Erməni dünyanın halına çox gözəl uyuşa bilir

10:17 / 24.04.2014

İşıqlı ATALI

Mütləqə İnam Ocağının Yükümlüsü

Dünya erməni ruhsuzluğunu, oyunçuluğunu gördüyü dərəcədə bu oyunçuluğa imkan yaradır. Məqsəd – türkü dəyərsizləşdirmək, onu sarsıtmaq, mahiyyətcə tarix səhnəsindən çıxarmaqdır. Bu gün dünyada erməni həşirçiliyi daha da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri satqınlıqdan və minüzlükdən yoğrulmuş ermənilər dünyanı ardıcıl yalanlarına inandırmaqla özlərinə hər kəsdən qayğı umurlar.

Osmanlı dönəmində – 1915-ci ildə guya ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ildir ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Guya Türkiyədə və Azərbaycanda  konkret olaraq son yüzildə ermənilərə qarşı çoxlu soyqırımlar törədilib, "məzlum" erməni xalqının nümayəndələri də özlərini "müdafiə" etməyə məcbur olublar. Ermənilər çox hallarda dediklərini bir-birinin əksini təşkil edən "sənədlər”də uydurublar, "erməni soyqırımı"nı "təsdiq edən" kitablar yazıblar, ya da başqalarına yazdırıblar.

***
Tarix yaradıb, di gəl ki, tarix kitabları yazmaq həvəsində və məsuliyyətində olmayan biz türklər isə başımıza gələn fəlakətlərlə, eləcə də ermənilər və ruslar, farslar tərəfindən türkə qarşı həyata keçirilən soyqırımlarla bağlı son çağlarda ayılmışıq. Çox hallarda danışılanlara, deyilənlərə seyrçi münasibət bəsləyirik. Əslində söhbət burada faciənin, fəlakətin mahiyyətinə varılmasından gedir. Fəlakətlərinin yaranma səbəblərini anlamayan millət sözün əsl mənasında heç zaman doğruçu müstəqilliyini yarada, eləcə də onu qoruya, yaşada bilməz.

Əgər müstəqilliyin məqsədi – azadlıqdırsa, azadlığın da təməli – məsuliyyətdir! Bu, o deməkdir ki, məsuliyyətə yetmədiyimiz halda indiyəcən qazandıqlarımızı itirmək qorxusu həmişə var. Bu gün insanlığın təsdiqi baxımından türkün canında, qanında qoruyub saxladığı dəyərlər dünyanı yaşada biləcək təkcə imkandır. Dünya bu imkandan özünü məhrum etdiyi dərəcədə ölümə yuvarlanır.

***
Təkcə keçən yüzildə ermənilərin Azərbaycan torpaqlarının çox hissəsini mənimsəməsi türkə qarşı bəşəri səviyyədə cinayətdir, soyqırımdır. Əslində Qarabağ problemi bütün Türk Dünyasının ən başlıca problemidir. Həmçinin Türk Dünyasının Güney Azərbaycan məsələsində saymazlıq göstərməsi türk xalqlarının sabahı üçün gözlənilən təhlükələrin ölçüsünü daha da artırır. Nə qədər ki, bir millət olaraq özümüzü təsdiq edə bilməmişik, itirdiklərimizi geri qaytarmağımız ildən-ilə çətinləşəcək.

Dünya dələduzluğu seçir, türk ruhu halallığı. Dünya siyasətbazlığı seçir, türk ruhu həqiqətçiliyi. Dünyanın həqiqəti yoxdur əslində. Bu gün dünyanın zorakılığından özünü xilas edə bilməyən ölkələrin sayı artmaqdadır. Bir yandan millətlərin inkişafının qaçılmazlığından dəm vururlar, başqa yandan da ölkələri, xalqları qloballaşma oyununa sürükləyirlər.

Dünya türkü öz oyunlarına qatdığı dərəcədə dünyanın əhvalına uyğunlaşırıq. Çıxış yolu türklərin öz yolunun olmasıdır. Bu, ilk növbədə türklərin öz inancına, dünyabaxışına yiyələnməsi ilə bağlıdır. Dünyadan üstün olmasaq, dünyaya gərək ola bilməyəcəyik!

***

Dünya erməninin halına acımır, ona canı yanmır, ancaq erməni oyunundan yararlanaraq türkə qarşı zərbə vurur. Avropamərkəzçiliyə söykənərək çağdaş yırtıcılığın mədəni görüntüsüylə yaşayan siyasi dünya bu gedişlə var ola bilməyəcək, özünü daha da yoxluğa sürükləyəcək. Ağalıqla hansısa xalqın varlığı təsdiq olunmaz. Ağalıq insaniliyə qarşıdır.

***
Türk xalqları o dərəcədə milliliyə, insanlığa uyğun yaşamalıdırlar ki, dünyanın insansızlığını, yırtıcılığını ifşa etmək gücündə olsunlar. O şəxs, o millət, o dövlət güclü olur ki, varlığının özülündə insançılıq durur.

Dünyanın siyasi gedişatıyla yaşamağımız əslində dünyasızlaşmağımızdır. Dünyanın əhvalına uyğunlaşmağımız öz dünyamızı əlimizlə uçurmağımızdır. Azərbaycan ruhən bütövlüyünə yetməyincə sözün əsl mənasında türklük ruhuna layiq, sözü ilə işi bir ola bilməyəcək. Nə qədər ki, azğın, ruhsuz, soysuz erməni dünyanın halına çox gözəl uyuşa bilir, türkü sevməyənlər bundan bizə qarşı ustalıqla yararlanacaqlar.

***

Zamana, şəraitə dov gələ bilməyən xalq gerçəklikdən üstün ola bilmir, sonucda fəlakətə tuş gəlir. Fəlakətli xalqın özünə gəlməsi çox çətin olur. Bugünkü dünyada haqq savaşı aparanlar haqsız tərəfə yendirilirlər. İnsanlıq ölçüləri unudulur. Gücsüz sayılan millətlər, ölkələr iri, güclü dövlətlərin mədəsində üyüdülür. Dünyaya dirənişimizin arxasında ötəri, keçici hiddətimiz duracaqsa, türkün bundan sonrakı dönəmdə irəliləyişi olmayacaq. Məqsəd odur ki, hiddətimiz idrakımızla və inamımızla birləşsin. Dünyanın əhvalına uyğun olmayaq. Xalq ola bilək və halımızla dünya hesablaşsın. Türk xalqlarının belə bir gərgin çağda birliyinin olması çox gərəklidir. Müxtəlif inanclı, siyasi yönlü türklərin birliyinin olmamasından isə dünya gözəl yararlanır. Türkün qurulmasının bir yolu var: özünə üz tutmaq, çətinlikdən güc almaq, dünyaya qarşı durmaqdan qorxmamaq, həqiqətçiliyindən usanmamaq, Mütləqə İnam Dünyabaxışı əsasında ayrıca dünya olmaq!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM