Narkomanlığın aradan qaldırılmasına təkliflər

09:41 / 29.10.2014

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

Aparılan statistik təhlillərin nəticəsinə görə planetin 7 milyard əhalisinin təxminən 3 % (210 milyon nəfər)  narkotikadan istifadə edir. Deməli dünya  əhalisinin  təxminən 3 % -i narkomandır. Onun 47 milyonu Latın Amerikası  ölkələrinin vətəndaşlarıdır. Ekspertlərin mülahizələrinə görə hər bir narkoman ətrafına – təxminən  13-15 nəfəri cəlb edə bilir. Son illərdə narkotikanın  qəbulu nəticəsində ölənlərin sayı 12 dəfə, uşaqlar arasında isə 42 dəfə artmışdır.  (bax:“Aktualnıe voprosı yurispridensii” Rossiya, Novosibirsk 16.01. 2013q )

Narahatlıq doğuran hal ondan ibarətdir ki, narkomanlar həm də QİÇS-ə yoluxma mənbəyidir. Qəsdən törədilən əksər cinayətlərin səbəbi narkomaniyadan irəli gəlir. Bir dozadan ötrü quldurluq, soyğunçuluq, oğurluqlar törədənlərin sayı da az deyil.

Müasir cəmiyyət narkomaniya ilə mübarizədə iki əks təsir göstərə bilən üsul təklif edir və bu üsullar beynəlxalq aləmdə geniş istifadə edilir:

-Narkotik vasitələrin müəyyən növlərinin leqallaşdırılması. Bu  üsuldan Çexiyada, İsveçrə, Niderlandda, Meksikada, Kanada, Almaniya, Böyük Britaniya, Belçikada,  qismən ABŞ-da və Avstraliyada istifadə edilir. Burada leqallaşma dedikdə təxminən 25 qram narkotik vasitənin sərbəst olaraq  alınması başa düşülür. Məs: Avstraliyada 25 qram, Belçikada isə 3 qram, Kanadada  isə onkoloji xəstələrə həkimin rəyi ilə alınmasına icazə verilir.

    Bu üsulun lehinə olanlar hesab edirlər ki,  fərd  hüququnu sərbəst müəyyən edib orqanizminin  ehtiyacını ödəməklə  orqanizminə dəyən zərərin həddini azalda bilər.

-İkinci üsul daha ciddi, ölüm cəzasının tətbiq edilməsindən ibarətdir. Bu  cəza növü – Çində, İran, İraq, Pakistan, Hindistan, Banqladeş, Şrilanka, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Bruney, Oman, İndoneziya, Malaziya, Sinqapur, Tayland, Vyetnam,   Laos, Şimali Koreya və Zimbavedə tətbiq edilir.

Müasir cəmiyyət daha çox birinci üsula üstünlük verir.

 Qeyd olunanlara əsasən narkomaniyanın aradan qaldırılması məqsədilə aşağıdakı təklifləri sürmək olar:

  1. Tədris mərkəzlərində ayrıca dərs saatlarının keçirilməsi. Cəmiyyətə və insanlara dəyən ziyanın mahiyyəti barədə gənclər məlumatlanmalı və seminar saatlarında onlara mübarizənin mahiyyəti aşılanmalıdır. Bu məqsədlə yeniyetmələr üçün lakonik məzmunlu xüsusi yaddaş  kitabçası hazırlanmalı və paylanmalıdır.
  2. 1966-cı ildə mərhum Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Komissiyası hər bir Dövlət Qurumunun narkomaniya ilə mübarizənin real vəziyyətinin təhlili barədə NK-ya hesabat xarakterli məlumatın verilməsini önə çəkir. ( Hüquq mühafizə Orqanlarının hesabatını kənara qoysaq Ekologiya və Təbii sərvətlər Nazirliyi, Gənclər və  Turizm Nazirliyi, Səhiyyə və Təhsil Nazirliklərinin  bu istiqamətdəki işi cəmiyyət üçün görünməzdir.) Problemə bir qədər konseptual yanaşılmalıdır. Faktiki olaraq narkotiklərin qanunsuz dövriyyəsinə görə istifadəçilərin məsuliyyətə cəlb olunması ilə yanaşı onların müalicə olunmasına  o qədər də üstünlük verilmir.
  3. Qadınların arasında narkomaniya probleminin həlli (2010 cu ilin məlumatına görə narkoman qadınların sayı 500-dən çoxdur. ( bəlkə də azdır)) məişət zorakılıqlarının  aradan qaldırılması ilə paralel aparılmalı, işsiz qadınların cəmiyyətə inteqrasiyasına ciddi yanaşılmalıdır.
  4. Narkomanların sosial- psixoloji  xüsusiyyətlərinin korreksiyasına əhəmiyyət vermək,  narkotiklərə meyilli qrupların problemlərini aradan qaldırmaq üçün adekvat kömək etmək. Bu istiqamətdə profilaktik iş aparanlara dəstək vermək. Narkomanlara daha humanist yanaşmaq, dərdlərini səbrlə dinləmək və s. mübarizəyə kömək edə bilər.
  5. Narkotik maddələrin qanunsuz yolla əldə edilməsi üçün leqal mülahizələri rədd etmək, əczaxanalarda həkimin reseptləri olmadan bu cür dərmanların buraxılmasına ciddi nəzarət etmək, belə dərmanların asan yolla əldə edilməsi yollarını qapamaq; tədbirlərin həyata keçirilməsi zamanı məktəbləri proqrama daxil etmək;
  6. Münaqişəli ailələrə müntəzəm ( sərxoşluğa və narkotiklərə meyilli ailələrə) daxil olmaq sərbəst olmalı, zərurət yarandıqda mütəxəsislərin- sosioloq və psixoloqların dəstəyindən istifadə etmək lazımdır.
  7. Orta məktəblərdə mütəxəssislər tərəfindən aparılan tədris aşağı siniflərdən tutmuş məzun dövrünə qədər davam etməlidir. Proqram uşaqların təfəkkürünə hopan tərzdə  aydın olmalı, proqramın tədrisi zamanı yeniyetmələri qorxutmaq, həddən çox mənfi cəhətlərini şişirtmək, yalan məlumatları söyləmək səmərə verməz .
  8. Narkomanların müalicəsini dövlətin hesabına (anonimlik saxlanılmaqla) aparmaq.
  9. Dövlətin nəzarəti olmayan işğal olumuş ərazilərdə narkotik vasitələrin qanunsuz dövrüyyəsinin qarşısını almaq məqsədi ilə BMT-nin və AŞ-nın  Azərbaycan nümayəndəliyinə vəsatətlə müraciət etmək. Geniş beynəlxalq miqyaslı simpoziumlar kecirmək.
  10.  Azərbaycanın İran İslam Respublikası ilə 610 km məsafədəki sərhəd zolağına nəzarəti gücləndirmək məqsədilə qonşu dövlətlə məlumatların mübadiləsi üçün qarşılıqlı razılıq əldə etmək.
  11. Narkotiklərlə mübarizənin vəziyyətini təhlil edərkən şəraitin inkişaf prosesinə təsir edən səbəblərə ciddi yanaşmaq, hüquqi və kriminoloji problemləri öyrənmək;
  12. Mübarizədə yeni metodlar axtarmaq, bu işin təkmilləşdirilməsinə yeni təkliflər vermək.
  13. Narkomaniyaya təsir edən ümumi faktlar sırasında spesifik sayılan geosiyasi faktorları da öyrənmək, onun aradan qaldırlmasına təkliflər vermək.
  14. “Məcburi cinayət törətmə”  risklərinin azalmasına, ona təsir edən faktorların (sosial faktorların, işsizliyin, gənclərin asudə vaxtlarının necə, harada və kimlə keçirilməsi və s.) aradan qaldırılmasına tövsiyələr və təkliflər hazırlamaq. (Yəni gənclər bəzən darıxdırıcı mühitdən qurtulmaq üçün “məcbur olaraq” narkotik maddəni qəbul edir və məhkum olunur.)
  15. Az miqdarda psixotrop maddələrin və narkotikanın qəbuluna görə məsuliyyətə cəlb olunma məsələsinin ləğv edilməsi, narkomanların müalicəsinə üstünlük verilməsi.
  16. Narkomanların mütəşəkkil qruplara (dəstələrə) cəlb olunmasının qarşısını almaq.
  17. Narkotikanın tranzit yolla daşınmasına nazarəti gücləndirmək. Sirr deyil ki, Azərbaycan Dağıstan Respublikası ilə narkoşəraitin inkişafı üçün təhlükəli yaxınlıqda yerləşir. Dağıstan RF-nin  subyekti kimi yaxın Şərq və Mərkəzi Asiya regionları ilə də sıx əlaqədə olan  dövlətlərarası funksiyaları həyata keçirir. Bu ölkənin ərazisindən böyük həcmdə tranzit yük dövriyyəsi (Zakavkziya ölkələri ilə Avropaya aid hissə arasında, Yaxın Şərq və Orta Asiya arasında ) həyata keçirilir ki, bu yüklərin əksəriyyətində narkoticarət yükünün olması şübhə doğurmur. (Bu Vyana konvesiyasının - 20.XII.80-ci il  tələbinə ziddir.)
  18. Ölkənin  meşə zolağlarında yabanı şəkildə bitən və yaxud belə bitkilərin becərilməsi üçün şəraitin aradan qaldırılması üçün ETSN-yə təkliflər göndərmək və yaxud Ekologiya və Təbii Sərvətlər nazirliyinə fəaliyyətin gücləndirilməsinə dəstək vermək.
  19. Narkomaniya hepatit viruslarının, QİÇS (spid) və digər təhlükəli yolxucu xəstəliklərin inkişafına təsir etdiyindən Səhiyyə Nazirliyinin əməkdaşları ilə  yayım verlişlərini təşkil etmək. DİN və SN-nin  birgə tövsiyə xarakterli normativ aktlar hazırlamaq.
  20. Problem artıq beynəlxalq xarakter daşıdığından, beynəlxalq təşkilatlarla  əlaqə güclənməli, birgə tədbirlər (konfranslar, simpoziumlar) keçirilməlidir.
  21. Mübarizənin gücləndirilməsi və məxfi şəbəkinin saxlanılması üçün  “qanunsuz dövriyyə” adı altında büdcədən (donorlardan) kifayət  qədər vəsait ayrılmalı, bu vəsaitlər həm də , xəstələrin cəmiyyətə interqrasiyasını təmin etməlidir.

(Vena 20. XII.88 –ci il. narkotik maddələrin və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı konvensiyası)

  1. Narkotikadan asılı olan şəxslərin müalicəsi və yaxud asılılığı aradan qaldırmaq üçün “narkotikadan asılı olanlara Respublika Xüsusi Yardım Xidməti (və ya agentliyi ) ”-nin yaradılması barədə təkliflər vermək. Məs: RF-da bu istiqamətdə iş gedir.
  2. Narkotikadan əziyyət çəkən (asılı olan) yeniyetmə və qadınların əsas problemlərini öyrənmək və situasiyanın yaxşılaşdırılmasına təkliflər vermək.
  3. “Sadəcə yox !” video rolikləri yayımlamaq. ABŞ-da prezident Reyqanın vaxtında belə bir şüar altında   “narkotika günü” elan edilmiş və effekt vermişdir.

 

 

-“Narkotiklərsiz  Azərbaycan: problemin axtarışı və həlli” adı altında elmi-praktik konfrans keçirmək.

Qədim zamanlarda çətənə kollarının çəpər kənarlarında yabanı olaraq bitməsi heç kimin diqqətini cəlb etməmiş, ondan istifadə etmək də adi hala çevrilmişdi.  50-60 il ötdükdən sonra  Sovet milisi bununla mübarizəyə başladı. Həmin vaxtlarda da milisin belə hərəkətlərinə “psix davranışı” kimi baxılırdı. Uşaqların, qadınların tabak, (müəyyən otlardan ibarət siqaret) çəkilməsinə məhəl qoyulmurdu. Bayram günlərində, şənliklərdə qəbul edilən müxtəlif növlü spirtli içkilərə “olar” deyə əhəmiyyət verilmirdi. Bir müddət ötdükdən sonra “içmək olar, amma qədərincə, bir az mədəni tərzdə” ifadələri hətta verilişlərdə özünə yer aldı. Bəzən sual yarandı: Necə yəni içmək olar? Amma suallara cavab verilmədi.

Təxminən Sovet cəmiyyətimizin 1969-cu ildən sonra tənəzzül dövrü (geri getmə) başlanır.

Deqradasiyanın-tənəzzülün səbəbi dövlətin apardığı siyasətin nəticəsi, Mixail Qarbaçovdan tutmuş tifaq dağılanadək həyata keçirilən dövlət siyasətinin canlı təzahürü idi.

Sovet cəmiyyəti planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdi, ekonomika dövlət plan komitəsindən kənar “müstəqilliyə”nail oldu və öz qanunları ilə inkişaf etməyə başladı. Belə müstəqillik şəraitində azad sahibkarlığa geniş meydan verildi, özəl müəssisələr artdı. Əmək qanunvericiliyinin  tələbləri tədricən özəl maraqların qurbanına çevrildi. Liberal-bazar iqtisadiyyatı modeli əksər təbəqəni razı salsa da, işsizliyin də yaranmasına təsir etdi. Belə bir maliyə və iqtisadi  modelin yaranmasında dünya maraqlı idi və maraqlıdır.

XVIII əsrin ikinci yarısında İngiltərədə sənaye inqilabının ilk vaxtlarında avaraçılığa və tufeyli həyat keçirənlərə qarşı dar ağacından asılmaq cəzasının tətbiqi nəzərdə tutulurdu. Təbii, müasir mühit bu cəzanı bir mənalı olaraq rədd edir. Etiraf etməliyik ki, indinin özündə işləməyib tufeyli həyat sürənlər, avara dolananlar az deyil.  Belə gənclərin müəyyən qismi qəlyan, siqaret çəkir, içkiyə qurşanır və.s

Əgər beynəlxalq cəmiyyət narkomaniya problemini həll etmək istəyirsə iqtisadiyyat və bazar mexanizmi dövlət planlaşdırılmasına tabe olmalıdır

Bəşəriyyət (insanlar) – biosferin (yer üzündə həyat olan sahənin) bir hissəsidir desək yanılmarıq. Faktiki olaraq  ümumbiosfer qanunauyğunluqlar mövcuddur ki, bioloji növlər bir-birilərilə və təbiətlə qarşılıqlı münasibətləri tənzimləyir. Amma bu barədə dərsliklərdə məlumat yetərli deyil. Bəşəriyyət – müəyyən spesifikaya (özünə xas cəhət)  malik bioloji varlıqdır. Bioloji qanunauyğunluqlar insanı digər canlılardan fərqləndirir. Yenə bununla bağlı dərsliklərdə yeniyetmələrə məlumat verilmir.

Bəşəriyyət mədəniyyət, əxlaq, abır-həya daşıyıcılarıdır. Genetik olaraq mədəniyyət proqramalşdırılmır. Mədəniyyət variativ cəhətə malikdir.

-Cəmiyyət mədəniyyəti yarada, dəyişə, onun əmələ gəlməsinə elə təsir edə bilir ki, o əsrlərlə davam edə, yaşaya bilər. Bəzən  bunun əksi də ola bilər. Yenə dərsliklərdə bu barədə  dərk edilən məlumat yoxdur. Çünki  mədəniyyət həmişə təbiətlə harmoniyada olmaqla mümkündür.

Noosfer konsepsiyasına  görə təbiətin də təfəkkürü var onunla danışmağı bacarmaq lazımdır.  Amma dərsliklər bunu da  öyrətmir.

Cəmiyyət özünü texnosfer təbiət mühitindən müdafiə etməyə məhkumdur. Texnosfer iqtisadi fəaliyyət əsasında təkrar istehsal kimi yaranır.

Iqtisadiyyata obyektiv qanunauyğunluqları nəticəsində :

-ya bütün ehtiyyaclar təmin edilir,

-ya da qanunauyğunluqların pozulması ilə kütləvi yoxsulluq yaranır, mədəniyyətsizlik,  iqtisadi problemlər və istehsalın tənəzzülü baş verir.

Qədim filosof Diogen lampa ilə şəhəri gəzərkən verilən suallara “adam axtarıram” cavabını vermişdi.   Uca Rəbbimizin  xəlq etdiyi adamın digər varlıqlardan əsas və diqqət çəkən fərqi təfəkkürdə və şüurdadır. Gözəl, əxlaq və ədəbli, şüurlu varlıq bəs niyə cəmiyyətə zidd addım atmalıdır? Onu haqq yoldan azdıran, insana yaraşmayan hərəkət etməyə vadar edən nədir? Bəs, insan insanabənzər meymundan nə ilə, hansı cəhətləri ilə fərqlənir? Təbii ki, sivil hərəkətləri, verilən sualların mahiyyəti üzrə cavablandırılmasından , tərbiyəsindən və mədəniyyətindən  və s. və i.a.

Hər birimiz özümüzə, psixikamıza baş vursaq psixikamızda davranışımıza  təsir edən edə bilən 4 komponentin olmasını müəyyən edəcəyik.

1. Anadan gəlmə instinktlər;

2. Keçmişdən, əcdadımızdan miras qalmış sosial şərtlər. İçmək, çəkmək adətləri və.s. Atalarımız, analarımız bunu edib, biz niyə etməyək və yaxud oturub durduğu  qrup, dəstə edirsə, mən niyə etməyim?. “Sürü əxlaqı, dəstə davranışı”-na xas əxlaq və davranış.

Belə hallar narkomaniyanın generatoru rolunu oynayır.

3.  Yaradıcı potensialın olması.

4. Nəhayət sonuncu, vicdanın olması. Materialist dünyagörüşünün sosial hal kimi izah edilməsi.

Əgər insan həyatında instinktlər dominantlıq edəcəksə, fərdin psixikası meymunun psixikasından heç də fərqlənməz.

Yaradıcı potensial isə necə istərəm, elə də edərəm prinsipinə uyğun davranmaq deməkdir. Bu iblislik, şeytana uymaq deməkdir.

Onda bəs insan nədir? Səmavi kitabımız Qurani Kərimdə deyilir: Yolunu azmışlar, hidayətə qovuşmayanlar şeytan əməlinə uyanlardır. Onların gözləri varsa da  görməzlər, qulaqları olsa da eşitməzlər, dilləri varsa da laldırlar. Onlar heyvan kimidirlər, diqqətdən kənardadırlar... “Məaric surəsi.187”

Çinlilərin belə bir məsəli var:

“Abırı, həyası, əxlaqı və mədəniyyəti olmayanı insan adlandırma.”

Çoxlu insanlar var ki, vicdanın diktaturası altında yaşayır və hərəkətdə olur.  Cəmiyyətə zidd olan hər cürə davranışlar da bu səbəbdən baş verir.

Yadımda müəllifin adı qalmasa da, fikrini xatırlayıram: “İnsan-vicdanın diktaturası və yataqda olan iradəsidir.”  Fəlsəfi və məntiqi baxımdan çox düşündürücüdür.

Uşaq yeniyetmə yaş həddinə çatdıqda onda müxtəlif instinktlər baş qaldırır. Bu instinktlərdən  ən təhlükəlisi  “sürü, dəstə əxlaqı”na meyl etmək, uymaqdır. Bu yol, yeniyetmələrin cinayətkarlığa istiqamətlənən təhlükəli yolla getməsidir. Qarşısı alınmazsa daha ağır cinayətlərin subyektlərinə çevrilmək təhlükəsi yaranır. Arzulamasaq da  baş verəcək.

Ümumiyyətlə əgər narkomansız cəmiyyət qurmaq istəyiriksə yeniyetmələrin  tərbiyəsi və maarifləndirilməsi məsələsinə ciddi yanaşmalıyıq. Bəzən belə fikri də səslənir ki, liberal-bazar iqtisadiyyatı modelinə dəyişikliklərə ehtiyac var. Fərdin emosianal asılılığı liberal-bazar iqtisadiyyatı modelində təmin edilmir, sosial çətinliklər buna imkan vermir. Aparılmış tədqiqatların nəticəsi göstərir ki, insanın  əhvalı və emosiyası beyində yaranan birbaşa biokimyəvi  dəyişikliklərdən asılıdır. Yaranmış balans pozğunluğu həyacana, qorxu və vahiməyə, depressiyaya gətirib çıxardığından,  fərddə  emosianal  gərginlik və həyəcan baş qaldırır.  Orqanizm ona kömək etməyə, onu  bu gərginlikdən çıxarmağa cəhd edir. Lakin, əksər hallarda bu narkomanlıqla başlanır. Orqanizmdə neyro (tibbi) mediatorun çatışmazlığından  orqanizm komfort, rahat ola bilmir. Nəticədə narkomanlığa təsir edən psixoloji səbəblər ortalığa çıxır:

1. Ailədə baş verən problemlər. Valideynin yeniyetmənin   sərbəst inkişafına, şəxsiyyət kimi özünü göstərməsinə mane olma. Ailə tiranlığı, valideyn diqqətsizliyi və yaxud ərköyünlüyə imkan vermə, işləməsinə mane olub, ehtiyaclarını ödəmə.

2.  Narkotik asılılığa meylin və marağın olması.

3. Ailədə və cəmiyyətdəki nihilizm. Keçid yaşlarında yeniyetmənin özünü  nümayiş etdirmək və  təsdiq etmək həvəsi.

4. Pərəstiş etdiyi şəxsləri yamsılama. Gənclər belə şəxslərin təsiri altına tez düşürlər. Məs: filmlərdə pərəstiş etdikləri qəhrəmanlara narkotiklərin qəbulu yolu ilə ”istəyinə”çatma, yaradıcılıq zirvəsini fəth etmə və s.  Orqanizmi narkotiklə sınağa çəkmə.

5.  Şəxsi tərbiyəsizlik, əxlaqsızlıq  hərəkətlərinə məsuliyyətsizliklə yanaşma.

6.  Özünə inanmama, güvənməmə .

7.  İctimai rəydə  nüfuzunun süni şəkildə qaldırılmasına çalışma.

8.  Sağlam həyat sürməsinə imkanın olmaması və ya istəməməsi.

9.  İctimai və vətəndaş dəyərlərinin itməsi, böhranı.

10. Məktəbəqədər, yeniyetmə və gənclər təşkilatlarının qeyri bitkin və səmərəsiz fəaliyyəti.

11. Qeyri -əxlaqi, amoral verlişlərinin təbliğatı, yayımlanması.

Qeyd olunanlar narkomaniya ilə mübarizənin əsas trayektoriyası olmasa da doğuran səbəb və şəraitin  aradan qaldırılmasında profilaktik və xəbərdarlıq, habelə maarifləndirmə rolunu oynaya bilər. Qənaətim belədir ki, dövlətlər terrorizm ilə mübarizədə hansı metod və üsulla birləşirlərsə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə də  birgə metodlardan istifadə etməlidirlər. Bu yolun ən yaxını və qısası, lakin narkobaronlar tərəfindən minalanmış yolun-narkotik bazarın  tərəddüdə qapılmadan  bağlanmasından keçir. Burada fərdi yox, kollektiv siyasi iradə nümayiş etdirmək lazımdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM