Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri

10:46 / 30.01.2014

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

Özünün ictimai-siyasi əhəmiyyətinə görə ötən əsrin son onilliklərində dünyada baş verən dəyişikliklər, gedən qlobal proseslər və onların nəticələri ümumdünya durumunda əsaslı dəyişikliklərə gətirib çıxardı. Sovet dövlətinin, bütövlükdə dünya sosialist sisteminin iflasa uğraması xeyli ziddiyyətli məqamlara, qarşıdurmalara yekun vurmaqla yanaşı daha mürəkkəb və müəmmalı məsələləri ortaya qoydu. Çox suallara o vaxtdan bəri müxtəlif sahələrin mütəxəssisləri tərəfindən  cavab axtarılır.  Çox hallarda həmin dövrdə baş vermiş hadisə və proseslər sadə və birmənalı izahlar verilsə də, zaman keçdikcə onların heç də sadə izah edilə bilən və elementar məntiqlə şərh edilə bilən bir təzahür olmadığı israrlı şəkildə üzə çıxır. Dünən heç bir şübhəsiz və şərtsiz qəbul edilən reallıqlar barədə olan təsəvvürlər bu gün şübhə doğurur.

Deyilən məsələlər ictimai həyatın bütün məsələlərinə aiddir. Hazırkı məqalədə bu məsələlərdən bəzilərinə toxunmaq istərdik ki, bu da  özündə çoxsaylı xalqları və millətləri bir ictimai-siyasi məkanda birləşdirən sovetlər ölkəsində milli münasibətlər probleminə aiddir. Bu günün reallıqları və ötən tarixin yüksəkliyindən baxaraq vaxtilə mütləq həqiqət kimi qəbul edilən məsələlərə birmənalı oxşar qiyməti vermək mümkün deyildir. Ötən dövr ərzində milli məsələdə bir birinə daban-dabana zidd olan fərqli dəyərləndirmənin ifrat mərhələsini keçmiş bir cəmiyyətdə məsələlər artıq yeni təəssürat yaradır.

Qeyd olunduğu kimi Sovet dövlətinin və bütövlükdə dünya sosializm düşərgəsinin ötən əsrin 70-80-ci illərində xüsusi diqqət yetirdiyi və istiqamətləndirməyə çalışdığı problemlərdən biri hər bir polietnik cəmiyyət üçün actual olan milli münasibətlərin idarəolunan məcraya salınması, birtipli sosial, o cümlədən milli etnik sistemin bərqərar olmasına nail olmaq idi. Həmin dövrün milli məsələnin araşdırılmasına həsr edilmiş tədqiqatlarda real situasiyanı ortaya qoymaq əvəzinə hakim rejimə və onun ideologiyasına sərf edən nəzəri müddəaların əsaslandırılmasına yönəlmişdi.  Real vəziyyətlə heç də həmişə uyğun olmayan, yeridilən siyasətin ideoloji əsaslandırılmasına istiqamətlənmiş şablonlar ilk baxışda hamı tərəfindən qəbul edilmiş təsiri bağışlasa da, artıq o dövrün özündə qeyri-ciddi təsir bağışlayırdı.  O cümlədən, milli münasibətlər sistemində işlədilən anlayışlar və nəzəri terminlər – “xalqlar dostluğu”, “millətlərin çiçəklənməsi və yaxınlaşması”, “proletar internasionalizmi”, “sovet xalqının  insanların  yeni tarixi birliyi olması”  və s.  ən azı şübhə doğurur, bəzən isə  açıq-aşkar  gülüş obyektinə çevrilirdi. 

Xüsusən, SSRİ əhalisinin sovet xalqı olaraq insanların yeni bir tarixi birliyi kimi təlqin edilməsi konkret məqsədə xidmət edir,  xalqların vahid dövlət çərçivəsində saxlanmasına edilən ümidsiz istəyin ifadəsi kimi səslənirdi.  Hakimiyyət və hakim Kommunist partiyasının arzu olunanı real həqiqət kimi qələmə verməsi bu ideyanın reallıqdan daha çox yaranmış vəziyyətdən çıxmağın son cəhdi kimi qəbul edilirdi.

Sovet xalqının yeni bir tarixi birlik kimi formalaşması ideyası heç də əsassız deyildi və müəyyən qədər tarixi prosesin məntiqi gedişini özündə əks etdirirdi. Uzun illər bir ictimai-iqtisadi, siyasi-ideoloji və mədəni mühitdə yaşamış bir cəmiyyətdə ümumi və oxşar  stereotiplərin, düşüncə tərzinin, həyat tərzinin   formalaşması təbii idi. Əslində bu böyük dünyəvi bir prosesin konkret ölkədə və ictimai-iqtisadi, siyasi-mədəni  mühitdə təzahürü idi.  Eyni sosial –iqtisadi və siyasi mühitdə , bir cəmiyyətin tərkib hissələri kimi çıxış edən millətlərin dilindən, dinindən,  etnik mənsubiyyətindən , irqindən asılı olmayaraq yaxınlaşması labüddür. Lakin bu prosesin özünün qanunauyğunluqları, hədləri mövcuddur ki, o da həmin keyfiyyətlərin davamlılığının əsasında dayanır. Yeridilən siyasətin təmin edilməsi xatirinə həmin proseslərin süni şəkildə sürətləndirilməsi daha çox tərs effeklərə gətirib çıxarır və  cəmiyyətin içərisində o prosesə qarşı müqavimət meyllərinin üzə çıxmasına səbəb olur.  Bu proses cəmiyyətdə gizli və məkrli niyyətlərin olduğu hallarda daha aşkar şəkildə üzə çıxır.

Sosial mühitin ümumiləşməsinə təsir edən amillər müxtəlifdir. Onların sırasına  milli proseslərə bilavasitə təsir edən və onunla sıx bağlı olan amillərlə yanaşı ondan ilk baxışda bağlı olmayan amillər də daxildir və heç də digərlərindən  az təsirə malik deyildir. İctimai həyatın ən müxtəlif sahələrində baş verən hadisələr və proseslər birbaşa və ya dolayısı yolla  milli münasibətlərə də təsir edir. Milli münasibətlər sahəsi ictimai həyatda baş verən hadisə və proseslərə ən həssas reaksiya verən sahələrdən biridir. Buna görə də bu sahədə sini sürətləndirmələr, volyuntarist  siyasət dərhal açıq və ya gizli şəkildə özünü büruzə verir.

“Sovet xalqı- insanların yeni tarixi birliyidir” tezisi  yetkinləşmiş bir ideyanın ifadəsi  kimi XX əsrin 60-cı illərinin axırında diqqət mərkəzinə gətirilir və geniş təbliğat predmetinə çevrilir.  Bu ideya öz kökləri ilə dünya sosializm nəzəriyyəsindən, permanent inqilab nəzəriyyəsindən qaynaqlanırdı. Deməli, sovet məkanında ümumi əlamət və keyfiyyətlərə malik  sosiumun yaranması sosializm və kommunizm quruculuğu nəzəriyyəsinin ayrılmaz tərkib hissələrindən biridir.  Sovet İttifaqı Kommunist partiyasının  qurultaylarında səsləndirilən və ideoloji məqsədlər səviyyəsinə qaldırılan  bu şüar günbəgün geniş təbliğ edilərək, cəmiyyətə təlqin edilir. 

Bu termin ilk dəfə 1920-ci ildə  SSRİ əhalisini özündə ehtiva edən anlayış kimi işlədilir, elə bir ciddi ideoloji məzmun kəsb eləmirdi. 1961-ci ildə Sov.İKP-nin XXII qurultayında N.S.Xruşoev ilk dəfə olaraq sovet xalqını yeni tarixi birlik kimi xarakterizə edir. Lakin bu halda da sovet xalqı anlayışı sonradan gücləndirilmiş və ideologiyalaşdırılmış səviyyədə deyildi.  (1 стр.153)  İnsanların yeni tarixi birliyinin  yaranması ideyasının başlıca dəlili bir sosium olaraq onun SSRİ-nin simasında ümumi vətəninin, ümumi iqtisadi bazası kimi sosialist təsərrüfatının, ümumi sosial-sinfi strukturunun, marksizm-leninizm kimi ümumi dünyagörüşünün , Kommunizm qurmaq kimi ümumi məqsədinin, mənəvi simasında və psixologiyasında ümumi cizgilərin olması hesab edilirdi.

Sovet xalqının yeni tarixi birlik olması ideyası 1970-ci illərdə yeni təkan alır. 1971-ci ildə bu tezis  Sov.İKP-nin XXIV qurultayında L.Brejnevin hesabat çıxışında  səslənir. (2, с. 76)  Bir qədər sonra o SSRİ-nin 50 illik yubileyi ilə əlaqədar Sov.İKP MK–nın qərarında öz əksini tapır. İdeoloji don geyindirməklə o, partiya və dövlət orqanlarının gündəlik fəaliyyətinin əsas təbliğat istiqamətlərindən birinə çevrilir. Onun məqsədləri,  başlıca müddəaları ətraflı araşdırılma obyektinə çevrilir.

Nəhayət, SSRİ-nin 1977-ci ildə qəbul edilmiş yeni konstitusiyasının preambulasında belə bir müddəa ifadə olunmuşdur: “Sovet cəmiyyəti bütün millətlərin və xalqların yaxınlaşması əsasında insanların yeni tarixi birliyinin - sovet xalqının təşəkkül tapdığı yetkin sosialist münasibətləri cəmiyyətidir” (3, s.2)  Sovet xalqı haqqında yaradılmış bu tezis elə təqdim edilirdi ki, o ilk baxışda ittifaqda yaşayan millətlərin və xalqların maraqlartına nəinki zidd deyildi, əksinə onda olan müsbət cəhətlər qabardılaraq yeganə əlamət kimi təqdim edilirdi. Ondan yarana bilən mənfi cəhətlər isə arxa plana keçirilir, əhəmiyyətsiz  əlamətlər kimi diqqətdən yayındırılırdı. Ən başlıcası isə sovet praktikasında mövcud olan və milli münasibətlər sahəsində problemlərin kökündə duran çoxsaylı reallıqlar bu təbliğatın gurultulu kampaniyaları vasitəsilə ört basdır edilirdi. Qərəzli münasibət özünü milli respublikalar arasında resursların bölgüsündə, onların ümumölkə miqyaslı məsələlərin həllində təsir imkanlarında, sosial inkişaf sahəsində fərqlərdə, mədəniyyətin, elmin  inkişafında qeyri bərabər vəziyyətdə, partiya və dövlət vəzifələrində olan namenklaturada və s. digər çoxsaylı məqamlarda  göstərirdi. Düzdür, sovet millətlərinə qarşı yönəldilər neqativ praktika bilavasitə milli əlamətdən kənar kimi ört basdır edilsı dı, onlar bu keyfiyyətlə sıx bağlı idi.

Onun haqqında çoxsaylı tədqiqat əsərləri yazılır. O vaxta qədər mövcud olan və vahid birliyin yaranması əlamətlərini özündə təcəssüm etdirən  cəhətlər sərf olunan şəkildə konkret məcraya yönəldilirdi. Belə bir sosiumun yaranması nə dərəcədə reallığı əks etdirirdi və ya əsassız şəkildə şişirdilmiş avantüra idi?  Hansı cəhət daha çox və güclü idi? Bu suallar həmin dövrün nəzəri-ideoloji platformanın mövcud reallıqla uyğunluğunun dərindən araşdırılmasını tələb edir.  Döğrudan da,  Sovet dövləti və sosializm dünyası üçün arzuolunan hədəflərin  dövlətin və partiyanın yeritdiyi real siyasətlə uyğunluğu məsələnin mahiyyətini işıqlandıra bilərdi. Eyni zamanda , nəzərə almaq lazımdır ki, bu məsələdə də marağı olan və təsir gücünə malik olan təkcə partiya və dövlət deyildi.  cəmiyyətin içərisində müxtəlif maraqlara malik siyasi qüvvələr mövcud idi.  Sovet dövlətinin mövcudluğunun son onilliklərində  dövlətin və cəmiyyətin həyatının bütün sahələrində yazılmamış qanunlar,  korporativ maraqlar böyük təsirə malik idi.  Buna görə də milli məsələdə də yalnız rəsmi qanunlardan, rəsmi qəbul edilmiş platformalardan danışmaq az idi. Sovet dövlətinin həyatının bütün sahələrində  yetişən böhran günbəgün özünü daha aşkar şəkildə büruzə verirdi. Dövlətin bütün tarixi dövründə həll edilmək əvəzinə daha çox ört-basdır edilmiş milli münasibət problemləri də qabarıq şəkildə özünü göstərirdi. 1960-70-ci illərdə sovet xalqı haqqında irəli sürülmüş tezis də bu sahədə yetişməkdə olan böhranın qarşısını almaq iqtidarında deyildi.  Partiyanın sonuncu proqramında SSRİ-də milli məsələnin qəti olaraq həll olunduğu iddia edilsə də, milli zəmində vaxtaşırı baş qaldıran münaqişələr deyilən şeylərin tərsini nümayiş etdirirdi.

Sovet xalqının yeni tarixi birlik kimi təbliğ edilməsinin nəzəriyyədə öz yeri, öz dəlilləri və əsasları var idisə, praktikada bu ideya konkret vəziyyətdən, zaman və məkandan, o işi görənin şəxsiyyətindən və dünyagörüşündən asılı olaraq dəyişirdi. Sovet dövlətinin son illərində ictimai həyatın bütün sahələrində müşahidə edilən boşluqlar, nəzəri əsaslandırmalar və praktik təcəssümlər böhranın izlərini özündə daşıyırdı. Hər sahədə olduğu kimi real çatışmazlıqların yerini şişirdilmiş təbliğat doldururdu.

Digər tərəfdən sovet dövlətinin kökündə olan neqativ meyllər və rəsmi ideologiyanın təlqin etdiyi dəyərlərə daban-dabana zidd olan həqiqətlər də bu təbliğat vasitəsilə ört-basdır edilirdi. 60-70-ci illərdə sovet cəmiyyətində bütün sahələrdə olan pafosun arxasında problemlərin dayandığı artıq heç kim üçün sirr deyildi.  Milli münasibətlər sahəsi istisna deyildi. Burada da əhali sözlə əməl arasında yaranmış uyğunsuzluğu günbəgün daha dərindən hiss edirdi.

Beləliklə, Sovet xalqının yeni tarixi birlik olması ideyası tarixi inkişafın özünün məntiqindən doğmamışdı. O məhz sovet ideologiya maşınının öz valyuntarist ideyalarını təsdiq etmək, əsaslandırmaq, haqq qazandırmaq üçün uydurduğu bir ideya idi. Məqsəd yaranmış böhrandan çıxmaq, vaxt qazanmaq, öz varlığını və lazımlılığını sübut etmək üçün düşünülmüşdü. “İnkişaf etmiş sosializm”, “yetkin sosializm” anlayışları hansı ciddiliklə qəbul edilirdisə, “sovet xalqı” haqqında anlayış da o ciddiliklə qəbul olunurdu, Həmin anlayışlara sovet vətəndaşlar tərəfindən skeptik münasibət kommunizm ideyasının və kommunizm reallığının göstəricisi idi.

Ən pisi isə onda idi ki, bir tərəfdən internasionalizm, millətlərin yaxınlaşması və qovuşması təlqin edildiyi halda digər tərəfdən millərlərin maraqlarına zidd siyasətin yeridilməsi, ayrı-seçkilik siyasəti davam etdirilirdi. Təsadüfi deyildi ki, uzun illər təlqin edilmiş ideyaların ziddinə olaraq, millətlərin üz-üzə qoyulması üçün qısa bir zaman kifayət etdi. Yenidənqurma siyasəti nəticəsində sovet xalqı ideyasının əsasına qoyulmuş qondarma dəyərlərin aradan qaldırıəlması ilə illərlə təbliğ edilən birlik bir anda yoxa çıxır. Lakin bu birlikdə təbii tendensiya ilə bağlı olan, tarixi inkişafın özündən doğan cəhətlər həyatiliyini ən çətin vaxtlarda sübut etdi.  Qondarma dəyərlərin aradan qalxması ilə sovet sosialist məkanında gedən təbii demoqrafik proseslər ümumdünya məcrasına qayıdaraq onun ayrılmaz hissəsi olduğunu praktikada nümayiş etdirir.   (4) http://www.contrtv.ru/common/2038/

 Maraqlı məqamlardan biri haqqında danışılan dövrdə sovetlər ölkəsinin milli siyasətində aparılan xəttin qanunauyğunluğu idi. Yaranmış   vəziyyətdə  belə bir kampaniyaya rəvac verməkdə partiya və dövlət nə dərəcədə haqlı idi. Daha dəqiq desək, dövlətin bu siyasətə alternativi var idimi?

İstək aydın idi. Hər bir dövlətin bolünməz cəmiyyətə malik olmaq arzusu başadüşüləndir.  Hər bir dövlət sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, irqindən, dinindən və digər əlamətindən asılı olmayaraq əhalinin hakimiyyət ətrafında sıx birləşdirilməsinə can atır, müxtəlif əlamətlərə görə üzə çıxa bilən problemlərdən uzaq olmağa çalışırlar. Bu mənada qarşısına özünün nəzəri əsaslarında ən humanist məqsədlər qoymuş bir dövlətin  vahid ideya və məqsədlər ətrafında birləşmiş yekdil cəmiyyət qurmaq arzusu təbii  idi. Lakin problem ideal görünüşdə qoyulmuş bu məqsədin düzgün olub olmamasında deyil, onun  real həyatda aparılan siyasətlə uyğunluğunda və bəyan edilən prinsiplərə əməl edilib edilməməsində idi.  İttifaqa daxil olan millətlərin bütün sahələrdə maraqlarına əməl olunmasında,  bəyan edilmiş prinsiplərin axıra kimi təmin edilməsində  vaxtaşırı yol verilən pozuntular insanların şüurunda kök salır, pafosla irəli sürülən şüar və çağırışların qeyri- səmimiliyinə ilk gündən şübhə yaradırdı. İctimai həyatın bütün sahələrində dərinləşən problemlər isə, xüsusən, 1970-80-ci illərdə inamdan daha çox inamsızlığa rəvac verirdi.   

Maraqlı məqamlardan biri də odur ki, sovet xalqı haqqında tezis bu gün də aktualdır. SSRİ-dən sonra yeni tarixi birlik ideyalarının ortaya atılması və onun oxşar dəlillərlə əsaslandırılması cəhdləri göz qabağındadır. (5,6)    

Bunlar “qloballaşma” nəzəriyyəsindən tutmuş regional birliklərin yaranmasının təbliğ edilməsinə qədər olan yeni nəzəriyyələrə aiddir. Bəşəriyyətin inkişafında mövcud olan yaxınlaşma, bütövləşmə, regional maraqlar ətrafında birliklərin yaranması özlüyündə təbii və mütərəqqi bir proses olsa da, həmin proseslərin qərəzli məqsədlərə yönəldilməsi və süni şəkildə sürətləndirilməsi ümumi inkişafda zərərli rol oynayır.  Bu mənada tarixin müasir mərhələsində insanların tarixi birliklərinin yaranması ideyasının bu və ya digər şəraitlərdə ortaya atılması bu məsələnin vacibliyindən xəbər verir və onun dərindən araşdırılmasına ehtiyac vardır.

 

___________________________________________________

 

1.      22-й съезд КПСС (17 - 31 октября 1961 года): Стенографический отчет,т.1, , Москва, 1962

2.      Материалы XXIV съезда КПСС, 1971).

3.      Конституция (Основной закон) Союза Советских Социалистических Республик. Принята на внеочедной седмой сессии Верховного Совета СССР девятого созыва. 7 октября 1977 г.Москва, Политиздат, 1977

4.      http://www.contrtv.ru/common/2038/

  1. http://www.newsru.com/russia/16aug2012/soviet.html
  2. http://echo.msk.ru/blog/viacheslav_sn/924989-echo/ 

 

 

Ключевые слова: советский народ,  обшность людей, национальный вопрос, 

 

РЕЗЮМЕ

Тезис о советском народе как новой исторической обшности лбдей и его место в национальной политике советского государства в 1970-80 годы.

 

Статья посвящена вопросу о межнациональных отношениях в Советском Сооюззе в последние десятилетия существования СССР. Предметом исследования в статье является выдвинутый тезис о формировании советского народа как ной исторической общности людей. Рассматриваются закономерности развития советского общества,  исследуется различные аспекты этого процесса.  Анализируется сущность этого явления, причины, последствия и основные цели его возникновения.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM