“Polisə Dəstək” İB-nin sədri
Bu ilin yanvar ayının son günlərində Respublika Daxili İşlər Nazirliyi ötən ilin yekununa həsr edilmiş geniş kollegiya iclası keçirdi. Cinayətkarlıqla mübarizənin vəziyyətinə və statistik rəqəmlərə əsaslanaraq demək olar ki, kriminogen durum nəzarətdədir.
Ümumiyyətlə cinayətkarlıq xeyirin və şərin əxlaqa zidd xətaları,cəmiyyətin səfil, simasını itirmiş “uşaqları”və yaxud təbəqəsi kimi hər bir quruluşa xasdır. İbtidai icma quruluşunda cinayətkarlıq olmamış, dövlət və hüququn yaranması ilə cinayətkarlıq mövcud olmuş və tarixən dəyişən sosial hadisə kimi inkişaf etmişdir. Cinayətkarlığın vəziyyəti zamanla, ərazi ilə, baş verən cinayətlərin səbəb və şəraiti, kəmiyyət və keyfiyyət göstəriciləri ilə sıx bağlıdır.
Cinayətkar da, zərərçəkən də cəmiyyətin üzvü olduqlarından törədilən hər bir ictimai təhlükəli əməl ictimai münasibətlərə, ictimai orqanizmə zərər vurur.
Cinayətkarlıq sosial patalogiyanın ən təhlükəli növü, fərdin cəmiyyətə zidd deviant* davranışıdır. Bütün pozitiv və neqativ sosial fenomeni doğuran cəmiyyət olduğuna görə, hər bir (hər cürə) cəmiyyət kriminogendir. Amma varlı, sivil cəmiyyətin kriminallığı yoxsul, geridə qalan cəmiyyətin kriminallığından fərqlidir. Bu, iqtisadi faktorla bağlı olduğundan dünyanın hər bir ölkəsində siyasətə təsirsiz ötüşmür. (Məs: Kölgə iqtisadiyyatı və kölgə siyasəti) Cəmiyyətin alkoqollaşması, narkotikləşməsi, insan alveri və fahişəlik, intihar və korrupsiya halları bu qəbildəndir.
Kollegiya iclasında qeyd edilmişdir ki, 2012-ci il ilə müqayisədə 2013-cü ildə ümumi cinayətlərin sayı azalmış -20.465 cinayətlərin 85,4%-nin açılması təmin edilmişdir. Etiraf edim ki, belə vəziyyət DİO-da əməliyyat-axtarış fəaliyyətinin düzgün təşkili və peşəkarlığın əyani təzahürüdür.896 cinayətlər də bu peşəkarlıq nəticəsində, “isti izlərlə” açılmışdır. Ötən illərdən bağlı qalmış 284 (onun 63-ü ağır və xüsusilə ağır cinayətlər olmuşdur) cinayət prokurorluq orqanları ilə birgə keçirilən əməliyyat –axtarış tədbirlərinin bəhrəsi olaraq açılmışdır.
Cinayətkarlığın səbəblərini cəmiyyətin əxlaqında, mənəvi və əxlaqı dəyərlərin yoxluğunda axtarmaq lazımdır. Bu mənim qənaətimdir. Çünki, əxlaqın tərbiyəsi bəşər tarixi ilə sıx bağlı olan tərbiyəvi işin tərkib hissəsi kimi özündə təhsili, ixtisası, digər əxlaqi dəyərləri, mədəniyyətin hansı səviyyədə aşılanmasını birləşdirir. Əvvəl də, indi də cəmiyyətin iqtisadi həyatı, insan və vətəndaş hüquqlarının müəyyən edilməsi, sosial sferanın rəngarəngliyi, siyasət, əxlaq və mənəviyyatdan kənar təsəvvür edilə və ondan təcrid olunmuş şəkildə müstəqil ola bilməz.
Ailələrdə qeyri-əxlaqi dəyərlərin yer alması, qadına və uşaqlara qarşı zorakılıq halları, KİV və sosial şəbəkələrdə, bəzi televiziya kanallarında ictimai mənəviyyəta zidd zorakılığın, əxlaqsızlığın təbliğ-təşviqi, ictimaiyyətin tərbiyəsizliyə göz yumması cinayətkarlığa aparan bir yoldur.
Əxlaqi dəyərlərin unudulması cəmiyyətin hər bir üzvünün cinayətlərə meyl etməyə vadar edə bilər. Bu mənada cinayət həm əxlaqa, həm də qanuna zidd olan əməl kimi qəbul edilir.
Tarixən qanunlara, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətsizlik cəmiyyətdə dözülməz bir mühitin yaranmasına səbəb olub. Bu səbəblərdən durum nəzarətdən çıxanda, bəzən tamah və zorakılıqlarla müşayət edilən hallar sonradan dövlət əleyhinə olan cinayətlərin törədilməsinə şərait yaradır. (Müasir Ukrayna, Yunanıstan və digər ölkələr göz qabağındadır.)
Mübaliğəsiz demək olar ki, bu gün Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri, Prokurorluq orqanları cinayətkarlıqla mübarizədə korrupsiya və mütəşəkkil cinayətkarlığın, habelə digər ciddi təhlükələrin qarşısının alınmasında eyni siyasi kursla çalışırlar və səmərəsi də var. İş, sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Cinayətkarlığın dinamikasına bir də nəzər yetirsək bunları görməmək mümkün deyil.
2013-cü ildə Mütəşəkkil dəstələrin əməllərinə qarşı aparılan mübarizə sistemli xarakter daşımış, 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, ictimai münasibətlərə yönələn ağır halların qarşısı alınmışdır. Baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin bu sitiqamətdə fəaliyyəti təqdirə layiqdir.
Iqtisadi inkişaf nəticəsində cəmiyyətin bolluğu artdıqca fərdlərin formalaşması üçün də əsas yaranır. Lakin “kölgə iqtisadiyyatı”kimi neqativ hallar mütəşəkkil cinayətkarlığın mövcudluğunu təsdiqləmiş olur, narkotik maddələrin, silahların ticarəti və korrupsiyanın kölgə iqtisadiyyatı ilə- bir hadisənin iki qolu kimi şaxələnməsinə şərait yaradır. Ona görə də bunları bir yerdə, qarşılıqlı funksional fəaliyyətdə araşdırmaq lazımdır. Gəlin yenə statistikaya baxaq.
Dövlətin iqtisadi inkişafına yönələn neqativ halların aradan qaldırılmasına istiqamətlənmiş əməliyyat tədbirləri nəticəsində 25 saxta pul hazırlama və ya satma cinayətləri aşkar edilmiş, ümumi məbləği 28 min manatla ifadə olunan 2267 saxta əskinas çıxarılmışdır.Baş Prokurorun yanında korrupsiyaya qarşı baş mübarizə idarəsi də 2013-cü ildə vəzifə səlahiyyıtlərini aşan və şəxsi maraqlarına üstünlük verib ələ alınan,vəzifələrinə xəyanət edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mübarizəni gücləndirmişdir.
Cəmiyyəti fərdə, canlı orqanizmə bənzətsək o, dinamik bir varlıqdır. Onu əzizləyib qarderoba qoymaq, sonra toz basmış çiyinlərinin tozunu almaq və yaxud ağacları qırılmış təbii meşələrin əvvəlki görkəmini bərpa etmək çətin proses olduğu kimi, cəmiyyətin təhlükəsizliyini də tam təmin etmək haqda vəd vermək inandırıcı deyil. Cəmiyyət varsa, yolunu azmış üzvləri də olacaq. Lakin cinayətkarlığı və cinayətləri doğuran səbəb və şəraiti, cinayətkarın şəxsiyyətini öyrənməklə cinayətkarlığın qarşısını qismən də olsa almaq olar.
Cinayət fərdin çirkin bir əməlidir. Onu həmişə bağışlamaq olmaz. Həqiqi mənada natəmizlik, çirkab daxildə olur. Xarici aləmdəki, hamının gördüyü çirkabı təmizləmək, su ilə yumaq mümkünsə, daxildəkini yumaq mümkün deyil. Çünki bu çirkab nifrət və fanatizm çirkabıdır ki, qəlbdə özünə yer alır.Bu mənada Dövlət qəsdən cinayət törədənlərin çirkaba batmış niyyətlərinə qarşı adekvat reaksiya verir və öz qanunları ilə vətəndaşlarına cəza tətbiq edir. Necə deyərlər əməllərinin dəyəri ödənilir. Mütəşəkkil cinayətkarlığın cəmiyyət üçün səfalət ,beynəlxalq aləmə bədbəxtlik gətirən digər növü olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və insanların əşya kimi alınıb-satılması ilə də mübarizə səmərəli olmuşdur.
Ötən dövr ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2577 cinayət qeydə alınmış, 135 nəfərdən ibarət 54 cinayətkar qrup ifşa edilmişdir. Qeyri-leqal dövriyyədən 619 kq narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolları yığılıb məhv edilmişdir.
Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan insan alveri üzrə 80 cinayət faktı aşkar edilmiş, 17 nəfər məsuliyyətə cəlb olunmuş, bu cinayətlərin qurbanı olmuş 50 nəfərin reabilitasiyası təmin edilmişdir.
2013-cü ildə cinayət törətmiş 12.361 nəfər (ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər) cinayət məsuliyyətinə cəlb olunmuşlar. İstintaqdan yayınan 2059 nəfərin yeri müəyyən edilib istintaq orqanlarına təhvil verilmişdir.
Bu işdə ictimaiyyətin də rolu az olmamış, vətəndaşlardan daxil olan məlumatlar əsasında 7947 hüquqpozmaların qarşısı alınmış, 2764 cinayət işi başlanmışdır. Qeyd olunanlar vətəndaşların DİO-ya güvənərək etibar etməsi və bu çətin işdə onlara dəstək verməsinin təzahürüdür.
Yuxarıda qeyd etdiyim kimi, cinayətkarlıq cəmiyyətin səfil, simasını itirmiş “uşaqlarıdır”, lümpen təbəqəsidir- belə ifadə etsək bəlkə düzgün olardı.
Bu istiqamətdə hökumət tam tərkibdə mübarizə aparsa belə, yenə cəmiyyətim gözlədiklərini doğrultmur. Bütövlükdə bunu tam nəzarətə götürmək balığın üzdüyü okeanı nəzarətinə almasına cəhd etməyə bənzər. Gəlin razılaşaq.
Dövlət cinayətkarlığı – kriminogen şəraiti nə dərəcədə nəzarətə götürə bilirsə kriminal əxlaqlılar da o dərəcədə cəmiyyəti nəzarətə götürə bilir. Nə vaxt, harada əməllərinin necə həyata keçirilməsi barədə düşünür və bunun üçün əlverişli şərait axtarırlar . Ona görə də mübarizə preventiv xarakter daşımalıdır.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM