“Polisə Dəstək” İB-nin sədri
ABŞ-ın Azərbaycandakı fövqaladə
və səlahiyyətli səfiri cənab Riçard Morninqstara
Açıq məktub
Cənab səfir!
Uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulmuş, müəyyən hissəsi erməni işğalçıları tərəfindən zəbt edilmiş, atəşkəsin olmasına baxmayaraq ermənilər hər gün iri çaplı silahlardan bu sazişi pozur, BMT-nin isə beynəlxalq həyasızlığa səbr nümayiş etdirməsi məndə bir Azərbaycan vətəndaşı kimi ikrah hissi yaradır.
Beynəlxalq hüquqda ərazi dedikdə dövlətin suverenliyi altında ona mənsub olan və həmin ərazi üzərində hökmranlığını həyata keçirən məkan - ərazi başa düşülür. Dövlətin ərazisinin ona mənsubluğu və üzərində hökmranlığı aşağıdakı əsas əlamətləri ilə ölçülür.
Dövlət hakimiyyəti ərazisində olan bütün fiziki və hüquqi şəxslərdən fərqli olaraq üstün səlahiyyətlərə malikdir; Dövlət ona mənsub olan ərazidən zorla məhrum edilə bilməz, onun sərhədi pozulmaz və toxunulmazdır;Dövlətin ərazisi daxilində (həddində) digər dövlətin hakimiyyəti istisnadır, buna yol verilə bilməz;Dövlətin torpağı və təbii sərvətləri digər dövlət tərəfindən istifadə edilə bilməz .(Əgər həmin əraziyə suveren hüququ olan dövlətin razılığı olmazsa)
Qeyd etdiklərim BMT-nin Baş Assambleyasının qətnaməsində öz əksini tapsa da, Ermənistan tərəfi Azərbaycana məxsus lakin, işğal olunmuş suveren ərazisində yeraltı və yerüstü sərvətləri xeyli müddətdir ki, talayır. BMT və diplomatik rütbəli personalar isə yenə susur, müstəsna, yeraltı sərvətlərimizin daşınması hallarını himayə edirlər. Beynəlxalq səviyyədə qınaq yoxdursa, deməli razılıq və havadarlıq var.
Hörmətli səfir!
Beynəlxalq hüququn XIX əsrin ortalarından bəri təsdiq olunmuş və artıq hamılıqla tanınmış konsepsiyası var. Həmin nəzəriyyəyə görə dövlət sərhədi ona məxsus olan əşya deyil, hakimiyyətin siyasi təşkilatı kimi fəaliyyət göstərdiyi fəzasının həddidir.
Tarixə bir az da nəzər yetirsək, indiki Yerevan İrəvan xanlığı kimi Azərbaycan xanlıqlarına aid olmuşdur və bütöv Azərbaycanın siyasi xəritəsində yer tutmuşdu. İndi isə “Yersiz gəldi, yerli qaç”, böyük dövlətlərə güvənərək addım atır və artıq həmin ərazini “özününküləşdirib”.
Siz, ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri kimi ölkəmizə gəlməmişdən öncə mədəni dəyərlərimizə, milli ideologiyamıza və hissiyatımıza toxuna bilən hallar barədə yəqin ki, məlumatınız olub.
Məni, səfirin fəaliyyətində olan bəzi addımlar narahat edir. İnsan hüquqlarının kütləvi şəkildə pozulması hallarına göz yumulur, lakin müəyyən fərdlərin müdafiəsinə qalxır, bəzən də avtoritar mövqe tutur. Amma Qarabağ münaqişəsi mövqeyi bəlli olmayan diplomatların və ATƏT-in bitərəfli, şübhəli missiyası, beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyi nəticəsində, bu gün də həllini tapmır,nələr çəkdiyimizi bir Aləmlərin Rəbbi bilir. Bu zavallı cocuqların, qocaların, evsiz, eşiksizlərin axı, nə günahı?! Niyə aqressiyaya göz yumulur?
Bismarkın çox gözəl bir aforizmini xatırlatmaq istərdim:
“Harınlamış dayçanı da ram etmək mümkündür. Əgər istək olarsa!”
Bunu bir az improvizə etsək - əgər istək olarsa arxalı köpəyi də qorxutmaq olar, artıq onun yerini göstərməyin sizcə vaxtı yetişməyibmi? İşğalçı ölkəyə niyə bu qədər havadarlıq edilir?
Azərbaycanda müxalifətlə iqtidar arasında qarşılıqlı anlaşmanın olmaması və yaxud qeyri - siyasi gedişlərin də səbəbkarı böyük dövlətlərin ölkəmizdəki özəl maraqlarıdır – desəm yanılmaram ki,?! Azərbaycanda sabitliyin olması onları az maraqlandırır. Bu da səviyyəli korrupsiyadır.
Azərbaycan vətəndaşlarının ABŞ səfirliyinin yanından piyada keçmək və yaxud maşınla istifadə imkanlarına məhdudiyyətlər qoyulub. Anlamaq çətindir. Bu qədər “ehtiyatlı olmaq” nədən doğur, yoxsa Azərbaycan xalqının qonaqpərvərliyinə şübhələr var? Niyə sadə insanlar öz yaşadığı şəhərində istədiyi yol ilə hərəkət edə bilməsin? Bu, insan hüquqlarının pozulması deyilmi?
Avropanın insan hüquqları üzrə komissarı da Ukraynaya səfər edə bilir, amma Qarabağdan didərgin düşmüş 1mln-a yaxın çətin həyat şəraitində yaşayan insanlar unudulur. ATƏT-in Minsk qrupunun həmsədrləri də tez-tez Bakıdan İrəvana yollanırlar. Əgər Amerika kimi nəhəng, Ceffersonun - demokratiyanın atasının vətəndaşı olduğu bir dövlətin Azərbaycandakı səfirinin zərrə qədər inamı varsa ki, çalışmalar hər şeyi məcrasına yönəldəcək, bu başqa məsələ. Şəxsən Azərbaycan vətəndaşlarının, politoloqlarının daha inamı tükənib. Bütün bunlar qaydasız bir siyasi oyuna bənzəyir. Əgər Amerika istəsəydi münaqişə çoxdan həll olunar, Azərbaycanın suveren hüququ çoxdan bərpa olunardı. Amma istək yoxdur.
Beynəlxalq hüququn “Dövlətlərin suveren bərabərliyi prinsipi” var. Bu prinsip BMT nizamnaməsinin 2-ci maddəsində öz əksini birbaşa tapır və özündə mühüm bir kriteriyanı ehtiva edir: Hər bir dövlət tam suverenliyə malikdir, iqtisadi və siyasi sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir. Heç bir dövlət digər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə qəsd edə bilməz. Amma qəsd olub, cəza olmayanda insanların şüuru deformasiyaya uğrayır. Təxminən 3 mln əhalisi olan (onun da 1 mln-u kənarda yaşayır) Ermənistan Azərbaycanın müəyyən ərazisini necə zəbt, işğal edə bilər? Azərbaycan ordusu payi-piyada Ermənistanın üzərinə getsə qısa müddət ərzində ölkə siyasi xəritədən silinər. Azərbaycan artıq 1991-ci ilin ordusuna, cəbbəxanasına və iqtisadiyyatına görə də 20 il bundan əvvəlki respublika deyil. Şübhəm yoxdur ki, siz də mənimlə razısınız. Onda özünüzə sual edin: - Azərbaycan niyə öz gücünə arxalanıb ərazi bütövlüyünün bərpasını istəmir? Cavabını ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə verib: “Biz işğal olunmuş torpaqlarımızı Beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinin tərəfdarıyıq....” Azərbaycan Beynəlxalq hüququn prinsiplərinə 20 ildən çoxdur ki, hörmətlə yanaşır, amma digər dövlətlər, hətta BMT-nin TŞ-nın daimi üzvləri də buna əməl etmirlər. Onda ATƏT-in tez-tez Bakı-İrəvan, İrəvan-Bakıya gedib gəlməsinə nə hacət? BMT-nin nizamnaməsində beynəlxalq ixtilafa gətirib çıxara biləcək halların qarşısını öncədən almaq üçün “mavi dəbilqəlilər” preventiv tədbirlər görməyə borcludurlar... Məncə, BMT və ATƏT özünü artıq çoxdan xərcləyib. 1874-cü ildə fəaliyyəti dayanmış “Fəhlələrin Beynəlxalq Yoldaşlıq” təşkilatı və Bakıdakı “jeklər” kimi. Çünki, BMT və ATƏT faktiki olaraq mövcud olsa da “de yure” fəaliyyət göstərmir. Bunları sizə söyləməyi özümə borc bildim.
Sizə tam səmimi hörmətlə Şəmsəddin Əliyev Hüquqşünas
Tel: (+994 50 215 05 51)
Bakı şəhəri, 10 fevral 2014-cü il
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM