Residiv cinayətkarlığa akademik baxış

10:08 / 31.08.2015

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

                                          

      Sürüşkənli dünyada iradəmizi cilovlaya bilsək cəmiyyətə zidd və arzuolunmaz hallardan da qaçmaq olar.

 

Azərbaycan Respublikası CM-nin 18-ci maddəsi cinayətlərin residivinə aşağıdakı anlayışı verir: Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin Residivini yaradır.

Residiv latın sözüdür. Residivus- geri qayıtma, əməlin və hərəkətin təzələnməsi mənasını verir. Tibbdə xəstəliyin tam müalicəsindən sonra yenidən inkişafı, (remissiya) simptomun aradan qalxması. Yəni müalicə zamanı patogen orqanizmdən tam silinmir və müəyyən müddət ərzində xəstəliyin simptomları yenidən baş qaldırır.

Cinayətlərin obyekti qismində həmişə ictimai münasibətlər nəzərdə tutulur və həmişə həmin dəyərlər ziyan çəkir. Cəmiyyəti canlı bir orqanizmə bənzətsək, bu orqanizmin cinayətkarlıqdan müalicəsi zamanı  potogen səbəblər tam aradan qalxmır və onu sezmək olmur. Cinayəti doğuran simptomlar inkişaf etdikcə dinamikada müxtəlif növ cinayətlərin baş verməsi davam edir.

Qeyd etdiyimiz kimi, cinayət qanunvericiliyinə görə qəsdən cinayət törətmiş şəxs əvvəlki cinayətinə görə məhkum olunmuşsa və məhkumluğu qanunla ödənilməmişsə residivliyi yaradır.

ABŞ-ın Cinayət Məcəllələrində residiv termini işlənməsə də 21 yaşına çatmış hər bir şəxs qəsdən törədilən cinayətə görə 1 il azadlıqdan məhrum olunub, yenidən hər hansı bir cinayəti törədərsə “adətkar, vərdişkar  cinayətkarlar” sırasına daxil olunurlar və əmələ görə cəza ağırlaşdırıcı hal kimi tətbiq edilir.

Cinayətlərin residivliyi İspaniya, Özbəkistan, Qırğızıstan, Belorusiya və Rusiya Federasiyasının CM-də öz əksini tapır. Məhkumluğun ödənilməsi residivi istisna edir.

Cinayətlərin residivi probleminə nəzər yetirdikdə belə qənaət hasil olur ki, residivlik cinayətkarlığın daha təhlükəli növü kimi bir sıra faktorlarla şərtlənir. Əvvəla cinayəti qəsdən, təkrar törədən şəxsdə cəmiyyətə – ictimai münasibətlərə qarşı davamlı olaraq yeni cinayətlərin törədilməsinə meyl olur və qanunların tələblərinə tabe olmaq istəmir. Deməli, onların islah olunması mümkünsüzdür. Digər tərəfdən onlar böyük ictimai təhlükəli əməllərin törədilməsi məqsədi ilə cinayətkar qruplarda birləşməkdə israrlı olur, yeni şəxsləri fəaliyyətlərinə cəlb edir, (xüsusən gəncləri) və tərəddüd etmədən cinayətkar niyyətlərinə üstünlük verirlər. Belə şəxslərin düşüncə və təfəkkürlərində cinayətkar vərdişlər daha çox yer alır.

        Kriminalogiya üzrə mütəxəssislərin mülahizələrinə görə residiv cinayətkarlığa təsir edən faktorlara aşağıdakılar aid edilir:

1.   Azadlıqdan məhrumetmə yerlərindən azad olmuş şəxslərin məşğulluğuna etinasız yanaşma, yaşam şəraitinin, məişət qayğılarının həll olunmaması və zəif intellekt.

2.  Məhkum olunmuş şəxslərin tətbiq edilən profilaktik tədbirlərə uyuşmaması, ətrafında olanları real qəbul etmək qabiliyyətində olmaması.

3.   Digər səbəblərdən biri təkrar - qəsdən cinayət törədən şəxslərin alkoqollu içkilərin qəbul edilməsində sui-istifadəsi.

Bundan başqa residiv cinayətkarlığın sezilməyən bir səbəbi də dövlətin və cəmiyyətin yolunu azmış üzvünün islah olunmasına zəruri tədbirlərlə kömək edə bilməməsi və yaxud tədbirlərin nəticə verməməsi. Təkrar, qəsdən cinayət törədən residivistlər ilk dəfə cinayət törədənlərdən fərqi ətraflı düşüncə tərzinə uyğun intellektual cəhətlərini saxlamaq, iştirakçılar arasında hər birinin rolunu ağılla bölmək, ciddi hazırlığı və cinayətlərin izlərini gizlədə, taladıqları əmlakı əldə etdikləri qənimət kimi bacarıqla realizə edə bilmək qabiliyyətinə malik olmasındadır.

Residiv cinayətkarlığın xarakterik və ictimai təhlükəlilik dərəcəsi bir də onunla ifadə olunur ki, residivistlərin qərarsız, iradəsi zəif və savadsız şəxslərin davranışlarına  təsir etmək bacarıqları olur. Ələlxüsus yeniyetmələri daha asan tora sala bilirlər.

Ayrı-ayrı tədqiqatların nəticəsi göstərir ki, residivistlərdən, onların başçılıq və idarə etdiyi qruplardan ibarət cinayətkar birliklər daha dayanıqlı və davamlı olurlar. Belə peşəkar qruplar ifşa olunmaqdan yayınmağı və əvvəllər məhkum olunmuş şəxslərdən cinayətin icraçıları qismində faydalanmağı da bacarırlar. Bu baxımdan residiv cinayətkarlıq cinayətkarlığa qarşı mübarizə siyasətinin problemli məsələlərindəndir. İl ərzində hüquqa zidd əməllərə görə məsuliyyətə cəlb olunmuş şəxslərin təxminən 15%-i,( bəzən bir az da çoxu ) əvvəllər məhkum olunmuş şəxslər olur. Bu, cinayətkarlıqla mübarizə aparan orqanların səmərəli fəaliyyəti kimi diqqət çəksə də, digər tərəfdən cəzanın məqsədinin həyata keçməməsinin – məhkumların islah oluna bilməməsinin nəticəsidir. Belə  şəxslər cinayətkarlığın fəzasına yeni adamlar cəlb edir və tədricən mütəşəkkil qruplara çevrilirlər.

2014-cü il ərzində təkcə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 2408 nəfərin 752 nəfəri əvvəllər müxtəlif növ cinayətlərə görə məhkum olunanlardır.

         Dünya təcrübəsinə görə isə əvvəllər  məhkum olunmuş şəxslərin 52 faizini təkrar cinayət törədən şəxslər təşkil edir. Ona görə də azadlıqdan məhrum olunanların yarısı, bəzən az və bəzən də çox hissəsi cəzanın məqsədinin həyata keçirilməəsindən kənarda qalmaqla “geriyə” qayıdırlar.

 Residiv haqqında başqa nəzəriyyələr də var. Məhkum olunmuş, lakin əvvəlki cinayətlərə görə məsuliyyətdən yayına bilən və həmin əməllərə görə təqsirləndirilməyən şəxsləri də residivistlərin sırasına daxil etmək olar. Şəxsin törətdiyi ictimai təhlükəli əmələ görə məhkum olunmaması və sonralar yenidən cinayət törətməsi residivin əlamətlərindən olsa da faktiki olaraq törədilən əməllərə hüquqi qiymət verilmədiyindən, residivi yaratmır.

 Hüquq ədəbiyyatında, xüsusən kriminalogiya elmində residivin bir neçə növünə diqqət yetirilir.

-    Cinayət hüquqi baxımdan; - cinayəti törətmiş şəxsin məhkumluğu götürülməmişsə və yaxud ödənilməmişsə ;

-        Kriminoloji baxımdan; - keçmiş cinayətlərə görə məhkumluğun ödənilib-                                -ödənilməməsindən asılı olmayaraq residivi rədd etmir.

-        Penitensiar müəssisələrində - cinayəti yenidən törədən və əvvəllər artıq törədilən ictimai-təhlükəli əməllərə görə azadlıqdan məhrumetmə yerlərində cəzasını çəkibsə.

Baş vermiş cinayətlərin xarakterinə görə  CM-nin müxtəlif maddələri ilə bir neçə cinayətin  qəsdən törədilməsi ümumi residivliyi yaradır. Məs: əvvəl qəsdən adam öldürür, sonra oğurluq edir.

- Xüsusi residiv- CM-nin eyni cinsli  və eyni maddəsi ilə bir necə cinayətin törədilməsi. Məs: birinci dəfə  soyğunçuluq, ikinci dəfə yenə soyğunçuluq və yaxud quldurluğu törədir.

Şəxs tərəfindən bir neçə dəfə eyni cinsli cinayətlərin qəsdən törədilməsi və uzun müddət maskalanıb məsuliyyətdən yayınması onun "peşəkarlıq" nümayiş etdirməsinin və "bacarığının" təzahürüdür. Belə şəxslər cəmiyyət üçün təhlükəlidir. Bütün bunlara baxmayaraq ictimai təhlükəli əməllərin xarakterindən və təhlükəlilik dərəcəsindən asılı olmayaraq şəxsin təkrar cinayətlər törədilməsinin səbəbləri araşdırılmalıdır.

 Residiv cinayətlər daha çox şəxsi əmlakın talanması faktlarında özünə yer alır. Bu cinayətləri törədənlərin təxminən 70%-i, xuliqanlıq niyyəti ilə törədilən əməllərin 60%-i əvvəllər məhkumluğu olanlardır, soyğunçuluq və quldurluq cinayətlərinin, nəqliyyat vasitələrinin qaçırılması, qəsdən adam öldürmələrin və sağlamlığa xəsarətlərin yetirilməsində, habelə zorlamalarda məhkum olunmuşların, residivlərin iştirakı o qədər də yüksək olmur.

 Oğurluq cinayətləri üzrə subyektlərin təxminən 33%-i bəzən 4 və daha çox məhkumluğu olanlar təşkil edir.

  Residivistlərin (residivist - əvvəlki həyat tərzinə qayıdan, törətdiyi cinayətlərə görə  əvvəllər məhkum olmuş  və  təkrar cinayət törədən şəxs) şəxsiyyətlərini xarakterizə edən tipik cəhətlər də diqqət çəkir.

   - Antisosial tərzdə davranma, pozitiv mühitdən kənar davranış. Əksər residivistlərin və dəfələrlə məhkumluğu olanların ailənin və hər hansi bir peşənin daimi  olmaması xarakterik cəhətdir. Onlar cəzaçəkmə yerlərində daha tez adaptasiya (uyğunlaşa) oluna bilirlər, cinayətkar qrupları özünə doğma və yaxın sayır, belə qrupların formalaşdırılmasında iştirak edirlər. Müasir tədqiqatlar belə deməyə əsas verir ki, residivistlərin əksəriyyəti həmişə cəmiyyətə qarşı “müxalif” mövqedə dururlar və cəzaçəkmə müəssisələrinin administrasiyası, habelə milis (polis) orqanları ilə əlaqə yarada bilirlər.

-     Tələblərin motivasiyası mühitində yoxsulluq. Residivistlər üçün ümumi mədəni səviyyələrinin aşağı olması  da tipik cəhətdir, primitiv tələbat, daha çox maddi ehtiyaclarının ödənilməsi, qeyri-formal anticəmiyyət mühitində sosial statusa malik olma və törədilən cinayətlərinə görə  məsuliyyətdən yayınma  halları səciyyəvidir. Bəzən cinayətkarların – residivistlərin arasında istedadlı insanların olması fikrini də yayanlar var. Bu uydurma, yalan və iftiradan başqa bir şey deyil. İstedadı olan şəxs öz primitiv, cılız maraqlarını  ictimai maraqdan heç vaxt üstün tutmaz. Cinayətkarların həyatı ilə bağlı əsərlər, mahnılar  və “bədii filmlər”in ərsəyə gəlməsi çürük, miskin və aciz yazarların istedadıdır. Bu, “bədiilik” məhsulları yalnız o səviyyədə olanlar üçün maraq doğura bilər !

-     Residivistlərdə “liderlik” qabiliyyətinin (istəyinin)  olması. “Liderlik” cinayətlərin törədilməsi zamanı profesionallıq və xüsusi qabiliyyətdə ifadə olunur. Bu cəmiyyət üçün arzuolunmaz və təhlükəlidir.

-     Şəxsiyyətin tənəzzülü (Deqradasiyası).  Azadlıqdan məhrum olmanın sayı artdıqca şəxsiyyət də alçalır, düşkünlüyə məruz qalır. Cinayətdən cinayətə başlanan və qurtaran həyat, anticəmiyyət həyat tərzi, pozitiv sosial kontaktların yoxluğu və s. kriminal təfəkkürlü şəxslərin psixi inikasının nəticəsidir.

-     Törətdikləri cinayətlərə görə tətbiq edilən cəza qarşısında qorxunun itməsi.  Residivistlər azad şəraitdə yaşamağa uyğunlaşa bilmirlər. Belə şəxslərə azadlığın, sərbəstliyin olmadığı şərait daha xoş olur, həbsxana doğma ev təəssüratını bağışlayır.

 İşlədiyim müddət ərzində dəfələrlə həbsxanaya dönmək arzusu ilə cinayət törədənlərin şahidi olmuşam.  Onlar ciddi reqlamentli həyata, yaşamağa üstünlük verirlər. Çox təəssüf ki, bəzən doğmalarının qayğılarından məhrum olan, sosial çətinliklərin girdabına davam gətirə bilməyənlər də belə şəxslərin sırasına qoşulurlar.

-     Residivistlərə (etdikləri cinayətlərə görə) öz əməllərinə aid olan cinayət hüquq və cinayət prosesual  hüquq normalarının bilməsi  də xasdır, Onlar bəzən cinayət hüquq norma və sanksiyaları ilə tam həmrəy olurlar. Məs: Qəsdən adam öldürməyə, quldurluğa, soyğunçuluğa görə sərt cəzanın tətbiqini tam ədalətli sayırlar. Amma  qəsdən törədilən ağır cinayətlərə görə ciddi sanksiyanın - azadlıqdan məhrum etmə cəzasının yalnız onlara tətbiqinin əleyhinədirlər. Niyə digərlərinə qarşı belə davranmırlar – deyə özünə sual edirlər.

Azərbaycanda son illərdə hüquqi islahatların və yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramının həyata keçirilməsi nəticəsində qəsdən, təkrar cinayətlərin törədilməsi faktları azalma ilə müşahidə edilir. İki və daha çox cinayətlərə görə məhkum olunanların sayı da təbii ki azalır.

Residivistlər kriminal submədəniyyətin daşıyıcısı və mühafizəçisi, cinayət aləminin qolu, daha dəqiq ifadə etsək mərkəzidir. Ona görə dövlətin cinayətkarlıqla mübarizə siyasəti daxili siyasətin davamı kimi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, ölkədə davamlı sabitlik var və ictimai təhlükəsizlik təmin edilir. Bu yolda çoxminli hüquq-mühafizə orqanlarının əməkdaşlarına və kollegiyasına uğurlar diləyirəm!

 Sürüşkənli dünyada iradəmizi cilovlaya  və Vətənə sədaqət nümayiş etdirə bilsək,cəmiyyət üçün arzuolunmaz hallardan  da asanlıqla uzaqlaşa bilərik.

 

 

İstifadə olunan ədəbiyyatlar.

1.  Azərbaycan Respublikası  Cinayət Məcəlləsi

2.  F. Səməndərov “Cinayət hüququ” ümumi hissə.

3.  Alekseev A. İ.  “Profilaktika Residiva prestupleniy” 1980-ci il Moskva  s. 72

4.  N. İ. Voloşin  “Struktura Prestupnoqo povedeniya Residiva” VNİİ MVD SSSR 1979-cu il   s.160

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM