Mütləqə İnam Ocağının Yükümlüsü
Dövlətçilik – milli, insani nemətdir. Tariximizdə çoxlu fərəhli məqamlarla yanaşı, kədərli məqamlar da olub. Bir millət kimi ayaqda qalmağımızı tarixi təsadüflərə də bağlamaq olar. Ancaq xalqımızın bundan sonra var olması ilk növbədə insanlarımızın özünü təsdiqi ilə bağlı olacaq.
28 May – Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus, bənzərsiz hadisədir. Dövlət qurmaq hər millətə nəsib olmur. 28 May – tarixi dövlətçilik ənənəmizin təsdiqi idi. Xalq nə qədər güclü olur-olsun, dövlətsiz sabahı yoxdur. Dövlət – xalqın varlığının təsdiqidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq varlığı dövlətçilik tariximizdə uca hadisə idi. Tariximizin fəlakətli məqamlarına kədərlənməklə yanaşı, həm də onlardan dərs götürməliyik. Özəllikcə o dönəmdə Rusiya imperiyasının caynağından qurtulmuş Quzey Azərbaycanda milli dövləti gerçəkləşdirmək olduqca çətin idi. Hər bir xalqın yaşamasında, var olmasında onun fərdlərinin oynadığı rol çox önəmlidir. Mahiyyətcə özünü dərk etmiş hər bir fərd Vətəndir. Vətən səviyyəsinə yüksəlmək isə asan başa gəlmir. Ardıcıl, dəyişməz əqidəçilikdə qalmaq, torpağı müqəddəs yurd saymaq, onun yaşaması yolunda hər sayaq əzablara dözmək Vətənə layiq olmaqdır. Cümhuriyyət qurucuları bunu bacardılar.
***
28 May hadisəsini nə dərəcədə özümləşdirə bilmişik? Gedişat göstərir ki, hələ bu tarix insanlarımızın halında istənilən səviyyədə ömürləşməyib. Milli uğurların ömürləşməsi fərddən başlayır. Fərd xalqın təsdiqi, ilk və ciddi ünvanı olur əslində. Tariximizə münasibətdə ardıcıl, ciddi, nəfəs səviyyəsində təəssübkeşliyimiz yaranmalıdır. Təəssüf ki, qazandığımızdan çox itiririk.
***
28 May hadisəsi elə bir çağda baş verdi ki, dünya sosializm həşirində idi. I Dünya Savaşının sonuna doğru sosializm kabusuna aşırı dərəcədə meyil artdı. «Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə!» şüarı çox cəlbedici idi. 20-ci yüzilin başlanğıcında özəlliklə Rusiya imperiyasındakı xalqlar sosializmə sürükləndikləri dərəcədə onların milli hissləri də alışdırılırdı. Qərbin istəyi Rusiya imperiyasını sarsıtmaq idi. Ancaq gerçəkdir ki, Rusiya imperiyası Oktyabr inqilabından sonra başqa bir biçimdə varlığını təsdiq etdi. Bu dönəmdə imperiyadan ayrılan xalqların dövlət qurmaq çabaları milli varlığın təsdiqi idi əslində. Sovet Rusiyası onları yenidən istila edən kimi ilk növbədə milliliyi yox etdi. 20-ci yüzilin sonlarında da – SSRİ-nin şöküşü ərəfəsində imperiyanın əsarətindəki xalqların milli hisslərinin alışdırılması Qərbin SSRİ-ni çökdürmək istəyi ilə bağlı idi. İndi isə milli hisslər elə Qərb tərəfindən də yoxa çıxarılır…
***
20-ci yüzilin başlanğıcında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması son dərəcə bənzərsiz milli hadisə idi. Belə bir gündə Azərbaycan Xalq Cümhuriyyəti qurucularını –Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, Nəsib bəy Usubbəyovu, Məmməd Yusif Cəfərovu, Xudadat bəy Rəfibəyovu, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini, Xəlil bəy Xasməmmədovu, Şəfi bəy Rüstəmbəyovu və başqalarını sayğıyla anırıq.
Azərbaycan Xalq Cümhuriyyətini quranların qətllərə, sürgünlərə, mühacirətə, Vətənində acı-ağrılı həyata tuş gəldiyi danılmazdır.
***
Qarşıda isə indikindən daha çox çətinliklərimiz olacaq. Heç vaxt rahat müstəqillik olmur. Əgər xalq olaraq özümüzü ardıcıl var edə bilməsək, yeni-yeni faciələrə tuş gələ bilərik. Qloballaşma həşirinə qarşı dura biləcək güclü idrakçılarımız yaranmalıdır. Bilmək gərəkdir ki, qlobalaşma xalqların özümlüyünə qarşıdır.
***
Azərbaycan Xalq Cümhuriyyəti yıxıldısa da, onu ruhumuzdan silə bilmədilər. Sabahkılara onların millətçiliyi uca, kutsal əmanətdir.
Bu gün dünyada sosializmə qayıdış şüarları səslənməkdədir. Yaşadığımız çağı dünyada “postindustrial cəmiyyət”, “keçid dövrü” və başqa adlarla təqdim etsələr də, bu quruluşun adı kapitalizmdir. Bəşər yenidən kapitalizmə qayıtdı. Hələ İnam Ata (Asif Ata) 23 il qabaq deyirdi ki, kapitalizmin bu dərəcədə sifətinin açıqca görünməsi sosializmə rəğbət yarada, onu qaytara bilər. Bu gün Azərbaycanda da ara-sıra sosializmə çağırışlar eşidilməkdədir. Hətta 1920-ci ilin 28 Aprelində baş vermiş Azərbaycan Xalq Cümhuriyyətinin çöküşünü də “xalq inqilabi hərəkatını”n qaçılmaz nəticəsi sayanlar tapılır. Bu, kökündən yanlışdır. O dönəmdə sosializm yolunda vuruşan Nərimanovların sonrakı peşmançılığı bu gün hamıya aydındır.
İnam Ata (Asif Ata) 28 May qurucularının tarixi səhvlərindən birini onların yaxınlaşmaqda olan sosializm təhlükəsinə xalqı hazırlaya bilməməkdə görürdü. O dövrdə sosializm indiki qlobalçılıq kimi dəbdə idi.
Bu yerdə İnam Atanın Müstəqillik ölçüsünü təqdim edirəm. Atanın Müstəqil Vətənin idealı aşağıdakı şərtlərlə bağlıdır:
“1. Dünyadan asılı olmadığın dərəcədə müstəqilsən.
2. Dünyaya gərək olduğun dərəcədə müstəqilsən.
3. Özgədən asılı olmadığın qədər müstəqilsən.
4. Təcridə qabil olduğun dərəcədə müstəqilsən.
5. Qəyyumlardan, hakimlərdən azad olduğun dərəcədə müstəqilsən.
6. Təqliddən azad olduğun dərəcədə müstəqilsən.
7. Bəhrələndirməyin bəhrələnməyinə bərabər olduğu dərəcədə müstəqilsən.
8. Öyrətməyin öyrənməyinə bərabər olduğu dərəcədə müstəqilsən.
9. Özümləşdiyin dərəcədə müstəqilsən.
10. İnsanlaşdığın dərəcədə müstəqilsən”.
İnam Ata (Asif Ata) kapitalizmi də, sosializmi də qəbul etmir. O, İnsani Cəmiyyət uğrunda mübarizə aparır.
28 May – Azərbaycan türklərinin qürur tarixidir. Həmin gün türk ulusunun ləyaqəti təsdiq olundu.
Strategiya.az
28 May – Azərbaycan dövlətçiliyi tarixində bənzərsiz hadisədir
Faciədən çıxmaq – fərdin və millətin özünə məsul olmasından başlayır
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM