Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmağa görə cəza sərtləşməlidir

13:15 / 23.01.2014

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

  Son illər respublikada   və paytaxtda  nəqliyyatın intensiv hərəkət etdiyi  yollarda qəzaların  ölümlə və ağır xəsarətlərlə baş verməsi halları dövlət qurumlarının və cəmiyyətin  narahatlığına səbəb olmuşdur. Çox ciddi məsələdir və narahatlığa əsas da var.  Qanunların sürücülərə qarşı sərtləşdirilməsi  və digər vasitələr  tətbiq edilsə də, kobud sürücülərin hərəkətləri öz axarında  davam edir. Ailələr başsız qalır, cavanlar nakam gedir, müəyyən qismi isə ömürlük şikəst qalırlar. Bəs nə etmək? Bu da, mən deyərdim ki,  müasir cəmiyyətin bəlası  və bədbəxtliyidir. Kim (sürücüyə aiddir) necə istəyir, elə də hərəkət edir. İri qabaritli yük maşınları, iri tutumlu sərnişin avtobusları, naşı və sürücülük hüququ olmayan şəxslər, marşrutlardan kənar yollarla, hardan gəldi, elektron kameralara məhəl qoymadan,  necə gəldi nəqliyyat vasitəsini idarə edirlər. Belə sürücülərdə təkcə  sürücülük mədəniyyəti yox, ümumiyyətlə  ədəb və mədəniyyət  yoxdur - desəm  yanılmaram. Çox təəssüf hissi ilə qeyd etmək istərdim ki,  Respublika CM-də  nəqliyyat vasitələrinin  istismarı ilə bağlı hadisələr (istər ölümlə, istərsə də  yüngül və yaxud ağır xəsarətlərlə  baş verən hadisələr) ehtiyatsızlıqdan baş verən cinayətlər sırasına daxildir. Axı, bəzən  bir ailə, bəzən də 6-7 nəfər insan həlak olur. Özü də belə hadisələr demək olar ki, hər gün baş verir. Bu gün ordudan gələn əsgər cənazələri, avtomobil qəzaları  nəticəsində ölənlərin  sayı sanki adi hala çevrilib. Məsuliyyətə cəlb olunanların - azadlıqdan məhrum olunanların  sayı isə baş verən ağır hadisələrə adekvat deyil. Allahın yaratdığı varlığa niyə bu qədər biganəlik var? Sadəcə hər şeyin qiyməti və əyarı olsa da insanların  qiyməti çox ucuz və əyarı  yoxdur.

Gəlin statistikaya  diqqət yetirək: 2013-cü ilin  11 ayı ərzində  ölkə ərazisində 2646 avtoqəzalar baş verib və qəzalar nəticəsində  1061 nəfər ölən,  2761 nəfər müxtəlif dərəcəli xəsarətlər alanlar var. Hadisələrin 920-si paytaxtın payına düşür və 310 nəfər  təkcə bu faktlarla  bağlı dünyasını  dəyişmiş, 911 nəfər isə qismən  və ya tam sağlamlığını itirmişlər. Piyadaların da sırasında  ölən və xəsarət alanların sayı artmışdır. Bütün bunlar haqlı olaraq narahatlıq doğurur və hər birimizi düşünməyə vadar edir.

2013-cü ilin 11 ayı ərzində  piyadaların xəsarəti ilə bağlı 1010 fakt qeydə alınmış, nəticədə 364 adam həlak olmuş, 728 nəfəri isə  müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalarda yerləşdirilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə piyadalardan ibarət hadisələrin sayı 46, ölənlərin sayı 12 və xəsarət alanların sayı 38 fakt çox olmuşdur. Burada piyadaların da  ehtiyatsızlığı və səhlənkarlığını önə çəkmək, necə gəldi yolu keçmək, sağa-sola baxmadan  nəqliyyatın hərəkət istiqamətində  addımlamaq,  bəzən də    mobil telefon qulaqcığında mahnını dinləməklə  xəyala qapılmaq da  hadisələrin baş verməsinə təsir edir. Belə hallarda  Vaqif müəllim demişkən : “alternativ yollar”  tapıb ondan istifadə etməyə imkan yaranmır.

Təkcə  nqəliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə  səbəbindən 73 hadisə baş verib-29 nəfər ölüb, 88 nəfər xəsarət alıb.

Digər narahatlıq doğuran məsələ sərnişin daşıma  avtobuslarının  sürücülərinin  səhlənkarlığı, qabalığı və özünə güvənmələridir. Belə sürücülərin səhlənkarlığı nəticəsində  97 hadisə baş vermiş, 52 nəfər ölmüş, 116 nəfər müəyyən dərəcədə və müddətdə sağlamlıqlarını, əmək qabiliyyətlərini itirmişlər.

Yük avtomobillərinin hərəkətləri də, dinamikada hadisələrin sayına  təsir etmişdir. Yəni 128 yol qəzası nəticəsində 57 nəfər dünyasını dəyişmiş 113 nəfər xəsarət almışdır. Ümumilikdə 11 ay ərzində 800-dən çox insan həmvətənlərinin  səhlənkarlığı ucbatından həlak olmuşdur.

 Xüsusi yol nişanlarının qoyulmasında əsas məqsəd və vəzifə hadisəyə qədər sürücünü xəbərdar etməkdən və onları  sürəti azaltmağa vadar etməkdən ibarətdir. Bu çox ədalətli  bir “oyundur”,  öncədən sürücüyə  “ehtiyatlı ol, səni gözləyən var” – deyilir və təhlükəli zonaya daxil olmağın qarşısı alınır. Başqa cür düşünməyə əsas yoxdur. Mən deyərdim ki, yalnız sürücülərin  peşəkarlığı, ustalığı, habelə qanunun  tələblərinə riayət etməklə  hadisələrdən sığortalanmaq mümkündür.

Cəmiyyətin  müəyyən təbəqəsi  üçün yük avtomobillərinin (daş, qum, beton və s. daşıyan maşınların) indiki qədər şəhərin istənilən yerində sərbəst hərəkət etməsi və heç bir qaydaya əməl etməməsi, ətrafa hörmətsizliyi, insanlığa sığmayan hərəkət-hərəkətsizlikləri olmamış, qeydə alınmamışdır. Sovetin dövründə  paytaxtda  belə maşınların hərəkəti üçün mütləq xüsusi icazə tələb olunurdu. Belə icazə 4 və 5 maşına verilə bilərdi. Yollarda tökülən qum, çınqıl və beton məmulatlarını isə  küçə xadimələri bacarıqları daxilində  götürüb ya səkiyə, ya da  ağacların dibinə tökməkdən başqa imkanları olmur. Küçə təmizləyən maşınlar gözə dəymir,  bəs haradadır? Çox istərdim ki,  yük maşınları hansı idarəyə və  təşkilata məxsusdursa, həmin təşkilatların  hesabından müvafiq məbləğ təmizliyin bərpası üçün sərf edilsin. Əks təqdirdə paytaxtın gözəlliyi üçün zərrə  qədər əməyi olmayan belə şəxslər idarə etdikləri  maşınların çəkisi və tutumu boyda  şəhərin gözəliyini bilə-bilə pozur, sərf olunan xərclərin və çəkilən zəhmətin qədrini bilmirlər. Belələrinə qarşı ciddi tədir görmək lazımdır.

Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının  və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə tətbiq edilən  tənbeh tədbirləri bəhrə vermir.

Atmosfer havasının  mühafizəsi sahəsində ekoloji tələblərin və ekoloji  təhlükəsizlik haqqında  qanunvericiliyin pozulmasına görə (İXM 76-1; 77; 78; 79 və s.) məsuliyyətin dərəcəsi də sərtləşməlidir.

Avtomagistrallarda  və ya yaşayış zonasında  hərəkət etmə, yolların kənar predmetlərlə zibillənməsinə, yolu zibilləyə bilən materialların  müvafiq qaydada qablaşdırılmadan aparılmasına, iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları və yaşayış məntəqələrinin  küçələri ilə xüsusi icazə olmadan hərəkət etməsinə  görə məsuliyyətə cəlb olunma halarının  səmərəsi görünmür. (İXM 151, 163-cü maddələr)

Yerinə düşərdi qeyd edim ki,  bəzi naşı xanım və ya kişi sürücülərimiz avtomobilini sağa-sola və yaxud arxaya “porkovka” etmək üçün bələdçinin xidmətindən istifadə etməsə dəfələrlə maşından düşməli olur. Maşınların çox, bəzi küçələrin isə dar olduğu şəraitdə hadisələrin baş verməsi  qaçılmaz olur.

Son zamanlar  İXM-yə yeni dəyişiklklər edilmiş, bəzi maddələr çıxarılmış sürücülərə qarşı  tətbiq edilən inzibati məsuliyyət  tədbiləri sərtləşdirilsə də, nəqliyyat vasitələri ilə bağlı baş vermiş hadisələrin qarşısını almaq mümkün olmamışdır.

Çox istərdim ki,  Avropa İttifaqına daxil olan ölkələrdəki vəziyyətə diqqət edək. Məs: Böyük Britaniya dünyada avtoqəza nəticəsində ölənlərin sayı il-bəil azalan  ölkələrdən biridir. 100 min əhaliyə  5,4 ölən düşür. Keçən əsrin 70-ci illərindən başlayaraq Birləşmiş Krallığın  yollarında avtoqəzalar azalan templə qeydə alınır. Piyadalar arasında son 40 il ərzində qəzalar 70% ,yol- nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı  isə 7% azalmışdır. Təkcə 2009-cu ilin iyun ayından 2010-cu ilin iyun ayına qədər  Milli Statistika bürosunun  məlumatına görə  Britaniyanın avtomobil yollarında  ölümlə nəticələnən  hadisələrin  19% azalması müşahidə edilmişdir. Bütün bunlar Britaniyada  nəqliyyatın və  yol hərəkətinin strategiyasında , taktikasında  təkmil tədqiqatların həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Təbii, burada sürücünün piyadaya, piyadanın sürücüyə mədəni münasibətləri də az rol oynamır. Britaniyada sükan arxasında  mobil telefonlardan  istifadə etmək, siqaret çəkmək və yemək qadağan olunur. Mütəxəssislərin təhlilinə görə qəzaya düşənlərin  5% yüksək  sürətlə hərəkət edənlərin  təqsirindən baş verir. 30% qəzalar isə  sürücülərin diqqətsizliyindən,( yola diqqət etməməsindən)  baş verir. 16% qəzaların baş verməsinə avtonəqliyyat  vasitəsini riskli və ehtiyatsızlıqdan idarə etmək halları səbəb olmuşdur.  Çox maraqlıdır ki, Şimali Uelsin sürücülərindən biri  sükan arxasında yemək yeyərkən  yol polisinin vertolyotu tərəfindən  qeydə alınmış və sürücü buna görə  8 həftə həbsə məruz qalmışdır.

Digər tərəfdən bu ölkədə hərəkətin təhlükəsizliyi üçün qoyulan elektron kameralar da qabaqlayıcı  tədbir kimi səmərə verir.

Britaniyada ilk dəfədən  sürücülük vəsiqəsi almaq nadir hallarda olur. Bəzən ikinci, üçüncü, bəzən də 15-ci dəfədən sonra istəyi hasil olur. Peçəkarlığa əminlik olmasa sürücülük vəsiqəsi verilmir. Belə hal  artıq adi haldan tələb formasına keçib.

ABŞ–da da ölümlə nəticələnən   avtoqəzalar hər rüb  azalma ilə müşahidə edilir. Məs. əgər 2008-ci ildə yollarda ölənlərin sayı 34.172 nəfər qeydə alınmışdırsa, 2009-cu ildə  bu rəqəm 30.797 nəfərlə qeydə düşüb. Səbəblər incəliyinə qədər  təhlil edilir. Ekspertlərin qənaətinə görə bütün qəzaların  40% və ölümlə nəticələnən yol –nəqliyyat hadisələrinin 60% sürücülərin alkoqollu içkilərin qəbulu səbəbindən baş verir. Belə hadisələrə görə qurbanların əksəriyyəti 16 yaşdan 24 yaş arasında olanlardır. Digər səbəb sükan arxasında  mobil telefonlardan istifadə etməkdir. Bu səbəbdən hər il minlərlə  insanlar ya əlil olur, ya da  dünyasını dəyişirlər.

Bütün bunlara baxmayaraq  ABŞ-da nəqliyyatı idarə etmək  mədəniyyəti yüksək olsa da, bəzən sürücülər arasında mübahisələr və yollarda  sürücülərin aqressiv  davranışlarına  da rast gəlinir. Bu ölkədə qəzaların səbəb və qurbanları sırasında  piyadalar da var. İri şəhərlərin  küçələrində  qəzaların 60 %-inin qurbanları, daha çox 65 yaşda olanlardır. Taksilərin çoxluğu və motopedləri idarə edənlərin  günahları ucbatından qəzalar artır.

11 milyon əhalisi olan  Belçikada  il ərzində  avtoqəza nəticəsində 1000 nəfərə yaxın adam həlak olur, 60 000-dən çox adam isə müxtəlif xəsarətlərə məruz qalırlar.

Sürücülərin nəzəri və praktik cəhətdən hazırlanmasında  həyata keçirilən  dəqiq sistem (sürücülük hüququnu təsdiq edən vəsiqənin  verilməsi) il ərzində  hadisələrin aşağı düşməsinə təsir edir. Məs:  17 yaşına  çatmış şəxs  öncədən nəzəri kursu bitirdikdən sonra müvəqəti sürücülük vəsiqəsi ilə təmin edilir. Amma o, öz  istəyi ilə avtomobili yalnız yanında müşayət edən professional şəxslə idarə edə bilər. Bu zaman ona avtomobili  sərbəst idarə etmək üçün 20 saat təcrübə kursunu keçməyə imkan verilir. Maraqlı burasıdır ki, belə şəxslərə axşamlar (gecələr) avtomobilin idarə edilməsi hüququna məhdudiyyətlər qoyulur (saat 22:00-dan səhər saat 6:00-a qədər)  istirahət və bayram günləri də daxil olmaqla  kommersiya yük daşımaları ilə  məşğul ola və həmin maşın ilə Belçikanı  tərk edə bilməz. Belə məhdudiyyətlər 3 ay müddətinə davam edir.

Sonda praktik kursu bitirməsinə görə imtahan verir.  İmtahan zamanı iki dəfə qeyri müvəffəqiyyətli cəhdə görə 6 saatlıq əlavə kurs keçir və bu kursa  görə o, əlavə haqq ödəməli olur. Ümumilikdə sürücülük vəsiqəsinə iddialı olan şəxs  bütün bu prosedurları keçmək üçün təxminən   1500 avro məbləğində haqq ödəməli olur.

Qardaş Türkiyədə vəziyyət  bir az başqadır. Analitiklər qeyd edirlər ki, ölkədə avtomobillərin sayı artsa da, avtomobillərin idarə etmə mədəniyyəti isə əvvəlki dövrlərdə olduğu kimidir. Burada təhlükəsizlik kəmərlərindən istifadə olunmur. Sürət həddi aşıldıqca cərimənin də məbləği artırılır. Türkiyədə sürücülük hüququna   malik olmaq o qədər də çətin deyil. 3 aylıq kursdan sonra imtahan verməklə vəsiqəyə sahib olursan. Bunun üçün 1000 və ya 1500 lirə ödəmək kifayət edir.

Avtoqəzalar daha çox  Qurban Bayramlarında baş verir. Bayram həftəsi ərzində  200 adam qəza nəticəsində  müxtəlif dərəcəli xəsarətlərə məruz qalırlar.   

Finlandiyada hadisələrin əksəriyyəti  gecələr baş verdiyindən piyadalara işığı özündə əks etdirən  paltar, velosiped sürənlərə isə dəbilqə daşıması məcbur edilir. Finlandiyada sərxoş sürücülər hərəkətin təhlükəsizliyi üçün həmişə problem yaradır. Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 25-30% sərxoş sürücülərin payına düşür. Sərxoş sürücülərə qarşı cəza sərtdir - sürücülük hüququndan ya məhrum  ya da  həbs oluna bilərlər. Gecələr yollarda maralların  çoxluğu bədbəxt hadisələrin  çoxalmasına təsir etdiyindən  orada“Yolda maral” var yeni yol nişanı qoyulur.

İsrail dövlətində isə kobud sürücülərə  qarşı tətbiq edilən  cəza ilə yanaşı, onun avtomobili müəyyən müddət ərzində  müsadirə edilir. Xüsusi dayanacaqlarda  müsadirə edilmiş maşınların  saxlanılmasına görə haqq isə təqsirkar sürücüdən alınır.

Baş verən yol nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə hesab edirəm ki, Azərbaycanda yeni sanksiyalara  ehtiyac var.  Qənaətimə görə aşağıdakı hallarda sürücüləri  nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, avtomobili müəyyən müddətə  (3 aydan 6 aya qədər) müsadirə edilməklə xüsusi dayanacaqlarda saxlanılsın. Bu növ cəzanın aşağıdakı hallarda sürücülərə tətbiq edilməsi hadisələrin qarşısını ala bilər.

  1. Avtomobilin  texniki pasportunda  və qanunvericilikdə  qeyd olunan  normadan artıq yük daşındıqda.
  2. Qanunda qeyd olunan saydan artıq  sərnişinlər daşındıqda
  3. İctimai nəqliyyatın, şəxsi (özəl) avtobusun, kommersiya nəqliyyatı vasitəsinin icazə verilən normadan (vaxtdan) artıq idarə edildikdə (8 saatdan artıq  idarə edilən zaman yorğunluq nəticəsində  ağır hadisələr baş verir.)
  4. Sürücülük vəsiqəsi olmadan  nəqliyyat vasitəsinin idarə edilməsi aşkar edildikdə.
  5. Şəxsi maşınını  sürücülük hüququ olmayan  şəxsə istifadə üçün verildikdə.
  6. Sürücülük hüququndan  məhrum edilən dövr ərzində maşını idarə etdikdə .
  7. Avtomobili sərxoş vəziyyətdə və ya  narkotik vasitəərin təsiri altında  idarə etdikdə
  8. Yol nəqliyyat hadisəsi yerindən  zərərçəkənə yardım etməyərək  qaçdıqda.

Zənnimcə kobud, hərəkətlərini anlayaraq  nəqliyyat vasitəsini idarə edən nəzakətsiz sürücülərə  qarşı belə sanksiyaları tətbiq etməklə  hadisələrin azaldılmasına  nail olmaq olar. Sürücülük vəsiqəsinin  verilmə testinə əlavələrin edilməsi məsələsinə də bu konteksdən yenidən baxmaq zərurəti artıq yaranıb.

 

 

“Polisə Dəstək”   İB-nin sədri                                 Şəmsəddin Əliyev


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM