Cinayətkarlıqla mübarizə

10:53 / 23.07.2015

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

(Yüksək peşəkarlıq səmərə verir.)

 

Cinayətkarlıqla mübarizə işi dövlət və ictimai orqanların cinayətkarlığa qarşı aktiv mövqedə durmaq, vətəndaşların qanunla qorunan maraq və rifah halına dəyəcək ziyanın qarşısını almaq üçün profilaktik tədbirlərin həyata keçirilməsi, cinayətkarlara qarşı məsuliyyət tədbirinin tətbiqi ilə bağlı cinayət hüquq normalarına riayət edilməsinin təmininə yönələn sistemli fəaliyyətidir.

“Mübarizə” termini bir çox lüğətlərdə dövlətin və vətəndaşların maraqlarına qarşı pozucu mövqe tutan müəyyən qrupun hərəkətlərinə aktiv mane olmada ifadə olunur. Rusiya Federasiyasının kriminoloqu A. İ. Dolqova qeyd edir ki, “mübarizə” dövlətin və ictimaiyyətin fəaliyyətinin əsas xarakterik cəhətlərini ehtiva etməlidir. Bu, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin əsas istiqamətlərini müəyyən edən cinayət hüquq siyasətinin mübarizə kateqoriyasıdır. Cinayət hüquq siyasəti cinayətlərin xəbərdarlığına səmtlənən cinayət və cinayət prosesual hüququn formalaşdırılması yolu ilə cinayətkarlığa qarşı təsir vasitələrini müəyyən edən ana xəttdir.

2 iyul 2015-ci il tarixdə Daxili İşlər naziri, general - polkovnik Ramil Usubov DİN-nin Polis Akademiyasında – polisin peşə bayramı münasibəti ilə keçirilən təntənəli tədbirdə çıxış edərək cinayətkarlıqla mübarizənin həyata keçirilməsində KİV- rolunu rəğbətləndirib. Nazirin dediyində böyük həqiqət var. Statistikaya nəzər yetirdikdə 2014-cü il ərzində uçot subyektləri üzrə qeydə alınmış 24607 (2013-cü ilə müqayisədə +9,9% çox) cinayətlər qeydə alınmış, onun 81,2%-nin açılması təmin edilmişdir. Daxili işlər və prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayətlər də 2013-cü il ilə müqayisədə 1832 fakt artaraq – 22297fakt təşkil etmiş,  80,7% açılması təmin edilmişdir.

Ağır və xüsusi ilə ağır cinayətlərin 80%, o, cümlədən qəsdən adam öldürmələrin 89,4%, quldurluq cinayətlərinin 76,2%, açılması isti izlərlə təmin edilmişdir. Qeyd etmək yerinə düşərdi ki, bu cinayətlərin əksəriyyəti qeyri-aşkar şəraitdə baş versə də, ictimaiyyətdən daxil olan məlumatlar sayəsində açılması mümkün olmuş, təqsirkar subyektlər təqib olunaraq məsuliyyətə cəlb olunmuşlar.

Azərbaycan əhalisinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ötən 12 il ərzində orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələrinin statistikası ilə müqayisədə azdır. Bu, uzun illər ərzində cinayətkarlıqla mübarizə siyasətinin düzgün formalaşdırılmasının təzahürüdür. Burada KİV-lərin rolu da ciddi faktorlardandır.

Nəzəri baxımdan diqqət çəkən cəhət ondan ibarətdir ki, cinayətkarlıqla mübarizə vəzifəsi dövlətin cinayət törədən vətəndaşlarını düşmənə olan münasibətsayaq ”məhv etmək” siyasətini daşımır. Sovet stereotiplərinin kökləri artıq çürümüş, cinayət hüquq prinsipləri – humanizm, təqsirə görə məsuliyyət, qanunçuluq və bərabərlik prinsiplərinin tələbləri ciddi şəkildə qorunur. Bəzən cinayətkarlıqla mübarizə ifadəsi “cinayətkarlıqla müharibə“ kimi işlədilib. Belə yanaşma əks tərəfin tam məhvi, onlara qarşı daha amansız davranma və rəftar, ciddi tədbirlərin görülməsi mənasını daşıyır. Yenə rus alimi A. İ. Dolqova qeyd edir ki, dövlət vətəndaşlarına qarşı, cinayət törədənlərə münasibətdə xarici düşmənə olan tərzdə davranmamalı, onları cəmiyyətdən qovmaq məqsədi daşımamalı, əksinə belə şəxslərin cəmiyyətin normal həyatına qayıdışını təmin etməlidir. Zənn edirəm ki, qeyd ounan termin hər iki tərəfi razı salan balanslaşdırılmış bir yolun axtarışına sövq etməlidir. Əsas odur ki, ictimai maraqla, kriminal maraq - iki tərəfi qane edən və müvazinətin qoruyub saxlanılmasında bir araya gəlsinlər. Amma təəssüflə qeyd etmək olar ki, cəmiyyət buna hazır olsa da, kriminal aləmin belə addım atacağına ümid yoxdur. Cəmiyyətə qarşı deviant davranışlar qəsdən törədildiyindən, ictimai təhlükəli əməllərin nəticələri öncədən arzulanır, ona hazırlıqlar görülür, bilə-bilə, qəsdən ictimai münasibətlərə ziyan vurulur. Bu baxımdan kriminal aləm ilə hər hansı bir məşvərətin aparılması ağlabatan deyil.

Bütövlükdə cinayətkarlıq normal sosial hadisədir, cəmiyyətin əlavə məhsuludur. Cəmiyyətin mövcudluğu ilə meydana gəlmiş, olmuş və həmişə olacaq. Onunla “döyüşmək”, məhv etmək Don Kixotun yel dəyirmanı ilə mübarizəsinə bənzər, onu ancaq nəzarətdə saxlamaqla müəyyən çərçivədən kənara çıxmaq və həddini aşmaq imkanlarını daraltmaq olar.

DİN-nin statistik rəqəmlərinə nəzər yetirdikdə bu mənzərəni aşkar görmək mümkündür. Vəziyyətin nəzarətdə saxlanılması nəticəsində 2014-cü il ərzində mütəşəkkil cinayətlərin sayı 31%, ictimai yerlərdə baş verən ağır və xüsusi ilə ağır cinayətlər 24,3%, yetkinlik yaşına çatmayanların cinayətləri 13,1% azalmışdır. Təqdir olunası və rəğbətləndiriləsi hal ondan ibarətdir ki, ötən ildə mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş düşünülmüş, çevik əməliyyat – axtarış tədbirləri nəticəsində 1893, o cümlədən 638 ağır və xüsusi ilə ağır cinayətlər törətmiş 2212 nəfəri bir məqsəddə birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qeyd etdiklərim polisin normadan artıq iş rejiminin hamıya bəlli olmayan yüksək peşəkarlığın, sağlam fiziki və psixoloji durumun hesabına başa gəlmişdir. Burada ictimaiyyətin dəstəyi, səhih tapşırıqlar, cinayətkarlıqla mübarizə siyasətinin düzgün təşkili və təşkilatçılıq mühüm rol oynamışdır.

Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 150 nəfərdən ibarət 58 cinayətkar qrup yaxalanmış, 75,6 kq (bu 2013-cü illə müqayisədə 11 kq çoxdur) narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə  ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə  əlaqədar cinayət törətmiş 2408 nəfərdən 2179 nəfəri və yaxud 90,5% işləməyən və oxumayanlar olmuş, 752 nəfərin – 31,2% əvvəllər məhkumluğu olmuş şəxslərdir. Təəssüflə qeyd etmək olar ki, 59 nəfər zərif cinsli şəxslər də bu cinayətlərin subyekti qismində təqsirli bilinənlərdir.

 Cinayətkarlıqla mübarizə bacarığı 2015-ci ilin 6 ayı ərzində də intensiv və və preventiv xarakterdə davam etmişdir. 2015-ci ilin 6 ayı ərzində cinayətkarlığa qarşı mübarizə və ölkədə ictimai qaydaların mühafizəsi, ictimai münasibətlərə yönələn qəsdlərin zərərsizləşdirilməsi məsələsi 10 iyulda DİN-nin geniş kollegiya iclasında müzakirə predmetinə çevrilmişdir.

Yarım il ərzində qeydə alınan 13.533 cinayətlərin 85%-ni böyük ictimai təhlükə törətməyən, 15%-i isə ağır və xüsusi ilə ağır cinayətlər təşkil edib. Həyata keçirilən məqsədyönlü profilaktik tədbirlər nəticəsində cinayətlərin ağır və xüsusi ilə ağır növləri 12,8%, sağlamlığa vurulan ağır xəsarətlər 13,7%, cəmiyyətə açıq hörmətsizliklərlə müşayət edilən cinayətlər – xuliqanlıqlar isə 3,2% azalmışdır. 2014-cü ilin 6 ayı ilə müqayisədə cari ilin diqqət çəkən dövründə baş verən cinayətlərin 84,3% açılmış, ağır və xüsusi ilə ağır cinayətlərin açılması 2%, qəsdən adam öldürmələrin açılması 11,2% yaxşılaşmışdır. İctimai təhlükəsizlik əleyhinə yönələn ağır cinayətlərdən – banditizm, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər- insan alveri, adam oğurluğu cinayətlərinin açılması isə tam təmin edilmişdir. Çevik və peşəkarlığa söykənən əməliyyat-axtarış fəaliyyətinin davamlı olaraq sona çatdırılması  təqdir olunmalıdır. Amma polisin xidmətinə xas spesifik cəhətlər barədə cəmiyyətin həmişə məlumatı olmur.

 Bütün bunlara baxmayaraq polis gündəlik fəaliyyətinin rəğbətləndirilməsindən asılı olmayaraq  xidmətini tərəddüdə qapılmadan icra edir, hər dəfə bağlı qalmış cinayət faktlarından birinin açılması onun əhvalına xoş ovqat əlavə edir, sevinir, “çəkilən zəhmət - yuxusuz gecələr hədər getmədi” –deyə adəti üzrə cinayətlərin izinə düşməyə davam edilir. Necə deyərlər “polisin xobbisi” də “isti izlərlə”hərəkət etməkdir. Bu minvalla 455 ağır və xüsusi ilə ağır cinayətlərin polisin “isti izi” nəticəsində açılması təmin edilmişdir. 142 xüsusi ilə təhlükəli cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. İctimai münasibətlərin təhlükə mənbəyinə çevrilən odlu silahları qanunsuz olaraq saxlayıb daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Bu ilin müvafiq dövründə narkomaniya ilə mübarizə istiqamətində də prinsipal mövqe nümayiş etdirilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 180 cinayət, o cümlədən satışı ilə bağlı 478 cinayət faktı aşkar edilmiş, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 2014-cü ilin 6 ayı ilə müqayisədə 16% çox və ya 432 kq narkotik vasitə çıxarılmışdır. 90 tondan çox narkotik kollar – yaşıl kütlə məhv edilmişdir.

İnsan alveri ilə mübarizənin vəziyyəti də yaxşılaşmışdır. Hesabat dövründə ötən ilin 6 ayi ilə müqayisədə 60% çox cinayət, yəni, 80 insan alveri cinayətləri aşkar edilmişdir. Cinayətin qurbanları olan 25 nəfərin psixoloji durumunun bərpası və cəmiyyətə qayıtması təmin edilmişdir. Başlanılmış cinayət işləri üzrə 11 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

İstintaq orqanlarından yayınan 1184 nəfərin (bu rəqəm otən ilə müqayisədə 5,2% çöxdur) yeri müəyyən edilib tutulmuşdur. İnterpolun axtarışında olanların  25 nəfərin yeri də müəyyənləşmiş və onların ekstradisiyası üçün tədbirlər görülməkdədir.

Cinayətkarlıqla mübarizə minalanmış yolu qət etmək qədər çətindir,keşməkeşlidir. Bəzən itkilər uzun vaxt ərzində yaddan çıxmasa da, şərəfli və qürurverici xeyirxah xidmətdə çalışmaqdan yorğunluq hiss olunmur. Təki qədrlərini bilək, bu çətin xidməti rəğbətləndirməyi bacaraq.

Bu baxımdan cinayətkarlığa qarşı təsir tədbirləri, ona qarşı cıxmaq çox ciddi məsələdir. Söhbət kənardan cəmiyyəti, dövlət orqanlarının fəaliyyətini təfərrüatı ilə seyr edə bilən kriminal “cəmiyyətdən” gedir. Dövlət orqanları daha çox cinayətlərin profilaktikası, xəbərdarlığı və əhalinin maarifləndirməsinə üstünlük verir, “təsir etmək” imkanları şaxələnmiş fəal hərəkətlərində ifadə olunur. Cinayətkarlıq da həmişə,düşünülmüş şəkildə dövlətə və ictimaiyyətə qarşı fəal hərəkətdə olur, yeni kriminal hallar üçün yollar axtarır və ona rəvac verir. Son onilliklərdə cinayətkarlıqla mübarizədə qələbə çalmaq cinayətkarlığı sosial hadisə kimi tam ləğv edib məhv etmək mübahisəli məsələ olaraq diqqət çəkmişdir. Müxtəlif fikir və mülahizələr: cinayətkarlığı normal sosial hadisə kimi qəbul etmək, onu tam ləğv etmək (bu cəmiyyət üçün çox zərərli və fəlakətlidir) ya da ictimai tərəqqi nəticəsində (Marksist kriminalogiya) cinayətkarlığın ölümünü təsdiqləmək və s. sağlam hüquq düşüncəsinə sığmır.

 Müasir kriminalogiya elmi cinayətkarlığın səbəb və şəraitinin yalnız cəmiyyətə xas olduğunu diqqətə çatdırır. Belə hallar hər bir dövr üçün zərərli olsa da, onun miqyasının daralması istiqamətində yetərincə çalışmaq lazımdır. Bu sırada dövlətin və ictimaiyyətin vəzifəsi ondan ibarətdir ki, cəmiyyətə zərər vuran ictimai təhlükəli əməllərin əhatə dairəsinin genişlənməsinə imkan verilməsin. Bunun üçün cinayətkarlığın xəbərdarlığına üstünlük vermək, cinayətin törədilməsi cəmiyyət üçün zərərli olması anlamını, cinayət törədənlərin məsuliyyətə cəlb olunmasının labüdlüyünü təsdiqləmək, təqsirkarın törətdiyi əməlin məsuliyyətini dərk etməsinə nail olmaq, cinayətkarlıqla mübarizədə qanunçuluğun prinsiplərini qorumaq, hüquq mühafizə sistemi üzərində ictimai nəzarətin olmasını və qanun qarşısında hamının  bərabərliyini təmin etmək, hüquq mühafizə orqanlarının texniki təchizatını müasir tələblərə uyğunlaşdırmaq, Beynəlxalq Əməkdaşlığı inkişaf etdirmək və s. vacib şərtlərdəndir.

 Bu gün, Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasəti düşünülmüş və balanslaşdırılmış  sistem üzrə  həyata keçirilir. Ölkədə ictimai sabitlik davamlı olaraq təmin edilmiş, kriminogen durum isə nəzarətdədir.

 

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM