İnsan alveri cinayətləri, səbəblər və aradan qaldırılması yolları

10:29 / 24.11.2014

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

İnsan alveri və yaxud ingilis mənşəli söz olan frafind qanunsuz olaraq alıb-satma, əldən -ələ vermə mənasının daşıyıcısıdır. Ətraflı anlayışı AR CM-nin 144-1 maddəsində verilir. Belə əməl bütün  dünya  ölkələrində  cinayət təqibi ilə  qadağan edilir. İnsan alverinin  sadə, ağlabatan  mənası isə canlı və şüurlu insan  ilə əşya və mal  ilə davranmaq kimi davranmaq, onu almaq, satmaq, dəyişdirmək, hədiyyə etmək, kirayə vermək və s.anlamda yozulur.

İnsan alverinin –digər cinayət  növlərindən fərqi  onun latent cinayətlər sırasına daxil olmasındadır.Yəni, insan alveri cinayətləri  mürəkkəb tərkibə malik olduğundan onun aşkar edilməsi üçün zaman, yüksək peşəkarlıq və məxfi məlumat toplamaq bacarığı tələb olunur. Digər tərəfdən iqtisadi motivasiya - yəni, insanların maddi çətinlik ucbatından köləlik şəraitinə düşməsi və yaşamaq uğrunda, ailəni təmin etmək məqsədilə gözlənilən (ehtimal olunan) çətinliklərə dözməsi; cəzalandırılmaqdan və ictimai rüsvayçılıqdan qorxması, müvafiq orqanlara müraciət etmək istəməməsi; dövlət strukturlarına və hüquq mühafizə orqanlarına inamın olmaması; kimdən və haradan kömək ala biləcəyini bilməməsi, QHT-lərə etibar etməməsi; qurbanların psixi və fiziki ağrılara məruz qalması; insan alveri cinayətlərinin  istintaqı üçün kifayət  qədər təcrübə və peşə biliyinin olmaması; belə işlərin istintaqı və aşkar edilməsi üçün analitik və metodiki materialların azlığı, insan alveri cinayətlərində prosesual diqqətin və üstünlüyün (prioritetin) çatışmazlığı; institutsional problemlərin olması və s. fərqli cəhətlərin göstəricisidir.

Azərbaycan Respublikası DİN-nin nəzdində yaradılan insan alveri ilə mübarizə idarəsi fəaliyyətini həyata keçirərkən bir neçə normativ hüquqi tənzimləyici akt var idi və hər şey sıfırdan başlandı. Bacarıq və peşəkarlıq, insan alveri ilə bağlı məlumat toplamaq qabiliyyəti qısa vaxt ərzində nəticəni hasil etdi.

       DİN-nin  Baş İnsan Alveri İdarəsinin 2014-cü ilin yarım ili ərzində həyata keçirdiyi  preventiv tədbirləri nəticəsində 50 cinayət aşkar edilmiş, 7 nəfər barədə məhkəmə tərəfindən cəza tətbiq edilmişdir. Cinayətlərin qurbanlarına çevrilmiş 39 nəfərin cəmiyyətə “qayıdışı” bərpa olunmuşdur. Diqqət çəkən əməliyyat məqamı ondan ibarətdir ki, məhkəmə tərəfindən  Azərbaycan Respublikası adından cəza tətbiq edilən 7 nəfərin təhlükəli əməllərinə, psixi və fiziki iztirablarına 39 nəfər məruz qalmış, onların iradələrinə uyğun davranışlarına  məhdudiyyətlər qoyulmuş, köləliyə xas tərzdə  saxlanılmışlar. Digər sezilməyən  məqam ondan ibarətdir ki,  bu cinayətlərin əksər çoxluğu vətəndaşların-zərərçəkənlərin  məlumatları sayəsində  deyil, əməliyyat araşdırmalarının nəticəsi olaraq aşkar olunmuşdur. Bu da, trafinq cinayətlərinin spesifik mürəkkəbliyinin  təzahürüdür. Zərərçəkən - qurbanların  bu barədə müvafiq orqanlara  xəbər verməməsi isə müəyyən qədər  yuxarıda qeyd etdiyim faktorların təzahürüdür.

İttiham olunan şəxslərin təhlükəli əməllərinin  xarakteristikası onların  əsasən 40 yaşa qədər və əvvəllər məhkum olmamaları ilə bağlıdır.

Bu cinayətlər kommersiya cəhətinə görə də digər cinayətlərdən fərqlənir və cinayət yolu ilə əldə edilən  biznes əsas niyyət kimi keçir. Bəzi analitiklər insan alveri cinayətlərinin  narkotrafiklə ciddi bağlı olduğu qənaətində olsalar da, lakin  cinayətlərin baş verdiyi  məkan və  aidiyyəti üzrə aparılan istintaq nəticəsində belə əlaqənin olması hələ ki, təsdiqini tapmamışdır. Təcrübə göstərir ki, İnsan  alveri ilə məşğul olanlar, ümumiyyətlə narkoticarətə meyl etmirlər. Çünki insan alveri narkobiznesdən fərqli olaraq “az təhlükəli” olmaqla (təşkilatçılar üçün) daha çox pul gətirir.  Ona görə də insan alveri cinayətlərinin subyektləri adətən riskli biznesə girişmirlər. Digər tərəfdən insan alverinə  görə ittiham olunanlar əvvəllər zorakılıqla müşayət edilən və başqa  kriminal xarakterli cinayətlərin  törədilməsində iştirakları  olmur.

İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən  qism insanların köləliyə çevrildiyi cəmiyyəti  dəyişərək təhlükəsiz, ədalətli və vahid vətəndaş  cəmiyyətinə çevirmək, sosial ədalətin  yeganə təminatçısı olan  məhkəmə hakimiyyətinin  nüfuzunu və etibarını  təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan  ibarətdir.

Ümumiyyətlə insan alveri cinayətləri özünü “təsdiqləmək” üçün sənədlərin saxtalaşdırılması, əxlaqsız yuvaların saxlanılması, fahişəliyə cəlb etmə, zorlama, mütəşəkkil cinayətkar qrupların yaradılması və s. ilə  əlaqədə baş verir.

İnsan alverini doğuran ümumi səbəblərdən-əhalinin  səmərəli məşğuliyyətinə məhdudiyyətlərin  olması, qurbanların təhsilinin səviyyəsi, sosial müdafiəsi, yoxsulluğun mövcudluğu, əmək bazarında ayrı seçkilik-gender bərabərsizliyi və s. göstərmək olar. Ekspertlərin  fikirlərinə görə  qadınların bu  cinayətlərin qurbanına  çevrilməsinə  təsir edən  faktorlar sırasında yoxsulluğun, təhsilinin davam etdirilməsinə və müvafiq işlə  məşğuliyyətinə maneələrin olması, habelə  gələcəyə inamın yoxluğudur. Qeyd olunanlar arxaizm – köhnəlmiş  və yaxud dildən düşmüş hesab edilə bilər, amma  düşündürücüdür.

Hər bir cəmiyyətdə şəxsiyyətin inkişaf səviyyəsi onun  vətəndaş mövqeyi və siyasi düşüncəsi (həm də sosial) ilə bilavasitə  əlaqədardır. Kifayət qədər təhsili və bilik səviyyəsi olmayan şəxslərin maarifləndilməsi cəmiyyətin epiqrafı kimi səslənməlidir.  Savadsızlıq və məlumatsızlıq  da cəmiyyətin sosial faciəsidir. 

 Əfqanıstan talibanları və Pakistandakı  savadsız destruktiv qüvvələr, İŞİD məhz səviyyələrinə görə  asan idarə olunur və ələ alınırlar. Dominant ölkələr bundan maraqlarına uyğun  sui-istifadə edirlər. Bu baxımdan maarifləndirmə işi, təhsil səviyyəsi  ilə sıx bağlı olduğundan tədris proqramlarında hüquqi mövzulara diqqət artırılmalıdır.

İnsan alverində qırmızı xətt kimi keçən qul əməyindən istifadə   əsasən  ağır bədən xəsarətləri, döymə, azadlığın məhdudlaşdırılması, hədələr, rişxənd, lağa qoyma və təhqirlə müşayət edilir. Təbii ki, belə cinayətlər təhlükəli əməllərin məcmusuna  görə tövsif olunmalıdır ki,  insan alverini yaradan faktorlar - əsas tərkib prosesual diqqətdən yayınmasın. Çox təəssüf ki,  bəzən bir faktla  istintaq aparıldığından  əsas təşkilatçılar  “kadr arxasında” qalır.

Araşdırmalar göstərir ki, insan alveri cinayətlərinə xas olan aşağıdakı,mən deyərdim ki,əsas məsələlər (təhqiqat və istintaq üçün tam açıq olsa da) məhkəmənin yekun mərhələsinə qədər araşdırılmamış qalır:

-         İnsan alveri cinayətlərinin  problemləri barədə   məlumatlar.

-         İstismarın müxtəlif  formaları (qul əməyi, seksual istismar və s.)

-         Risk faktorlarının, müxtəlif qruplarla sıx bağlılığı səbəbləri.

-         İnsan alveri cinayətlərinə  xas olan cəhətlər, qrupların bir-birilə bağlılığı və məqsədləri.

Tədqiqatçılar mübarizə üçün daha çox interaktiv sorğulara üstünlük verirlər.

Real vəziyyəti öyrənmək üçün narrativ ( ing. sözü narrare - dil aktı) sorğu  metodlarından, yəni danışmaq yolu ilə həqiqəti  meydana çıxartmaq, şəraitin  qarşılıqlı surətdə  bağlılığını öyrənmək  məqsədi ilə istifadəni vacib sayır.

Söz və danışıq əsnasında  informasiya əldə etmək sorğunun mahiyyətini təşkil  edir. Belə sorğu nəticəsində qurban üzərində psixoloji  nəzarəti əldə etməklə həqiqəti meydana çıxarmaq olar.

Qurbanlarla səriştəli ekspertlərin, hüquq-mühafizə  orqanları və digər dövlət təşkilatlarının, QHT-lərin və KİV  əməkdaşlarının birlikdə müsahibələrin aparılması.

KİV-nin  insan alveri haqda həyata keçirdiyi monitorinqi nəticəsində vətəndaş mövqeyi, ictimai rəyin hansı səmtə formalaşmasına dair məlumat toplamaq mümkündür. Belə müsahibə xarakterli  sorğular daha çox insan alveri  cinayətlərinin qurbanı olmuş şəxslərin yaşadığı, oxuduğu, təhsil aldığı yerlərdə - regionlarda təşkil edilə bilər.

 

Təhlillər belə deməyə əsas verir ki,  istər yeniyetmələr, istərsə də qadınlar arasında olan qurbanların  “riskli”  davranışları ailə üzvlərinə və cəmiyyətə də bəlli olmayan kölgə və səbəbli əlaqələrdəndir. Müəyyən məşğulluq  növlərinin təklifi və yaxşı əmək haqqının, şəraitin vəd edilməsi,  gənclər üçün müasir təhsil alma təklifləri risk  qrupunun naşı  üzvlərinin  cənginə ala bilir. Amma ailədəki xoş münasibətlər, maddi vəziyyətin həlli, valideynlərin təfəkkür və təhsil baxımından  ali olması (burada daha çox anaların  biliyi və təcrübəsi əsas götürülür. Çünki əksər yeniyetmə qurbanların ataları olmur.) mühüm faktorlar sırasında diqqəti cəlb edir. Bəzən qurbanlar işlə bağlı verilən  təkliflərə razılıqlarını verərkən məşğulluğun potensial təhlükəliliyini qiymətləndirə bilmirlər.  Diqqət çəkən təkiliflər sırasında –harda əmək haqqı aşağıdırsa “intim” münasibətlərin olmaması və yaxud əmək haqqının  çox olduğu yerdə  “intim” əlaqələrin olması ehtimalı da yüksək olur - fikirdə həqiqət axtarmağa dəyər. Bəzən təkliflərlə  razılaşanların  müəyyən qismi (bəzən 50%) köləlik təhlükəsinin  olduğunu zənn etsələr də, “təki işsizlik problemi həll olunsun”- deyə   razılığa gəlirlər.

İnsan alverinə şəraitin yaranmasına təsir edən  səbəblərdən digəri qurbanın köləliyin və insanın əşya kimi satılmasının  və ya onun istismarının  anlayışını və mahiyyətini dərk etməyərək razılığa gəlməsidir. İnteraktiv sorğulara  cəlb edilmiş şəxslərin  50%-i insan alveri barədə anlayışları olsa da  mahiyyətini və təhlükəsini, 34%-i “seksual köləliyi” dərk etməyənlər olmuş, 26%-inin ümumiyyətlə seksual istismara cəlb və məcburetmə barədə məlumatları olmamış, 50% valideylər öz uşaqlarının satılmsı hallarından bixəbər olduqları halda, 30% insan alveri barədə xəbərləri  və məlumatların olduğu müəyyən edilmişdir.

Qeyd olunanlara rəğmən belə düşünmək olar ki,  cəmiyyət və qurbanlar insan alverinin təhlükəsi barədə məlumatları yalnız  KİV-dən alsalar da,  onu nəzəri cəhətdən formal bir həcmdə qəbul edir, lakin müfəssəl anlayışları yoxdur. Ona görə də, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə son dərəcə ehtiyac var.

Daha çox yayılan – insan alveri nədir və varmı? sualına  “hər yerdə var, insanlar özləri (və yaxud ailəsi) bu cinayətə sövq olunurlar, heç nəyi araşdırmadan, heç kimlə məsləhətləşmədən belə addımlar atırlar.” cavabını vermişlər.

 Mən yeniyetmələrin tam təsadüf nəticəsində qurbana çevrilməsi  qənaətindəyəm. Amma bəs o yeniyetmənin  valideynləri? Nəzarətin olmaması, məktəblərin yeniyetmələri özünə cəlb edə bilməməsi, bir az siyasi rəng qatsaq, müəllimlərdə xarizmatik (sinfi və yaxud auditoriyan ələ ala bilməməsi) cəhətlərin olmaması da şərtdir.

 Respondentlərin tən bərabər hissəsi belə hesab edirlər ki, köləliyə düşmənin səbəblərinin 50%-i  qurbanın doğmalarının günahından baş tutursa, 50% -i bəlkə  əməliyyat şəraitinin  polis tərəfindən düzgün qiymətləndirə bilməməsidir. (ictimai fikir belədir.Bu RF-nın elektron məlumatlarındandır)

Qəhaətimə görə insan alveri  qurbanlarının müəyyən hissəsi özlərinin səhvi və günahları ucbatından bu vəziyyətə məruz qalırlar. Valideynlərin, doğmaların, kollektivin ( təhsi, iş) suçu burada təbii ki, var.  Yüngül əxlaqlılar  isə həmişə qurbanların sayında   təxminən 34% təşkil edir.

Hesab edirəm ki,   ailədə və yaxud kollektivdə  insan alveri barədə məlumatsızlıq, çətin maddi durum, valideynlər və qohumlar tərəfindən risk faktoruna məruz qalanlara mənəvi dəstəyin olmamasını da səbəblərə aid etmək olar.

Gənclərin sırasında riskli davranış formasına  - tədrisdən (məktəbdən)  yayınanları, narkotikaya aludə olanları, müntəzəm məşğuliyyəti olmayanları  və müəyyən qismin xırda oğurluğa və xuliqanlığa görə polis tərəfindən inzibati məsuliyyətə cəlb edilənləri aid etmək olar.

İnsan alverinə təsir edən  səbəblərdən biri də işsizlikdir. Gənclərin təxminən 65%-i yüksək əmək haqqı olan işlərə getməyə üstünlük verirlər. Ona görə də qurbanların yeniyetmələrdən ibarət əksər qrupu təklif edilən  “yüksək əmək haqqı”  vədi fikirləşmədən qəbul edirlər. Belə şəxslərin qeyri-nikbin  ovqatla yaşaması, gələcəyinə  və özünə inanmaması da köləliyə məruz qalmasına təsir edir.

“Yeni xəbər”, “Milli az” saytlarının (26.07.2014; 17.10.2014-cü il tarixli informasiyaları) məlumatına görə ƏSMN-nin Baş Məşğulluq tərəfindən Azərbaycanda rəsmi qeydiyyatda olan 39.951 nəfər işsiz var və işsizliyə görə onlara müvafiq  müavinət verilir.  Qeyri rəsmi məlumata görə isə  ölkədə 265min  nəfər işsiz kimi qeydiyyatdadır, onun 1479 nəfərinə işsiz statusu verilməklə müavinət  təyin edilmişdir.
Əmək qabiliyyətinə malik olanların  və əhalinin ümumi sayına  nisbətdə çox kiçik  bir “zümrə”nin işsizdir. Başqa ölkələrlə müqayisədə vəziyyət kritik deyil. Amma hazırda Azərbaycanda sığınacaq axtaran təxminən  2000 nəfər  Əfqanıstan vətəndaşları  müəyyən işlə məşğul olub, sosial vəziyyətini qura bilirlərsə niyə öz vətəndaşlarımız bunu etmirlər?- sualına müxtəlif cavablar verilə bilər.

Müasir Avstriyada, Danimarkada, Almaniyada və Yaponiyada əmək qabiliyyəti olanların sırasından işsizlərin sayı 10%, Fransa, Afina, İtaliya, Polşa və İspaniyada bu tərkib 35% təşkil edir. İşsizlikdən əziyyət çəkənləri yaş həddinə görə bölsək daha çox 25 yaşınadək olan gənclərdir.

Azərbaycanda isə işsizlərin sayı  faiz etibarilə 5% təşkil edir. Regionların sosial- iqtisadi inkişafı üzrə dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində  işsizliyin səviyyəsi hər il aşağı düşür. 100 mindən çox iş yerləri açılmış, onun 80 mini daimi iş yerləridir.

Bütün bunlar Azərbaycanda insan alveri ilə bağlı riskli formaları aradan qaldırır.

İnsan alveri cinayətlərində  qadın qurbanlarının olması  narahatlıq doğursa da, son dövrlərin müqayisəli təhlili statistik rəqəmlərdə azalma ilə müşahidə edilir.

Beynəlxalq aləmdə qurbanların arasında qadınların çoxluğu  işsizlik probleminin həllində səthi yanaşmalarla, ailə çətinlikləri, gender bərabərsizliyi, savadsızlıq və yaxud təhsilin, peşənin olmaması və s. ilə əlaqələndirilir. İnkişaf etmiş ölkələrdə kişilərə nisbətən  qadın işsizlərin sayı 10-12% çoxdur. Bu, Şimali Avropa ölkələrində, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. ölkələrdə mövcuddur.

Digər səbəblərdən biri işə götürənlə yazılı müqavilənin olmamasıdır. Belə hallar son zamanlar hər bir ölkədə artımla müşahidə edilir. Ona görə də yazılı müqavilə olmayanda işə görə əmək haqqının verilməməsi, kobudluq, pis və yaxud dözülməz əmək şəraiti kimi narazılıqlar diqqət çəkir. Amma qrup halında işsizlik olanda iş axtarmaq planlarının həyata keçirilməsi uğrunda yollar axtarılır. Əksər qismi internet vasitəsilə  axtarışa başlayır və bəzən belə axtarışlar “tələyə” düşməyə şərait yaradır. Yaxşı olardı ki, iş axtaranlar dövlətin xidmətində olan   orqanların vakant  vəzifələrinə üstünlük versinlər. KİV-də verilən məşğulluq elanlarına da əhəmiyyət vermək olar. Özəl xidmət sahələrində  verilən təkliflər həmişə özünü doğrultmur. Mənəviyyata zidd təkliflər və müdiriyyətin sair bulanıq niyyətləri ilə razılaşanlar da olur.

Həyata keçirilən informasiya tədbirləri nəticəsində artıq ölkə hüdudlarından kənarda işləməklə bağlı təkliflər rədd edilir. Tərəddüdə qapılanlar da az deyil. Təəssüf doğuran hal ondan ibarətdir ki, son illər insan alveri ilə əlaqədar kifayət qədər məlumatlar televiziya, KİV və pedoqoji kollektivlərdə yayılsa da, yenə respondentlərin müəyyən qismi belə sosial hallarla  bağlı xəbərsiz olduğunu  bəyan edirlər. Məlumatsızlığın özü də səbəblər sırasında özünə yer alır.

Dünyada miqrasiya dairəsinin genişlənməsi insan alverinə aparan qısa  və asan bir yoldur. Ölkəyə daxil olan miqrantlar üçün düşdüyü dövlətin  dilini mənimsəməyə uzun vaxt tələb olunur. Digər tərəfdən ailəsinin  maddi çətinliyini  ödəmək vəzifəsi əsas şərt kimi onu az əmək haqqı almağa vadar edir, düşdüyü şəraitlə barışmaqla, qul əməyinə alışır.

Vasitəçilik edən kölgə agentlikləri  də “işsizlərə” iş təlkif etməklə kölgə infrastrukturunu həyata keçirə bilirlər, az əmək haqqı ödəməklə çox və ağır işdə işləmək, bir növ insanın istismarına rəvac verilir, qanuna zidd müəyyən işin yerinə yetirilməsinə məcbur edilir. Müvafiq orqanlar belə agentlikləri heç olmazsa  ildə 2 dəfə təffiş etməli, məqsəd və məramlarını araşdırmalıdırlar. Və yaxud, turist səfərləri – səyahətləri ilə bağlı agentliklərin  fəaliyyəti də nəzarətdə saxlanılmalı,şübhəli səyahətlərin qarşısını almağa diqqət artırılmalıdır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda da  xüsusi şöbələr var ki, əcnəbi vətəndaşlarının  əmək hüquqları ilə  bağlı araşdırmalar aparır. Lakin Həmkarlar  İttifaqı yalnız ölkə vətəndaşlarının əmək hüquqlarını müdafiə edir, əcnəbillərin işlədikləri səmtə daxil olmağa həmişə ixtiyarları olmur.

 Bəzən miqrantların əmək haqları işə götürənlər tərəfindən ödənilmir. Tərəflər arasında yazılı müqavilə olmadığından əmək haqqının tələb edilməsini  məhkəmə aidiyyətində həll etmək olmur və s.

Məlumat üçün qeyd etmək yerinə düşərdi:“İnsan alverinə qarşı mübarizə haqqında” 28  iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanununda şəxsin müəyyən işin yerinə yetirilməsinə - xidmətin göstərilməsinə  məcbur edilməsi  həmin şəxsin (qurbanın) iradəsinin  ziddinə olaraq onu arzu etmədiyi işin (xidmətin) yerinə yetirilməsinə məcbur etmədə ifadə olunur. Burada hər hansı bir işdən-istehsal, ticarət, xidmət, dilənçilik və s. sahələrdə görülən hər hansı bir iş başa düşülməlidir. Haqqın tam, qismən və yaxud heç ödənilməməsinin əhəmiyyəti yoxdur. Belə cinayətlərin hədə-qorxu gəlmə, zor tətbiq etmə, zor tətbiq etməklə hədələmə və şəxsin azadlığının məhdudlaşdırılması ilə törədilməsi təqsirkarın öz əməlinin nəticəsini öncədən  görməsi və onu arzu  etməklə cinayətə qəsdən, şüurlu şəkildə yol verməsidir.

Ona görə də, insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin  cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.

 

İstifadə olunan ədəbiyyatların siyahısı:

  1. AR-nın 30 sentyabr 2005-ci il tarixli qanunu ilə edilən əlavələr. “Azərbaycan” qəzeti 26 oktyabr 2005-ci il.
  2. “İnsan alverinə qarşı mübarizə haqqında” AR-nın 28 iyun 2005-ci il tarixli qanunu.
  3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  Kommentariyası “Digesta” nəşriyyatı 2008-ci il,  F. Səməndərov.
  4. Международная Биржа Труда для трудовых мигрантов. “Торговля людьми - Рабствo XXI векa” 23.X.2014
  5. Бюро Международной организации по миграции (МОМ) в

РФ 2008 год.www iomrussia.ru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM