Mütləqə İnam Ocağının Yükümlüsü
Qadınla təbiətdəki çiçəyin bir-birini tamamlayan oxşarlıqları var. Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə kişilərin onlar haqqında yüzillər boyu formalaşmış düşüncələri ilahiliklə yanaşı həm də təzadlı xarakter daşıyıb. Əslində toplumda qadınlarla bağlı yaranan təzadlı fikirlərin səbəbkarı çox hallarda kişilər olub.
Qadın həmişə kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi, kişi də qadın zərifliyinə gərək duyub, onu idealizə edib.
***
Çağımızda qadının əşyalaşması fəlakəti görünməkdədir. Həmişə türk ailəçiliyində qadına ilahi, uca sayğı olub. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" sayılır. İndi isə ölkəmizdə və dünyada qadına belə yanaşma yoxa çıxmaqdadır.
Ailəçilikdə əvəzsiz varlıq olan qadının özəlliklə ötən yüzildə ictimai həyata ardıcıl şəkildə cəlb edilməsi bir yandan da ailəçiliyə ziyan verdi.
Çağdaş qlobalçılıq ailəyə qarşı təsirini hər yolla artırır. Əgər ailə kimi əvəzsiz bir quruma zərbə dəyirsə, bununla dövlət də sarsılır. İri dövlətlərin bu anlamda qloballaşma məsələsində hesaba aldıqları hədəflərin mahiyyətini anlamaq çətin deyil.
***
Bədiiyyatda, sənətdə daha çox öyülən qadın gerçəklikdə döyülüb, söyülüb. Qadına yanaşma niyə bu dərəcədə qarışıqdır? Çünki insaniliyə münasibət qarışıqdır. Toplum kişilərin şəxsində qadına daha çox vasitə kimi baxır. Qadında ilahilik görülmür, bu duyğular dilə gətirilsə də, ömürləşdirilmir. Qadın zəriflik rəmzidir. Toplum isə bu zərifliyi daim əzməyə, tapdalamağa çalışır.
Qadın ilk olaraq anadır, bu səbəbdən də o, heç bir ölçüyə sığmır. Onun ən böyük təsdiqi ailəsi, ailəçiliyidir. Çağımızın fəlakəti ondadır ki, qadın, qadınlıq ardıcıl gözdən salınır. Hansı ki, qadınsız ailə, ailəsiz isə xalqın təsdiqi mümkün deyil.
***
İnam Atanın (Asif Atanın) Mütləqə İnam dünyabaxışında ailəyə, qadına uca münasibət var. Bu, qadının ucaldılıb kişinin endirilməsiylə yaradılmır. Qadına, qadınlığa münasibət kişiyə, kişiliyə uca yanaşmayla birdir. Yalnız bu sayaq yanaşmada ailəçilik baş tuta bilər. İnam Ata deyir: «Qadın evin yaraşığı, kişi evin naxışıdır. Yaraşıqla naxış bir şeydir».
Atanın qadın azadlığı məsələsinə baxışı belədir: “Qadının azadlığı ideal olaraq qalır. Hələlik qadın kişivari azad edilir. Hüquq baxımından qadın bərabərliyi gözəldir. Ancaq insani-ruhani baxımdan bu, pisdir. Qadınlıq – Ruhani məlahətlikdir. Bu məlahət zahiri görsənmir, o həm də daxildədir. Qadın məlahəti analıqda təsdiqlənir. Bir erkəkləşmə gedir indiki qadınlarda. Ona görə o özünün mənasına çatmalı, “qadınlıq” adlı mahiyyətini təsdiq etməlidir. O zaman qadın özünə çatacaq ki, azad olacaq. Qadın qadın kimi azad olacaq, kişi kimi yox! Qadını cəmiyyət azad eləməyəcək”.
***
İndi yaşam harmoniyası durmadan pozulur. Bu üzdən də toplumda və ailədə qadın-kişi ilişkiləri kutsallığını itirib, bayağılaşıb. Ona görə də ictimai münasibətlərdə heyvanilik qabarıqdır. İctimai münasibətləri yaradan, ona məna verən isə insandır.
Qadın-kişi ilişkilərinin ruhani, insani səviyyəsi əslində ictimai münasibətlərin mənasıdır. Toplum qadın-kişi münasibətlərində onların öz əliylə dərin uçurum yaradır. Çünki insaniliyə əsaslanmayan hər sayaq ilişkilər insansızlıq doğurur. Bəşəriliyin mayası isə insanilikdir.
İnsanilik – fərdlərin insani yaşamında təsdiq olunur.
***
Çağdaş dönəmdə ailədə qadın-kişi ilişkilərində səadət təsdiqini tapmır. Ocaq fəlsəfəsində isə Səadət-Sədaqət-Ləyaqət bir anlamı ifadə edir. Yəni istər qadın, istərsə də kişi olsun, ləyaqətli, sədaqətli yaşadığı dərəcədə səadətə çata bilər.
Kişilər isə altşüurda çoxarvadlığa meyillənir! Qadını toplumda dəyərdən salan cəhətlərdən biri budur. Ailə janrı yox olmağa doğru gedir! “Ailə” adlı bəşəri dəyər ayaq altına salınır, lağa qoyulur! Çünki bəşər insaniliyə uyğun yaşamaq istəmir.
***
Ayrıca qadın bayramını qadınlığın mahiyyətinə uyğun saymıram. Qadınla kişinin mahiyyəti birdir – insanilik! Ayrıca kişi bayramı yoxdur, ancaq qadınlar üçün var. Əslində ayrıca qadın bayramının olması qadınların kişilərdən tarix boyunca aşağı tutulmasına qarşı üsyandır.
Cinslərə görə bayramların düzəldilməsi insaniliyi təsdiq etməz.
Mütləqə İnam Ocağı olaraq xalqımıza və dünyaya insanlığın mahiyyətini ifadə edən 4 bayram təqdim edirik: İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik.
Böyük Hüseyn Cavid deyir: «Sürüklənən bəşəriyyət qadınla yüksələcək». Gözəl sözdür. Ancaq kim edəcək bunu? Bəşər bu sayaq yaşayıb insanlığı təsdiq edə bilərmi? Yox!
Çıxış yolu İnam Atanın Mütləqə İnam Dünyabaxışı əsasında var olmaqdır. Qadının ucalığı da bu əsasda və ölçüdə bilinəcək. İnsana inamın ali sayıldığı yerdə! İnsanlaşmağın və insanlaşdırmağın amal edildiyi yerdə və yolda!
Qadının xilası – qadınlığa çatmasındadır!
Strategiya.az
28 May – Azərbaycan dövlətçiliyi tarixində bənzərsiz hadisədir
Faciədən çıxmaq – fərdin və millətin özünə məsul olmasından başlayır
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM