QƏHRƏMAN DİLİMİZ

14:54 / 20.02.2014

İşıqlı ATALI

Mütləqə İnam Ocağının Yükümlüsü

 

 

Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı, yaşadıcısı, qoruyucusudur. 

***

Dil – hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Dünyada gərginliklərin artdığı bir çağda xalqların, dövlətlərin dil qoruyuculuğu məsələsində daha da bərkidiyi göz önündədir. Dil uğrunda savaş əslində ulusal müəyyənlik uğrunda savaşdır.

Hər bir xalqın dili o xalqın təfəkkürünü, səviyyəsini göstərir. Ən əski çağdan bəri, yəni xalqın ilkin inancları yarandığı çağlarda dilin imkan verdiyi səviyyədə həmin özəlliklər yaşayıb, sonradan yetkinləşib, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır.

Qəhrəmandır dilimiz, ona görə ki, biz bir xalq olaraq sarsıldığımız, hətta özümüzdən ayrıldığımız çağlarda belə o, ruhumuzu ölməyə qoymayıb, kamil şəkildə qoruya bilib.

***

Heç bir dil özünə qapanıb qalmır. Onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Dillər bir-birindən sözlər alırlar. Tarixin çox dönəmlərində xalqların bir-birini işğal etməsi həm də bir dilin başqa dili işğal etməsinə gətirib çıxarıb.

Tarixən türk qılıncının gücünü dadmış çinlilərin dilində bu gün türk sözlərimizin sayı azdır. Türklər anadangəlmə yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm də təəssüf ki, arxayınlaşıblar. Dilimizi gərəyincə qorumamışıq. Bu arxayınçılıq indi də bizdə qalmaqdadır.

***

Dili qorumaq – milləti qorumaq, eləcə də dövlətçiliyi təsdiq etməkdir. Bu gün ədəbi dilə sayğı məsələsində hələ də məsuliyyətimiz tam deyil. Bu, hər şeydən qabaq aydınlarımızdan ana dilimizin tələbinə uyğun səviyyədə köklənməyi tələb edir. Yoxsa bundan sonra dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə də "ağ bayraq" qaldıracağıq – gerçəklik budur!

Ona görə də dialektlərimizdə olan, bölgələrdə işlədilən sözlərin ümumişlək olmağa gərəklilərini seçərək onların özgə sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq. Bu gün ucqar kəndlərimizdə "dialekt" adıyla işlədilən türkcəmizdəki bir çox sözlərin varlığı əslində o bölgələrə "mədəni inqilabın" gedib çıxmaması ilə bağlıdır. Bunun yaxşı cəhəti ondadır ki, oralarda türkcəmiz yad sözlərə yenilməyib.

***

Bu gün demək olar, Azərbaycanda söz yaradıcılığı ilə məşğul olan yoxdur. Təəssüf ki, sovet dönəmindən indiyə kimi dilimizdə barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə də şair və yazıçıların üzərinə atırlar. XX yüzildə şair-yazıçılarımız tərəfindən çox az söz yaradılıb. Bu, onu göstərir ki, söz yaratmaq ayrıca bir hadisə kimi mütəxəssislər tərəfindən olmalıdır. "Dədə Qorqud dastanları"nda söz yaradıcılığı, əslində milli ruh qoruyuculuğu ilahi bir səviyyədə ənənələşib. Bu anlamda Azərbaycana indi aşırı təsir edən elmi-texniki inkişaf dönəmində yeni gələn termin və sözlərə qarşı mümkün qədər "çəpər çəkilməli", onların qarşılığının tapılmasına çalışmalıyıq. Başqa bir fəlakətli hal isə Azərbaycanın şəxs adlarının çoxusunun özgə dillərdəki adlardan ibarət olmasıdır.

***

Yazar xalqını umacaqsız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq. 
Yazıçının yaradıcı müstəqilliyi mənsub olduğu xalqdan asılı olmalı, o, xalq qarşısında məsuliyyətini unutmamalıdır.

***

Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. 
Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir.
Özünü Azərbaycan yazıçısı, şairi sayan kimsə türkcəmizi incəliklərinə kimi bilməlidir. Bunun bir yolu da folklora dərindən yiyələnməkdir. Çünki xalqın folklor dili qədər duru, anlaşıqlı dili yoxdur.

***

Hər kəsin ana dili (buna “doğma dil”, “milli dil” də deyə bilərik) – mənsub olduğu millətin dilidir. Mənsub olduğu millətin dilindən başqa insanın düşündüyü, daxili nitqini qurduğu, ünsiyyət yaratdığı dili ana dili saymaq yanlışdır. Dünyada ana dilinə belə yanaşanlar da çoxalmaqdadır.

Belə olduqda qəribə durum yaranır: əgər bir adam üç-beş dil bilirsə və indiki işgüzar dünyada hamısını eyni səviyyədə işlədirsə, onda həmin şəxsin üç-beş ana dili olduğunu qəbul etməliyik.

Ana dili isə birdir. Çünki adamın bir anası (atası, milləti) olur. 
Ana dili – milli dildir, şəxsin mənsub olduğu millətin dilidir. 


***

Gələcəkdə yığcam janrlara gərəklik artacaq. Bu mənada çağdaş yazarlar Mütləqə İnam Ocağın yaratdığı milli fəlsəfədən yararlanmalıdırlar: yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın başlıca yönü olmalıdır. Dilin və əsərin gözəlliyi yazarın ruhunun gözəlliyindən, gücündən asılıdır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM