şəhərdə yaşamışlar. Samirə bir otaqlı mənzilini təmir etdiyinə görə, müvəqqəti olaraq rəfiqəsi ilə bir yerdə yaşamış, özünə məxsus geyim paltarlarını da çemodanına yığıb onlarda qoymuşdur. Ustalar Şamaxı şəhərinin sakinləri olmuşlar. Həyata keçirilən istintaq tədbirləri nəticəsində məlum olmuşdur ki,ustalar hadisə baş verən günü Samirə və Xatirə ilə birlikdə Şamaxıda bir neçə gün istirahət etmək qərarına gəlmişlər...
Fotoların televiziyada yayımlanmasından sonra Samirənin bacısı polis idarəsinə gəldi ve bu barədə istintaqa məlumat verdi. Hər şey həyata keçirilən istintaqın və əməliyyat tapşırıqlarının çevik, lakin zərgər incəlikləri ilə araşdırılmasından sonra bəlli olacaqdı. İstintaqa nəzarət ciddi idi. Hadisə haqqında yuxarılara da donos verilmişdi.
Hadisə yerinin müayinəsi “qisas alma”, “qarət etmə” versiyalarını rədd edirdi. Amma fakt faktlığında qalırdı. Qətl odlu silahdan istifadə etməklə baş vermişdi. Digər versiya isə-qadınlara təcavüz etmə bir az ağlabatan olmasa da bu sual məhkəmə tibbi ekspertizanın predmetində özünə yer tapacaqdı. Təcavüz olmuşsa yenə sual yaranırdı: Təcavüzdən sonra niyə məhz qətlə yetirmək lazımıydı? Cavabını da ehtimal etmək olardı: qadınların şikayət vermək istəyinə məhdudiyyət qoymaq. Bir növ məqsəd şahid bazasını qapamaqdan ibarət ola bilərdi. Hələlik qənaət beləydi.
Prokuror polis idarəsinə gəlib, birgə əməliyyat-istintaq qrupu yaradıldı. Qrupun rəhbəri də cavan,lakin enerjili rəis təyin edildi. İstintaqın gedişi DİN-nin və baş prokurorluğunun nəzarətinə götürüldü. Hadisədən heç bir gün keçməmiş baş prokurorun müavininin yanında əməliyyat müşavirəsi keçirildi.
Cinayət işinin açılması üçün 1 həftə vaxt verildi. İşin istintaqı barədə hər gün baş prokurorluğa və DİN-ə məlumat verilməsi tapşırıldı.
Baş prokurorun müavini: Rəis sözünüz varsa buyurun.
-Sözüm yoxdur. Vaxtı öldürmək də cinayətdir, yoldaş prokuror. İcazə verin sizi tərk edib, işimizə başlayaq.
-Buyurun. Doğurdan da vaxt azdır. Onu öldürmək olmaz. Uğurlar.
******
Bakıda bu günkü kimi hava çox nadir halda olur. Narın yağış yağırdı. Belə yağışın özünə məxsus da bir həzin səsi varıydı. Adamın könlünə, ”balonka” geyinib ancaq açıq səmada idman etmək, qaçmaq düşürdü. Rəis ürəyində belə bir hiss keçirtdi. Qaçmaq cavan rəisin xobbilərindən biri idi. Əllərini qoynuna qoyub pəncərədən yağan yağışa baxır, cinayət-axtarış şöbəsinin rəisi ilə bəzi versiyaları ayırd edirdi. Yaxşı, deyirsən ki, motiv zorlama da ola bilər? Onda, niyə məhz belə bir yerdə, bu istəyə düşsünlər? Hələ ki, tələsməyə ehtiyac yoxdur. Təcili, ustaların şəxsiyyəti barədə tam məlumat əldə etmək lazımdır. Yubanmayın, sən əməliyyat müvəkkili Mübarizlə indicə Şamaxıya yola düşün. İlk növbədə Şamaxı R-n polis şöbəsinin-pasport bölməsində ustalar ətrafında məlumatları toplayın, oradan dərhal mənə zəng edin. Davay, yubanmayın. İkinci qrupa daxil olan Elmar və Elmana isə başqa tapşırıq verildi: Ustaların Bakıda yaşamaları barədə məlumat toplayın və təxirə salınmadan həmin ünvanı müşahidə altına alın. Onların Bakıda yaşayıb-yaşamamaları haqqında məlumatı Samirənin bacısı ilə söhbət əsnasında əldə edin. İstintaqın köməyindən istifadə etmək zərurəti varsa əlaqə saxlayın. Di haydı, siz də işinizdə olun. Müstəntiq istintaq hərəkətlərini davam etdirsin, qonşuları dindirməklə əhəmiyyət kəsb edən informasiyalara nail olsun...
Verilən tapşırıqlar rəisin otağında çevik, əməliyyat-axtarış xarakterli ,,ayaqüstü” müşavirənin gəldiyi ilkin qənaət idi. Sonrası verilən tapşırıqların və ilkin istintaqın nəticəsindən asılı olacaqdı.
Rəis otağında gözləməyə səbri çatmadı. Gödəkcəsini geyinib aşağı düşdü. Növbətçi hissədə də qərar tuta bilmədi. Saat artıq 19-u vururdu. İki saatdır uşaqlar Şamaxıya yola düşmüşdü. Hələ ki, bir xəbər yoxdur. Rəis düşünə-düşünə narahatlığını da biruzə verirdi.
Bu gün əməliyyat növbətçisi Oruc kişi idi. Ona Oruc dayı da deyirdilər. Əslən Şirvanlı olan Oruc, polis işçisi kimi təcrübəli və dözümlüydü. Oruc kişi,rəisin narahatlığıni hiss edib sükutu pozdu:
-Rəis,bu iş açılan işdir.Narahat olmağa dəyməz.
-Narahatçılıq ondadır ki,uşaqlar köhnə bir ,,05” jiquli ilə yola düşdülər.Hava burda belə yağırsa, gör Şamaxıda necədir? Digər tərəfdən bizdən də tələb edirlər... Nə oldu, nə oldu...lara cavab vermək olmur, Oruc kişi?! Bu vaxt növbətçinin şəhər telefonu cingildədi Oruc kişi farağat surətdə: Binəqədi Rayon Polis idarəsinin əməliyyat növbətçisi, Polis mayoru Oruc Qocayev eşidir. Tez telefonu rəisə uzadaraq:-Rəis Şamaxıdandı.
-Bəli. Nə yaxşı, nə yaxşı! Deməli hər iki usta Şamaxının Sündü kəndində yaşayırlar. Çox yaxşı. Kənd rayon mərkəzindən çox uzaqdır? Yaxındırsa, lap yaxşı. Diqqətlə qulaq asın : Mən indi polis rəisi ilə əlaqə saxlayaram. Qalx yanına, iki nəfər köməkçi versinlər və dərhal Sündü kəndinə yollanın. Hər iki nəfərin evini rəsmi protokolla müayinə edin, baxış keçirin. Amma unutmayın ki, iki nəfər hal şahidləri də olsun. Mütləq mənada rayon prokurorluğun müstəntiqi baxışı protokollaşdırsın. Maddi subutları-Samirənin əşyaları olduğu çemodanı və odlu silahı tapmağa səy göstərin. Əliboş gəlməyin, Mübariz! Aydın oldumu? Qalx rəisin yanına, yubanma!
Rəis təxirə salmadan DİN-nin növbətçisi vasitəsilə Şamaxı rayon polis şöbəsi ilə əlaqəyə girdi. Nə lazımdırsa həmkarına lakonik məlumat verdi...
Aramsız yağan yağış dayanmırdı. Hava o qədər də soyumamışdı. Axşam ötdükcə hərarət də aşağı düşürdü. Artıq ikinci qrupun da məlumatı qismən bəlli oldu. Ustalar Binəqədi qəsəbəsinin “mədən” deyilən ərazisində yaşamışlar. Aparılan 3-4 müşahidədən məlum oldu ki, sonuncu gün ümumiyyətlə ustalar evə gəlməmişlər. Hər ikisi ailəlidir və ailələri Şamaxıda yaşayırlar.
Rəis əldə etdikləri informasiyanı prokurorla bölüşdü:
-Yoldaş prokuror, hələ ki, uşaqlar pis işləmirlər. Amma havanın şıltaqlığı yaman, “əyləci” basır, çətinləşir işimiz. Uşaqlar Şamaxıdayaxşı məlumatlar toplayıblar. Allah eləsin maşın xarab olmasın. Texnikin cəhətdən nasazdır.
Gecə saat artıq 01:30 idi. Prokuror da az narahatlıq keçirmirdi. Amma nə etmək ki, ağırlıq həmişə polisin çiyninə düşür. Bütün bunları düşündükcə rəis qənaətini prokurordan gizlətmədi.
-Yoldaş prokuror! Bəzən ictimaiyyət, lap elə rəsmi qurumlar, bəzi vətəndaşlar polisin fəaliyyətində kiçik bir qüsur gördükdə onu gizlətmək, dilə gətirməmək əvəzinə, bir az da böyüdürlər. Amma hər bir cinayətin açılması üçün neçə yuxusuz gecələrin keçirilməsi lazım gəlir-onun fərqinə varan yoxdur. Niyə belə yanaşılır? Bax saat artıq 02:30-dur, siz yatmamısız, polis işçiləri küçədə, mən və digər tərkib də işdə. Adamlara elə gəlir ki, təhlükəsizliyin təminatı ucuz və sadə bir üsul ilə başa gəlir. Bu cür düşünənlərə yalnız təəssüf etmək və köks ötürmək olar. Mayakovskiy demişkən: bir misranı yazmaq üçün çox əziyyət çəkmək, əmək sərf etmək lazım gəlir. Hər şey, hər misra qram-qram əldə edilir... Polisin də işi qram-qram alınır.
-Yaxşı, yaxşı çox tərifləmə polisi. Mən də sənin kimi düşünməsəydim, onların əziyyətinə varmasaydım haqlarında cinayət işi qaldırardım. Amma nəticəsini gördün? Hər ikisi gülüşdülər və sağollaşdılar.
*********
Bəşər tarixi yaranandan bəri cəmiyyətdə cinayətlər baş verib. Həzrəti Adəmin övladlarından birinin digərini qısqanclıqdan qətlə yetirməsi, Məkkə müşriklərinin Hz.Muhəmmədin(s.ə.s) tərəfdarlarına qarşı cinayətləri, quldarlıq, feodalizm, kapitalizm, sosializm və elə indi (bu cəmiyyətin adını deməkdə çətinlik çəkirəm) də cəmiyyətin inkişafı və şüuruna xas cinayətlər olub, olacaq. Əski sovetlər dönəmində cinayətlərin kökünü kəsmək vəzifəsi hüquq-mühafizə orqanlarının qarşısına bir vəzifə kimi qoyulmuşdu. Cəmiyyət isə buna hazır deyildi və heç vaxt bu vəzifənin öhdəsindən gələ bilməzdi. Çünki cinayətlər cəmiyyətin əlavə məhsulu kimi ortaya çıxır. Bir az da obrazlı ifadə etsək cəmiyyət bir zəmiyə bənzər. Ora səpilən toxumların yaxşısı da, pisi də, yabanısı da bitir. Zəminin münbitliyi əkinə müsbət təsir etsə də, alaq otları və digər zərərvericilər inkişafa mane olduğu üçün onunla mübarizəyə ehtiyac yaranır. Əks təqdirdə zəhmət hədər gedər. Cinayətkarlıq da belədir. Cəmiyyətdə mövcud sosial çətinliklər və faktorkar müəyyən qism insanları cinayət etməyə vadar edir. Yaranmış səbəb və şərait nəticəni hasil edir, ictimai münasibətlərə ziyan dəyir. Bəzən ictimai münasibətlərə edilən qəsdlər qeyri-aşkar şəraitdə baş verdiyindən onların açılmasına zaman lazım gəlir. Cinayətlərin qurbanları isə əksər hallarda bundan xəbərsiz olurlar və cinayətkar cəzasına çatmayanda polis haqqında başqa şey düşünürlər. Çox təəssüf ki, polisin spesifik xidmətinin görünməyən tərəfindən ictimaiyyət az məlumatlıdır. Nə isə... Bunları rəis düşündükcə milis əməkdaşlarının xidmətlərinin cəmiyyət tərəfindən düzgün qiymətləndirilməməsinə görə əzab çəkirdi. Telefon zəngi rəisi xəyalından ayırdı. Əməliyyat üzrə növbətçi idi:
-Rəis Şamaxıdandır, dəstəyi götürün. Telefonda cinayət – axtarış üzrə əməliyyat müvəkkili Mübariz idi.
-Eşidirəm, Mübariz. Nə xoş xəbərin var, sevindirəcəksənmi bizi?
-Rəis zəhmətimiz hədər getmədi. Ustaların evinə daxil olan kimi qapının giriş hissəsində Samirəyə məxsus əşyalarla dolu çemodan maddi sübut kimi götürüldü. Odlu silah isə yataq otağından tapıldı. Müayinə müstəntiqin və hal şahidlərinin iştirakı ilə aparıldı. İlkin dindirmə zamanı hər ikisi cinayətlərini izahatında etiraf etdilər. Səbəb sərxoşluq nəticəsində hərəkətlərini ölçüb-biçə bilməmələri olmuşdur. İfadələrini idarədə mustəntiq alacaq. Qısa bu qədər rəis, başqa sualınız və tapşırığınız varsa buyurun!
-Təbrik edirəm. Ehtiyatla gəlin. Saxlanılanların əllərini qandallayın ki, yolda müqavimət göstərə bilməsinlər. Rəis dəstəyi yerinə qoydu. Saata baxdı. Saat 05:30 göstərirdi. Əməliyyat uğurla və düşünülmüş şəkildə davam edəndə yorğunluğa yer qalmır. Rəis də yorulmamışdı, əksinə xoş xəbərdən gümrahlaşdı. Sevincini prokuror ilə paylaşmaq istədi. Sübh çağı olduğundan prokuroru narahat etmək istəməsə də “istintaqı onsuz da prokurorluq aparacaq” və niyə də narahat olmasın? - deyə əlini şəhər telefonuna uzadıb düymələri basdı. Sübh tezdən evə daxil olan telefon zəngi prokuroru və ailəsini əsla narahat etmədi. Birinci dəfə deyildi ki? Prokuror telefonun səsini eşidib xoş məramın yaşandığını anladı və dəstəyi götürən kimi:
-Təbrik edirəm, ay rəis?! Bu vaxtın telefon zəngi belə deməyə əsas verir. Düzmü tapdım?
-Bəli, yoldaş prokuror! Sizi də təbrik edirəm. Uşaqlar təqsirləndirilə biləcək şəxslər və götürülən maddi sübutları ilə şəhərə qayıdırlar.Yəqin ki, İnşallah iki saata burda olarlar. Müstəntiqinizə tapşırıq verin ki, idarəyə gəlsin və dindirməyə başlasın. Belə qənaətdəyəm ki, hər şey öz təsdiqini tapıb. Yerində alınan izahatları öz sözləri ilə yazıblar və əməllərini etiraf ediblər. Bəri başdan deyim ki, heç bir fiziki zor və işkəncələrə məruz qalmayıblar. Prokuror şaqqanaq çəkdi. Bu sübh çağının bədən tərbiyəsi idi...
İstintaq zamanı alınan ifadələrdə hadisənin leymotivi belə təsvir edilir:
Afət və Asim hər ikisi Sündü kəndində yaşayırlar. Peşələri evlərdə təmir işləri ilə məşğul olmaq, rəngsazlıq etməkdən ibarət olub. Samirənin bir otaqlı mənzilini təmir etmək üçün razılaşırlar. Samirə bu müddət ərzində rəfiqəsi ilə bir yerdə yaşayacaqdı. (İçəri şəhərdə) Hadisə baş verən zaman iki günlük Şamaxıda istirahət etmək qərarına gəlmişdilər və rəfiqələr də bu qərarla razılaşmışlar. Bakı ərazisindən bir neçə km uzaqlaşmışdılar ki, Asim yolun kənarında bir qədər dincəlməyi təklif edib. Şəhərdən aldıqları xırda bazarlıq və bir ədəd , ”Stoliçnıy” araq, 1kq kolbasa və tərəvəzlə magistral yoldan təxminən 100m kənarda süfrə açdılar... Hava hələ ki,xoş idi. 100qr spirtli içkidən sonra Asim səbrsizlik etdi. Rəfiqələrdən birini bir az kənara dəvət etdi. Hər ikisinin yaşı 35-i haqlamışdı. Asim əlini Xatirənin boynuna saldı. Xatirə müqavimət göstərsə də alınmadı. Təpəni aşıb əyləşdilər.Asim bu dəfə də əlini Xatirənin qoynuna aparır. Xatirə qışqırır. Samirənin özünü Xatirəyə çatdırmaq cəhdi boşa çıxır. Afət mane olur. Samirəni maşına dəvət edir. Samirə imtina edir. Qısa mübahisədən sonra, Afət maşındakı ov tüfəngini götürüb Samirəyə təklifi ilə razılaşmayacağı təqdirdə həyatla vidalaşacaq - deyə onu hədələyir. Rədd cavabı aldıqda əlini tətiyə atır və güllə açılır. Asim inanmır. Axı, patroncıqda patron olmamalıydı. Bu necə açıla bilərdi?! Hadisənin dramatikləşdiyini görən ustalar şahid bazasını silmək məqsədilə Xatirəni ikinci güllə ilə qətlə yetirir və dərhal hadisə yerini tərk edib Şamaxıya yollanırlar. Bu Afətin ifadəsində yer alan istintaq məlumatı idi. Amma Asim fərqli ifadə vermişdi. O, Samirə ilə Afətin arasında isti münasibətin olduğu, lakin hadisə günü Samirə Afətə yaxınlıq üçün imkan vermədiyinə görə sonuncu bundan qəzəblənib onu aradan götürmüşdü. Biz istirahətə gəlməmişdən əvvəl Xatirənin evində bu barədə razılaşmışdıq. Xanımlar isə razılığı pozmuşdular və cəzasını da aldılar. Bunu da Asim öz sözləri ilə verdiyi ifadəsində etiraf etmişdi.
Tüfəngin-odlu silahın boş olduğuna əmin olsan belə, əlini tətiyə aparma, o açıla bilər. Axı odlu silaha necə etibar etmək olar? Rəis məlumatı dinləyə-dinləyə bu aforizmi xatırladı. Nə etmək, sonrakı peşimançılıq fayda vermir...
Rəis baş verən hadisənin təfərrüatına tam bələd olduqdan sonra belə qənaətə gəldi ki, cinayət xüsusilə ağır cinayət olaraq qalır. Təqsirkarlar nə etdiklərini, əvvəlcədən hansı nəticə doğuracağını da görüblər və buna şüurlu şəkildə yol veriblər. Bu əxlaqın, mədəniyyətin, elmin, tərbiyənin, düşüncənin, şüurun olmamasının nəticəsidir. Sadəcə nihilizmdir. İnsanın ağlı varsa da, onda başqa müsbət dəyərlərin yoxluğu cəmiyyətdə fəsadlar yaradır. Fərddə bilik fəlsəfəsi olmayanda, onun davranışı real həyatla uzlaşmır.Bunun üçün cəmiyyəti elə qurmaq, elə inkişaf etdirmək lazımdır ki,başqa,pis vərdişlərə yer qalmasın. Bu, rəisin qənaəti idi və bunu prokurorla bölüşəndə, prokuror razılaşdı “kriminologiya elmi baxımından düzdür”- deyə cavab verdi. Amma nə etmək - belələri var və olacaq da. Cinayətə meyilli insanlar öz işlərində, biz də mübarizədə ayıq və sayıq olmalıyıq. Bax, bu günkü kimi. Prokuror fikrini nöqtələdi.
Rəis prokurorun kabinetində müstəntiqin işlə bağlı məlumatını dinləyirdilər. Hər ikisinin qarşısında fincanda çay varıydı. Rəisin də, prokurorun da mahiyyəti üzrə sualları ortalığa çıxırdı və müstəntiq suallara aydınlıq gətirirdi. Müstəntiq də işini zərgər incəliyi qədər dərindən bilirdi. İstintaqın obyektiv və hərtərəfli aparılmasında heç bir şübhə yeri qalmırdı.
Qapı açıldı. Prokuror köməkçisi icazə alıb, içəri daxil oldu. Yoldaş prokuror, rəisi istəyirlər.
-Xeyirdimi? Kimdir soruşan?
-İdarənin növbətçi hissəsindəndir.
-Deyin kabinetimə zeng etsinlər.
Telefonda novbətçi Ramazanov idi.
-Yoldaş prokuror, rəisimizi olar?
-De görüm nə olub, rəis yanımdadır. Ramazanov, sənin ayağın çox ağırdır. Yenə hadisəmi var?
-Bəli yoldaş prokuror. Binəqədi qəsəbəsinin neft mədəni deyilən ərazisində kiçik mazutlu gölün kanarında QAZ 2410 markalı ,,Volqa” avtomobilində baş nahiyəsinin sağ gicgahından güllə yarası ilə qətlə yetirilmiş şəxsiyyəti məlum olan sürücü Anar Şıxəliyevin meyiti tapılıb.
Hər ikisi bir müddət ruh halında özlərini hiss etdilər. Bir az keçmiş prokuror dərindən köks ötürdü. Əlindəki çay fincanını yerə qoyub sükutu pozdu:
-Gedək, hadisə yerinin müayinəsində iştirak edək. Bir gecədə üçüncü qətldir. Deyəsən zaman bizi qınayıb, Rəis! Amma ......sözünün davamını demədi.
Hadisə Binəqəqdi qəsəbəsinin neft qoxulu, “mədən” deyilən ərazisində baş vermişdi. “Qara Volqa” yarı örtülü asfalt yolun kənarında dayanmışdı. Prokuror maşına vizual baxış keçirdi. Sürücü başını sükana söykəyib sanki yuxuya dalmışdı. Sağ gicgahında kəllənin qulaqdan alın sümüyünə qədər olan hissəsində güllədən alına bilən dəlib deşən yara varıydı. Qan artıq laxtalanıb dayanmışdı. Prokuror diqqətlə sükan arxasında “uyuyan” sürücünü nəzərdən keçirtdi: Ehtimalım belədir ki, qətlə yetirilən elə maşını idarə edəndir. Qənaətini də belə anlatdı. Rəisin “hardan belə qənaətə gəldiniz, yoldaş prokuror?” - sualına macal verməyib sözünə davam etdi: Sağ ayağı əyləcin üstündə qalıb. Çox güman ki, yanında əyləşən ona yaxın adam olub. Məqsəd intiqam və qisas almaqdan ibarət ola bilər. Nə maşın, nə də sürücü qarət edilməyib. Sürücüyə məxsus əşyalara toxunulmayıb... Niyə məhz intiqam?! Bu başqa məsələdir, yəqin ki, istintaq bunu araşdıracaq. Qətlə yetirilmiş sürücünün qolundakı saatı 11:30 göstərirdi. Prokuror müstəntiqə və ekspert-kriminalistə hadisə yerinin müayinəsi ilə bağlı tapşırıqlar verdi ...
Rəisin xidməti otağında prokurorla rəis prosesual incəliklərə, cinayətin motivi və fərziyələrlə bağlı çox götür-qoy etdilər. İlkin nəticələr ehtimala - prezumpsiyaya söykəndiyindən prosesual qənaətə gəlmək çox riskli idi və cinayətin izini azdırmağa apara bilərdi. Bu arada növbətçinin telefonu yenə sükutu pozdu.
-Rəis, Qorotdelin rəisi qalxdı. Generalı deyirəm. Növbətçi sözünü çaşqınlıqla ifadə etdiyindən rəisin soruşmaq istədikləri yarımçıq qaldı. Qapıya yaxınlaşarkən, general içəri daxil oldu.
General çox təcrübəli və məlumatlı idi. Əhəmiyyət kəsb edən cəhət ondan ibarət idi ki, uzun müddət əməliyyat xidmətində işləmiş, idarə rəisi olmuş, məxfi şəbəkənin məlumat bankından çox faydalanmışdı.
Hadisə ilə bağlı mülahizələrini bölüşdülər, prokuror da, rəis də fərziyələrini generalın diqqətinə çatdırdılar. General təmkinlə hər şeyi dinləsə də, öz fikri barədə bir şey söyləmədiyindən prokuroru bir qədər düşünməyə vadar etdi. Amma rəis ilkin versiyaların general tərəfindən qəbul edilməməsinin qənaətində idi.
General:
Yaxşı mane olmayım, istintaq-əməliyyat qrupunu peşəkarlaradan ibarər tərkibdə yaradın. Çalışın şəhər polisinin əməliyyatçıları da orda iştirak etsinlər. Hörmətli prokurorun bu işə ciddi nəzarət edəcəyinə şübhəm yoxdur. Amma qəbul otağında bir nəfər sizinlə görüşmək istəyir. Belə anladım ki, mərhumun qaradaşıdır, Şəkidən gəliblər. Zənnim məni aldatmırsa o, ağır cinayətə görə məhkum olunub. Şəxsi işini tələb et və fikrini bildirin...
Çox qaranlıq bir tapşırıq idi. General qardaşa qatil kimi baxırdı. Heç ağlabatan deyil. Vaxtımızı buna sərf etsək, cinayət bağlı qala bilər-deyə fikirlərini prokurorla bölüşdü. Rəis gənc olduğundan tapşırığa real yanaşmadı. Yenə sükutu prokuror pozdu: Generalın fikrini qəribçiliyə salma, həyatda atasını, anasını qətlə yetirənlər azmı olub? “Tak çto” vaxtı bihudə vermə, işimizi çevik aparaq. Vaxt xeyrimizə işləmir. Çağır şikayətçini birlikdə dinləyək...
Şikayətçi kabinetə daxil oldu. Ədəb ərkanla salam verdi,hər ikisinə təzim etdi və ağladı.
Prokuror:
-Əyləşin, buyurun, sizi dinləyirik. Sən mərhumun qardaşısan?
-Bəli, böyük qardaşıyam.
-Rəhmətlik evliydi?
-Bəli, iki oğlu var.
-Rayonda yaşayırdı, yoxsa Bakıda?
-Yox rəhmətlik şəhərdə yaşayırdı, uşaqlar isə Şəkidə.
-Şəhərdə harda yaşayırdı?
-Yeni Yasamalda, “Naxalstroykalarda”.
-Kiminlə qalırdı, ev özününküydü, yoxsa kirayədə qalırdı?
-Xeyr,orda bir xanımla yaşayırdı.Ev xanıma məxsus idi.
-Xanımın adı və ünvanı barədə məlumatın var, və yaxud evin yerini göstərə bilərsənmi?
-Bəli.
Mərhumun qardaşı dolmuşdu. Nəsə yenə demək istəyirdi ki, prokuror sözünü kəsdi
-Yaxşı, çıx qəbul otağında bir az gözlə.
Prokuror:
-Rəis, yubanmaq olmaz. Təcili “uşaqları” göndərin həmin xanımı şöbəyə gətirsinlər. Hadisənin izinə demək olar ki, düşdük. Bu anda prokuror şikayətçinin geri çağırılmasını xahiş etdi. Görək bunun məhkumluğu olubmu, olubsa hansı cinayətə görə?! General elə - belə demədi ki, bunu yoxlayın, məhkumluğu var.
Növbətçi şikayətçi ilə içəri daxil oldu.
Prokuror:
-Əyləş. De görüm heç tutulub eləmisən, yəni həbsdə yatmısanmı?
-Şikayətçi gözlənilməz sualdan udqundu. Sonra qırıq səslə-Bəli!
-Nə üstündə,
-Adam öldürmüşəm.
-Harda?
-Şəkidə.
-Nə ilə öldürmüşdün?
-Silahla, yəni tapança ilə.
Prokuror daha dərinə getməyib sorğu-sualı dayandırdı. Bir an rəisə baxdı. Hər ikisinin baxışlarında bir sevinc varıydı. “Vallah qatil yanımızdadır. Bunu buraxmaq olmaz”. .. Prokuror belə düşünürdü.
Şikayətçi ilə bərabər idarənin əməliyyat işçiləri Yeni Yasamala tapşırığın icrasına yollandılar.
Nahardan bir az vaxt ötmüş əməliyyat qrupu həmin xanımla rəisin yanına qalxdılar.Rəis şikayətçini növbətçi hissədə saxlanılması haqda göstəriş verdi. ,,Mənsiz onu heç kimlə görüşdürməyin”.
Növbətçi:
-Rəis, Şəkidən mərhumun atası və anası da gəliblər, qətlə yetirilən övladlarını aparmaq istəyirlər.
-Qaldırın yanıma.
Xanımla söhbətə prokuror başladı.
Rəis şikayətçilərin qadını görməsin deyə onları başqa otaqda qəbul etdi və həkim müayinəsindən sonra meyiti aparmağa icazə veriləcəyini nəzərlərinə çatdırdı. Aralarında bəzi məqamlar, mərhum oğlunun Bakıda harada qalması, ailəsi ilə niyə bir yerdə yaşamadığı, bu barədə valideyinlərin xəbəri olub-olmaması və.s. barədə söhbətlər də aparıldı. Sual cavablar nəticəsində rəisə çox şey məlum oldu...
Xanımla uzun söhbətdən sonra məlum oldu ki, hadisənin baş verdiyi gecədə mərhum Həmdullah Yeni Yasamalıda N.Tusi döngəsində yaşayan Zərifənin evində qardaşı İbadullah və həmyerliləri Ömərlə bir yerdə olublar. Gecə təxminən 23:30-da evi birlikdə Həmdullahın qara rəngli “Volqa”sı ilə tərk ediblər. Sonrası barədə heç bir məlumatım yoxdur. “Adətən yanımda gecəliyirdi, həmişəki kimi... Amma nədənsə bu gecə qalmadı. Niyəsini də soruşa bilmədim, qardaşı yanında idi” - Bunları Zərifə rəisə və prokurora söyləyirdi.
Xanıma da başqa otaqda bir az gözləməyi məsləhət gördülər. Bu an prokuror:
-Xanım, qardaşının sənə münasibəti necə idi?
-Hiss edirdim ki, məni qardaşı arvadı kimi qəbul etmir. Bir neçə dəfə Həmdullah ilə onun maşınında Şəkiyə də getmişik. Valideyinləri və onun ailəsi mənə həqarətlə baxırdılar. Bütün bunlara baxmayaraq məhrum yay aylarında məni Şəkiyə getməyə məcbur edirdi. Açığı, mən də belə münasibətdən əzab çəksəm də özümü ona “ömür gün” yoldaşı hesab edib tələbinə qarşı çıxa bilmirdim. Biz bir-birimizi çox sevirdik. O, məni qısqanırdı...
Prokuror fikrə getdi. Zərifə xanıma bir sual da verdi:
-Hər dəfə Şəkiyə gedəndə neçə gün orada qalırdınız? Bir evdə yaşayırdınız, yoxsa ayrı?
-Xeyr bir evdə, yəni valideyinlərinin və ailəsinin qaldığı evdə yaşayırdıq. 10-15 gün qalırdım. Biz ayrıca otaqda qalırdıq. Evin birinci mərtəbəsində.
-Bəs, sizin bu hərəkətləriniz ailəsini qıcıqlandırmırdı? Niyə siz, əxlaqa və mənəviyyata zidd addım atırdınız? Bəs sizin valideynləriniz, qardaşınız varsa, qardaşınız bu eybəcərliyə necə baxırdılar? Ümumiyyətlə sizi heç qınayan olurdumu? Prokurorun sualları çoxalırdı. Zərifənin hərərkətlərindən hiddətlənmişdi. Bax görürsünüz, sizin qəbul edilməz davranışlarınızın nəticəsi nəyə gətirib çıxartdı? Ailə iki çocuqla sahibsiz qaldı. Valideyinlər oğul dağı ilə imtahana çəkildilər. Hadisənin baş verməsində hardasa özünüzü günahkar hiss edirsinizmi? Prokuror artıq qənaətində ümidli idi. Hadisənin nədən, hansı motivdən baş verməsinə varmışdı. Zənni onu aldatmırdı. Ona görə də Zərifənin günahı olub-olmamasını onun özündən eşitmək istəyirdi. Zərifə isə susmuşdu, gözlərindəki yaş gilələri pudralanmış yanağından axırdı. Birdən hönkürtü ilə ağladı və prokurora - Mənim günahım var-dedi.
Prokuror verdiyi sualların cavabını gözləmədən sonuncu sualına cavab verməyi xahiş etdi.
-Zərifə xanım, kimdən şübhələnmək olar?
-Mənim üçün çətindi bu suala cavab vermək. Amma sonuncu gecə bizdə olarkən iki qardaş çox mübahisə etdilər və bir yerdə də evdən çıxdılar. Nə deyim?!...
Axşam saat təxminən 23 radələrində növbətçi rəisin yanına gəlib mərhumun qardaşının rəislə görüşməsini israrla tələb etdiyi barədə məlumat verdi.
Prokuror:
-Tələsmə. Əvvəlcə cəzaçəkmə müəssisəsindən verilən şəxsi işi ilə tanış olaq, sonra onu bir yerdə qəbul edərik.
-Ağıllı fikirdir. Rəis masanın üstündəki məhkumun 0815201 saylı işini açdı. İlk səhifələrdə məhkum olunmuş Həmdullahın “Makarov”markalı tapança ilə həmyerlisini qətlə yetirməsi barədə məlumatı oxuduqda həyəcanını saxlaya bilmədi. Aman Allah,yoldaş prokuror, qatil qardaşıdır. Düz gəlmişik. Bu adam 15 il öncə eyni hərəkət və üsulla, makar tipli tapança ilə həmyerlisini qətlə yetirib. Bu, ikinci, eyni şəxs tərəfindən eyni maddə ilə törədilən xüsusilə ağır hadisədir. Bu şəxsə Residivist də demək olar.
Prokuror:
-Yenə tələsirsən. Dediyinlə razıyam. İndi baxaq görək Həmdullah nəyə görə qardaşının qanına əlini bulayıb?!
Rəis:
-Yəqin ki, Zərifəyə görə. Hər halda kənd yerində ailəsi və iki uşağı ola-ola, hamıya – ata və anasına hörmətsizlik edərək başqa xanımla bir damın altında qalmaq hissiyatına toxunub və qisas alıb.
Prokuror:
-Nə isə. Deyin o, alçağı gətirsinlər.
Rəis göstərişini verdi. Bir neçə dəqiqədən sonra Həmdullah növbətçi ilə içəri daxil oldu.
Rəis qayğı ilə;
-Həmdullah, gəl əyləş. Rayonumuzun prokurorudur. Mənimlə görüşmək istəmisən. Nə sözün var?Buyurun eşidirik.
Həmdullah başını aşağı saldı, danışa bilmirdi. Sonra prokurora baxdı və
-Rəis, olar ikimiz söhbət edək?
-Axı, prokuror bizə mane olmur.Bəlkə sözünə davam edəsən?
Bir anın içində Həmdullah pəncərərnin açıq layından 2-ci mərtəbədən həyətə atıldı. Xoşbəxtlikdən qaçmağa macal tapmadı, əməkdaşlar onu yaxalaya bildilər. Xəsarəti də yüngül idi.
Prokuror:
-Rəis, təbrik edirəm.Xüsusilə ağır cinayətin üstü isti izlərlə açıldı.Mən getdim.Söhbətinizi edin.Saat artıq 01:30-dur.Sabah görüşənədək...
Həmdullahı rəisin yanına gətirdilər.
Rəis:
-Ə, bu nə uşaqlıqdı edirsən?Səni kobudlamadıq,xətrinə dəymədik,başqa cür əzab verilməyib, bu nə işdir edirsən? Zırramasan, zırrama. Dedin görüşmək istəyirsən xahişini yerinə yetirdik. Sonra da dəlilik, nə bilim manyaklıq edirsən. Yaramaz. Otur!
-Rəis, qurbanın olum. Biabırçılıqdan qurtulmaq istəyirəm.
-Niyə, nə olub axı? Hansı biabırçılıqdan? Daha ikimiz yox, mənim işçilərimin yanında danışmalı olacaqsan. Çünki, etibarı itirdin.
-Rəis, bir xahişim var. Əllərimi bağlayın, oturum yanınızda söhbət edək. Bunlar getsin də, nə olar? Bir də, rəis, 50 qram verin də, ürəyim indi partlayır. Qurbanın olum, rəis! Nə olar 50 qram...
-Adə, axmaq-axmaq danışma. Bura sənin üçün yol üstü yeməkxanadı, yoxsa özünü Şəkidə hiss edirsən? İndi səni heyvan kimi çırparlar və araqsız piyan olarsan. Tərbiyəsiz! Mumla ağzını, heyvan! Həmdullah daha dillənmədi, başını aşağı salıb ağlamağa başladı.
Rəis də humanist adam idi. Ürəyi kövrəldi. Əlini birbaşa əlaqə telefonuna uzadıb düyməni basdı.
-Bəli rəis.
-Bir araq tap gətir.
-Necə, araq?
-Hə də, araq sənin tez-tez içdiyin zəhrimardan deyirəm. Başa düşmədin?
-Başa düşdüm rəis, başa düşdüm. Bu dəqiqə.
Rəis cinayət-axtarış şöbəsinin rəisi ilə danışırdı. Həmişə ona irad tutardı:
-A, zırrama az iç. Serroz peçen olarsan.Yazıqsan, iki uşağın var.
-Rəis, mən içirəm? İşimiz xod gedəndə bir 100-150 qr. Vururam da. Başqa vaxt içmirəm ki?
-Yalansa saqqalın ağarsın. Bu dəfə tutsam “üfürməli” olacaqsan. Təsdiq olunsa baş idarəyə təqdimat göndərəcəyəm...
Rəis Həmdullaha:
-Əyləş yanımda.
Əməkdaşlarına isə “kabineti tərk edin” komandasını verdi. İşçilər: Rəis axı, indicə qaçmağa cəhd etmişdi, necə bunu tək buraxaq? Bu dəfə rəisin baxışları “çıxın” işarəsini verdi.
Arağı və taraş stəkanı Həmdullahın qabağına qoydu.
-Özün süz, iç. İcazə verirəm. Sonra, bir stəkan da öz qabağına qoydu. “Qoy inciməsin, ürəkli olsun. İşimizin xətrinə Allah günahımdan keçər” düşüncəsilə əlindəki stəkanı Həmdullahın stəkanına cingiltdədi.
-Sağ ol, Həmdullah, iç görək, nə söyləyəcəksən?
Həmdullah, stəkanı başına çəkdi. Rəisin içmədiyini gördükdə duruxdu. Və düşündü:
“-Axı, polis işçiləri vuran olur, görən niyə rəis stəkanını yerə qoydu?”
Rəis Həmdullahın baxışlarındakı sualı duydu:
-Həmdullah mən iş başındayam. İçən deyiləm, içmirəm. Amma, qonaq olduğuna görə sənin, ”sifarişini”rədd etmədim. İç. Mən otağımda hələ heç kimə belə, ”Hörmətlə” yanaşmamışam. Əgər bu araqla səni ovundura və dərdini bir qədər azalda bildimsə, şükür.
Taraş stəkandan sonra Həmdullah tam sərbəst özünü hiss etdi və bu dəfə hönkür –hönkür ağladı.
-Rəis, Allah mənim günahımdan keçsin. Eşitmişəm, siz Allah adamısız. Dua edin, Allah məni əfv etsin. Qardaşımın qatili mənəm. Başqa yerdə axtarmayın.
Həmdullah ağlaya-ağlaya əlini araq şüşəsinə uzadıb birin də içdi. Sonra ufuldamağa başladı. Of,of,ay Allah, öldür məni, öldür! Mən niyə belə etdim?
Rəis bir an özünü itirdi. “Necə yəni, qardaş da qardaşı öldürərmi?”
Bu dərəcədə düşünməzdim! İstədi Həmdullahı tənbeh etsin, sonra fikrindən daşındı... Cəhənnəm olsun. Öldürüb indi də cəzasını çəksin – deyə düşündü.
-Həmdullah, özünü ələ al. Necə yəni sən öldürdün. Niyə, səni buna vadar edən nəydi belə?
-Rəhmətlik bizim başımızı yerə soxdu. Əxlaqsızın birini evimizə gətirirdi, nə atamdan, nə anamdan, nə də uşağından çəkinmirdi. Abır-həyamızı, kənddə olan-qalan hörmətimizi vurdu yerə, aşağıladı bizi. Kənddə hamı ondan danışırdı. Əvvəlcə atam ona irad tutdu. Qəbul etmədi. Sonra mən ona dəfələrlə “etmə-oğraşlığa getmə” - dedim, qulaq asmadı. Bu azmış kimi bir neçə il yay vaxtlarında yenə onunla kəndə gələrdi.
Ötən gecə də mən rayondan gəldim ki, onunla “haqq-hesab” çürüdəm. Axşam bir yerdə olduq. Saat təxminən 11:30-da dedim ki, məni apar Binəqədiyə.
Bir yerdə durduq.Yolda nə qədər “bu hərəkətlərinə son qoy, bizi urvatsız etmə” deyə cavab verdi ki, mənim işimə qarışma. Başqa yolum qalmadı. Sağ böyrümdə kəmərimə taxdığım makarı gicgahına dirədim...
-Həmdullah başını aşağı dikmişdi. Sanki toxtadı. Dərindən nəfəs alıb ah çəkdi.
Rəis soruşdu.
-Bəs makarı neylədin?
-Maşının yanındakı mazutlu gölməçəyə atdım.
Rəis könlünü almağa başladı.
-Ah çəkmək artıq fayda verməz. Amma, qardaşınla çox sərt davranmısan.
-Yox rəis. Mən əvvəlcə xanımı öldürmək istədim. Sonra düşündüm ki, qadının nə günahı? Günah mənim əbləh qardaşımdadır. Və qərarımda qəti idim. Peşiman deyiləm. Atam-anam, ailəsi, kəndimiz də biabırçılıqdan qurtuldu...
Rəis növbətçiyə:
-Qalxın yanıma.
-Həmdullaha yaxşı baxın, siqaretini, yeməyinı verin. Kişi kimi hər şeyi mənə danışdı.
Rəis bunları Həmdullahı ovundurmaq üçün dedi. Hə, az qala unutmuşdum, Həmdullah. Gəl indi də söylədiklərini kağıza köçürək. Mənə danışdıqlarını öz əlinlə yaz, vəssalam.
-Rəis, bəlkə siz yazasız.
Yox, sən yazsan inandırıcı olar. Bunun sabahı var. Birdən atan deyər ki, balamın dilindən yazıblar. O belə şey etməz və s. Anladınmı?
Həmdullah razılaşdı.
-Amma rəis, şarikovoy ruçka verin. Çernillə yaza bilmərəm.
-Baş üstə, Həmdullah. Sən yazdıqca mən sənə kömək edərəm, narahat olma.
Həmdullah:
-Allah razı olsun, rəis. Siz çox yaxşı adamsız. Ha indi sözünüzdən na təhər çıxaram ki,? Həmdullah bunu zarafatla dedi.
Rəis, Həmdullaha gülümsəyərək:
-Deyəsən indi özünü yaxşı hiss edirsən. Yubanma, başla görək saat artıq 3-ü vurur, mən də istirahət etmək istəyirəm. Gülə-gülə: - Bir neçə gündür ki, sənin kimi əclafların ucbatından istirahət edə bilmirəm.
-Oldu rəis, oldu. Ha indi nə dersən yazım da...
-Həmdullah, nağıl danışma, hadisəni mənə danışdığın kimi yaz. Bildin?
-Bildim, rəis, bildim...
Rəis prokurorla danışmaq qərarına gəldi.
-Yoldaş prokuror, bu ağır cinayətin izinə düşdük. Qatil dopdoğmaca qardaşı imiş.
Xəttin o başında prokuror susmuşdu. Rəis düşünürdü ki, prokuror yəqin hələ yuxudan tam oyanmayıb. Yaxud da mənim dediklərimi o qədər də inandırıcı sanmadı. Bu dəm, prokuror:
-Sənə dedimmi, generalın tapşırığına məhəl qoy. Həyatda hər şey ola bilər. İndi işi aparan müstəntiqi təcili göndərəcəyəm ki, isti-isti ifadəsini alsın. Bir də, sübh tezdən bir ”pojarnı” maşını ilə hadisə yerinə getmək lazımdır. Gölməçəni qurutsun. Görək makarı ora tullayıbmı? Əgər maddi sübut tapılmasa işin məhkəmə perspektivi çətin olacaq, rəis! Çox aldanmaq olmaz. Müqəssir yalan da danışa bilər ha?! Diqqətli olun. İndi Adil - baş müstəntiq gələcək.
-Sizinlə razıyam, yoldaş prokuror. Sağ olun. Sabah, İnşəallah işimizi davam etdirəcəyik.
Rəis də tapşırıqlarını verib evə yollandı...
********
Sübh çağı saat təxminən 05:30-da ev telefonuna zəng gəldi. Çox güman ki, növbətçi hissədəndir - düşüncəsi ilə rəis dəstəyi qaldırdı.
-Rəis, çox üzr istəyirəm ki, bu vaxt sizi narahat edirəm.
-Ə, nə olub yenə, sözünü de.
-Rəis Həmdullah özünü asıb.
-Gic-gic danışma. Nə təhər asıb, harda asıb. Siz ölmüşdünüz, ay heyvanlar?
-Yox ey rəis, səhərə yaxın ayaqyoluna getmək üçün icazə istədi. Biz də izn verdik.
-Hara buraxdız?
-Müvəqqəti saxlama təcridxanasının ayaq yoluna. 15 dəqiqə keçmişdi ki, qapını döydük. Ondan səs gəlmədi. Qapını açdıq,g ödük ki, kanalizasiya xəttindən şalvarını ilgək edib keçirdib boğazına və göydən sallanıb.
-Daş sənin başına ay Feyruz, daş!
-Bəs müstəntiq gəlib heç olmasa ifadəsini aldımı, dindirdimi onu? Xeyir, Rəis. Dedi ki, tezdən gələrəm.
-Allah sizə qənim olsun. Bütün işlərimizi, zəhmətlərimizi puç etdiniz. Nə yaxşı ki, mən onun 6 səhifədən ibarət izahatını öz dəsti-xətti ilə almışdım. Yoxsa biabır olardıq.
Rəis yenidən prokurorun evinə zəng etdi:
-Yoldaş prokuror, ölüm-ölümün dalınca gəlir.
-Yenə hadisə var?
-Qardaşın qatili özünü təcridxanada şalvarını ilgək edib boğazına keçirdərək özünü ayaq yolunun tavanından keçən kanalizasiya borusundan asıb.
-Vay,vay,vay. Bəs onu niyə nəzarətdən buraxıblar? Bəs müstəntiq harda olub, heç olmasa onun ifadəsini alıbmı?
-Xeyr! Yelmar müəllim! Adil deyib ki, tezdən gəlib dindirərəm.
-Amma, mən onun öz əli ilə yazdığı 6 səhifəlik izahatını almışdım.
-Yaxşı gəlirəm.
Hadisə yerinin müayinəsi prokurorun, rəisin, ekspertin, məhkəmə-tibbi ekspertiziyası həkiminin və kriminalistin iştirakı ilə aparıldı. Baş müstəntiq Adil Qaçayev protokolu tərtib etdikcə prokurorun iradını ürək ağrısı ilə qəbul edirdi.
-Adil bu boyda səhlənkarlıq ola bilməz. Gördün, necə baha başa gəldi bizə? Qatil olsa da, prosesual sənədlər hələ ki, bunu sübut etməkdə acizdir. Mazut gölündən silah da tapılmasa deməli, bir Həmdullah - əvvəllər ağır cinayətə görə məhkum olunmuş, dərisi bir qara qəpiyə dəyməyən bir nanəcib sənin kimi savadlı, peşəkar müstəntiqi və bizi doladı. Başa düşürsən bu nə deməkdir?
Adil dillənmirdi. Qəhərlənmişdi. Böyük əziyyət və yuxusuz narahat gecələr hesabına əldə olunan sevinc acı təəssüfə çevrildi.
Prokuror:
-Rəis, hadisə yerindəki, gölməçənin qurudulması üçün iş gedirmi?
-Bəli. Cinayət axtarış şöbəsinin rəisi, əməliyyat üzrə müavinim, sizin müavininiz və idarənin ekspert-kriminalisti Vaqif oradadırlar. İcazə versəniz bir neçə dəqiqədən sonra mən də gedərdim.
-Bir yerdə gedərik.
Birdən: idarə düzlən, farağat! Komandası verildi. Rəis bayıra çıxdı. Nazir artıq idarədə idi.
Nazir:
-Rəis məruzə edin, nə baş verir? Rəis farağat dayanaraq sutka ərzində baş verən olaylardan başlamaq istəyirdi ki, Nazir sözünü kəsdi:
-Yox,bu hadisəni məruzə edin.
Rəis təfərrüatı ilə məruzə etdi. Və prokurorun da burda olmasını söyləyəndə
-Hanı prokuror?
-İçəridə, yoldaş general!
-Doğrusu sizin kimi peşəkar, nizam-intizamlı şəxsdən və təcrübəli rayon prokurorun nəzarət etdiyi bir yerdən belə bir təəssüf doğuran hadisənin olması bağışlanılası deyil. İnanmaq istəməzdim. Ciddi araşdırma aparın, daxili təhqiqat obyektiv keçirilsin, görək harda səhlənkarlıq, naşılıq və seyrçi mövqe olub. Hər kəs öz cəzasını almalıdır və alacaq. Heç olmasa qatil əməlini boynuna alıbmı, dindirilibmi?
-Bəli, yoldaş general! Mən, şəxsən öz əli ilə yazdığı 6 səhifəlik izahatını almışam. Hər şeyi etiraf edib.
-Bəs,müstəntiq?
-Müstəntiq gələnə qədər artıq olay baş vermişdi.
-Yaxşı ki, sən izahatını almısan.Yoxsa, divara dirənərdik.
-Yaxşı sizcə niyə intihara əl atıb?
-Yoldaş general?! Rüsvayçılıqdan qurtarmaq, valideyinlərinin üzünə necə baxacağını düşünərək bu addımı atıb. Çünki izahatını ağlaya-ağlaya yazırdı. “Necə uşaqlarının, yoldaşının üzünə baxacağını” tez-tez söyləyirdi. Digər tərəfdən, mərhum Şəkidən valideyinləri ilə bir neçə gün idi ki, burdaydılar. Hər dəfə də yanımızda olurdu. Bizimlə yuxarı tonda danışardı: - “atam-anam tələb edir, niyə qatili tapmırsınız”-deyirdi. Nəhayət məlum oldu ki, qatil özüdür.
Növbətçi hissənin əməliyyat növbətçisi əlini gicgahına qoyub nazirə sarı iri addımlarla yaxınlaşdı:
-Yoldaş nazir! icazə verin məruzə edim.
-Buyurun.
-Yoldaş nazir, hadisə yerindəki, mazutlu gölün suyu qurudulub. Hadisənin törədilməsində ehtimal olunan alət-maddi sübut makarov tapançası hal şahidlərinin iştirakı ilə götürülüb.
Əməliyyat növbətçisi milis mayoru Oruc Novruzov.
-Yaxşı.
Bu yaxşı xəbərdir. Sonra üzünü prokurora tutub:
-Yoldaş prokuror, xahiş edirəm, hüquqi cəhətdən sənədləşmənin toplanmasına və aparılmasına nəzarət edin... Nazir idarəni tərk etdi.
Prokuror rəislə bir qədər məşvərət etdikdən sonra Həmdullahın valideyinləri ilə görüşmək qərarına gəldilər. Mərhumun ata və anası idarənin qabağında əyləşib Həmdullahı gözləyirdilər. Hadisədən bixəbər idilər. Rəis onları kabinetinə dəvət etdi.
Prokuror əvvəlcə Həmdullahın qardaşı ilə olan münasibətindən danışdı. Ata da, ana da- Həmdullah ona çox irad tuturdu. Onun hərəkətini qəbul edə bilmirdi. Prokuror bu arada sözünü kəsdi:
-Ona görə də oğlunuzu ,böyük oğlunuz Həmdullah öldürüb. Elə məhz, onun və sizin sözünüzə baxmadığına görə.
- Necə yəni öldürüb? Yox, bu ola bilməz. Bu dərəcədə əzazil deyildi, Həmdullah. Belə iş tuta bilməzdi.
-Ağsaqqal, niyə tuta bilməzdi. Həmdullah əvvəllər də tapança ilə adam öldürməyə görə tutulmamışdımı?
-Bəli,olub.
-Bax, bu da ikinci dəfədir. Özü öz xətti ilə hər şeyi yazıb. Oxuya bilirsizinizsə verim izahatını oxuyun.
-Yaxşı olar.
Kişi əlləri əsə-əsə eynəyini gözlərinə taxdı və prokurorun verdiyi 6 səhifəlik izahatını axıra kimi oxudu.
-Bu arada əməliyyat növbətçisi Oruc Novruzov yenə içəri daxil oldu:
-Rəis icazə verin məruzə edim.
-De görüm də. Qoymazsız beş dəqiqə söhbət edək. Hə nə olub yenə?
-Heç, rəis, salamatçılıqdır və gülümsəyərək əlindəki kiçik kağız parçasını rəisə uzatdı. Mərhumun cibindən çıxdı. Rəis baxdı... Sonra ucadan oxudu. Prokurora xitabən:
-Həmdullah görünür ayaq yoluna getməzdən əvvəl bunu yazıb.
“Özümü asmağımda heç kimi qınamayın. Özüm bu yolu seçdim. Atamın anamın üzünə baxa bilməzdim. Onsuz da məhkəməyə qədər dözə bilməzdim. Ürəyim partlardı. Qardaş qatili kimi yadda qaldım. Çox təəssüf edirəm. O dünyada qardaşımla görüşərəm”. Ayın tarixini qoymuşdu.
Rəis yazını atasına uzatdı. O, da təkrar oxudu. Göz yaşları qırışlaşmış üzündəki saqqalında özünə yol açırdı. “Bunu da Həmdullah yazıb, inandım. O, qardaş qatili olmağını boynuna alıb. Xəcalətdən qurtuldu. Mən sonsuz qaldım” - deyə üzünü prokurora tutdu:
-Sizdən heç bir narazılığım yoxdur. Bircə xahişim var:
-Həmdullah ilə gəlmişdim ki, qardaşının meyitini aparaq. İndi iki oğulun meyitini anası ilə aparmalı olacağam. Bilmirəm Allah dəfnə qədər bizə səbr əta edəcəkmi? Sizdən kömək umuram.
Ata belini dikəldib ayağa qalxmaq istədi. Müvazinətini saxlaya bilməyib yıxıldı. Prokuror tez irəli sıçrayıb əlindən tutub dayaq olmaq istədi. Yetirmədi.Döşəmədəki xalçada üz üstə yıxılmış atanı qaldırmaq istədi, amma gec idi. Prokuror əlindən tutub nəbzini yoxladı, qırıq-qırıq idi nəbzi.
-Tez həkim çağırın!
Həkim gəlib atanın ürək döyüntüsünü ölçdü.
Rəisə baxıb köks ötürdü – Gecdir. Keçinib. Rəis fikrə daldı. “Ölüm gözlə qaş arasında olur. Bir həftə ərzində dramatik günlər, narahat gecələr yaşadıq. Qısa müddət ərzində qatil ilə, onun valideyinləri ilə sanki doğmalaşmışdıq. Dərdləri özümünküləşmişdi. Bəzən polisin ünvanına həqarətlər də səslənirdi. Lakin polisin fəaliyyəti nə qədər şərəfli olsa da, bir o qədər də mürəkkəb xidmət sahəsidir. İbrət üçün bircə dəfə Bakının bir rayon polisinin, bir həftəlik xidmətinə baxmaq yetər ki, polisi, onun əməkdaşlarının nə çəkdiyini anlasınlar”...
Həyatda başqalarının səadəti və xoşbəxtliyi üçün özünü qurban vermək, narahat gecələri ilə xalqın əmniyyətini təminetməkdən qiymətli heç nə yoxdur.
(Ardı var)
Şəmsəddin Əliyev
Hüquqşünas-publisist
1995-ci il
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM