“ Qalxın ayağa məhkəmə gəlir! “

15:10 / 30.06.2015

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin demokratik siyasi iradəsi altında müsbət rezonans doğuran məhkəmə-hüquq islahatları davam edir. Bu islahatlara dəstək kimi Dünya Bankının “Ədliyyə Sisteminin müasirləşdirilməsi” adlı birgə layihəsi səmərəli zəmin yaratmışdır. Həmin layihə əsasında 30 – dək məhkəmələrin ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan müasir bina komplekslərinin tikilməsi üçün plan hazırlanmış və artıq inşa intensiv şəkildə davam edir.

Layihənin həyata keçirilməsinin əsas məqsədi hakimlərin nüfuzuna xələl gətirə biləcək halları aradan qaldırmaq, qanunun, hüququn və ədalətin məhkəmə hakimiyyətində hökmranlığını təstiqləməkdən ibarətdir. Səmərəli fəaliyyət, hakimlərin ələ alınması faktlarına qarşı prinsipal mövqe davam edir. Mübaliğəsiz demək olar ki, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədovun beynəlxalq normalara söykənən islahatları beynəlxalq konfranslarda müsbət qarşılanır. Prosesdən kənar vətəndaşların hakimlərlə təmasda olması halları tədricən aradan qalxır. Qeyd olunanlar məhkəmə hakimiyyətində korrupsiya hallarına mane olur. İslahatlar nəticəsində prosesual gərginlikləri aradan qaldırmaq üçün hakimlərin sayı artırılmış, hakimlərin seçimi dünya standartlarına uyğun aparılır. Bu təcrübə Avropa Şurası tərəfindən də yüksək qiymətləndirilib. Təbii ki, özünü doğrultmayan, hərəkətləri ilə hakimin yüksək nüfuzunu aşağılayan hakimlər də olub, var və yəqin ki olacaq. Bu da, obyektiv Reallıqlar və hakim personaların düşüncəsi ilə bağlıdır. Burada ictimai qınağın olmaması və vətəndaşların da seyrçi mövqedə dayanması təsiredici faktorlardandır.

Qalxın ayağa, məhkəmə gəlir! Bu məhşur ifadə yalnız hakimlər məhkəmə iclas zalına daxil olarkən ona görə işlədilir ki, prosesdə müzakirə edilən məsələlərə dair mahiyyəti üzrə qəbul edilən qərar hakim tərəfindən vətəndaşı olduğu dövlətin adından elan edilir. Dövlətin və ədalət mühakiməsinin simvollarının olduğu zalda hakimin elan etdiyi qərarı iştirakçılar ayaq üstə dinləyirlər. Belə yanaşma hakimiyyətin və cəmiyyətin məhkəmə orqanlarına yüksək hörmət və ehtiramın əlamətidir. Bu mənada Almaniya federativ dövlətinin konstitutsiyasında “Məhkəmə hakimiyyəti hakimlərə etibar edilir” ifadəsi həmin komandaya mütənasibdir. Ölkəmizin əsas qanununda isə “Məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər” müddəası ehtiva edilir. “Etibar etmək” daha məsuliyyətli ifadədir. Faktiki olaraq etibar edirik.

Dövlət hakimiyyətinin xüsusi budağı olan məhkəmə hakimiyyətinin malik olduğu səlahiyyətlərə başqa orqanlar sahib deyil.

Qanunvericilik hakimiyyətindən fərqli olaraq məhkəmələr icraedici – bölüşdürücü və ümumi davranış qaydalarının yaranması ilə bağlı fəaliyyətlə məşğul olmurlar. Məhkəmələrdə məhkəmə qərarlarının icrası üzrə məmurlar olsa da, onlara konstitusiya ilə verilən dövlət hakimiyyəti konkret xarakterlidir. Məhkəmələr məhz cəmiyyətdə meydana çıxan münaqişə və deviant davranışlardan, hərəkət və hərəkətsizliklərdən (məmurların hərəkətlərindən doğan şikayətlərə, əmlak mübahisələrinə habelə, cinayət işlərinə) ibarət konkret işlərə və mübahisələrə baxırlar. Qeyd olunan məsələlərə qanunvericiliyin tələbi daxilində prosesual formada baxılır.

Mahiyyətinə görə məhkəmə hakimiyyəti məhkəmə təsisatlarına deyil, məhkəmə kollegiyalarına məxsusdur. Kollegiya peşəkar hakimlərdən bir və ya bir neçə hakimlərdən ibarət tərkibdə təşkil edilir. (və yaxud 6-9, 12-24 nəfərdən ibarət andlı iclasçılardan) Andlı iclasçılar yalnız cinayət proseslərində müttəhimin təqsirli olub olmaması məsələsini həll edir.

Hakimlər cəmiyyətin üzvləri arasında baş verən münaqişə və mübahisələrə (hüquqi və fiziki şəxslər arasında) prosesual qiymət verir, məhkəmə kollegiyası üzvlərinin hüquq düşüncələrinə və daxili inamlarına söykənən aktlar qəbul edirlər. Diqqət yetirək: Hüquq düşüncəsi və daxili inam məhkəmə hakimiyyəti üçün mühüm əhəmiyyət kəsb edən zəruri faktorlardır. Bu dəyərlər hakimlərin nəzəri, praktiki və həyat təcrübəsinin bazası üzərində yaranır. Onun realizə formulası dövlətin adından qəbul edilən qərarların  icrasının məcburi xarakter daşımasında ifadə olunur. Məhkəmə hakimiyyəti fəaliyyətinin əsas qayəsi hüququn və qanunun hökmranlığını (dövlətə qarşı münasibətdə də) təmin etməkdir. Ona görə də  məhkəmələr qanunvericilik və icra hakimiyyətinə mənsub olmayan səlahiyyətlərə sahibdirlər. Məhkəmələr dövlət adından və qanun əsasında qəbul etdiyi qərarlarla vətəndaşı azadlıqdan, hətta yaşamaq hüququndan məhrum edir, fiziki və hüquqi şəxslərin əmlakını müsadirə edir, siyasi partiyaları buraxır,  valideynlik hüququndan məhrum edir və s. Qeyd etdiyim prosesual dəyərlərin həyata keçirilməsi cəmiyyətin üzvlərinin hüquqa və hakimlərə hörmət ruhunda tərbiyə olunmasını diktə edir. Bir sıra ölkələrin o cümlədənAzərbaycan Respublikasının CM-də məhkəmələrə (hakimə) qarşı hörmətsizlik hallarına qarşı cinayətin xüsusi tərkibi kimi ciddi cəza nəzərdə tutulur.

Məhkəmə hakimiyyətinin müstəqil budağı kimi aşağı məhkəmə instansiyaları icraatlarında olan işlər üzrə qərar qəbul edərkən müstəqil və özünü idarəetmədə sərbəstdirlər. Birinci instansiya məhkəmələri qəbul etdikləri aktlarından şikayət olunacağı təqdirdə yuxarı instansiya - peşəkar hakimlərdən ibarət məhkəmə kollegiyaları tərəfindən dəyişilə və ləğv oluna bilər. Lakin bu hal ilkin məhkəmə qərarlarının müstəqil qəbuluna mane olmur.

Siyasətlə sıx bağlı olan qanunvericilik və icra hakimiyyəti orqanlarından  fərqli olaraq, məhkəmə hakimiyyəti səlahiyyətlərinin həyata keçirilməsi zamanı siyasi intiriqaların subyektinə çevirilməməli, təzyiqlərdən və müdaxilələrdən uzaq olmalıdırlar. Məhkəmələr siyasi və sair motivlərə istinad edərək qərar qəbul edə bilməz. Bəzən, məhkəmə hakimiyyətinin vəziyyəti müəyyən mərhələdə ziddiyyətli məqamlarla müşahidə edilir. Bir tərəfdən bu hakimiyyət budağı çox güclüdür,  digər budaqların qəbul edə bilmədiyi qərarları qəbul edə bilir. Digər tərəfdən müqayisə olunan həddə zəifdir. Yəni, məhkəmələr qanunvericilik və icra hakimiyyətindən fərqli olaraq çoxsaylı seçicilərin dəstəyinə söykənmir və onların  güc mexanizmləri yoxdur. Onun gücü qanunlara sözsüz tabe olmaqda, məhkəmə qərarlarını qəbul edərkən hüquq düşüncələrinə istinad etməkdə ifadə olunur. Belə vəziyyət isə yalnız demokratik rejimli dövlətlərdə mümkün olur.

            Qeyd olunanlara rəğmən vətəndaşlar həmişə məhkəmələrə müraciət etmək imkanında olmurlar. Müraciət etmək üçün dövlət rüsumu ödəmək lazım olduğundan müəyyən qism insanlar üçün məhkəmə prosesi baha başa gəlir.

ABŞ -da 1 saatlıq məhkəmə prosesi (birinci instansiya məhkəməsində) 300 dollar dəyərindədir. Bir az tanınmış vəkillər (və yaxud peşəkar hüquqşünaslar, nümayəndələr) ABŞ-da 1saatlıq hüquq məsləhətinə görə 500 dollar, bəzən daha çox “haqq” alırlar. Böyük Britaniyada vəkillərin 1saatlıq iş günü 30-40 f.st. məbləğindədir. Ona görə də bütün dünyada imkanı olmayan yoxsul insanlar üçün məhkəmələrə müraciər etmək əl çatan həddə olmur. Lakin pulsuz hüquqi yardımın edilməsi məsələləri qanunvericilikdə öz əksini tapır və bəzi iddialar üzrə (əmək mübahisələri, aliment işləri və.s.) dövlət rüsumu ödənilmir.

Bəzən məhkəmə proseslərinin uzanması vətəndaşlar üçün problem yaradır. Bəzi hallarda işin həlli bir il çəkir. Belə hallar məhkəmə hakimiyyətinin səmərəliliyini aşağı salır. Nəhayət digər problem məhkəmənin qanuni qüvvəsini almış qərarların icrası ilə bağlıdır. Məhkəmə qərarlarının icra olunmasına bəzi hüquqi və yaxud fiziki şəxslər məhəl qoymur. Dövlətin adından qəbul edilən məhkəmə aktlarına sayğısızlıq  hakimlərin nüfuzunu aşağı salır.

Hakimlərin maddi durumu çalışdıqları xidmət sahəsinin adına mütənasib deyil. Hakimlərin müəyyən qismi sosial çətinliklərlə yaşayırlar, ictimai nəqliyyatlardan istifadə etməklə, şəxsi həyatları üçün təhlükələr yaranır. Məhkəmələrdə hakimlərə , köməkçilərə və iclas katiblərinə düşən gündəlik iş yükü normadan artıq olduğundan, işdən sonra və istirahət günlərində çalışmaq zərurəti ortaya çıxır. Faydalı iş əmsalı əhəmiyyətini itirir. Digər tərəfdən normadan artıq iş rejimi hesaba alınmadığından qulluqdan qaçmağa meyl artır. İnsanların mühakimə olunması məsələsi çox məsuliyyətli faktor olduğundan hakimlərə qarşı tələbkarlıq da yüksəkdir. Hakim peşəkarlığa, nəzəri biliyə, müəyyən iş və həyat təcrübəsi ilə yanaşı yüksək mənəvi keyfiyyətlərə də malik olmalıdır.

Hakim korpusunun formalaşdırılması üsulları da dünya ölkələrində fərqlidir. Məsələn: ABŞ-ın bəzi ştatlarında hakimlər vətəndaşlar tərəfindən seçilirlər, bəzi ölkələrdə təyin olunurlar. Lakin əksər ölkələrdə hakim korpusunun formalaşdırılması hakimiyyətin icra və qanunvericilik qolu tərəfindən həyata keçirilir.

Hakimlər ya ömürlük, ya da müəyyən müddətə təyin olunurlar. Vaxtından əvvəl vəzifədən kənarlaşdirmaq (cinayət başında yaxalanarlarsa, hakim vəzifəsinə sığmayan hərəkətlərə yol verildikdə, pula satıldıqda, ələ alındıqda və s. Hallar istisnalıq təşkil edir) hallarına  yol verilmir.

Hakim statusunun əsas cəhəti dəyişilməz prinsipinə sadiq qalmaqdır. Yəni hakimlər vaxtından əvvəl vəzifədən kənarlaşdırıla bilməz. (müstəsna hallardan başqa). Bİr az da anlaşılan tərzdə desəm, hakim komandanın dəyişilməsi məhkəmələrin qulluq vəziyyətinin dəyişilməsinə təsir etməməlidir.

Qeyd etdiyim kimi hakimlər müstəqildirlər və yalnız qanuna tabedirlər. Vəzifələrinin icrası müddətində bir qayda olaraq heç bir partiyanın üzvü ola bilməzlər, siyasətsizləşdirilirlər. Qanun hakimlərin başqa ödənişli işlə (pedaqoji fəaliyyətdən başqa) məşğul olmalarına məhdudiyyət qoyur. Məhkəmə təsisatlarında qohumluq əlaqələrinə yol verilmir.

“Məhkəmələr və hakimlər haqqinda Azərbaycan Respublikasının qanununun 103-cü maddəsi hakimləri səlahiyyətləri müddətində hərbi çağırışdan və hərbi toplantıdan azad edir. Qənaətimə görə nə qədər ki, Azərbaycan dövləti Ermənistanla müharibə vəziyyətini yaşayır bu maddəyə moratorium qoyulmalıdır. Maddədən belə nəticəyə gəlmək olar ki, hərbi mükəlləfiyyətli vətəndaş hərbi çağırışa getməsə də hakim vəzifəsinə namizəd ola bilər.

Qeyd etdiyim qanunun 93-cü maddəsində - Hakim vəzifəsinə namizədlərə aid tələblərin sırasında”...hərbi xidmətdə olmuş və ya “Hərbi xidməti keçmiş” Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər, ifadəsi yer almalıdır.

Maddənin 2-ci hissəsində kimlər hakim ola bilməzlər – Azərbaycan Respublikası Silahlı qüvvələrində xidmət keçməmiş səxslər – ifadəsi əlavə olunmalıdır.

Mahiyyət ondan ibarətdir ki, Azərbaycan dövləti öz təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün silahlı qüvvələr yaratdığından bu qüvvələrdə iştirak etməyənlərin hakim vəzifəsinə təyin edilməsi həm də “Vətəni müdafiə” – konstitutsiyanın 76-cı maddəsinə zidd hesab edilməlidir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanunun  95-ci maddəsində “Hakimlərin andı” ehtiva edilib. Həmin and bir növ Vətənə Sədaqət” –Konstitutsiyanın 74-cü maddəsində göstərilən konstitusion vəzifənin məzmununu təstiqləyir. Amma hərbi xidmətdə olmamaq “vətənə sədaqəti” kənara itələyir. Hakim andı hakimlərin ədalət mühakiməsinin qarşısında məsuliyyətin təcəssümüdür. Belə olduğu halda hakimliyə namizədlərin hərbi xidmətdən keçməsi çox vacib - vətənpərvərlik məsələsidir. Patriotizm əməllə təstiq olunmalıdır, arayışlarla yox!

Məhkəmə hüquq şurası haqqında Azərbaycan Respublikasının qanununun 9- cu maddəsinin şərhinə ehtiyac var. 9.2 –də qeyd olunur ki, Məhkəmə Hüquq Şurasının hakim olmayan üzvləri hakim statusundan irəli gələn toxunulmazlığa malikdirlər. Bu, çox ciddi məsələdir. Hakim vəzifəsini – səlahiyyətlərini “dadmayanların” toxunulmazlıq hüququna malik olması ağlabatan deyil. “Cinayət başında yaxalanması halları istisna olmaqla, hakim (hakim olmayan şəxs) tutula, həbs edilə, şəxsi axtarışa və müayinəyə məruz qala bilməz. Məhkəmə Hüquq Şurası hakimlər barəsində intizam icraatını başlaya bilər. Nəzərə alsaq ki, bu tərkibdə hakim işləməyən (and içməyən) şəxslər də var, onda hüquqi məntiq başqa məna kəsb edir. Qanun Məhkəmə Hüquq Şurasına geniş səlahiyyətlər verir. Məs: məhkəmə hakimiyyətinin əsas zvenalarından olan Ali məhkəmənin hakimlərinin  sayi məhkəmə - Hüquq Şurası tərəfindən müəyyən edilir. Bu məhkəmə hakimiyyətinin müstəqilliyinə nə dərəcədə uyğundur?

Qeyd etdiklərimi subyektiv şərh kimi qəbul etmək olar. 

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM