“Polisə Dəstək” İB-nin sədri
İnsanın əşya kimi alqı-satqısı qul ticarətinə aiddir. Tarixdə qul ticarətinin kütləvi hal alması Afrikadan daşınan qullarla bağlı olmuşdur. Həmin dövrlərdə qara dərililərin ticarətin predmetinə çevrilməsi çox yayılmışdı. İctimai əxlaqın (mənəviyyatın) inkişafı nəticəsində qul ticarəti tədricən cinayətin predmetinə çevrilsə də, üstünlük təşkil etmirdi.
Qul ticarətinin yaranmasının dövrü barədə yazılı tarixi mənbələr olmamışdır. Lakin, insanın əşya kimi alınıb-satılması əsrdən-əsrə ötürülmüş və bu günə qədər yaşamaqdadır. Misirin qədim mənbələrinə istinadən belə qənaətə gəlmək olar ki, köləlik və qul ticarəti həmin dövrlərdə qədim dövlətlərin iqtisadiyyatının müəyyən hissəsini təşkil edirdi. (Daha çox kənd təsərrüfatında)
Qədim zamanlarda kölə zəncilər Misirə, Yunanıstana və Romaya, bir müddət ötdükdən sonra isə ərəblər onları Şimali Afrikaya, Ərəbistana, Türkiyəyə və İrana daşıyırdılar. XIX əsrdə qul ticarətinin əsas mərkəzi Misir və Zanzibar (Afrikanın şərq sahilindəki yerlər, Hind okeanında ada) sayılırdı. Təkcə Fars körfəzindən 1867-1869 –cu illər ərzində 39645 kölə daşınmışdı. Amma həmin dövr ərzində ingilis gəmiləri ilə Hind okeanında daşınan 2645 adam köləlikdən azad edilmişdi. Qul ticarəti ilə məşğul olan tacirlər silahlı dəstələrlə Afrikanın dərinliklərinə daxil olur, Nil çayının yuxarı istiqaməti ilə Konqo çayının vadilərində yaşayanlara qarşı viranedici basqınlar edir və qulları Şərqi Afrikanın ətraf məntəqələrinə daşıyırdılar.
XIX əsrin sonlarında ingilis hakimiyyəti tərəfindən qul ticarəti Misirdə qadağan edildikdən sonra Şərqi Afrikada ərəblərin qul ticarəti ilə bağlı fəaliyyəti də qeyri-qanuni hal kimi qiymətləndirildi. Belə vəziyyət XX əsr boyu davam etdi və XX əsrin 80-ci illərində Səudiyyə Ərəbistanında qul ticarəti rəsmi olaraq ləğv edildi.
Qul ticarəti orta əsr dövlətlərinin, Ərəb Xilafətinin, Qızıl Orda və Krım Xanlıqlarının, Osmanlı İmperiyasının iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edirdi. Monqol-tatarlar qulları müsəlman tacirlərinə və eləcə İtaliyanın kolonyasında olan şəhərlərdə satırdılar.
Qaradəniz ətrafından gətirilən qulların hesabına Qahirədə Əyyubilərin və Bağdadda Abbasilərin Məmlük qvardiyası yaradıldı (təxminən 1193-cü ildə). Məşhur Məmlük sultanı I Bəybars 1259-cu ildə Monqolları darmadağın etmişdi. Bəybars Qaradəniz ətrafından gətirilən qullardan-qıpçaq idi. Tatar-monqolları tərəfindən Misirə satılmışdı.
Qərbi Avropada da bütün orta əsrlərdə qul ticarəti mövcud idi. XV əsrin ortalarında Portuqaliya tacirləri Afrikadan gətirilən qul ticarəti ilə məşğul olurdular.
XVI əsrdə isə ispanlar Hindistana, portuqaliyalılar isə Braziliyaya qulları daşımağa başladılar. XVI-XVII əsrlərdə qul ticarəti krallığın imtiyazına çevrildi. Zəncilərin alqı-satqısına daha çox üstünlük verilirdi. (1621-1631-ci illərdə Hollandiya, Fransa və İngiltərənin ticarət kompaniyalarında zəncilərə daha çox ehtiyac duyulurdu.) 1698-ci ildə İngiltərə parlamenti rəsmi olaraq xüsusi şəxslərə qul ticarəti ilə məşğul olmağa icazə verdi. Bir sözlə, qul ticarəti çox gəlirli sahə kimi Roma papası V Nikolayın da (1452-ci ildə) diqqətini çəkdi.
1789-cu il Fransanın “ İnsan hüquqları haqqında bəyənnamə” hər cürə qul ticarətini rədd etdi. 25 mart 1807-ci ildə İngiltərə Parlamenti “Qul ticarətinin qadağan olunması barədə” akt qəbul etdi. 1823-ci ildən başlayaraq qulların bir kalonyadan digərinə daşınmasına da artıq qadağa qoyuldu ( Hələ 1815-ci il Vyana konvensiyasında da insanın əşya kimi alınıb-satılması pislənirdi) və ilk dəfə olaraq dövlətlərarası səviyyədə beynəlxalq ittifaq adından qaradərili zəncilərin ticarəti ilə bağlı məsələ müzakirə predmetinə çevrilsə də, səmərəli nəticə hasil olmadı. (1822-1823-cü illərdə)
15 may 1820-ci ildə ABŞ konqresi qul ticarətini dəniz quldurluğu ilə (piratlıq) bərabər sayaraq hər iki hala ölüm cəzasının tətbiq edilməsini məqbul saydı. 1840-cı ildən başlayaraq bütün Avropa ölkələrinin cinayət qanunvericiliyində qul və zəncilərin ticarəti ilə bağlı sərt cəza tədbirləri tətbiq olunmağa başlanıldı.
Müasir zamanda qul ticarəti bir neçə Asiya ölkələrində, Afrikada, Şərqi Avropada və Latın Amerikası ölkələrində var. Məs: Nigeriyada 2003-cü il ərzində köləlikdə 870 000 adamın olduğu barədə statistik məlumatlar var. Bu, müasir dövrün insan alveridir.
İnsan alverinin təhlükəliliyi onun müxtəlif formada həyata keçirilməsindədir.
Bir çox mənbələrdə insan alveri cinayətlərinin daim dəyişən formaları barədə müxtəlif mülahizələr yürüdülür. Ona görə də insan alverinə qarşı daha səmərəli fəaliyyətin təşkili, bu anlayışın əməliyyat təhlilinə təsirini, cinayətləri tövsif etmək, insan alveri cinayətlərinin qurbanlarını yaxından öyrənmək üçün onunla mübarizə elementlərinin araşdırılmasına ehtiyac var. Qeyd olunacaq formaların aydın və dəqiq tövsifi onu praktikada çətinlik çəkmədən qəbul etməyə imkan yaradır.
İnsan alveri cinayətlərinin həm ümumi, həm də əsas formaları var:
- Seks-industrial və ya əyləncə sahəsi;
- Hərbi hissələrin yerləşdiyi ərazidə mütəşəkkil şəkildə seks-ticarəti;
- Seks-turizmin təşkili;
- Pornoqrafiya istehsalı (hər iki cinsdən olan uşaqlardan istifadə)
- “Potoqon” istehsalatda əməyin istismarı;
- Qeyri formal və kölgə iqtisadiyyatında istismar;
- Kontrafakt məhsulun istehsalında əməyin istismarı;
- Ev təsərrüfatında -ev köləliyi;
- Uşaq əməyindən istifadə (maşın yuma, k/t işinə cəlb etmə) və s.
- Uşaqları ələ almaqla onlardan istifadə etmək;
- Əlillərdən istifadə etmək;
- Azyaşlıların dilənçiliyə cəlb etmək üçün “kirayəyə” alınması(verilməsi);
- Ev təsərrüfatında insanlardan istifadə;
- Xəstələrə və ahıllara xidmət göstərmək niyyətilə istifadə;
Qeyd olan tövsif bitkin xarakter daşımır. Lakin insan alveri cinayətlərinin formaları dinamik hal olduğundan, cinyətkarlar da konkret maddənin dispozisiyasına uyğun olmayan, alternativ forma və üsullarla əməllərini elə qururlar ki, məsuliyyətdən yayına bilsinlər. Sosial - iqtisadi və siyasi situasiya dəyişdikcə bu dinamik hallar da dəyişir.
Nəticədə istismarın formaları da aşağıdakı kimi dəyişməyə başlayır.
- Əməyə məcburetmə (seksuallığa və ya sair xidmətə məcburetmə);
- Haqqı ödənilmədən işlətmək və yaxud aydın olmayan əmək haqqı, işlədikdən sonra haqqın ödənilməməsi və yaxud qismən ödənilməsi;
- Şəxsin iradəsinə uyğun-azadlıq fəaliyyətindən və hərəkətlərindən məhrum edilməsi;
- Əmək müqaviləsi olmadan işə cəlb etmək, iş gününün uzadılması;
- İşdən çıxmaq istəyənlərə qanunsuz qadağalar qoymaq (işçinin saxlanılması);
- İşçinin razılığı olmadan başqa işə (niyyətlərinə uyğun işə)köçürülməsi, razılığı olmadan başqa (sair) xidmətə işləməyə məcburetmə-manipulyasiya;
Daha sonra sənədlərin işçidən alınıb verilməməsi, borcdan asılı vəziyyətdə saxlanılması, fiziki zorakılıq və ya zorakılığın tətbiqi ilə hədələmə, psixoloji zorakılıq, deport etmək (qeyri - leqal miqrantlar üçün) hədəsi, sərbəst hərəkət etməsinə məhdudiyyətlər və s. insan alveri cinayətlərinin formalarına aid etmək olar.
Şəraitdən asılı olaraq qeyd olunan formaların hər biri müxtəlif modifikasiya üzrə dəyişilə bilər. Məsələn: Qeyri-leqal miqrantların əmək haqqının verilməsini yubatmaq və yaxud onu deportasiya etmək məqsədilə polisə verməklə hədələmək.
Beləliklə, insan alveri cinayətləri ilə əlaqəli olan istismarın formaları çox müxtəlif və rəngarəngdir. Əksər hallarda hərəkətlərin qanunauyğun sənədləşdirilməsində və bu formaların müəyyən edilməsinə prosesual imkanlar yoxdur. Ona görə də, müasir dövr insan alveri cinayətlərinin şərhi üçün bu formalar əhəmiyyət kəsb edir və adekvat formulanın tətbiqi istismarın formalarını* əks etdirən qanunvericilik bazasına ehtiyac var.
İnsan alveri cinayətlərinin səbəbləri və risk qrupları.
Azərbaycan Respublikasının Qüvvədə olan CM ilə insan alveri probleminin öyrənildiyi dövr ərzində müxtəlif təhlillər aparılmış, risk qrupuna aid edilənlərin, bu cinayətlərin qurbanlarının “spesifik cizgilərinin” öyrənilməsinə çox vaxt sərf edilmişdir. Mövzu beynəlxalq konfranslarda, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihələrində aktiv müzakirə predmetinə çevrilmiş, qurbanların tipik xarakteristikası prioritet məsələ kimi diqqət çəkmiş, DİN-in kollegiyalarında və MM-in plenar iclaslarında milli koordinator general-leytenant Vilayət Eyvazovun hesabat xarakterli məruzəsi dinlənilmişdir. Son, 2014 cü il ərzində DİN-nin İnsan Alveri Baş idarəsinin Mütəşəkkil cinayətkarlığın bu növü ilə mübarizə fəaliyyətinə nəzər yetirdikdə aşağıdakı mənzərə diqqət çəkir. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 97 (+17 fakt 2013-cü il ilə müqayisədə çox aşkar edilmişdir) cinayət faktı müəyyənləşdirərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunmuş, bu əməllərin qurbanı -52(+2) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
İctimai mənəviyyat əleyhinə olan hüquqa zidd əməllərlə bağlı 183 (+13), o cümlədən 79 (+6) fahişəliyə cəlb etmə və 86(+18) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunmuşdur.
Təəssüflə xatırlatmaq istərdim ki, 2006-ildə Beynəlxalq təşkilatın Miqrasiya üzrə Bürosunun “İnsan alveri cinayətlərinin və köləliyin qarşısının alınması” ilə bağlı RF-yə aid beynəlxalq konfransında insan alverinin əsas səbəblərinin müzakirəsi diqqət çəkməmişdir. İnsan alverinin dərin köklərini iqtisadi, sosial sahələrdə və mədəni-mənəvi münasibətlərdə axtarılması daha məntiqli səslənsə də, buna əhəmiyyət verilməmişdir. Adətən səbəblərin kökündə və özülündə yoxsulluq vurğulanır, iqtisadi imkanların məhdudluğu, ailənin digər ölkələrlə müqayisədə həyat səviyyəsinin aşağı düşməsi, ailələrdəki zorakılıqlar, gender bərabərsizliyi, sosial-maddi yetimliyə məruz qalmanı, spirtli içkilərə aludəçiliyi, uğursuz ailələr və s. faktorlar önə çəkilir. Lakin, sadalanan səbəblər yalnız diqqətə çatdırılır, ona təsir mexanizmləri işlənilmir, hazırlanmır. Nəticədə insan alveri ilə əlaqədar olan faktlar latentliyə məruz qalır, təşkilatçılara və digər iştirakçılara məsuliyyətin və cəzanın labüdlüyü prinsipi tətbiq edilmədiyindən mübarizə əhəmiyyətini itirir.
Beynəlxalq ekspertlərin mülahizələrinə görə bu gün, Rusiya Federasiyası insanların daşınması və tranziti üçün təyinat ölkəsinə çevrilib. Burada ölkənin daha çox yoxsul təbəqəsi qurbana çevrilir. Çin, Şimali Koreya və Vyetnam kimi ölkələrdən Rusiyaya böyük kütlə - əmək miqrantları daxil olur. Məs: 2000-ci illərdə Tacikistanda adambaşına düşən gündəlik gəlir 0,2$ idisə, həmin ərəfədə Rusiya Federasiyasında bu rəqəm 20 dəfə çox idi. Təbii ki, yoxsul ölkədən ehtiyac içində boğulanlar, həyat təminatlarını heç olmasa qismən təmin etmək üçün Rusiyaya gəlməyə “məhkum” idilər. Belə faktlar yaşamaq uğrunda mübarizənin canlı təzahürüdür. Yaxın gələcəkdə qeyd etdiyim yaşayış səviyyəsinə görə fərqi aradan qaldırmaq ümidi yoxdur. Əksinə vəziyyətin bir az da ağırlaşacağını proqnozlaşdırmaq olar. Ona görə Rusiya digər ölkələrdən fərqli olaraq miqrantlar üçün cəlbedici və cəzbedici ölkə olaraq qalır. Bütün bunlara baxmayaraq 1990-cı illərdə Rusiyanın istehsal sektorlarında orta əmək haqqı Almaniyadan 50 dəfə, Yaponiyadan 40, ABŞ-dan isə 30 dəfə az təşkil edirdi. Rusiyada əmək haqqının artımı ekspertlərin qənaətinə görə yalnız iqtisadiyyatın qlobal yenilənməsi prosesində resturizasiya nəticəsində mümkün olacaq. Belə çıxır ki, Rusiya tranzit ölkə kimi insanların kriminal baxımdan istismarı üçün hələ çox vaxt mənbə rolunu oynayacaq.
İnsan alverinin sosial-iqtisadi təbiəti yoxsulluğun yayılması, əməyin dəyərləndirilməməsi, az haqq ödənilməsi, səmərəli fəaliyyətlə məşğulluq imkanlarının əhalinin əksər kontingentləri üçün əlçatmaz və təhsilin aşağı olması, sosial müdafiənin yoxluğu və digər obyektiv səbəblərlə sıx bağlıdır. Beləliklə insanların istismar şəraitinə məruz qalma riski müəyyən səbəbli əlaqə təsirindən reallaşır.
Tarixən də yoxsulluq, ehtiyac və səmərəli məşğulluğa yolun bağlanması insanları ağlasığmaz xətalara və təhlükəli əməllərə vadar və onları iqdisadi davranışın riskli modelindən istifadə etməyə məcbur edib, köləliyə, insanın istismarına razılıqlarını “qanuniləşdirib”. Bu səbəblər tədricən cəmiyyətin ümumi vəziyyətinə təsirsiz ötüşməmişdir. Risk sosial normaya çevrildikcə insanların iqtisadi davranış modeli də dəyişir. İnsan davranışlarının rasionallığı təhrif edilir. Beləliklə qeyri-leqal miqrasiyaya yol açılır və insanların köləliyə xas istismar olunmasına məcburi şərait yaranır.
İqtisadiyyatın müasir qaydaları hamıya ticarətin inkişaf resurslarına daxil olmağına imkan yaratmır. Ona görə bəziləri rəsmi xidmət strukturlarında çalışmağa “dəhliz” və ona lazım olan ehtiyacını ödəmək üçün “şans” axtarışına çıxır. Məs: qocalar ömürlük yardım etmək vədi ilə aldadılır və nəticədə mənzili ilə birlikdə alınır (və yaxud satılır); əlillər dilənçilikdə istifadə olunur, əcnəbi tərəfdaş axtaran qızlara “tanışlıq xidməti” təklif edilir (və insan alveri tacirlərinə təhvil verilirlər), iş axtaranlar köləliyə cəlb olunurlar və s.
Yoxsulluq özündə zəncirvari arzuolunmaz nəticələri birləşdirir. Təhsildən uzaqlaşma, səhiyyə xidmətindən istifadə edə bilməmək, aşağı həyat səviyyəsi, müasir informasiya-kommunikasiya-texnologiyalarından yararlanmaq imkanından məhrum olmaq və s. . Burada əsas köklü səbəb marginal və riskli davranış strategiyasının yayılmasındadır.
Ailə institularındakı böhran insan alverinin səbəbi kimi yoxsulluqdan fərqli olmasa da mühüm səbəblərdəndir. Rusiyada 14 mln rus uşaqları natamam ailələrdə böyüyürlər. Onların qayğısına əsasən qadınlar qalır. Ailənin gəlir səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır. (Hər iki valideynin olduğu və işlədiyi ailələrdən fərqi olaraq.)
Gender bərabərsizliyi və ailədə ayrıseçkilik halları məişət zorakılıqlarının artmasına və yayılmasına təsir edir, uşaqların dilənməsinə (dilənçiliyə məruz qalmasına) və avaraçılığa meylini artırır.
Ailədəki məişət və mənzil şəraitindəki problemlər, alkoqolluğa aludəçilik, ailənin mənəvi dəyərlərinin dağılması (qeyri-rəsmi nikahların artması) insan alverinin artmasına zəmin yaradır.
Qeyd olunan səbəblərin qarşılıqlı fəaliyyəti insanların istismarının sosial fəzasının hədsiz genişlənməsinə gətirib çıxarır. Belə hallar isə sivil cəmiyyətlə bir araya sığa bilməz.
Adətən insan alveri üzrə yüksək riskli qruplar var. İlk qrupa qadınlar və uşaqlar aid edilir. Qadınlar arsında ələ alınmağa meyilli gənclər – yüksək təhsili, stabil işi və gəlir mənbəyi olmayan, çoxuşaqlı, tənha analar, ailədə zorakılıqlarla üzləşən, ona məruz qalanlar aiddir. Uşaqlar arasında daha çox ailə münaqişəsi hökm sürən ailələrin uşaqları, valideynsiz uşaqlar, uşaq evlərinin sakinləri, avara və nəzarətsiz olan uşaqlar daxildirlər. Risk qrupuna həmçinin əlillər, kasıblar, narkotiklərdən asılı olan adamlar: risk qrupunun dəqiq formulası insan alverinə qarşı preventiv kompaniyanın əhəmiyyətinə kömək edə və digər risk qrupunun bu bəlaya cəlb olunmasının qarşısını ala bilər. Məs: HİV-ə yoluxmanın qarşısını almaq üçün kompleks proqram təşkil etmək olar.
Risk qrupunun aşağıdakı cədvəlini təqdim etmək olar:
(İnsan alveri situasiyasına düşən yüksək risk qrupları)
KRİTERİYALAR
|
RİSK QRUPLARI |
Yaş həddi |
Uşaqlar və yeniyetmələr(14-18 yaş), gənclər (18-25yaş), gənc qadınlar (30 yaşa qədər) |
Yaşadığı yer |
Kiçik şəhərlər, kəndlər, kənddən şəhərə gələnlər və kiçik şəhərdən iri şəhərlərə üz tutanlar. |
Təhsil |
Aşağı səviyyəli təhsil, məktəbdə təhsilin dayandırılması. |
Davranış niyyəti |
Miqrasiya niyyəti olan, o cümlədən qeyri-leqal miqrasiyaya meyilli şəxslər, xaricdə əcnəbi ilə nikaha daxil olmaq istəyənlər, xaricdə işə düzəlmək agentliklərinə üz tutanlar, qeydiyyat üzrə “evlənənlər”-nikah agentliklərinin müştəriləri və s. . |
Sosial və marginal qruplara meyl |
“Sosial riskli” ailələrin uşaqları, alkoqola meyilli ailələrin uşaqları, (sərsəm, kəmağıl ailələr) narkotik maddələrdən asılı olan ailələrin uşaqları, uşaq evlərində tərbiyə alanlar, tək analar, miqrantlar, çoxuşaqlı analar. |
Etnik qruplar |
Region əhalisinin “əsas tərkib” hissəsinə aid olmayan etnik(azlıq) qruplar, kasıb ölkələrdən gələn etnik qruplar(Tacikistan, Əfqanıstan, Pakistan), kriminal etnik birləşmə və dəstələri (qaraçılar, çeçenlər), tez-tez təhlükəli cinayətlərə meyilli qruplar da insan alveri ilə bağlı, adam oğurluğu cinayətlərini məqsədli şəkildə törədən qruplar. |
Ümumiyyətlə insan alveri cinayətləri beynəlxalq normaların, həm də dövlətdaxili normativ hüquqi aktların tələbinə görə ağır və xüsusilə ağır cinayətlər kimi təsnifatlandırılır. Qeyd olunan tələbə uyğun olaraq CM-nin 144-1 maddəsinin birinci hissəsindəki sanksiyanın sərtləşməsinə zərurət yaranır.
Bu gün insan alveri sahəsində hüquq-tətbiqetmənin mürəkkəbliyi qeyri-dəqiqliklə əlaqəli olduğundan qul əməyi- köləliyə xas cəhətin anlayışlarının da dəqiq verilməsində çətinliklər yaradır. Ona görə də CM-nin 144-1 maddəsi ( və insan alverinə aid olan digər maddələr) əlavə kommentariyaya və əlavələrə zərurət yaradır. Yuxarıda qeyd etdiyim insan alverinin hər bir formasının təfsirinə tam aydınlıq gətirilməyincə əməlin tövsifi prosesual dəqiqliklə ifadə oluna bilməz. İlk növbədə cinayət qanunvericiliyində istismarın formaları konkret izah edilməlidir. Məsələn: İnsanların dilənçilik qismində istifadə - -istismar edilməsinə şərh verilməlidir, insan üzərində nəzarətin müxtəlif formada həyata keçirilməsi və yaxud zorakılığı (borc asılılığında saxlamaq, sənədlərin götürülüb saxlanılması, psixoloji zorakılığın şantaj formasında həyata keçirilməsi və s.) . İnsan alverinin hər bir formasının cinayət qanunvericiliyi ilə effektiv təqibi bu cinayətlərin risk qruplarına məhdudiyyət qoya bilər. (Bax risk qrupları - cədvələ)
İstifadə olunan ədəbiyyatlar.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM